Samir İmanov HƏDƏFDƏKİ İnsan



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix26.02.2017
ölçüsü2,48 Kb.
#9810
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Karabük. Türkiyə
Axşam saat yeddinin yarısı idi. Qustavo kənarda elekt-
rik mişarıyla ağacların qol-budağını kəsib kötükdən ayıran 
Pedroya yaxınlaşıb dedi:
-Bu günlük bəsdir. Get dincəl.
Pedro mişarın səsindən heç nə eşitmədiyindən mişarı 
kənara tutaraq qulağını Qustavoya yaxınlaşdırıb soruşdu:
-Eşitmədim. Nə dedin?
Qustavo onun yaxşı eşitməsi üçün bir az ucadan təkrar 
etdi:
-Deyirəm bu günlük bəsdir. Get istirahət elə.
Pedro mişarı söndürüb əllərini yumaq üçün içinə su 
doldurulmuş vedrəni yanına gələndə özündən asılı olma-
yaraq qeyri-ixtiyari dayanıb ətrafa qulaq asmağa başladı. 

138
Bir  neçə  saniyədən  sonra  əyilib  əlini  yumaq  istəyəndə 
Qustavonun səsini eşitdi:
-Qaç Pedro. Polislərdir.
-Bəs sən ?
-Sən qaç. Mən digərlərinə də xəbər verim.
Qustavonun  qışqırmasından  sonra  yaxınlıqda  itlərin 
hürüşməsi eşidilməyə başladı. Pedro Qustavonun mişarla-
rın və kəsilmiş ağacları sürüyərək bir yerə yığan traktorun 
səsindən  heç  nə  eşitməyərək  arxayınca  öz  işlərini  görən 
fəhlələrə  tərəf  qaçdığını  görüb  cəld  maşınlardan  birinə 
oturdu.  Onu  işə  salıb  Qustavonun  ardınca  sürməyə  baş-
ladı. Qustavoya çatmağına az qalmış göydə iki vertalyot 
göründü. Pedro artıq hər şeyin gec olduğunu görüb ver-
talyotlardan qaçmaq üçün sükanı buraraq maşını meşənin 
içinə doğru sürdü. Fəhlələrdən biri Qustavonun qaça-qa-
ça onlara tərəf gəldiyini görərkən cəld əlindəki mişarı atıb 
qaçmağa başladı. Onun bu hərəkətinə təəccüblənən digər 
işçilər gösətirəl səmtə baxdıqda, yaxınlaşmaqda olan Qus-
tavonun arxasınca gələn polisləri gördülər. Hamı pərən–
pərən düşüb hərə bir istiqamətə qaçmağa başladı. Qusta-
vo  meşənin  içinə  girib  ağacların  arasında  gözdən  itmək 
istəyirdi ki, ayağı kəsilərək böyrü üstə düşmüş ağaclardan 
birinə ilişdi yıxıldı. Zərbədən qolu sınmışdı. 
Ağacların  sıxlığından  maşını  sürmək  nə  qədər 
çətin  olsa  da,  Pedro  meşənin  içiylə  bir  xeyli  irəliləyərək 
polislərdən uzaqlaşa bildi.
Uzun sürən qaçdı-qovdudan sonra polis işçiləri itlərin 
köməkliyi ilə fəhlələrin hamısını tuta bildilər. Polislərdən 
biri baş komissar Erkana yaxınlaşıb dedi:
-Burada bizlik bir iş qalmadı. Qoy qalan işləri ekspert 
qrupu həll etsin.
Erkan oturduğu kötüyün üstündən duraraq soruşdu: 
-Neçə nəfər tutmusunuz?

139
-19 nəfər. Biri yıxılıb qolunu sındırıb, digəri isə uzun 
bıçaqla əməkdaşlara hücum etdiyinə görə gülləylə vurub 
yaralayıblar.
-Bizdə hər şey qaydasındadır?
-Bıçaqla  üstümüzə  hücum  çəkənin  biləyindən  yara-
ladığı  polisi  saymasaq,  hər  şey  qaydasındadır.  Sadəcə 
əməlli-başlı yorulublar.
-Artıq hava qaralır. Uşaqlara de ki, yığışsınlar. Gedirik.
Erkan  bunu  deyib  fənəri  yandıraraq,  ağır-ağır  maşı-
na  tərəf  getdi.  Əslində,  bu  qovhaqovda  yaxından  iştirak 
etməyən  hündürboylu,  saçı  seyrək,  idmançı  görünüşlü, 
əslən Eskipazardan olan, artıq on ildir polis, son iki ildə 
isə baş komissar işləyən 35 yaşlı Erkanın yorğunluğunun 
səbəbi meşədəki bu qaç-qov deyildi. Onun özünü yorğun 
hiss etməsinin əsl səbəbi həyat yoldaşından ayrılması idi. 
Bir həftə idi ki, həyat yoldaşı Pınar iki oğlu ilə bərabər 
Eflaniyə, atası evinə getmişdi və bu bir həftədə Erkan uşaq-
ları üçün əməlli-başlı darıxdığından, iki gün idi ki, fikirdən 
gecələri  doyunca  yata  bilmirdi.  Rəhbərlikdən  on  günlük 
istirahət üçün icazə istəsə də, işlərin çoxluğunu səbəb gös-
tərib  gələn  aya  qədər  ona  bunun  mümkün  olmadığını 
bildir mişdilər.
Pedro ağacların arasından boş cığır tapıb keçmək istə-
yəndə maşın zərblə kolların və otların arasında görün məz 
olan  ağac  kötüyünə  çırpılıb  dayandı.  Zərbə  nəticəsində 
Pedronun başı sükana dəydiyindən huşunu itirdi.
Hadisədən bir həftə əvvəl
Madrid. İspaniya
Silva  saat  7-də  İspaniya  Təhlükəsizlik  Nazirliyinin 
Ci  na yətkarlıqla  Mübarizə  Şöbəsinin  binasına  girib  üçün-

140
cü  mərtəbəyə  qalxanda Almeydanı  dəhlizdə  görüb  təəc-
cübləndi:
-Elə bilirdim, hamıdan tez mən gələcəyəm.
-Narahat olma. Hamıdan tez sən gəlmisən.
-Yaxşı, de görüm yuxusuz gecənin işə təsiri olub?
-Həm hə, həm də yox.
-Açıq danış, onsuz da yuxuluyam.
-Saat  yarım  sonra  iclas  olacaq,  hamı  orada  olacaq. 
Azər baycanın  buradakı  səfirliyi,  «Ümid»  mərkəzindən 
nü mayəndə,  insan  alveriylə  mübarizə  şöbəsi,  müx təlif 
ölkələrin  təhlükəsizlik  nazirliklərindən  olan  əməkdaş la-
rı mız,  narkomaniya  ilə  mübarizə  şöbəsi  və  daha  kimlər, 
kimlər. Sən də orada olarsan. Hələlik isə gedək kabinetimə 
səni vəziyyətlə tanış edim.
İki  saat  sonra Almeyda  iri  monitorun  qarşısında  da-
yanıb  cərgə  ilə  uzun  stolun  ətrafında  oturmuş  insanla-
ra  hadisə  haqqında,  öyrəndikləri  barədə  və  görəcəkləri 
işlərdən ətraflı məlumat verməyə başladı.
-Beləliklə,  cənablar.  Bildiyiniz  kimi  dünən  paytaxtda 
üst-üstə bir neçə dəhşətli cinayət hadisəsi baş verdi ki, bu-
nun təkcə bizim ölkəyə yox, dünyanın ən az on ölkəsinə 
təsiri oldu. Bir-biriylə sıx əlaqəsi olan bu cinayətlər və on-
ların motivləri haqqında hər birinizə fərdi şəkildə məlumat 
verildiyi üçün bu barədə çox danışmayacağam. Biz dünən 
uşaqları  kimin  öldürdüyünü  və  Samiri  qaçıran  adamın 
kimliyini  aydınlaşdırmışıq.  (Əliylə  monitorda  görünən 
şəkli göstərib), bu Con Şvartsdır. Avstraliya vətəndaşıdır. 
38  yaşı  var,  10  yaşı  olanda  ailə  üzvləri  ilə  birgə  maşın-
da  gedərkən  qəflətən  qarşılarına  əlil  arabalarında  yolu 
keçmək  istəyən  iki  uşaq  çıxır  və  atası  onları  vurmamaq 
üçün sükanı döndərəndə maşın qəzaya uğrayır. İki bacısı 

141
və valideynləri qəza vaxtı həlak olurlar. Yalnız Con salamat 
qala bilib. O gündən sonra Conun əlil insanlara, xüsusilə 
də,  uşaqlara  qarşı  antipatiyası  var.  25  yaşı  olanda  ruhi 
xəstəxanaya salınsa da, üç il sonra oradan qaçıb bura gələ 
bilib  və  bir  çox  ölkələrdə  dəstələri olan  “Hoja  de  sauce” 
cinayətkar qrupuna qoşulur. Dəstənin başçısı azərbaycanlı 
Teymur iki il bundan qabaq müəmmalı şəkildə yoxa çıx-
dıqdan  sonra  “Hoja  de  sauce”  qrupuna  başçılıq  etməyə 
başlayır.  Bu  dəstənin  əsas  işi  əlil  və  kimsəsiz  uşaqları 
oğurlayıb orqanlarını ehtiyacı olan varlılara satmaqdır. Bi-
zim əlimizdə Conun rəhbərlik etdiyi şəxslərin siyahısı var. 
Bunlar Rusiya, Argentina, Meksika və İspaniyada qurulan 
cinayətkar qruplarının rəhbərləridir. Buradakı dəstə başçı-
sı öldürülüb. Mən belə düşünürəm ki, əgər həmin adamla-
rı həbs edə bilsək, Conu ələ keçirə bilərik. 
Masanın  üstündən  üç  qovluq  götürüb  onları  Rusiya, 
Argentina  və  Meksikadan  olan  həmkarlarına  paylayaraq 
dedi:
-Bu qovluqlarda “Hoja de sauce” dəstəsinin sizin ölkə-
nizəki  qrup  rəhbərləri  haqqında  məlumatlar  var.  Ümid 
edirəm,  tezliklə  sizdən  şad  xəbər  eşidəcəyəm.  Samirin 
oğurlanmasına gəlincə isə, onun hər şeydən xəbər tutdu-
ğunu görüb dalınca əvvəl otelə gəliblər. Orada tapmayan-
da isə çox güman ki, qızı ələ keçirib Samirin hara getdiyini 
öyrəniblər. «Ümid» mərkəzinin buradakı filialına gəliblər 
və onunla birlikdə olanları öldürüb özünü isə mebel maşı-
nına mindiriblər. Təqribən on dəqiqə sonra isə maşını ya-
nacaqdoldurma məntəqəsində xüsusi hazırlanmış tunelin 
qapısının üstündə saxlayaraq, onu maşının altında açılmış 
yerdən tunelə düşürdüblər. Tunelin digər tərəfindəki çıxış-
da isə qara furqona mindirib tanrı bilir, hara aparıblar. 

142
Sonra üzünü «Ümid» mərkəzinin nümayəndəsinə və 
səfirə tutaraq dedi:
-Mən  təklif  edirəm,  «Ümid»  mərkəzinin  işini  qeyri-
müəy  yən vaxta qədər dayandırasınız. Belə olmasa həmin 
mər kəzlə əlaqəsi olan bütün əlillər təhlükədə olacaqlar. Ən 
əsası isə qız Samirə dəstə rəhbərinin məhz «Ümid» mər-
kəzində  işlədiyini  deyib.  Həmin  şəxs  aşkara  çıxarılaraq 
həbs  olunmayınca  mərkəzdəki  bütün  insanlar  təhlükədə 
sayılırlar.
«Ümid» mərkəzinin işinin bir müddətlik dayandırılma-
sı və digər məsələlərlə bağlı dörd saatlıq müzakirələrdən 
sonra  iclas  başa  çatan  kimi  Almeyda  Silvanı  kabinetinə 
çağırıb  ondan  Lusiyanı  tapmağını  istədi.  Silva  otaqdan 
çıxanda Almeyda gözünü üzbəüz divardan asılmış şəkilə 
zilləyib  fikirli-fikirli  öz-özünə  pıçıldadı:  “Görəsən  Samiri 
harada saxlaya bilərlər?”
Toledo. İspaniya
Samir  özünə  gələndə  yarımqaranlıq  otaqda  çarpayı-
da  uzandığını  gördü.  Qalxıb  oturaraq  əliylə  boynunun 
zərbə dəymiş yerini yavaşca ovxalaya-ovxalaya otağa göz 
gəzdirdi. İçərisi yalnız unitazdan və üzərinə çirkli döşəklə 
yastıq  qoyulmuş  çarpayıdan  ibarət  olan  otağın  tavanın-
dan zəif yanan lampa asılmışdı. Çarpayının baş tərəfində 
divarda  iri  qırmızı  hərflərlə  MUERTE  yazılmışdı.  Samir 
dostlarının  ölümünü  xatırladıqca  için-için  ağlamağa  baş-
ladı  və  bir  az  sonra  yaxınlaşmaqda  olan  addım  səslərini 
eşidib gözlərini silərək özünü toparladı. 
Qapı  açıldıqda  içəri  dörd  nəfər  girdi.  Cins  şalvar  və 
qara gödəkcə geyinmiş ortaboy, qısa saqqallı adam gəlib 
Samirin yanında oturdu:

143
-Salam Samir. Mənim adım Condur. İspan dilini yaxşı 
bildiyinə görə, ümid edirəm bir-birimizi yaxşı başa düşə-
cəyik. Əvvəlcə, de görüm, necə istirahət etdin? Otelimizin 
xidmətindən razısan?
-Yox. Narazı qaldım. Unitaz çox çirklidir, onu təmizlə 
ki, burada daha çox qalım.
-Baş  üstə,  indi  təmizlətdirərəm.  Amma  təəssüf  ki, 
özümlə əsgi gətirməmişəm. Köynəyini on dəqiqəlik mənə 
borc verməzsən?
- Köynəyimi yox, amma alt paltarımı verə bilərəm. Qa-
lar səndə, məndən yadigar saxlıyarsan.
-Yaman  hazırcavabsan.  Bir  sualıma  da  cavab  versən 
lap əla olar.
- ...
-De görüm, iş yerindəki otağında seyfin şifrəsi neçədir?
-Bağışla, bu cavabım hazır deyil.
-Sən çox xəsis adamsan, adi suala da cavab vermirsən. 
Yaxşı ki, sənə oxşamamışam. Sənə kiçik bir hədiyyə vermək 
istəyirəm.
Con əlində tutduğu telefonun təsdiq düyməsini basa-
raq, Samirə uzadıb dedi:
-Al, görüntülü danış. 3g fərasəti.
-Sən  lap  Napaleonun  dövründən  qalmasan  ki.  İndi 
hamı 4g işlədir.
Telefonun ekranından ona gülümsəyən Murad dedi:
-Salam əziz müəllim. Necəsən?
- Kül sənin kimi tələbənin başına. – Ciddiləşərək so-
ruşdu. – Nə etdiyindən xəbərin var?
-Əlbəttə. Mən bunu dörd ildir edirəm. Sən özünü ağıllı 
sayırdın Samir, amma bilmirdin ki, neçə aydır özün mənə 
işləyirsən, qurduğun bu təşkilatın səndən çox mənə xey-
ri  var.  İndi  bütün  əlillər  mənim  əlimdədir.  Onsuz  da  nə 

144
qədər çalışsaq da onların cəmiyyətə bir xeyri olmayacaq, 
heç olmasa daxili orqanları bir işə yarasın.
-Mən  özümü  ağıllı  saymırdım,  elə  ağıllıydım.  Bunu 
tezliklə görəcəksən. Əlil uşaqları oğrayıb onların orqanla-
rını satmağın sənə həqiqətən baha-başa gələcək.
Murad Samiri yamsılayaraq dedi:
-Dayan görüm, qorxutma məni. Gəl sən mənim kiçik 
bir xahişimi yerinə yetir. Seyfin şifrəsini de, gedim işimə-
gücümə.
-Sənin  özünə  elə  seyf  düzəldəcəyəm  ki,  ömrüboyu 
için dən çıxa bilməyəcəksən.
-Belə olmaz Samir. Sənə bu qədər xidmət etmişəm, in-
di ayda-ildə bir dəfə səndən bir şey istəyirəm. Heç yaralı 
barmağa işəyən deyilsən.
-Başın  yaralananda  müraciət  edərsən.  Çalışaram  kö-
mək edim.
-Az danış görüm. Telefonu ver Cona.
Con telefonu götürüb dedi: 
-Buyur Poler.
-Çalış  kodu  öyrən.  Öyrənən  kimi  bu  nömrəyə  mesaj 
yaz.  Amma  əvvəlcə  qızı  tap.  Samirin  qeydinə  qal,  onda 
öyrəniləsi çox şey var.
Con getmək istəyəndə Samir soruşdu:
-Con,  məni  bura  necə  gətirdin  ki,  polis  izinizə  düşə 
bilmədi?
-Bir gün iki oğru bankı yarıb pulu evə gətirirlər. Evdə 
biri başlayır pulu saymağa. O birisi deyir ki, bəsdir, özünə 
əziyyət vermə. Pul sayan soruşur ki, niyə? Cavab verir ki, 
sabah bir dənə qazet alarıq, orada nə qədər pul oğurladığı-
mızı dəqiq yazacaqlar. Sabah mən də qəzet alaram, oturub 
bir yerdə oxuyarıq.

145
Con gedəndən sonra Samir çarpayıya uzanıb buradan 
necə çıxacağını fikirləşməyə başladı.
Karabük. Türkiyə
Pedro özünə gələndə artıq səhər açılırdı. Gözlərini açsa 
da ətrafı dumanlı görürdü. Oturacağa söykənərək əlləriylə 
başını  tutub  nə  baş  verdiyini  anlamağa  çalışırdı.  Bir  neçə 
dəqiqə  bu  vəziyyətdə  qalandan  sonra  yavaş-yavaş  özünə 
gəlməyə  başladı.  Daha  bir  neçə  dəqiqə  keçdikdən  sonra 
artıq hər şeyi xatırlayırdı. Buna görə də, ilk öncə diqqətlə 
ətrafa  qulaq  asaraq  bir  kimsənin  olub-olmadığınıı  yoxla-
dı. Sonra əliylə alnını ovxalaya-ovxalaya maşından düşüb 
ətrafa göz gəzdirdi. Ətraf yalnız ağaclardan və kiçik kollar-
dan ibarət idi. Dərindən nəfəs alaraq, meşənin təmiz hava-
sını  ciyərlərinə  çəkib  onu  türk  polisinin  əlindən  qurtaran 
xilaskarına baxaraq gülümsündü. Ani olaraq, içinə atlayıb 
sürdüyü maşın ərzaqların və geyimlərin saxlanıldığı furqon 
idi. Maşının sağ tərəfinə keçərək furqonun qapısını açıb içəri 
baxdı. İçəridə demək olar ki, çox cüzi ərzaq qalmışdı. Ped-
ro – bir həftəmə ancaq çatacaq – deyə, öz-özünə mızıldanıb 
furqondan  düşərək,  maşının  qabaq  tərəfinə  getdi.  Ancaq 
heç bir şey görməyib əyilərək altına baxdı. Yoğun bir ağac 
götüyü maşının altına pərçimlənmişdi. Üstəlik benzin bakı-
nı zədələmişdi. Pedro otun üstündə oturub bu vəziyyətdən 
necə çıxacağını fikirləşərək siqaret çəkməyə başladı.
Bakı. Azərbaycan
Mahmudov  «Ümid»  mərkəzinə  girəndə  onu  qapıda 
Əziz qarşıladı. Mahmudov onu görən kimi həyəcanla so-
ruşdu:

146
-Bir xəbər yoxdur ki?
Əziz başını yellədi:
-Təəssüf ki, yox. İspaniyaya göndərdiyimiz adamlar-
dan xəbər gözləyirik. Deyilənə görə orada iclas hələ başa 
çatmayıb.
Mahmudov iclas üçün nəzərdə tutulmuş otağa girəndə 
mərkəzin bütün şöbələrinin rəhbərləri oturub İspaniyadan 
gələcək  xəbəri  gözləyirdilər.  Tribunada  oturmuş  Murad 
Mahmudovu  görən  kimi  qalxıb  yerini  ona  verərək  özü 
adamların arasında əyləşdi. Arabir siqaret çəkməyə gedib-
gələnlərin addım səsi nəzərə alınmasa, otaqda ölü bir sü-
kut var idi. 
Hamıya  hər  dəqiqəsi  bir  gün  kimi  uzun  görünən  bu 
can sıxıcı sükutu Mahmudovun qarşısında olan telefonun 
cingiltili səsi pozdu. Telefonun səsinə diksinən Mahmudov 
özünü itirsə də, tez ələ alıb dəstəyi götürdü. Kədər içində 
gözünü Mahmudovun ağzına dikən insanlar onun “Necə 
yəni hələ tapa bilməyiblər? Orada polis nə işlə məşğuldu? 
Yerini  heç  kim  bilmir  nə  deməkdir?”  sözlərindən  sonra 
baş larını aşağı salıb sadəcə bunun bir yuxu olmasını arzu-
layırdılar. Axşama yaxın Sosial Müdafiə naziri hamını bir 
yerə yığıb dedi:
-Bildiyiniz  kimi,  dünən  cinayətkar  qrup  İspaniyada 
«Ümid» mərkəzinin üç əməkdaşını və mərkəzin İspaniya 
filialının rəhbərini öldürərək, Samiri naməlum istiqamətə 
aparmışdılar. Amma bunu da bilirsiniz ki, həmin dəstənin 
əsas işi bu mərkəzdə qeydiyyatda olan əlil insanları oğurla-
yaraq orqanlarını satmaq olub. Buna görə də, Samir tapılana 
və cinayətkar qrup ifşa olunana qədər mərkəzin işi dayan-
dırılacaqdır. Bu həm mərkəzdə qeydiyyatda olan əlillərin, 
həm  də  bu  mərkəzin  bütün  işçilərinin  təhlükəsizliyini 
təmin etmək üçündür. Mərkəzin bütün filiallarına və onun-

147
la  əməkdaşlıq  edən  təşkilatlara  bu  barədə  rəsmi  bildiriş 
göndərin. – Bir az dayanaraq, səsinə mülayimlik verib da-
vam etdi. – Samiri nə qədər istədiyinizi Mahmudov mənə 
danışıb. Danışmasa belə, bunu sizin üzünüzdən oxumaq o 
qədər də çətin deyil. Hər birimiz hazırda çətin anlar yaşa-
yırıq. Amma xaiş edirəm bacırdığınız qədər soyuqqanlı və 
səbrli olun. Bir də ki, dualarınızda xəsislik etməyin. Sabah 
səhər həlak olan üç nəfərin meyidi Azərbaycana gətiriləcək 
və  burada  onlar  üçün  vida  mərasimi  keçirdib  cənazələri 
ailələrinə göndərəcəyik. Ümid edirəm, saat 11-də hər bi-
riniz əlil kimsələrə dayaq duran o üç nəfərlə vidalaşmaq 
üçün bura gəlməyə tərəddüd etməyəcəksiniz.
Əziz ayağa qalxıb dedi:
-Bu  mərkəz  vasitəsi  ilə  həyatda  öz  yolunu  tapan  bir 
qrup insan bu səhər mənə yaxınlaşıb dəfndə iştirak etmək 
istədiklərini bildirdilər. Düşünürəm ki, sabah bura ən az 
400-500 əlil gələcək.
-Xaricdən də çoxlu zənglər gəlir. – Murad əlavə etdi.
Nazir üzünü Mahmudova tutub soruşdu:
-Səməd müəllim, bu işin öhdəsindən gələ bilərsiniz?
-Əlbəttə. – Mahmudov astadan cavab verdi.
-Onda vida mərasiminə sən nəzarət et. Bir şey lazım 
olsa, o dəqiqə kömək əlimi uzadacağam. – Üzünü Muradla 
Əzizə çevirərək əlavə etdi. – Kim gəlmək istəsə gəlsin.
Nazir getdikdən sonra Mahmudov pəncərənin qarşısı-
na gələrək siqaret yandırıb bir qüllab vurdu. Birdən siqare-
ti pəncərədən ataraq Samirin kabinetinə getdi.
Asif otağa girəndə atasının divanda oturub qəzet oxu-
duğunu görəndə təəccübləndi.
-Ata? Sən nə vaxt gəlmisən? Başım kompüterə o qədər 
qarışıb ki, nə vaxt gəldiyindən xəbərim olmayıb.
-Yarım saat olar.

148
-«Ümid» mərkəzində vəziyyət necədir? Samirdən bir 
xəbər var?
-Mərkəzdə vəziyyət çox pisdir. Bu gün qərar verdilər 
ki, mərkəzin işi qeyri-müəyyən vaxta qədər dayandırılsın.
-Bəs ora üzv olan bu qədər əlil nə edəcək? Ora çoxları-
nın ümid yeri idiş
Adilə söhbətə qoşuldu:
-Bu qərar əlillərin təhlükəsizliyini təmin etmək məq-
sədilə verilib. Ümidvaram, tezliklə hər şey əvvəlki qayda-
sına düşəcək.
-Bəs Samirlə birgə gedənlər? – Asif soruşdu. - Onların 
meyidini nə vaxt Azərbaycana gətirəcəklər?
-Sabah tezdən. Sabah mərkəzdə onlarla vida mərasimi 
keçiriləcək.
-Mən də getmək istəyirəm.
-Bir yerdə gedərik. Sabah mərkəzin bütün işçiləri ora-
da olacaq.
-Görəsən, bu həngamə nə vaxt bitəcək? – Adilə soruş-
du.
-Bilmirəm. Hələlik görə biləcəyimiz tək iş Samirin ta-
pılmağını gözləməkdir.
Ailə bir neçə saata yaxın mövcud vəziyyətdən danış-
dıqdan sonra hər üçü yatmağa getdi. Lakin səhərə qədər 
heç birinin gözünə yuxu getmədi.
Hadisədən 6 gün əvvəl
Bakı. Azərbaycan
Tabutların arxasınca ağır-ağır qəbiristanlığa tərəf irəli-
ləyən  adamların  hər  birinin  gözlərində  yaş,  üzlərində 
kədər,  ürəklərində  dərin  hüzn,  dillərində  isə  öldürülən 

149
üç cavan oğlana görə rəhmət nidaları var idi. İspaniyada 
quldurlar tərəfindən qətlə yetirilən Eldar, Zaur və Ayxanın 
ailə üzvlərindən və qohumlarından, mərkəzin işçilərindən, 
belə bir gündə dəfn mərasimində iştirak etməyi özünə borc 
bilən  bir  qrup  əngəlli  insanlardan  və  digər  adamlardan 
ibarət  böyük  bir  izdiham  qəbiristanlığa  çatanda  dayan-
dı. Burada artıq hər şey hazır idi və mollanın göstərişiylə 
cənazələri qəbrə qoymağa başladılar. Kənarda dayanaraq 
işlərə nəzarət edən Mahmudov ilk əvvəl özünü soyuqqanlı 
aparmaq istəsə də, sonradan səsləri bir-birinə qarışmış üç 
ananın fəryadına tab gətirməyib hönkürdü. Cənazələri in-
sanların göz yaşları və rəhmət duaları altında torpağa tap-
şırdıqdan sonra, molla “Yasin” surəsini oxumağa başladı. 
Əziz Mahmudova yaxınlaşıb soruşdu:
-Mənim bildiyimə görə, mərhumların hər üçünün ata-
ları sağ idi. Ancaq burada cəmi ikisinin atası var. Görəsən 
digəri haradadır? Belə bir gündə kənardan durub tamaşa 
etməyə heç cür haqq qazandıra bilmrəm.
-Ayxanın  atası  güclü  əsəb  sarsıntısı  keçirib,  hazırda 
xəs təxanada müalicə alır. Mərkəzdə vəziyyət necədir? Hər 
şey hazırdır?
-Bəli. Bu hadisə ilə bağlı mərkəzə gələnlər üçün girişdə 
xüsusi xatirə guşəsi yaradılıb. Mərkəzin həyətində isə 1000 
nəfərlik iri bir çadır qurulub. Həmin çadırda insanlara hal-
va və çay veriləcək.
-Sən get mərkəzə, çalış ki, orada hər şey qayasında ol-
sun. Biz də bir azdan gəlirik.
İki saata yaxın çəkən dəfn mərasimindən sonra Mah-
mudov bu mərasimin davamı olaraq, insanları mərkəzin 
həyətində  qurulmuş  çadıra  dəvət  edib,  orada  böyük  bir 
anım tədbiri keçiriləcəyini bildirdi. Qəbiristanlığa yığışan 
insanlar hissə-hissə mərkəzə getsələr də, anaların heç biri 
öz övladının məzarından ayrılıb getmək istəmirdi.

150
-Hara aparırsınız məni? – Eldarın anası nalə çəkdi. – 
Mən balamı burada qoyub heç yerə getmərəm. Getmərəm.
Vəziyyəti belə görən Mahmudov Eldarın anasına ya-
xınlaşdı:
 -Nə hisslər keçirdiyinizi başa düşürəm, bacı. Mənim 
də  gözümün  ağı–qarası,  yeganə  qızım  qaz  sızmasından 
boğulub ölüb. Öləndə onun cəmi 18 yaşı vardı. Əgər öv-
ladının  öldüyünü  həzm  edə  bilmirsənsə,  onu  qəlbində 
yaşat. Tənhalığa çəkilib fikrində onunla söhbət et, yemək 
bişirəndə  onun  sevdiyi  yeməklərdən  bişir,  onun  baxdığı 
televiziya verilişlərinə bax. Hər axşam onun işdən evə qa-
yıtmağını gözlə. Əgər sən onu qəlbində yaşatsan, o daim 
səninlə olacaq. Mən hər gün belə edirəm. Sən sevin ki, oğ-
lundan  yadigar  iki  övlad  qalıb.  Oğlunun  iyini  onlardan 
alıb, onlarla təsəlli tapacaqsan. Övladının qatili gözlərinin 
önündə cəzalanacaq. Mənim isə bu dünyada təsəlli üçün 
heç nəyim yoxdur.
Mahmudov anaları birtəhər razı salıb qəbiristanlıqdan 
çıxartdı və onları öz maşınında oturdaraq «Ümid» mərkə-
zinə yola düşdü.
Moskva. Rusiya
Bir yük maşını, iki avtobus və altı Cipdən ibarət ma-
şın  karvanı  qapıya  yaxınlaşanda,  Sergey  villanın  üçüncü 
mərtəbəsində  oturub  nahar  edirdi.  Köməkçisi  maşınla-
rın  qapıya  yaxınlaşdığını  Sergeyə  deyəndə,  o  –  buraxın 
gəlsinlər – deyib, özünə viski süzmək pəncərənin qabağına 
gəldi. Süzdüyü içkini içə-içə həyətə gələn maşınlara bax-
mağa başladı. 
Sergey dünən gecə ölkəni tərk etmək istəsə də, hava 
limanında  federalların  əlindən  güclə  qaça  bilmişdi.  Polis 

151
sistemində  işləyən  yüksək  rütbəli  adamı  son  anda  onu 
xəbərdar etməsəydi, indi kim bilir, kimin qarşısında han-
sı  suallara  cavab  verirdi.  Həmin  adamı  Sergeyə  ölkədən 
gizlincə çıxmaq üçün ona kömək edəcəyinə söz vermiş və 
heç kimin ağlına gəlməsin deyə, onu şəhər kənarındakı öz 
villasında gizlətmişdi. Sergey də xəbər göndərərək bütün 
mühafizəçilərini yanına çağırtdırmışdı. 
İndi viski içə-içə gözəyarı maşınlardan düşən adamla-
rı saydı. “50–60 nəfər olarlar” deyə öz-özünə düşünərək, 
köməkçisini  çağırdı.  30  yaşlı  Oleq  gəlib  onun  qarşısında 
dayandı. Sergey əlindəki stəkanı masaya qoyaraq dedi:
-Adamları evin ətrafına düz. Bir nəfər də boş qalmasın. 
Bütün silahlıları isə hazır vəziyyətə gətirin. Çalışın adam-
ların heç bir şeyə ehtiyacı olmasın, yeməklərini vaxtlı-vax-
tında verin. 300 metr radiusda küçələrdə web kameralar 
quraşdırın. On nəfər də ayır, vilanın zirzəməsindən qonşu 
həyətlərin birinə tunel qazsınlar. Nə qədər uzun olsa, bir o 
qədər yaxşıdır. 
Oleq Sergeyin susduğunu görüb sözünün qurtardığını 
zənn edərək dönüb getmək istədikdə, Sergey əlavə etdi:
- Adamların hər birinə 50.000 ABŞ dolları nağd pul ver. 
Oleq: -Baş üstə - deyib gedəndən sonra Sergey eyvana 
çıxıb ətrafı seyr etməyə başladı.
Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin