Rübabə Şirinova, fəlsəfə üzrə fəlsəfə doktoru
AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, böyük elmi işçi
rubaba.sirinova@mail.ru
AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN VƏ ETNİK
QRUPLARIN DİNİ İNKİŞAFI
Açar sözləri: Hüquq, siyasi, yəhudilər, xristianlar, multikulturalizm
Key words: law, political, the Jews, Chrisitians, multiculturalism
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
337
Ümummilli lideri Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Ulu
Öndərin siyasi iradəsi nəticəsində Azərbaycanda tarixən mövcud olan tolerantlıq və
multikulturalizm ənənələri hüquqi və siyasi müstəviyə qaldırıldı. Heydər Əliyev Azərbaycanın
gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər
boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə
qaldırdı. Milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanması,
inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Mənşəyindən, irqindən, dinindən və dilindən asılı
olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Ulu öndərin dediyi kimi,
həqiqətən də “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir.
Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası
da - bütünlükdə hamısı azərbaycanlıdır” [1].
Azərbaycan çoxmillətli, çoxdinli bir ölkədir. Azərbaycanda təxminən 20-dən artıq azsaylı
xalqların nümayəndələri yaşayır. Bu xalqların bir qismi İslam dininin şiə məzhəbinə, bir qismi isə
İslam dininin sünni məzhəbinə qulluq edir. Bundan başqa ölkədə xristianlığın pravoslav xəttinə
[6,s.189;7,s.156] eləcə də iudaizm dininə xidmət edən çoxsaylı yəhudilər var. Həmçinin, ölkədən
getməmiş erməni qriqoryan məzhəbinə qulluq edən və azərbaycanlılarla müəyyən qohumluq
əlaqələrinə malik ermənilər də var. Göründüyü kimi, Azərbaycan mozaik bir ölkədir. Burada çoxlu
millətlərin və xalqların nümayəndələri, müxtəlif dinlərin daşıyıcıları var. Bunlar həm də müxtəlif
sivilizasiyaların Azərbaycanda mövcud olduğunu göstərir. Multikulturalizm isə bütövlükdə
millətlərarası, dinlərarası münasibətləri tənzimləyən bir elm sahəsidir. Azərbaycanda
multikulturalizm sahəsində xeyli təcrübə toplanıb. Azərbaycan xalqının əsas hissəsi olan türk
etnosunun digər etnoslara tolerant, dostcasına münasibət bəsləməsi sayəsində etnik və dini zəmində
qarşıdurma olmayıb. Bu səbəbdən Azərbaycanda millətlərarası, dinlərarası tolerantlığın olduğunu
söyləmək mümkündür. Bununla bağlı, Azərbaycanda başqa dövlətlərə nümunə olacaq bir təcrübə
toplanıb. Dövlətin xüsusi qurumları bu işlə ciddi şəkildə məşğul olurlar [5, s.10-12].
Azərbaycan Respublikasında müxtəlif dini konfvessiyalar fəaliyyət göstərsə də, islam dini
üstün mövqe tutur. Əhalinin 95 faizindən çoxu islam dininə etiqad edir. Azərbaycan Respublikası
Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir.
Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din
dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan,
insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. “Dini etiqad azadlığı
haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək
və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanın tarixi
inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin
mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq,
islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə
qarşılıqlı təsir göstərmişdir. Hazırda Azərbaycan Respublikası ərazisində 510 dini icma
qeydiyyatdan keçmişdir. Bunlardan 32-i qeyri-islam təmayüllü dini icmalardır [5,s.18-19).
Bu gün dünyanın bir çox ölkələrində insanlarm yaşayış yerinin müəyyən edilməsində onların
dini mənsubiyyəti əsas meyar kimi götürülür. Yəhudi, xristian və müsəlmanlar ayrı-ayrı
məhəllələrdə yaşayırlar. Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Bu gün ölkəmizdə müxtəlif dinə
mənsub insanlar bir küçədə, bir həyətdə, hətta bir evdə sərbəst yaşayır və bir-birilərinin
bayramlarında, dini ayinlərində bir ailə kimi yaxından iştirak edirlər. Qurani-Kərimdə buyrulur:
"Dində məcburiyyət (zorakılıq) yoxdur" (“əl-Bəqərə” surəsi, 256-cı ayə) [8,s.38]. İslam hər hansı
bir dini zorla insanlara qəbul etdirməyin tərəfdarı deyildir.
Azərbaycanda yaşayan qədim xalqlardan biri də yəhudilərdir. Məskunlaşdıqları digər
ölkələrdə işgəncə və təzyiqlərə məruz qalan yəhudilər yurdumuza pənah gətirərək 2500 ildən
artıqdır ki. burada yaşayırlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz
qalmamış əksinə, daim yerli əhalinin diqqət və qayğısı ilə əhatə olunmuşlar [11].
Azərbaycanda yəhudilər üç icma ilə - Dağ, Əşkinazi və Gürcü yəhudiləri icmaları ilə təmsil
olunur. Ölkəmizdə yaşayan yəhudilərin böyük əksəriyyətini əsasən, Bakı. Quba və Oğuzda
məskunlaşan dağ yəhudiləri təşkil edir. Quba rayonundakı Qırmızı qəsəbə postsovet məkanında dağ
yəhudilərinin kompakt yaşadığı yeganə məkandır. Ölkəmizə XIX əsrdə pənah gətirən Əşkinazi
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
338
yəhudilər daha çox Bakı və Sumqayıtda məskunlaşmışlar [9,s.2]. Azərbaycanda hazırda 7 yəhudi
dini icması dövlət qeydiyyatına alınmışdır. Bakıda 3, Oğuzda və Qubada 1 sinaqoq fəaliyyət
göstərir.
2003-cü ilin mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. Avropada ən
böyük sinaqoq sayılan bu ibadətgah köhnə məbədin yerində inşa olunmuşdur. Açılış mərasimində
dövlət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və xarici ölkələrdən
qonaqlar iştirak etmişlər. Sinaqoqun tikintisində xaricdə fəaliyyət göstərən yəhudi təşkilatları ilə
yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası
yaxından iştirak etmişdir. Müsəlmanlarla xristianların yəhudi sinaqoqunun inşasında iştirakı və
yardım göstərməsi dünyada misli görünməmiş hadisələrdəndir [14].
2003-cü ilin sentyabr ayında Bakıda "Or-Avner" Xabad Lyubaviç Beynəlxalq Fondunun
maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır. Açılış mərasimində
xaricdə yaşayan yəhudi icmalarının nümayəndələri, eləcə də Azərbaycan rəsmiləri iştirak etmişlər
[12].
Azərbaycanda yəhudi icmaları ilə bərabər xristianlığın pravoslavlıq, katoliklik və protestantlıq
qollarını təmsil edən dini icmalar da fəaliyyət göstərir. Ölkəmizdə pravoslavlıq qoluna mənsub xris-
tianlar çoxluq təşkil edir. Xristianlıq əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində geniş
yayılmışdır.
Azərbaycan hökumətinin qərarı ilə 1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası
1991-ci ildə Rus Pravoslav kilsəsinə verilmişdir [3,s.489]. Onu da qeyd edək ki, kilsəni 1907-ci ildə
məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev inşa etdirmişdir[2,II.s.459]. 2001-ci ilin
may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral
kilsə statusu vermişdir. Kilsə Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunduğunda
dağıntılara məruz qalmışdır. Kilsənin təmirini Moskvada yaşayan azərbaycanlı iş adamı Aydın
Qurbanov öz üzərinə götürmüş, baş kafedral kilsə tezliklə təmir olunmuş və dindarların istifadəsinə
verilmişdir. Kilsənin açılış mərasimində Ümummilli Liderimiz Heydər Əliyev, hökumət üzvləri,
səfirliklərin nümayəndələri iştirak etmişlər [3, s.402-403]. Hazırda Bakıda 3, Gəncə və Xaçmazda 1
rus pravoslav kilsəsi, Sumqayıtda 1 məbəd fəaliyyət göstərir .
2003-cü ilin aprel ayında Rum Patriarxı LL Varfolomey Azərbaycanda rəsmi səfərdə olmuş,
dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi icmalarının rəhbərləri ilə görüşlər
keçirmiş, dini durumla tanış olmuş və ölkədə fəaliyyət göstərən dini icmalar arasındakı
münasibətləri yüksək qiymətləndirmişdir. Qonağı Ümummilli Liderimiz Heydər Əliyev də qəbul
etmişdir.
1999-cu ildə katolik icması da dövlət qeydiyyatına alınmış, əvvəllər dini ayinləri evlərdə icra
edən icma üzvlərinə lazımi şərait yaradılmışdır. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi
məqsədilə xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. Sonrakı illərdə Azərbaycan hökuməti ilə
Vatikan arasındakı razılığa əsasən Bakıda Nobel prospektində Roma katolik kilsəsi inşa
olunmuşdur. Roma katolik kilsəsinin başçısı II İohann Pavel 2002-ci ilin may ayında Bakıda səfərdə
olmuş və dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür. O, Azərbaycandakı
mövcud dini dözümlüyü yüksək qiymətləndirərək demişdir: “Azərbaycanda dinlər arasında mövcud
tolerantlıq və dözümlük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər” [3,s.
459-462].
Azərbaycanda dövlət qayğısı ilə əhatə olunan azsaylı, qədim xalqlardan biri də əsasən Qəbələ
rayonunun Nic qəsəbəsində yaşayan udilərdir [10]. Dünyada udilərin sayı 10.000-ə yaxındır ki,
onların də təqribən 7000-i Azərbaycandadır. Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə,
yanaşı yaşamış, onların arasında daim dostluq əlaqələri və qarşılıqlı anlaşma mövcud olmuşdur
[13].
Azərbaycan hökumətinin diqqət və qayğısı sayəsində 2003-cü ildə alban-udi dini icması
dövlət qeydiyyatına alınmışdır. 1836-cı ildə Rusiya çarının fərmanı ilə alban kilsəsi və
katolikosluğu ləğv edilmiş, alban məbədləri erməni apostol kilsəsinə verilmişdir. Azərbaycan
hökumətinin dini fəaliyyət sahəsində yetirdiyi uğurlu siyasət nəticəsində udi etnosu itirilmiş
hüquqlarını bərpa etmişdir [2, I., s.293; 4,s.84]. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən
bərpa olunmuşdur. Bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
339
biri sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən alban kilsə-muzeyidir. Bu kilsə 2003-cü ildə
əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. IV-V əsrlərə aid kilsənin təmirinə 2000-ci ildə
başlanılmış və 2003-cü ildə başa çatdırılmışdır. Kilsənin bərpasında xarici alimlərlə yanaşı,
azərbaycanlı alimlər də böyük əmək sərf etmişdir [14] .
2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey adlı qədim
alban kilsəsinin yerində Çotari adlı alban-udi kilsəsinin açılış mərasimi keçirilmiş, tədbirdə
hökumət üzvləri, dini icmaların nümayəndələri və xarici qonaqlar da iştirak etmişdir [4,s.84-85].
Azərbaycanda tolerantlığa aid qeyd olunan faktlar ölkəmizdə bütün dinlərə bərabərhüquqlu
şəraitin yaradıldığını, tolerantlığın yüksək səviyyədə olduğunu, hökumətin bütün xalqların, etnik az-
lıqların hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin öyrənilməsinə, qorunub
saxlanılmasına xüsusi önəm verdiyini göstərir.
Azərbaycanda dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində, milli-mənəvi
dəyərlərimizin təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyeva
hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə, ən yüksək tribunalardan xarici ölkə
nümayəndələrinin diqqətinə çatdırır, xalqlar arasında dostluq münasibətlərinin, qarşılıqlı
yardımlaşma və təcrübə mübadiləsinin vacibliyini daima vurğulayır. Onun rəhbərliyi altında Heydər
Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük
kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır. Uğurla həyata keçirilən
“Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə,
sinaqoqlarda təmir-bərpa işləri aparılır [12].
Tam əminliklə demək olar ki, müstəqil Azərbaycan dövlətində dini tolerantlığın bərqərar
olması üçün bütün tədbirlər ardıcıllıqla, məqsədyönlü şəkildə həyata keçirilir, bütün dinlərin
ardıcıllarının tam bərabər hüquqlu vətəndaş kimi yaşayıb fəaliyyət göstərməsinə şərait yaradılır.
Bu gün əsas vəzifəmiz bu zəngin irsin qorunub saxlanılması və gələcək nəsillərə
çatdırılmasıdır. Tolerantlıq Azərbaycanın əvəzsiz, dünyanın bir çox ölkələrinin həsəd apardığı milli-
mənəvi sərvətidir. Bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısı dövlət tərəfindən
dərhal alınır və bundan sonra da alınacaqdır.
Ədəbiyyat:
1. Abdullayev K.M. Ulu Öndər Azərbaycan multikulturalizmin siyasi banisi kimi.
Azərbaycan qəzeti, 23.07.2014
2. Azərbaycan Milli Ensiklopediyası. Bakı, I,2009; Bakı II,2010. “ Azərbaycan Milli
Ensiklopediyası” elmi mərkəzi.
3. Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə dövlət komitəsi. Heydər Əliyev siyasəti
tolerantlıq (çıxışlar, nitqlər, təbriklər). Bakı, “ Elm və Təhsil” -2015.
4. Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə dövlət komitəsi. İlham Əliyev
Azərbaycan tolerantlıq örnəyidir (çıxışlar, nitqlər, görüşlər, təbriklər). Bakı, “Elm və təhsil”-2015
5. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI
files.preslib.az/projects/remz
6. Bünyadov Z. Dinlər, təriqətlər, məzhəblər (arayış kitabı). Bakı, Azərbaycan nəşriyyatı,
1997, 287.
7. İslam: Tariх. Fəlsəfə. İbadətlər. Bakı, Еlm,1994
8. Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər: Z.Bünyadov, V.Məmmədəliyev. Bakı,
Azərnəşr.
9. Məmmədov Ceyhun Azərbaycanda tolerantlıq mühazirə.
10. https://az.wikipedia.org/wiki/Nic
11. www.scwra.gov.az
12. m.sia.az/az/news/politics
13. azerbaijan.az/_.../_traditionReligion_a.html
14. azerbaijan.az/_.../_traditionReligion_a.html
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
340
Rubaba Shirinova
The developmentof the religions believed by nations and ethnic groups lived in Azerbaijan
Summary
Azerbaijan is a multinational and multireligious country. People descended from a lot of
different nations live here and their religions are also various. This fact also shows that there are
many various civilizations in Azerbaijan. In general, multiculturalism is a field of science which
defines the relations among nations and religions. In Azerbaijan live people belonging little known
nations whose number is more than twenty. One of those people who live in Azerbaijan are the
Jews. At present, 7 Jewish religious communtiy are registered by the Government. There are 3
synagogues in Baku, besides one synagogue functions in Oghuz and another one in Quba.
Ramid Hüseynov, siyasi elmlər üzrə fəlsəfə doktoru
Heydər Əliyev adına AAHM-in dosenti
suleyman.h73@gmail.com
MULTİKULTURAL TƏHLÜKƏSİZLİK: DÜNYA REALLIQLARI VƏ
AZƏRBAYCAN MODELİ
Açar sözlər: multikulturalizm, dini və milli tolerantlıq, sivilizasiyalararası dialoq,
multikultural təhlükəsizlik, beynəlxalq hüquq normaları.
Key word: multiculturalism, cultural and national tolerance, dialogue among civilizations,
Security in multicultural societies, international law norms.
Multikulturalizm - eyni bir ölkədə yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin
mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. O, ayrıca
götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların
mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmoniyasına, azsaylı xalqların yaşadıqları
dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.
Başqa sözlə, multikulturalizm ideologiya və siyasət kimi çıxış edərək, müxtəlif etnik, dini və
irqi birliklərin "mədəni müxtəlifliyin" liberal konsepsiyalarına və ictimai həyatın iqtisadi, siyasi və
mədəni sferalarında birgə yaşamanın üstünlüyünə əsaslanır [11].
Dünya siyasətşünaslarının proqnozlarına görə, müasir təkqütblü dünya sisteminə ən böyük
zərbə vuran və onun nizamına mənfi təsir göstərən amillərdən biri planetdə getdikcə güclənən
konfessiyalararası etno-milli-dini münaqişələr, separatçılıq meylləri və məhəlli toqquşmalar,
sivilizasiyalararası qarşıdurma və onların qarşısının vaxtında alınmamasıdır [4, s. 460].
Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın
təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar
arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil [9].
Multikulturalizm termini ilk dəfə 1960-cı illərin sonlarında Kanadada meydana çıxdı, amma
1971-ci ildə yeni hökumətin kursunu ifadə edən rəsmi termin oldu [11].
Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində mədəniyyət bəşəriyyətin sosial inkişafının,
intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və çoxmillətli qlobal
cəmiyyətin formalaşmasına, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və
idarəçiliyə, sülh və beynəlxalq münasibətlərə böyük təsir göstərir. Mədəni münasibət və qarşılıqlı
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
341
zənginləşmə, xalqların sosial-mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi
qanunauyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində Azərbaycanın
davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb
edir.
Multikulturalizm - mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər
mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara
qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət, qarşılıqlı anlaşma, dialoq qurmaq
mümkün deyil [9].
Multikulturalizmə yanaşma formaları (mənfi və müsbət tərəfləri).
Multikulturalizmin təhlili bizə imkan verir ki, onun müsbət və mənfi tərəflərini göstərək.
Bunu aşağıdakı şəkildə verə bilərik:
1) Multikulturalizmin mövcud olduğu dövlətdə yaşayan müxtəlif etnik qrupların inteqrasiyası,
qarşılıqlı dialoqu nəticəsində çox zəngin mədəniyyətin, adət-ənənənin, mətbəxin, humanizm
ideyalarının: dostluq, qardaşlıq qarşılıqlı anlaşma, tolerantlıq və s. dəyərlərin formalaşdığı bir
cəmiyyət yaranır. Bu həm dövlətin inkişafı, dünyadakı nüfuzu, həm də cəmiyyətin, fərdin
dünyagörüşünün, təhsil, elm, mədəni səviyyəsinin yüksək olması üçün şərait yaratmış olur.
2) Dövlətin əhalisinin etnik-milli-dini baxımdan müxtəlif olması onun daxili və xarici
siyasətinə daha həssas yanaşmağı zəruri edir. Sosial, mədəni və dini sahədə münasibətlərin ədalətli
formada tənzimlənməsi, ayrı-seçkiliyin baş verməməsi cəhdləri dövlətin daxili siyasətinin ən
mühüm istiqamətlərindən birini təşkil edir. Daxili siyasətlə bərabər xarici siyasətdə də mühüm
məsələlərdən biri xarici yardım nəticəsində ölkədə multikulturalizmin azacıq zəifliyindən istifadə
edərək yarana biləcək münaqişələrin qarşısının almasıdır. Son zamanlar dünya dövlətlərinin
müxtəlif regionlarda həyata keçirdikləri geosiyasətin əsasında bu fakt daha qabarıq özünü
göstərməkdədir. Bu baxımdan multikulturalizmin mövcud olduğu cəmiyyətin idarə edilməsi və
multikultural təhlükəsizliyin təmin olunması çətinləşir.
Azərbaycan multikulturalizminin gerçəklikləri: tarixilik və müasirlik
Tarixə qısa nəzər yetirsək görərik ki, Azərbaycan ərazisində çox qədim dövrlərdən etibarən
müxtəlif etnik qrupların, dini icmaların, fərqli mədəniyyətlərin nümayəndələri birgə yaşamışlar.
Təsadüfi deyil ki, coğrafiyaşünas Strabon Qafqaz səyahəti zamanı Azərbaycan ərazisində fərqli
dilləri, mədəni dəyərləri - özünəməxsus adət-ənənələri olan etnik qrupların birgə, mehriban
yaşadığını qeyd etmişdir. Bu fakt təkcə keçmiş dövrdə deyil, müasir dövrümüzdə də rast gəlinir.
Belə ki, Azərbaycanın müxtəlif bölgələrində (rayonlarında) fərqli adət-ənənəni, mədəni dəyərləri,
dili və dini inancları özün-də birləşdirən türklər, talışlar, tatlar, udinlər, ingiloylar, kürdlər, ləzgilər,
ruslar, yəhudilər, axısqalılar və digər etnik qrupların nümayəndələri birgə dostluq, qarşılıqlı
anlaşma, tolerantlıq şəraitində yaşamaqdadırlar [8, s. 523-526].
Azərbaycan multikulturalizminin özünəməxsus xüsusiyyətləri vardır. Birinci, tarixən bu
ərazidə müxtəlif etnik, dini, adət-ənənə baxımdan fərqli olan əhalinin qarşılıqlı anlaşma, dostluq
şəraitində yaşamaları və vahid Azərbaycan xalqını təşkil etmələri ilə bərabər onun milli birliyini,
tolerantlığını, zəngin mədəniyyətini, qonaqpərvərliyini, milli məfkurəsini – “azərbaycançılıq”
ideologiyasını yarada bilmişlər. İkincisi, Azərbaycan dövlətinin zəngin tarixi keçmişi, coğrafi
şəraiti, relyefi, təbii resursları, həmçinin, vaxtaşırı müharibələrin aparılması əhalinin
dünyagörüşünün, mübarizliyinin, dözümlüyünün, mərdliyinin formalaşmasına təkan vermişdir.
Üçüncü mədəni, etnik, dini müxtəliflik bir tərəfdən Azərbaycan xalqının zənginləşməsinə,
dünyagörüşünün formalaşmasına müsbət təsir göstərsə də, digər tərəfdən dövlətin multikultural
təhlükəsizlik məsələsinə daha həssas yanaşmasını vacib edir. Belə ki, Azərbaycanın geosiyasi,
geoiqtisadi və geostrateji baxımdan əhəmiyyətli regionda yerləşməsi, zəngin təbii resursları və
müstəqil siyasət yeritməsi, Ermənistanla müharibə şəraitində olması multikultural təhlükəsizliyin
təmin olunmasını da zəruri edir.
Bu baxımdan terrorizmin, separatçılığın, dini və milli ayrı-seçkiliyin, münaqişələrin tüğyan
etdiyi bir məqamda sivilizasiyalararası dialoqun qorunub saxlanılması, sosial ədalətin yaradılması,
etnik və sosial birliyə nail olunması, müxtəlif dinlərin birgə yaşayışının təmin edilməsi və bu
istiqamətdə inkişafa doğru addımların atılmasını Azərbaycan dövlətinin daxili və xarici siyasətinin
düzgün təşkilinin mühüm göstəricisi hesab etmək olar. Bu bir daha onu göstərir ki, Azərbaycan
|