Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Sənədlərə olan əsas tələblər



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə18/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   14   15   16   17   18   19   20   21   ...   97
Mülki müdafiə-converted

Sənədlərə olan əsas tələblər: 
1. Sənədlər, düzgün, qısa və aydın tərtib olunmalı və icraçılara vaxtında 
çatdırılmalıdır. 
2. Sənədlərin tərtibatında qərargah mədəniyyətinə əməl olunmalıdır. 
3. Sənədlərin məxfilik dərəcəsi (“xüsusi əhəmiyyətli”, “tam məxfi”, “məxfi” və 
ya “xidməti istifadə üçün”) sənədin sağ yuxarı hissəsində qeyd olunmalıdır. 
4. Məxfilik dərəcəsinin aşağı hissəsində sənədin nüsxəsi və tərtib olunma tarixi 
yazılmalı, sənəd bir neçə ünvana göndərilirsə, ümumi ünvan göstərilməlidir.
5. Sənədlər yazılı, qrafik formada, səs lentinə yazılmış, fotoşəkilli ola bilər və
bir neçə nüsxədə hazırlana bilər. Bir neçə ünvana göndərilən sənədlərin 
nüsxələrinin sayı qərargahda qalan nüsxədə göstərilir. 
6. Açıq üsulla göndərilən sənədlərdə, ünvanın əvəzinə idarəetmə məntəqələrinin 
şərti adları yazılır.
7. Sənədlərdə olan bütün düzəlişlər, sənədi təsdiqləyən və onu hazırlayan 
şəxslərlə razılaşdırılır.
8. Sənədin əks tərəfində, yaxud başqa jurnalda göndərilən nüsxələrin hesabatı, 
onların göndərilmə və alınma vaxtı qeyd olunur. Bu qeydləri sənədi 
göndərən şəxs təsdiqləyir. Sənədin alınma tarixi və vaxtı onu alan, yaxud 
açan şəxs tərəfindən hökmən qeyd olunur. 
İş və ya hesabat xəritələrini hazırlayanda aşağıdakıları qeyd etmək 
lazımdır: 
- məxfilik dərəcəsi; 
- nüsxə nömrəsi
- sənədin adı; 
- qərargahın yerləşdiyi yer; 
- sənəd tərtibatının başlanma saatı və tarixi; 
- sənəd tərtibatının qurtarma saatı və tarixi; 
- mövcud şərait: 
- Mülki Müdafiə qüvvələrinin yerləşdiyi rayon (ərazi) ən azı üç nöqtə ilə, 
saat əqrəbi istiqamətində; 
- hərəkət marşrutları ən azı üç nöqtə ilə, birinci nöqtədə – qüvvələr haradan 
çıxır, ikinci nöqtədə – marşrut haradan keçir və üçüncü nöqtədə – toplanış 
yeri və yaxud dağıntı ocaqları; 
- nüvə silahının partlayış mərkəzi və partlayışın vaxtı; 
- radioaktiv zəhərlənmənin aşkar edildiyi vaxt
- xəritəni hazırlayan şəxsin vəzifəsi, imzası və soyadı; 


- xəritənin miqyası. 
Xəritinin əks tərəfində nüsxələrin sayı, göndərilmə ünvanları, sənədlərin uçotu 
jurnalında qeydiyyata alınma tarixi və qeydiyyat nömrəsi yazılır. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin