Staqflyasiya nədir?
Staqflyasiya durğunluq (istehsalın əhəmiyyətli dərəcədə düşməsi) ilə inflyasiyanın qarışığından
yaranır. Bu gün “staqflyasiya” termini makroiqtisadiyyatda çox geniş istifadə olunur. Staqflyasiya
durğunluq və ya tənəzzül deməkdir, burada “durğunluq” dedikdə iqtisadi artımın aşağı düşməsi
nəzərdə tutulur. Eyni zamanda, staqflyasiya inflyasiyanın güclənməsi deməkdir, bu isə öz
növbəsində ölkədə işsizliyin artmasına gətirib çıxarır. Bu termin ilk dəfə 17 noyabr 1965-ci ildə Böyük
Britaniyanın İcmalar Palatasında, İen Makleodun nitqində səsləndirilmişdir. Buna baxmayaraq, ilk
staqflyasiya 1970-ci ildə ABŞ-da baş verdi (işsizlik – 6%, inflyasiya – 5,5%).
Staqflyasiya normal fəaliyyət göstərən bazar iqtisadiyyatı üçün xarakterik deyil və əsasən xarici
səbəblərdən qaynaqlanır. Bunlara iqtisadiyyatı inflyasiya metodları ilə stimullaşdıran tədbirlər,
inhisarçılıq, təbii və texnogen fəlakətlər daxildir.
1990-cı illərdə keçmiş SSSR dövlətlərində baş verən hadisələr də həmçinin staqflyasiya sayılır. Bəzi
mütəxəssislərin fikrincə, bunun slampflyasiya (qiymətlərin kəskin artımı) olduğunu deyirlər.
Dostları ilə paylaş: |