Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri


“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”



Yüklə 6,82 Mb.
Pdf görüntüsü
səhifə63/88
tarix26.02.2017
ölçüsü6,82 Mb.
#9795
1   ...   59   60   61   62   63   64   65   66   ...   88

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

342

 

 



 

 

multikulturalizmi  öz  geniş  təsdiqini  tapmaqla  bərabər,  onun  daha  da  genişlənməsinə  nail 



olmaqdadır və bu məsələdə ölkəmiz dünyaya  nümunə ola bilər.    

Bunu dünyanın bir çox tanınmış alimlərinin və ictimai-siyasi xadimləri də Bakıda keçirilmiş 

Humanitar Forum vaxtı öz çıxışlarında etiraf etmişlər ki, Azərbaycan multikulturalizmə nümunə ola 

biləcək  bir  ölkədir.  Burada  bütün  xalqlar  təhlükəsiz,  dostluq  və  mehribanlıq  şəraitində  yaşayırlar.  

[5, 6,7,].  

Bu  fikirlərdən  belə  qənaətə  gəlmək  olur  ki,  Avropa  alimlərinin  özləri  də  multikulturalizmin 

mümkünlüyünü, onun müasir qloballaşan dünyada vacibliyi, üstünlüyünü etiraf edirlər. Əgər bu bir 

prinsip olaraq Azərbaycanın dövlət siyasətinin əsas prioritetini təşkil edirsə, deməli bunun dünyada 

da mövcud olmasına siyasi iradənin  və qarşılıqlı anlaşma mühitinin olması tələb olunur.  

Azərbaycanın multikultural təhlükəsizlik siyasəti  

Azərbaycan  kimi  müxtəlif  etnik  qrupların  və  dinlərin  (dini  konfessiyaların)  mövcud  olduğu 

mürəkkəb bir dövlətdə demokratiya, milli və dini tolerantlıq mühitinin qorunması heç də asan məsələ 

deyil, həmçinin, Azərbaycan zəngin karbohidrogen yataqlarına malik, geostrateji və geosiyasi baxımdan 

əlverişli  məkanda  yerləşməsi,  təcavüzkar  Ermənistanla  müharibə  şəraitində  olması  ölkənin  milli 

təhlükəsizlik siyasətinin daha mütəşəkkil, effektiv olmasını zəruri edir. Bu mənada milli təhlükəsizliyin 

mühüm  istiqamətlərindən  biri  də  multikulturalizmin  qorunub  saxlanılmasıdır.    Azərbaycan 

Respublikasının  təhlükəsizlik  mühiti  onun  suverenliyi,  ərazi  bütövlüyü,  sərhədlərinin  toxunulmazlığı, 

milli maraqları, davamlı inkişafı, əhalisinin rifahı, maddi və mənəvi dəyərlərinin qorunmasına təsir edən 

amillərin məcmusudur [3, s.330]. 

Dövlətin  siyasi  təhlükəsizliyi  baxımından,  təkcə  idarəetmə  mexanizminin,  qanunvericilik 

bazasının  formalaşması,  islahatların  aparılması  kifayət  etmir,  bununla  bərabər  cəmiyyətin  siyasi 

təfəkküründə,  siyasi  şüurunda  demokratik  dəyərlərin,  prinsiplərin  bərqərar  olması  da  vacib  məsələdir. 

Siyasi  cəhətdən  dünyagörüşü  formalaşmış  cəmiyyətə  xaricdən  müdaxilə  etməklə,  onları  istənilən 

formada  idarə  etmək  –  siyasi  münaqişəyə,  vətəndaş  müharibəsinə  təhrik  etmək,  hakimiyyətə  qarşı 

çevirmək  çətin olur. Yaxın şərqdə və dünyanın müxtəlif regionlarında cərəyan edən proseslər – siyasi, 

dini, milli zəmində münaqişələr, vətəndaş müharibələri onu deməyə əsas verir ki, həmin cəmiyyətlərdə 

multikulturalizm  meylləri  zəif  inkişaf  etmiş,  sivilizasiyalararası  dialoq  və  tolerantlıq  insanların  milli 

şüurunda  tam  bərqərar  olmamışdır.  Başqa  sözlə,  müxtəlif  mədəniyyətlərə,  dini  məzhəblərə,  adət-

ənənələrə  malik  etnik  qruplar  birgə  -  bir  xalq  şəklində,  mədəniyyətlərarası  dialoqu  formalaşdıra 

bilməmişdilər.  Nəticə  də  xarici  müdaxilənin  təsiri  ilə  yerli  əhalini  milli  və  dini  zəmində  qarşı-qarşıya 

qoymaq  üçün zəmin yaranmışdır.  

Heç şübhəsiz ayrı-ayrı dövlətlərin əlaqə və münasibətlərinin müəyyən edilməsində etnik və dini 

təəssübkeşlik  prinsipi  əhəmiyyətli  rol  oynayır  və  çoxəsrlik  tarixi  olan  bu  amili  beynəlxalq  siyasətdə 

tamamilə inkar edilmişdir. O hər zaman dövlətlərarası münasibətlərin qurulması və inkişafına öz ciddi 

təsirini göstərmiş və göstərməkdədir [4, s. 36-37]. 

Belə  ki,  milli  təhlükəsizliyin  vacib  faktorlarından  biri  kimi  milli  və  dini  səviyyədə  tolerantlıq 

mühitinin olması önəmlidir. Siyasi dünyagörüşun, təhsil səviyyəsinin yüksək olması ilə paralel həm də 

milli  mənlik  şüurunun,  milli  birliyin,  dini  adət  ənənələrə  olan  sadiqliyin  möhkəm  olması  milli 

təhlükəsizliyin  ayrılmaz  tərkib  hissəsidir.  Unutmaq  olmaz  ki,  separatçılıq,  etnik,  siyasi  və  dini 

ekstremizm  özünün  istənilən  formasında  dövlətin  və  cəmiyyətin  fundamental  əsaslarını  sarsıtmaqla, 

ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilər [2, s. 334]. 

Azərbaycan  Respublikasında  tarixən  formalaşmış  milli  və  dini  tolerantlıq  mühitinin  qorunub 

saxlaması özünü hüquqi və institutsional müstəvidə  göstərməkdədir.  Belə ki, qanunvericilik bazasının 

(Konstitusiyada maddə 5: ...“Azərbaycan Respublikası bütün ölkə vətəndaşlarının ümumi və bölünməz 

vətənidir”; maddə 18: ...“Bütün dini etiqadlar qanun qarşısında bərabərdir”; maddə 44: “Heç kəs milli 

mənsubiyyətini dəyişməyə məcbur edilə bilməz”) [1] və idarəetmə strukturunun (Qafqaz Müsəlmanları 

İdarəsi; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi; Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə 

Dövlət müşaviri xidməti) olması bu prosesi tənzimləməyə imkan verir.  

Ümummilli liderimiz Heydər Əliyevin siyasi gücü ötən əsrin ikinci yarısından Azərbaycanda 

tolerantlıq  və  multikulturalizm  ənənələrinin  bərpa  edilməsini  təmin  edib.  Heydər  Əliyev 

multikulturalizm  siyasətini  ölkənin  demokratik  inkişafının  ayrılmaz  tərkib  hissəsi  hesab  edirdi.  O, 

etnik azlıqların hüquq və azadlıqlarının, onların etnomədəni və dini dəyərlərinin qorunmasını insan 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

343

 

 



 

 

hüquqları və əsas azadlıqları çərçivəsində nəzərdən keçirirdi. Xüsusilə onu qeyd etmək lazımdır ki, 



müstəqilliyimizin  bərpasının  ilk  illərində  Azərbaycanın  dövlət  dili  məsələsinin  həlli  olunması 

olduqca  düşünülmüş  addım  idi.  1993-cü  ildə  Heydər  Əliyevin  Azərbaycan  dilini  dövlət  dili  elan 

etməsi  multikulturalizmin,  milli  birliyin  məhv  olmasının  qarşısının  alınmasına,  daha  da 

möhkəmlənməsinə töhfə vermiş oldu (Azərbaycanda müxtəlif dillərdə danışan xalqların yaşadığını 

nəzərə alsaq, 1993-cü ilin ictimai-siyasi  proseslərin idarə olunmasında bu çox mühüm addımlardan 

biri idi). 

Hal-hazırda  Prezident  İlham  Əliyev  Azərbaycanda  multikulturalizm 

ənənələrinin 

qorunmasına yönəldilmiş bu siyasəti uğurla inkişaf etdirərək onu dövlət siyasətinin prioritetlərindən 

birinə  çevirmişdir.  Düşünülmüş  bu  siyasi  strategiya  Azərbaycan  multikulturalizminin  və 

ümumilikdə  multikultural  təhlükəsizliyinin  təmin  olunmasında  böyük  rol  oynamaqdadır.  Dövlətin 

multikulturalizmə  verdiyi  önəmin  bariz  nümunəsi  olaraq  Prezident  İlham  Əliyevin  2014-cu  il  15 

may  tarixli  Fərmanı  ilə  “Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzi  təsis  edilməsini,  ölkənin  və 

dünyanın  bir  çox  nüfuzlu  ali  təhsil  müəssisələrində  eyni  adlı  fənnin  tədris  olunmasını,  vaxtaşırı 

Bakıda  Beynəlxalq  Humanitar  Forumun  təşkil  edilməsini  misal  göstərmək  olar.  Misallardan  da 

göründüyü  kimi,  Azərbaycan  dövlətinin  multikulturalizmə  müasir  yanaşma  sərgiləməsi,  bunun 

təmin  olunması  üçün  ciddi  çalışması  ölkəmizi  dünyaya  bir  nümunə  kimi  təqdim  olunmasına 

yardımçı olur [7, s.14]. 



Avropa multikulturalizminin qarşısında duran problemlər 

Avropanın  keçdiyi  tarixi  inkişaf  yolu,  dövlətçilik  ənənələri  -  dövlətlərin  yaranması  və 

formalaşması və süqutu prosesi, baş vermiş ictimai-siyasi, milli-dini hadisələr, proseslər,  dəyişən 

ictimai  iqtisadi  formasiyalar  və  s.  faktorlar  dünyanın  bu  regionunda  müxtəlif  sivilizasiyaların  - 

xalqların,  etnik-dini  qrupların,  mədəniyyətlərin,  adətlərin  təşəkkül  tapmasına  köməklik  etmişdir. 

Tarixin  müxtəlif  dövrlərində  istər  dövlət,  istərsə  də  yerli  əhali  tərəfindən  qeyri-millətlərə,  dinlərə 

qarşı ayrı-seçkilik sərgiləmələri müşahidə olunsa da belə, son nəticədə qarşılıqlı anlaşma şəraitində 

yaşamağa davam gətirə bilmişlər.  

Müasir  multikulturalizm  nəzəriyyəsinə  Çarlz  Teylorun  liberal  konsepsiyası  böyük  təsir 

göstərdi. Onun yazdığı əsərdə subyektin və mənsub olduğu etnik münasibətlərin yeni fəlsəfi izahını 

təklif  edərək  Avropanın  yenidən  -    daha  ədalətli  formada  qurulmasının,  özünə  hörmət  və  şəxsi 

dəyərin  və  sosial  ehtiyacların  təmin  edilməklə  genişlənməsinin  zəruriliyini  göstərirdi.  O,  qeyd 

edirdi ki, əgər qəbul edən ölkənin cəmiyyətini miqrantların axınının - mədəni müxtəlifliyin dinamik 

inkişafa  və  yaradıcılıq  potensialının  artmasına  imkan  yaradacağına  inandırmaq  olacaqsa  yeni 

gəlmişləri birləşdirmək və ayrı-seçkiliklə mübarizə aparmaq olar [10]. 

Müasir  qloballaşan  cəmiyyətimizdə  baş  verən  geosiyasi  proseslər  dünyanın  ictimai-siyasi, 

mədəni  mənzərəsini  dəyişməkdədir.  Yaxın  şərqdə  (əsasən  də  ərəb  ölkələrində  -  Suriya,  Yəmən, 

Liviya, Misir, İraq və s.) baş vermiş hərbi-siyasi münaqişələr, etnik-dini-milli qarşıdurmalar təkcə 

həmin regionun deyil, Avropanın özü  üçün də böyük bir problemə çevrilməkdədir.  

Hadisələrin təhlili onu deməyə əsas verir ki: 1. Yaxın şərqdə əhalinin siyasi şüur, dünyagörüş 

səviyyəsinin  yüksəldilməsinə  böyük  ehtiyac  var  (qarşılıqlı  anlaşmanın,  dialoqun,  tolerantlıq 

ideyalarının  zəif  olması,  həmçinin  siyasi,  mədəni  savadlılığın  aşağı  olması  qarşıdurmaların 

yaranmasına  təsir  göstərmişdir);  2.  Baş  vermiş  hadisələr  nəticəsində  yaranmış  qanunsuz  miqrant 

axının  tənzimlənməsini  və  multikultural  təhlükəsizliyin  təmin  olunmasını  zəruri  edir  (evləri 

dağılmış  minlərlə  ərəb  ailələrinin  sığınacaq  tapmaq  üçün  Avropaya  üz  tutmalarına  baxmayaraq 

onlara  qarşı  həyata  keçirilmiş  ayrı-seçkilik  siyasəti  multikultural  təhlükəsizlik  məsələsini  ortaya 

qoyur).   

Artıq  dünyanın  bir  çox  dövlətində  multikulturalizm  dəyərləri  zəifləməkdədir  və  qərb 

dövlətləri  bu  modelin  reallaşmasına  inanmır  və  ya  bunun  idarəetmədə,  milli,  dini  zəmində 

problemlər  yaradacağını  düşünürlər.  Son  zamanlar  qərb  cəmiyyətində  və  siyasi  elitasında 

miqrantlara:  dini  və  milli  baxımdan  müxtəlif  xalqların  nümayəndələrinə  qarşı  ayrı-seçkilik 

siyasətinin  (qeyri-millətlərin,  dini  nümayəndələrin  ölkədən  qovulması,  monoetnik  cəmiyyətin 

yaradılması  tendensiyası)  müşahidə  olunması  buna  bariz  nümunədir.  Məsələn,  Suriya,  İraq, 

Yəməndə  silahlı  münaqişələr  zamanı  evini  itirmiş  minlərlə  insanın  Avropaya  qanunsuz  axınının 

qarşısını ən sərt formada almağa çalışırlar.  


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

344

 

 



 

 

Avropanın bir çox dövlətləri vaxtilə işçi qüvvəsi kimi onlara gəlmiş miqrantları çox rahatlıqla 



qəbul edərək, onlara şərait yaratmalarına səbəb onların sadəcə işçi qüvvəsi kimi qalıb işləyərək və 

nə vaxtsa öz ölkələrinə qayıdacaqları düşüncəsi idi. Tarixi proseslər bunun əksini göstərdi. Vaxtilə 

gəlmiş  miqrantlar  yerli  əhaliyə  inteqrasiya  olması  dövlətləri  düşünməyə  məcbur  etdi.  Yəni  bu 

dövlətlər  dini,  etnik  baxımdan  müxtəlif  xalqların  birgə  -  multikulturalizm  dəyərlərini  əsas  tutaraq 

yaşamalarına  razı  olmadıqlarını  göstərdilər.  Xüsusilə  də  demoqrafik  artım  tempinin  miqrantlara 

görə  dəyişməsi  narahatçılığa  əsas  verdi.  Nəticədə  miqrantlara  qarşı  dini,  irqi,  milli  ayrı-seçkilik 

siyasəti baş qaldırdı. Bu həm dövlət, həm də  cəmiyyət səviyyəsində özünü büruzə verdi.  

Amma  bu  gün  Avropa  özü  də  yaxşı  bilir  ki,  multikulturalizm  dəyərləri  olmadan  yaşamaq 

mümkün  deyil.  Qloballaşma,  etno-siyasi-dini  münaqişələrin  yaratdığı  gərginlik,  münaqişələr,  qeyri-

qanuni miqrant axınını – bütün bu proseslərin tənzimləməyin ən doğru yolu qarşılıqlı anlaşma, dostluq, 

sülh şəraitində sivilizasiyaların birgə yaşayışının təmin olunmasıdır.   

Bu  baxımdan  düşünürəm  ki,  Avropada    multikulturalizmin  normal  və  təhlükəsiz  inkişafının  

təmin olunmasında aşağıdakı faktorların həllini zəruri hesab etmək olar:  

1.  Dünyada  gedən  geosiyasi  proseslərin  tənzimlənməsində,  etnik-dini-milli  münaqişələrin  həll 

olunmasında ədalət prinsipinin qorunması və ya beynəlxalq hüquq normalarına ikili yanaşmanın aradan 

qaldırılması;  

2.  Avropa  dövlətləri  daxilində  ayrı-seçkilik  tendensiyasının  dəyişdirilməsi,  milliyyətindən, 

dinindən, irqindən asılı olmayaraq hər kəsə bərabər və humanizim prinsiplərindən yanaşılması; 



3.  Əhalinin  multikulturalizmin  -  mədəni  müxtəlifliyin  dinamik  inkişafa  və  yaradıcılıq 

potensialının  artmasına  imkan  yaradacağına  inandırılması  üçün  sosial-psixoloji  və  ictimai-siyasi 

mühitin  formalaşdırılması  zəruridir.  Qeyd  olunan  bu  faktorların  həlli  nəticə  etibarilə  Avropanın 

ictimai-mədəni  sfrerasında  çox  böyük  dəyişikliyin  yaranmasına  gətirib  çıxara  biləcək.  Avropada 

multikulturalizmin  inkişafı  bütünlükdə  dünyanın  geosiyasi  mənzərəsinin  dəyişməsində    təsir 

edəcəkdir.  

NƏTİCƏ 

- Mükəmməl qanunvericilik bazasının və institutsional idarəetmə strukturuna mənsub olan, insan 



hüquq  və  azadlıqlarının  yüksək  səviyyədə  qorunmasını  bəyan  edən  Qərb  ölkələrində  cərəyan  edən 

ictimai-siyasi proseslər  əsl reallığın fərqli olduğunu nümayiş etdirir;   

-  Avropanın  bir  çox  inkişaf  etmiş  ökələrində  milli  və  dini  zəmində  ayrı-seçkilik  meylləri  həm 

dövlət,  həm  də  cəmiyyət  səviyyəsində  multikulturalizmin  formalaşmasında  müəyyən    problemlərin 

qalmasını göstərir ki, bu da deməyə əsas verir ki, əhalinin multikulturalizmin - mədəni  müxtəlifliyin 

dinamik inkişafa və yaradıcılıq potensialının artmasına imkan yaradacağına inandırılmasına böyük 

ehtiyac vardır; 

Azərbaycan  iqtisadi  və  hərbi  potensial  baxımdan  dünyanın  inkişaf  etmiş  dövlətlərindən  geri 

qalmasına baxmayaraq, milli birliyin, tolerantlığın, sivilizasiyalararası dialoqun bərqərar olduğu, yüksək 

inkişaf  etdiyi bir dövlətdir. Tarixən formalaşmış bu dəyərlər dünyada mövcud olan etnik, dini və milli, 

siyasi  səviyyədə  çəkişmələrin,  münaqişələrin  Azərbaycanda  da  baş  verməsinə  mane  olur.  Vəziyyətin 

belə saxlanılması dövlətlə bərabər hər bir vətəndaşın üzərinə böyük bir vəzifə qoyur.  



 

İstifadə edilmiş ədəbiyyat 

1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, “Biznes xəbərləri”, 2011, 64 səh. 

2.  Həsənov  Ə.  Azərbaycan  Respublikasının  milli  inkişaf  və  təhlükəsizlik  siyasəti. 

Bakı,“Letterpress”, 2011,440 səh. 

3. Həsənov Ə. Azərbaycanın ABŞ və  Avropa dövlətləri münasibətləri (1991-1996). Bakı, Elm, 

2000, 368 səh. 

4. Həsənov Ə.  Geosoyasət. Dərslik. Bakı, “Aypara-3” nəşriyyatı, 2010, 604 səh. 

5. “Xarici ölkə universitetlərində “Azərbaycan Multikulturalizmi” fənninin tədrisi: problemlər 

və perspektivlər” III virtual Dəyirmi masanın materialları, 2015, 31 səh. 

6.  “Müasir  dövrdə  Azərbaycanda  sosial-iqtisadi  və  mənəvi  inkişaf  harmoniyası”  I  virtual 

Dəyirmi masanın materialları, 2014, 25 səh. 

7. “Multikultural Təhlükəsizlik” II Virtual Dəyirmi masanın materialları, 2015, 27 səh. 

8. Strabon. Coğrafiya. XI kitab. Moskva, “Nauka” 1964, 823 səh. 



 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

345

 

 



 

 

9. http://www.wikipediya.org  



10. http://www.georgefilimonov.com 

11. http://www. idmedina.ru 

Xülasə 

Məqalədə  multikulturalizmin  mahiyyəti,  mövcud  inkişaf  səviyyəsi,  Azərbaycanda  onun 



formalaşması  və  tarixi  ənənələri,  xüsusiyyətləri  müqayisəli  şəkildə  təhlil  edilmişdir.  Həmçinin 

Azərbaycanla bərabər Avropada multikulturalizmin vəziyyəti, reallıqları, təhlükəsizlikdə onun rolu 

və digər məsələlər məqalənin tədqiqat obyektini təşkil edir.  

R.Huseynov 

Multikultural Security: The realities of the World and Azerbaijani model 

Summary 


The article shows the essence, existing development level of multiculturalism organising and 

historical  traditions  of  it,  peculiarities  has  been  investigated  realities.  Object  of  the  article  is  the 

position, realities of multiculturalism, its role in security and other issues organise the investigation 

in fact not only in Azerbaijan but also in Europe.  



 

 

 

 

 

 

 

 

 

Kəminə Həvil qızı, filologiya elmləri namizədi 

Dövlət Təhlükəsizliyi Xidmətinin H.Əliyev adına Akademiyasının müəllimi 

Mamedova.Kamina@ mail.ru 



 

HEYDƏR ƏLIYEV İRSİNDƏ AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI VƏ 

MULTİKULTURAL DƏYƏRLƏR 

 

Açar sözlər: multikulturalizm, etnik qruplar, tolerantlıq,  azərbaycançılıq,  ideologiya  



Key words: multiculturalism, etnic grups, tolerance, Azerbaijanism, ideology 

 

“Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın 



ən  başlıca  sərvətlərindən  biri  qədimlərdən  bu  torpaqda  yaşayan,  öz  taleyini,  həyatını  bu  torpağa 

bağlayan  müxtəlif  dinlərə  etiqad  edən  insanlardır.  Dövlət,  ölkə  nə  qədər  xalqı  birləşdirirsə,  bir  o 

qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini 

verir. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”. 



Heydər Əliyev 

 

Bildiyimiz  kimi,  2016-cı  il  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  tərəfindən 



Azərbaycanda multikulturalizm ili elan olunmuşdur.   

Məlumdur  ki,  Azərbaycan  Respublikası  multikulturalizmi  özünün  dövlət  siyasəti  elan 

etmişdir. Azərbaycan Respublikasının  prezidenti  İlham Əliyevin 15 may 2014-cü il fərmanı  ilə 

Bakı  Beynəlxalq  Multikulturalizm    Mərkəzi  yaradılmışdır.  Bu  mərkəzin  yaranmasının  əsas  amalı 

Azərbaycanda  əsrlərlə  yaşanan  tolerantlığın,  dini,  etnik-mədəni  müxtəlifliyin  qorunmasıdır.  Eyni 

zamanda,  Azərbaycanı  dünyada  multikultural  dövlət  olaraq  tanıtmaqdan  ibarətdir.  Ölkə  başçısının 

fərmanı  ilə  Azərbaycan  Respulikasının  millətlərarası,  multikulturalizm  və  dini  məsələlər  üzrə 

Dövlət  müşaviri  Kamal  Abdullayev  həmin  mərkəzə  sədr  təyin  olunmuşdur.  Bu  müddət  ərzində 

BBMM-nin  multikultural  dəyərlər    sahəsində  gördüyü  işlər  danılmazdır.  Bu  sahədə  atılan  hər  bir 

addım  təqdirəlayiqdir.  Akademik  K.  Abdullayevin  qeyd  etdiyi  kimi:  ”Mərkəzin  əsas 

istiqamətlərindən biri - Azərbaycan multikulturalizm anlayışını dünya ictimaiyyətinə çatdırmaqdır”. 


 

“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” 

adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə 

346

 

 



 

 

Akademik  Kamal  Abdullayevin  elmi  redaktorluğu  ilə  nəşr  olunan  “Azərbaycan 



multikulturalizminin  ədəbi-bədii  qaynaqları”  məhz  bu  mənəvi  dəyərlərə  söykənərək,  ayrı-ayrı 

dinlərə, dillərə  mənsub  xalqlara hörmət  əlaməti  olaraq tərənnüm  olunmuşdur. Bu kitab xalqımızın 

tarixi kökündə formalaşan və yaşayan möhtəşəm elmi, siyasi, mənəvi qaynaqlara əsaslanır. Bu cür 

qaynaqlar xalqımızın daxili aləmini, ruhunu, mənəvi zənginliyini göstərir. 

Milli  ənənələrin  qorunmasını  əsas  götürən,  eyni  zamanda  multikultural  dəyərlərin  təbliği  ilə 

məşğul  olan  Heydər  Əliyev  fondunun  da  bu  sahədə  gördüyü  işləri  xüsusi  vurğulamaq  lazımdır. 

Fondun əsas məqsədlərindən biri  H.Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını 

təbliğ  etmək,  milli  və  mənəvi  dəyərlərə  qayğı  və  diqqət  göstərərək,  gələcək  nəsillərə  ötürməkdir. 

Bütün  bunlar  Fondun    prezidenti  Mehriban  xanım  Əliyevanın  həm  də  tolerantlığa,  etnik-mədəni 

multikultural dəyərlərə önəm verməsindən irəli gəlir. Məhz H.Əliyev  fondunun rəhbəri Mehriban 

xanım Əliyevanın təşəbbüsü ilə 2016-cı ilin yanvar ayında Heydər Məscidində sünni və şiələr birgə 

namaz qıldılar. Azərbaycan Respulikasının prezidenti İ.Əliyev bu barədə belə vurğulamışdır: “Bir 

sıra ölkələrdə sünni və şiələr arasında ziddiyyətlərin kəskinləsdiyi bir zamanda, bu ilin yanvarında 

Bakıdakı Heydər Məscidində şiələrlə sünnilər birgə vəhdət namazı qılmışlar”. 

Azərbaycan  Respulikasının    millətlərarası,  multikulturalizm  və  dini  məsələlər  üzrə  Dövlət 

müşaviri  xidmətinin  baş  məsləhətçisi  Etibar  Nəcəfov  Azərbaycanda  multikulturalizmlə  bağlı 

çıxışlarının  birində  dövlət-din  məsələlərindən  danışarkən  bir  necə  məqamlara  toxunaraq  belə 

söyləmişdir.  “Azərbaycan  nadir  müsəlman  ölkələrindəndir  ki,  müsəlmanlar  arasında  qanlı 

toqquşmalara səbəb olan şiə-sünni qarşıdurması yoxdur! “ 

Akademik  Ramiz  Mehdiyev  çıxışlarının  birində  tolerantlığı  belə  dəyərləndirir:  “Mədəni  və 

etnik birliyə malik olmayan dövlət tolerantlıq olmadan sabitliyini təmin edə  və normal inkişaf edə 

bilməz”.  

Bəli, bu həqiqətən də belədir. 

Multikulturalizm  bir  ölkədə  yaşayan  müxtəlif    xalqların  nümayəndələrinin  mədəniyyət 

hüquqlarını  tanıyan  humanist  dünyagörüşü  və  ona  uyğun  olan  bir  siyasətdir.  Multikulturalizm  bir 

ölkədə  birdən  çox  mədəniyyətin  mövcud  olması  və  ya  xalqın  mədəni  irsinin  formalaşmasında 

birdən çox mədəniyyətin rol oynamasıdır. 

Multikulturalizm  müəyyən  mənada  bütün  müasir  cəmiyyətlərin  çoxçalarlılığını  ifadə  etmək 

üçün  tətbiq  olunan  anlayışdır.  Bu  geriyə  dönüşü  olmayan  labüd  prosesdir.  Multikulturalizmin  ən 

çox  üz-üzə  gəldiyi  məqam:  milli-mədəni  identikliyin  qorunub  saxlanılması  məsələsidir.  Tarixi-

siyasi  irs,  etnik  köklər,  ənənə,  yaddaş,  dil,  din  və  s.  –  kollektiv  yaddaşda  milli-mədəni  birliyin 

təcəssümü  olan  bu  amillərdən  insanın  mədəni  identikliyi  formalaşır  (1.s.168).  Multikulturalizm 

daha  çox  siyasi  tənzimləmə  mexanizmi  kimi  yaranmışdırsa,  mədəniyyətlər  arasında  tarixən 

formalaşmış tolerantlıq modelləri əsasən mədəni-fəlsəfi dialoq və mənəvi ideoloji paradiqma kimi 

formalaşmışdır. O , artıq ənənəyə çevrilmış, davamlı xüsusiyyətə malikdir.  Müstəqillik dövründə 

ölkəmizdə tolerantlıq və dialoq ənənələrinin keyfiyyət mərhələsinə yüksəlməsi, gerçək uğurlar göz 

önündədir (1.s.170; s.177). 

Dilindən,  dinindən  asılı  olmayaraq  Azərbaycanın    bütün  vətəndaşları  eyni  hüquqlara 

malikdirlər və  bu hüquqlar qorunmalıdır. Azərbaycanın  ən başlıca sərvətlərindən biri, bəlkə  də  ən 

başlıcası  qədimlərdən  bu  torpaqda  yaşayan,  öz  taleyini,  öz  həyatını  bu  torpağa  bağlayan  müxtəlif 

dinlərə etiqad edən adamlardır (3,s.30;  s.34). 

Bugünkü  Azərbaycan  H.Əliyevin  çoxillik  gərgin  və  uzaqgörən  fəaliyyətinin  məhsuludur. 

Məhz H.Əliyev zəkası və müdrikliyi tarixi varisliyi qoruyub saxlaya bildi. Ölkəni yeni demokratik 

inkişafa doğru apardı və Azərbaycanı sivil ölkələr siyahısına yazdırdı (5, s. 88). 

Uzaqgörən  dahi  siyasətçi  Heydər  Əliyevin  respublikaya  qayıdışı  Azərbaycan    xalqını, 

dövlətini parçalanmaqdan, məhv olmaqdan qorudu və bununla da dövlətçiliyimizi xilas etdi.  

Heydər Əliyev irsində azərbaycançılıq ideyası  əsas amildir. Ulu öndər hər zaman ölkəmizdə 

yaşayan  müxtəlif  xalqların  vahid  ailədə  yaşamalarına  dəyər  vermiş  və  çıxışlarının  birində,  “Biz 

azərbaycanlıyıq, hamımızın vətəni Azərbaycandır. Bizi bir xalq, bir millət bir insan olaraq bu torpaq 

ərsəyə gətirmişdir. Buna görə də, bizim hər birimizin canında azərbaycanlılıq ruhu yaşayır. Bizi bir-

birimizə  bağlayan  və  daha  çox  birləşməyə  sövq  edən  də  azərbaycanlılıq  ruhu,  azərbaycançılıq 

ideyası olmalıdır. Hər bir dövlətin milli ideologiyası olur. Müstəqil Azərbaycan Respublikasının da 



 

Yüklə 6,82 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin