Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə2/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

ƏDƏBİYYAT 
1. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. 
Maarif.
2. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. 
Bioloji kimya. Bakı 1989. 
3. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 
2000. 
4. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - 
Москва. Медицина. 2003. 
5. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 
2008. 
6. Yusifov N. M., Daşdəmirov K. Ş. Biokimyadan xülasə. – Gəncə. 
Araz, 2010. 
Biokimyadan mühazirələr. 
MƏRUZƏÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu 
MÖVZU 2. KARBOHİDRATLAR. TƏSNİFATI, KİMYƏVİ TƏRKİBİ,
ORQANİZMDƏ YAYILMASI, BİOLOJİ ROLU 
 
P L A N 
 
 
1. Karbohidratların orqanizmdə yayılması və təsnifatı 
2. Monosaxaridlər, quruluşu və bioloji rolu 
downloaded from KitabYurdu.org



3. Oliqosaxaridlər, quruluşu və bioloji rolu 
4. Homopolisaxaridlər, bioloji rolu və kimyəvi tərkibi 
5. Heteropolisaxaridlər, bioloji rolu və kimyəvi tərkibi 
1. Karbohidratların orqanizmdə yayılması və təsnifatı: Bitki və heyvan 
orqanizmlərində olan üzvi birləşmələrdən bir qrupu da karbohidratlardır. Bunlara 
sulu karbonlar və ya  qlüsidlər də deyilir.  
Karbohidratlar heyvanlarda az (quru maddənin 2%-i qədər), bitkilərdə isə 
çox (quru maddənin 80%-i qədər) olur. Karbohidratlar əsas üç elementdən: karbon, 
oksigen və hidrogen-dən ibarətdir. Bu elementlər molekullarda 1:2:1 nisbətində, 
yəni hər bir karbon atomu iki hidrogen və bir oksigen atomu 
)
(
2
O
CH
ilə birləşir. 
Bu formuladan belə güman etmək olar ki, hər karbon atomuna bir su molekulu 
uyğun gəlir. Odur ki, triozalar C
3
H
6
O
3
və ya C
3
(H
2
O)
3
, tetrozalar C
4
H
8
O
4
yaxud 
C
4
(H
2
O)
4
şəklində də yazıla bilər. Ona görə də bu qrup birləşmələrə sulu karbonlar 
adı verilimişdir. Bu ad isə tam düzgün deyil. Çünki başqa üzvi birləşmələr də 
vardır ki, onların molekul tərkibləri yuxarıda göstərilən qaydaya uyğun gəlir
amma karbohidrat deyildir. Bunlara misal sirkə turşusunu (CH
3
COOH), süd 
turşusunu (CH
3
CHOHCOOH) və s.-ni göstərmək olar. Ancaq sulu karbon adı 
elmdə çoxdan işlədildiyindən ondan hazırda da istifadə edilir.
downloaded from KitabYurdu.org




║ 
( ─ C ─ ) 




H─C─OH 
│ 
H─C─OH 

CH
2
OH 
D-Eritroza 




H─C─OH 

H─C─OH 

CH
2
OPO
3
H

Eritroza -4--fosfat 




HO─C─H 

H─C─OH 
│ 
CH
2
OH 
D-Treoza 
Karbohidratların tərkibindəki karbon atomlarının sayının axırına “oza” 
şəkilçisi əlavə etməklə onların adı düzəldilir. Məsələn, maddənin tərkibində iki 
karbon atomu olduqda “bioza”, üçdə trioza, dörddə tetroza, beşdə pentoza, altıda 
heksoza, çox sayda isə polioza adlanır.
Karbohidratlar təbiətdə ən çox yayılmış üzvi birləşmələrdir. Bunların 
mürəkkəb formalarına daha çox rast gəlinir. Yalnız sellüloza təbiətdə olan bütün 
üzvi maddələrin yarıdan çoxunu təşkil edir. Mürəkkəb karbohidratlar (sellüloza, 
nişasta, qlikogen, inulin, pentozanlar və s.) monosaxaridlərin bioloji polimerləridir.
Karbohidratlar mühüm bioloji vəzifə daşıyır. Belə ki, onlar vacib energetik 
material, ehtiyat qida maddəsi, sementləşdirici maddə sayılır. Bütün canlılar əsasən 
bunların oksidləşməsindən alınan enerji hesabına fəaliyyət göstərir. Bu birləşmələr 
bitkilərdə istinad toxuması, insan və heyvanlarda müdafiə, habelə antikoaqulyant, 
antifriz və sürtkü materialı funksyasını yerinə yetirir. Zəhərli maddələri 
zərərsizləşdirir. Nuklein turşularının, aromatik amin turşularının biosintezində, 
hüceyrələrin bir-birilə və xarici mühitlə əlaqəsinin yaranmasında, qan qruplarının 
spesifikliyində iştirak edir.
Karbohidratlar tərkiblərinə görə 3 qrupa: monosaxaridlərə, oliqosaxaridlərə 
və polisaxaridlərə bölünür. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin