26
Steridlər. Sadə lipidlərin bir qrupunu da steridlər təşkil edir. Steridlərin
insan və heyvanlarda olan nümayəndələrinə
zoosteridlər deyilir.
Zoosteridlər irimolekullu yağ turşularının sterollar adlanan spirtlərlə əmələ
gətirdikləri mürəkkəb efirlərdir.
Sterinlər-siklopentanoperhidrofenantrenin (və ya steran) törəmələridir.
Onların tərkibində hidroksil qrupu olduğuna görə
sterollar da adlanır.
Sterinlərin xarakterik nümayəndələrindən biri xolesterindir.
Xolesterin doymamış biratomlu ikili siklik spirtdir. İnsan və heyvan
orqanizmində maddələr mübadiləsində sterid hormonların, öd turşularının,
D-
vitamininin biosintezində mühüm bioloji rol oynayır, eritrositləri hemolizdən
qoruyur. Xolesterinə bütün hüceyrələrdə membranın tərkib hissəsi kimi təsadüf
edilir. Xolesterin və onun efirləri (xüsusən doymamış turşularla) qan plazmasında,
beyində və s. toxumalarda da çox olur. Öd daşları əsasən xolesterin törəmələridir.
Dostları ilə paylaş: