24
və dad verir. Yağların qaxsıma dərəcəsini turşuluq ədədi kəmiyyəti ilə xarakterizə
edirlər.
Turşuluq ədədi yağların tərkibində sərbəst turşuların varlığını və miqdarını
göstərir. Bu bir qram yağda olan sərbəst turşuların neytrallaşmasına sərf edilən
kalium-hidroksidin milliqramlarla miqdarı ilə ölçülür.
Yağın tərkibində sərbəst yağ turşularının miqdarı çox olarsa onların
neytrallaşmasına da o qədər qələvi sərf edilir. Deməli, turşu ədədi yağlarda sərbəst
yağ turşularının nəinki olduğunu, həm də miqdarını da bildirir.
Yağların hidroliz məhsulunun hər 5 qramı destillə edildikdə, ondan su ilə
birlikdə buxarlanan turşuların neytrallaşması üçün sərf olunan
0,1 n qatılıqlı
NaOH
məhlulunun
ml-lə miqdarına
Reyxert-Meyssel ədədi deyilir.
Reyxert-Meyssel ədədinin yüksəlməsi (yağların tərkibində kiçik molekullu
yağ turşularının çoxalması) yağların ərimə temperaturunu aşağı salır.
Dostları ilə paylaş: