qlobal etikanın əhəmiyyətini vurğulamışdır. Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü ilin
oktyabr ayında Bakı Beynəlxalq Humanitar Forumunun açılışında demişdir ki, əgər biz dünyada
sivilizasiyaların əməkdaşlığını, dialoqu gücləndirmək istəyiriksə, onda bütün imkanlardan istifadə
etməliyik. 2015-ci ildə Bakıda baş tutmuş “Mədəniyyətlərin dialoqu” III Beynəlxalq Forumunda
multikulturalizm probleminə həsr olunmuş “Dəyirmi masa” keçirilib. Bu o deməkdir ki, həmin
forumda iştirak edən alim, mədəniyyət xadimi və siyasətçilər tərəfindən bu məsələlərin bir-biri ilə
qarşılıqlı surətdə bağlılığı və aktuallığı dərindən dərk olunur. Onu da qeyd etmək lazımdır ki, II
Beynəlxalq Humanitar Forumunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması
barədə qərar qəbul olundu və o, 2014-cü ildə yaradıldı və bu müddətdə Mərkəzi Azərbaycanda
multikulturalizm nəzəriyyəsi və təcrübəsinin inkişafı üzrə bir sıra ciddi addımlar atıb. Ölkənin
multimədəni tarixi, ənənələri və müasir təcrübəsinə dair əsərlər nəşr edilib, tədris müəssisələrində
kurslar aparılır”(4, s.5). 2012-ci ildə “Evrovision-2012” müsabiqəsinin Azərbaycan
Respublikasında keçirilməsi, 2015-ci il iyun ayının 12-29-da keçirilmiş ilk Avropa oyunları, 2016-
cı il aprelin 24-27 də Bakıda BMT Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu, iyunun17-
19-da Formula I Qran-pri yarışlarının keçirilməsi Azərbaycan mədəniyyət siyasətinin uğuru və
bunun nəticəsi kimi multikulturalizmin təntənəsi sayıla bilər.
Ədəbiyyat:
1. Azərbaycan Respublikasının Konstitusiyası. Təhsil, Bakı, 2009
2. Axundova Nigar Azərbaycanda mədəniyyət siyasəti Reallıqlar və perspektivlər. Beynəlxalq
konfrans və sosioloji tədqiqatın sənət materiallarının məcmusu. Bakı, 27-29 iyun, 2001-ci il.
3. Əlisa Nicat Müdriklik məbədi Nərgiz nəşriyyatı, Bakı, 2005
4. İ.Məmmədzadə “Qloballaşma və multikulturalizmin dərkində bəzi təmayüllər” Elm qəzeti
N10 Bakı, 27 may, 2016
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
357
5. Mədəni irsin qorunmasına dair normativ hüquqi aktlar toplusu. Bakı, “Elm”, 2001
6. Mədəniyyət haqqında Azərbaycan respublikasının qanunu “Azərbaycan” qəzeti. 18 aprel,
1998-ci il, N86
7. Mədəniyyətin tarixi və nəzəriyyəsi. Dərslik. Təknur, Bakı, 2010.
Namiq Abbasov
Multiculturalism as a basis for cultural policy
Summary
The article highlights the role of multiculturalism in the formation of the state cultural policy.
Cultural variety, in other words multiculturalism is typical for majority of the modern societies. But
nevertheless united of the people having different traditions in the frame of concrete society opens
road to the appearance of the few problems that solution of these is absolute.
Mətanət Bəkir qızı Əmrahova
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), müəllim
amrahova2016@mail.ru
QLOBALLAŞMA DÖVRÜNDƏ AZƏRBAYCANDA ETNİK MƏDƏNİYYƏT VƏ
MULTİKULTURAL DƏYƏRLƏR
Açar sözlər: qloballaşma, etnik qrup, azsaylı xalqlar, milli mədəniyyət, hüquqi baza, təhsil
faktoru, folklor, multikulturalizm, dövlət qayğısı.
Keywords: globalization, ethnic groups, scanty peoples, national culture, legal basis,
educational factor, folklore, multiculturalism, state care.
Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malikdir. Tarixən müxtəlif
sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin
kəsişməsində bərqərar olmuş respublikamız Qərblə Şərq, Şimalla Cənub arasında “Qızıl körpü”
rolunu oynamış, müxtəlif tarixi dövrlərdə yaşayış üçün əlverişli təbii şəraiti ilə bir çox qəbilə, tayfa
və xalqları öz ərazisinə cəlb etmişdir.
Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək görərik ki, əhalinin 90%-ni təşkil edən
azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və
milli qruplar iştirak etmişlər. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin
müxtəlif guşələrində yaşayan 30 millət və etnik qrupdan ibarətdir. Onların arasında Altay ailəsinin
türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahısqa türkləri, həmçinin Hind - Avropa (tatlar,
talışlar, dağ yəhudiləri, kürdlər), Qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlar, ingiloylar,
qrızlar, xınalıqlar), slavyan (ruslar, malakanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır.
1992-ci ildə imzalanmış “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik
qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı
haqqında” fərmana əsasən onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşları hesab edilir.
Respublika rəhbərliyinin yürütdüyü siyasətin əsas məqsədlərindən biri dövlətin polietnik
kütləsinin - ölkənin mədəni genofondunun əsasının qorunub saxlanılmasından ibarətdir ki, bu da
özündə etnik mədəniyyətin dil, xalq incəsənəti, maddi mədəniyyəti, adət və ənənələrini,
mənəviyyatını və ənənəvi tərbiyə sistemini cəmləşdirir. Ölkəmizdə özünəməxsus “etnik intibah”
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
358
ümummilli lider Heydər Əliyevin 1993-cü ildə imzaladığı sərəncamdan sonra başlayıb. Sərəncamda
etnik azlıqların təhsili, mətbuatı, mərkəzi televiziya və radio ilə xüsusi verilişlərin təşkili,
həmfikirlik və ədalətlilik, tolerantlıq və həqiqilik, bərabərlik və əməkdaşlıq hüquqları öz əksini
tapıb. Bu sərəncamdan irəli gələn məsələlərin həyata keçirilməsi ona gətirib çıxarıb ki, Azərbaycan
vətəndaşlarının şüurunda üç komponentin vəhdəti kök salıb: bunlar öz etnosuna mənsubluq
haqqından (istər azərbaycanlı, istər tatar, istər talış, istərsə də rus olsun), milli ənənələrinə və
xalqının tarixinə hörmət və məhəbbət hissindən, milli dilin və mədəniyyətin öyrənilməsi
meyllərindən ibarətdir” [5]. Ulu öndər çıxışlarının birində demişdir: “Azərbaycanın varı, dövləti
təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır” [4, s. 76].
Bu siyasət hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin qloballaşma
dövrünün tələbləri bu gün qarşıya ciddi və taleyüklü vəzifələr qoyur. Güclü dövlətə sahib olmaq,
ölkə ərazisində yaşayan vətəndaşları vahid ədalət konsepsiyası ilə idarə etmək, onlara düzgün yol
göstərmək kimi amillər qloballaşma dövründə beynəlxalq multikultural modellərin də əsas
mahiyyətini təşkil edir. Akademik R.Mehdiyev yazır: “Beləliklə, hətta dünyada qloballaşma
proseslərinin gücləndiyi şəraitdə də güclü dövlətin qurulması XXI əsrdə ən effektiv modeldir.
Dövlət quruculuğunda Azərbaycanın məhz bu modeldən istifadə etməsi düzgün qərar idi. Çünki
prezident idarəçiliyi formasının mövcudluğu şəraitində güclü dövlətə söykənərək milli ideyanın
müasir innovasiyalı inkişaf dövrü ilə səsləşən yeni vəzifələrinin həyata keçirilməsinə başlamaq
olar” [6, s. 63].
Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların
və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox
mütərəqqi amilləri əxz edərək, onları qarşılıqlı surətdə inkişaf etdirmişdir. Ümumi birgəyaşayış
qaydalarına əməl olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşmış, lakin öz dillərini,
etnoqrafik xüsusiyyətlərini qoruyub saxlamışlar. 2009-cu ilin siyahıyaalınmasına görə ölkə
əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir [7, s.
4]. Azərbaycan hökuməti insan haqları, o cümlədən milli azlıqların müdafiəsi məqsədilə bir çox
nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq əlaqələrinə malikdir. Respublikamız insan
haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulmuşdur.
Ölkəmizdə milli azlıqların məsələləri ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatı, mədəniyyət
mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai birliklər fəaliyyət göstərir. Azərbaycanda yaşayan
etnik icmaların dilində 15-dən, rus dilində isə 30-dan çox qəzet və jurnal nəşr olunur.
Telekanallarda, milli azlıqların etnik-mədəni həyatı, etnoqrafiyası barədə müntəzəm materiallar
hazırlanır. Milli azlıqların sıx yaşadığı 5 bölgədə isə yerli teleradio kanalları fəaliyyət göstərir. Eyni
zamanda, təlimi yalnız rus dilində olan 19 və təlimi yalnız gürcü dilində olan 6 orta ümumtəhsil,
345 beynəlmiləl orta məktəb fəaliyyət göstərir [10]. Azərbaycan Milli Elmlər Akademiyasında milli
azlıqların dinini, mədəniyyətini, tarixini, etnoqrafiyasını öyrənən və tədqiq edən bölmə
yaradılmışdır.
Respublikamızda 380-dən artıq dini icmanın mövcud olması və onlara eyni münasibətin
göstərilməsi Azərbaycanı dünya miqyasında tolerant ölkə kimi tanıtmışdır. Azərbaycan insanının
bir-birinə münasibəti kimin hansı millətə və yaxud dinə mənsub olmasında deyil, səmimi və təmiz
olması ilə seçilir.
Azərbaycanda əhalinin milli tərkibində həm sayca, həm də xüsusi çəkisinə görə ikinci yeri
ruslar tutur. XIX əsrdə Azərbaycana köçürülən rus əhalisini iki qrupa bölmək olar. Həmin əsrin 70-
80-ci illərindən sonra burada məskunlaşan rusların bir qismi müflisləşmiş və yerlərdə torpaqdan
məhrum olmuş kəndlilər, digər qrup isə xristian dininin müxtəlif cərəyanlarına məxsus olan
təriqətçilər idi. XX əsrin 20-30-cu illərində respublikaya rusların miqrasiyası güclü olmuşdur. Onlar
təsərrüfatın müxtəlif sahələrinə aid mütəxəssislərdən, alimlərdən, fəhlələrdən ibarət idi. 1989-cu
ildən sonra rusların kütləvi emiqrasiyası baş vermiş, 1999-cu ilə qədər respublikada onların sayı 250
min nəfər azalmışdır.
Dünyanın etnik xəritəsində udi (bəzi mənbələrdə udin) adlı etnos yalnız Azərbaycanın
ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi
yarımqrupuna məxsus olmuş, çoxlu qədim ünsürləri qoruyub saxlaya bilmişlər. Udi dilinin əlifbası
yoxdur. Keçmişdə udilər yalnız Qafqaz Albaniyasının (Müasir Azərbaycan Respublikasının)
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
359
ərazisində qeydə alınmışlar. Udilər Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Onlar
Azərbaycanın Şəki, Oğuz, Qəbələ rayonlarının ərazisində (1999-cu ildə aparılmış siyahıyaalmaya
əsasən 4066 nəfər) yaşamışlar [11]. Bu gün udilərin yaşadığı ərazi isə Şəki-Zaqatala iqtisadi-coğrafi
bölgəsinə daxildir. Bu bölgənin qədim xalqlarından olan udilər yerli əhali ilə qohumluq əlaqələri
quraraq onlarla qaynayıb-qarışmışlar.
Azərbaycanda yaşayan almanları ruslar 1819-cu ildə Vyutenberq krallığından köçürmüşlər.
İlk dəfə Yelizavetpolda (Gəncə), sonra onun yaxınlığındakı Yelenendorfda (Göygöl), Hacıkənddə,
Şəmkirdə, Bakıda və s. ərazilərdə məskunlaşmışlar. Almanlar ölkəmizdə alman mədəniyyətini,
təhsilini, həmçinin üzümçülüyü, şərabçılığı, tikinti-inşaat işlərini inkişaf etdirmişlər. Böyük Vətən
müharibəsindən sonra almanların yüksək inkişafını görən Sovet imperiyası onları Sibirə və
Qazaxıstana sürgün etmişdir.
Digər etnik qrup isə buduqlardır. Onlar şahdağlılar ailəsinə mənsub olub, Quba, Xaçmaz,
Siyəzən, Bakı və Sumqayıtda yaşayırlar. Türk-monqol qəbilələrindən olub, XШ əsrin yarısından
etibarən Azərbaycanda yaşayan buduqların budat adlı qəbilədən olduğu da fərz edilir. Yəhudilər isə
XVI əsrdə İrandan gəlmişlər. Onların yeganə varisləri olan dağ yəhudiləri təkcə Quba rayonundakı
Qırmızı Qəsəbədə kompakt halında, Oğuz rayon mərkəzində və Bakıda yaşayırlar. Dağ
yəhudilərinin ənənəvi məşğuliyyəti əkinçilik, xırda ticarət, toxuculuq və sənətkarlıq olmuşdur.
Azərbaycanda, əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halında, eləcə də
Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Ağsu, Göyçay, Ağdaş
rayonlarında yaşayan ləzgilər isə Azərbaycanda yaşayan azsaylı xalqlar arasında ön yerlərdən birini
tuturlar. Qeyd edək ki, ləzgilər Azərbaycan əhalisinin 2,2 faizini təşkil edir. Onların əksəriyyəti
islam dininə etiqad edir. 1993-cü ildən başlayaraq ləzgi dilində dərsliklər çap edilməyə
başlanmışdır. Onlar sıx yaşadıqları Quba-Xaçmaz iqtisadi rayonunun iqtisadi inkişafında mühüm
rol oynayırlar.
Saxurlar tarixən Dağıstanda məskunlaşmış, daha sonralar isə Azərbaycana köç edib Zaqatala,
Qax rayonlarının bir neçə kəndində yerləşmişlər. Onlar azərbaycanlılarla qaynayıb qarışmış,
Azərbaycan dilinə, mədəniyyətinə yiyələnmişlər. Saxurlar dağlıq ərazilərdə yaşadıqlarına görə
maldarlıq və sənətkarlıqla məşğul olmuşlar. Onların mətbəxi müxtəlif yeməklərlə zəngindir. Uzun
əsrlər boyu Azərbaycan türkləri ilə bir yerdə yaşayan saxurlar toy adətlərində də
özünəməxsusluqlarını qoruyub saxlaya bilmişlər. İslam dininə etiqad edirlər. 1992-ci ildən
Azərbaycanda saxurların sosial-mədəni inkişafına, adət-ənənələri, dilinin, mədəniyyətinin təbliğinə
xidmət göstərən Saxur Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Saxurların rutullar adlanan hissəsi
Dağıstanın Rutul kəndindən gəlmişlər. Azərbaycanda əsasən Şəki rayonunun Şin və Qaynarca
kəndlərində yaşayırlar. Dil etibarilə saxur dilinə yaxın dildə danışırlar. Lakin rutulların da ədəbi dili
Azərbaycan dilidir.
Milli azlıqların dillərində onlarla qəzet və jurnal nəşr olunur, radio və televiziya proqramları
yayımlanır. Dövlət Radio stansiyası tərəfindən mütəmadi olaraq, kürd, ləzgi, talış, gürcü və rus
dillərində dövlət büdcəsindən 15 maliyyələşdirilən verilişlər hazırlanır. Balakən rayonunda avar
dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında yerli
televiziyada ləzgi dilində verilişlər yayımlanır. Bakıda rus, kürd, ləzgi və talış dillərində qəzetlər
nəşr olunur. Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil
olunmuşlar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət
orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası
Prezidentinin İcra Aparatında, Milli Məclisdə, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Mərkəzi
Seçki Komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışırlar.
Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin
tərkib hissəsi kimi qorunur və inkişaf edir, onların milli mədəniyyətinin, incəsənətinin, adət-
ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. 1992-ci ildə imzalanmış
“Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və
azadlıqlarının qorunması, dil və mədəniyyətlərin inkişafı üçün dövlət yardımı haqqında” fərmanda
deyilir: “Azərbaycan Respublikasının ərazisində yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların
nümayəndələrinin Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilən siyasi, iqtisadi,
sosial, mədəni hüquqlarını və azadlıqlarını qorumaq, onların həyata keçirilməsinə yaxından kömək
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
360
göstərmək məqsədi ilə nazirlik və idarələrin fəaliyyət çərçivəsində milli münasibətlərlə bağlı
məsələlərə, bu fərmandan irəli gələn vəzifələrə hərtərəfli baxılsın” [2].
Respublikamızda yaşayan milli azlıqların, demək olar ki, hamısı Azərbaycan dövlət dilini və
onların təqribən beşdən dördü rus dilini də bilir. Əlbəttə ki, bu dillərə real yiyələnmək səviyyəsi
fərqlidir, amma görünür ki, etniklərarası ünsiyyət üçün kifayətdir. Avropa Şurasının tam hüquqlu
üzvü olan Azərbaycan bu mötəbər qurumun 05 noyabr 1992-ci ildə qəbul etdiyi “Regional dillərin
və ya azsaylı xalqların dillərinin Avropa Xartiyası”nın prinsiplərini daim diqqət mərkəzində
saxlayır ” [2]. Fərmanda daha sonra deyilir: “Milli azlıq, azsaylı xalq və etnik qrupların
nümayəndələrinin peşə hazırlığına uyğun olaraq və heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər
hüquqlara malik olmasını nəzərə alaraq, həmin hüquqların həyata keçirilməsi üçün hərtərəfli şərait
yaradılsın, onların pozulmasına yönəldilmiş hər hansı bir hərəkətin, yaxud hərəkətsizliyin qarşısı
alınsın, ərizə və şikayətlərin baxılmasına və vətəndaşların qəbulunda həmin məsələlərin həllinə
diqqət artırılsın ” [2]. Sənəddə həmçinin Azərbaycan Respublikasının Prezident Aparatına, Nazirlər
Kabinetinə, nazirlik və idarələrə, yerli icra hakimiyyəti başçılarına aşağıdakı istiqamətlərdə dövlət
yardımının və hökumət siyasətinin həyata keçirilməsi bir vəzifə kimi tapşırılır;
- milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, dil və dini özgünlüyünün qorunub
saxlanılması və inkişaf etdirilməsi;
- milli ənənə və adətlərə əməl, dini mərasim və ayinlərin tam azad icra edilməsi, ibadət
yerlərinin qorunub saxlanılması və onlardan istifadə edilməsi;
- milli sənətkarlığın, peşəkarlıq və özfəaliyyət yaradıcılığı və xalq sənətlərinin sərbəst inkişaf
etdirilməsi;
- bütün millətlərin tarix və mədəniyyət abidələrinin qorunması;
- əhali üçün əhəmiyyətli olan yerlər, qoruqlar parklar və digər təbiət obyektlərinin mühafizə
olunub saxlanılması [2]
“Mədəniyyət haqqında ” qanunun 11-ci maddəsində milli mədəniyyətin inkişafına və qorunub
saxlanılmasına yardım nəzərdə tutulur. Dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına
və qorunub saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün milli
azlıqların mədəni kimliyinə təminat verir. "Təhsil haqqında " qanunun 6-cı maddəsi və "Dövlət dili"
haqqında qanunun 3-cü maddəsinə əsasən təhsil milli azlıqların müxtəlif dillərində verilə bilər.
Daxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan Respublikasının 1996-cı il 31
may tarixində qoşulduğu irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, aparteidin
qarşısının alınması və onun cəzalandırılması, genosidin qarşısının alınması və onun
cəzalandırılması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq
olunur.
Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət
göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və
etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılıb. Bakıda katolik kilsələri, sinaqoqlar
məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm
məkanı kimi tanınır.
Bunlarla yanaşı Azərbaycan beynəlxalq konvensiya da qoşulub. Bu da ölkəmizin mili
azlıqların hüququnun qorunmasına çox böyük önəm verdiyini ortaya qoyur. Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində "Azərbaycan-doğma diyar" devizi altında
azsaylı xalqların incəsənət festivalları keçirilir. 2006, 2008 və 2011-2012-ci illərdə keçirilmiş
festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallar
çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanıb, görkəmli alimlərin
iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi
konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib.
Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, elmi konfransların materialları
"Musiqi dünyası" jurnalında çap olunub. İctimai Televiziya tərəfindən festivallara informasiya
dəstəyi verilib.
Azsaylı xalqların mədəni-maarif inkişafı tarixində Azərbaycanın müəyyən təcrübəsi var.
Respublikamızın 13 rayonunda yaşayan etnik qrupların uşaqları öz milli adət və ənənələrini,
mədəniyyətini öyrənmələri üçün lazımi şərait yaradılıb. Belə ki, Quba, Qusar, İsmayıllı, Xaçmaz,
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
361
Oğuz, Qəbələ rayonlarının 126 məktəbində 24670 şagird ləzgi, Lerik, Lənkəran, Astara, Masallı
rayonlarının 246 məktəbində 26070 şagird talış, Balakən, Qəbələ, Xaçmaz, Zaqatala, Quba, Samux
rayonlarının 32 məktəbində 4748 şagird avar, udin, tat, saxur, yəhudi, xınalıq, kürd dillərini əsasən
ibtidai siniflərdə öyrənirlər. Beləliklə, respublikanın 407 məktəbində azsaylı xalqların və etnik
qrupların 55488 nəfər uşağı öz ana dillərini öyrənirlər. Azsaylı xalqların dillərində təlim aparan
müəllimlər müvafiq qaydalara uyğun olaraq vaxtaşırı ixtisasartırma kursundan keçirilirlər [11].
Avropa Şurası və Azərbaycanın Təhsil Nazirliyi hələ 2003-cü ilin mayında Bakıda "Təhsil
siyasəti və milli azlıqlar" mövzusunda seminar keçirib, noyabrın son günlərində isə bu məsələ
ətrafında Strasburqda AŞ-ın iqamətgahında beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr aparılıb.
Hər iki tədbirdə ölkədəki milli azlıqların təhsilinə münasibət yüksək dəyərləndirilib. Bu gün Təhsil
Nazirliyi ölkə Konstitusiyası, "Təhsil haqqında" qanunun tələbləri və Avropa Xartiyasının
prinsiplərini əldə rəhbər tutaraq, azsaylı xalqların dilləri, tarixi və mədəniyyətinin öyrənilməsi
istiqamətində mümkün imkanlardan istifadə edir.
Azsaylı xalqların dilinin, mədəniyyətinin, məişət həyatının qorunub saxlanmasında onların
yaratdıqları musiqi və folklor kollektivlərinin rolu daha böyükdür. Bu mənada Lənkəran bölgəsində
yüzillərdir ki, məskunlaşmış talışların folklor nümunələrini yaşadan “Lənkəranlı nənələr”, eləcə də
respublikamızın şimal qütbündə yaşayan avarların məşhur “Avar rəqs qrupu” və sair azsaylı
xalqların mədəniyyətinə aid olan bu cür nümunələrin sayı az deyil. Respublikamızda folklor
nümunələrinin rəngarəngliyi də məhz bundadır. Qəbələnin Nic qəsəbəsində və Oğuz rayonunda
yaşayan udilərin “Orayin” mədəniyyət mərkəzi fəaliyyət göstərir. Udilərin Nic qəsəbə mədəniyyət
evi nəzdində fəaliyyət göstərən “Cəngi” rəqs ansamblının səs-sorağı hər yerdən gəlir və rəsmi
dövlət tədbirlərində fəallıqları ilə seçilir. Oğuz rayonunun Calud kəndində yaşayıb-yaratmış
Dülgəroğlu Aşıq Əvək üç dildə - Azərbaycan, udi, erməni dillərində yazıb-yaradıb, həm də aşıq
kimi tanınıb. Balakənin Qaysa kənd mədəniyyət evində avarlara məxsus “Cahan” folklor ansamblı,
oğlanlardan ibarət “Qafqaz”, Şambul kənd mədəniyyət evində “Qızlar”, Mahamalar kənd
mədəniyyət evində “Təbəssüm”, Zaqatalada qızlardan ibarət “Alazan” rəqs qruplarının da adlarını
çəkmək olar ”.
Bütün bunlar onu deməyə əsas verir ki, əsrlərdən bəri Azərbaycan ərazisində multikultural
şəraitdə yaşayan müxtəlif millətlərin milli dəyərlərinə dövlət qayğısı günü-gündən daha
gücləndirilir, onların milli dəyərlərinin qorunması və bu istiqamətdə hüquqi bazanın
formalaşdırılması beynəlxalq hüquqi normalarla tənzimlənir. Ölkə rəhbərinin 2016-cı ilin
Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı 2016-cı il 11 yanvar tarixli
sərəncamı bu diqqət və qayğının ən bariz nümunəsidir.
ƏDƏBİYYAT:
1. Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları (baş elmi redaktoru akademik
K.Abdullayev). Bakı: BMM, 2016
2. “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və
azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Azərbaycan
Respublikası Prezidentinin fərmanı http://www.eqanun.az/alpidata/framework/data/7/f_7762.htm
3. Əlifov A. Azərbaycanda ləzgilərin heç bir problemi yoxdur. “Xalq cəbhəsi” qəzeti, 12
yanvar 2011, №5, səh.10
4. Xudiyev N. Heydər Əliyev və Azərbaycan dili. Bakı: Təhsil,1997
5. Muradov A. Ümumtəhsil məktəblərində mədəniyyətlərarası və dinlərarası dialoqun tədrisi.
http://www.edu.gov.az
6. Mehdiyev R. Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü
kimi / http://www.science.gov.az/
7. Məmmədov T. Azərbaycan etnik mədəniyyəti [Mətn] : [Azərbaycan etnosunun tarixi haq.]
/T.Məmmədov //Ədalət.- 2010.- 13 iyul, s. 4.
8. Nərimanoğlu M. Multikulturalizm dövlət siyasətinin ən yaxşı modellərindəndir //
“Azərbaycan” qəzeti, 15 yanvar 2016, s. 5
|