14
Amiloza zəncirində
α─D─qülükopiranoza qalıqları
bir-biri ilə birinci və
dördüncü karbonlar arasında
α─1,4 rabitələr hesabına birləşir, şaxələnmə olmur.
Amilopektinin tərkibində isə monosaxaridlərin qalıqları
bir-birilə birinci və
dördüncü karbonlarla α─1,4 rabitə ilə yanaşı, birinci və altıncı karbonlar arasında
da α─1,6─qlükozid rabitələri yaratmaqla çox şaxələr verir. Son zamanlar müəyyən
edilmişdir ki, amilopektində hər 8-12 qlükoza qalığından bir şaxə verir. Şaxələrdə
isə orta hesabla 12 qlükoza qalığı vardır.
Bitkilərdə nişasta ehtiyat qida maddəsi kimi toplanır. Bu yem bitkilərinin
əsas tərkib hissələrindəndir, ən çox dənli bitkilərdə (düyüdə 60-80%, buğdada 60-
70%, qarğıdalıda 65-75%), soğanaqlarda, kök yumrularında (kartofda 12-20%)
olur.
Müxtəlif bitkilərin nişastasında amiloza ilə
amilopektinin nisbəti eyni
deyildir. Nişastanın 15-25% amiloza, 75-85%-i isə amilopektin təşkil edir.
Amilopektin ən çox qarğıdalı, düyü, arpa nişastasında olur. Noxudda, qarğıdalının
bəzi növlərində isə nişastanın 50-75% amilozadan ibarətdir.
Dostları ilə paylaş: