- Şəhər (rayon) İcra Hakimiyyəti başçılarının aparatı nəzdində Mülki Müdafiə
qərargahları;
- Birliyin, idarənin, təşkilatın, müəssisənin və təsərrüfat obyektinin nəzdində
Mülki Müdafiə qərargahları;
- Yerlərdə – idarənin müvafiq şöbəsi, bölməsi, xidməti, qrupu hüququna malik
Mülki Müdafiə qərargahları.
Regional şöbələr bilavasitə Mülki Müdafiənin təşkili baş idarəsinin rəisinə
tabedirlər və bütün inzibati rayonları əhatə edən müvafiq zonalarda (Bakı, Sumqayıt,
Gəncə, Mingəçevir, Şirvan, Ağdam, Cəbrayıl, Şamaxı, Lənkəran və Naxçıvan) Mülki
Müdafiə orqanlarının fəaliyyətini əlaqələndirir və ona nəzarət edirlər.
Kənd rayonlarının Mülki Müdafiə qərargahları əlavə olaraq kənd təsərrüfatı
heyvanlarının, bitkilərinin, bitkiçilik və heyvandarlıq məhsullarının, ərzaq
xammalının və yemlərin radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələrdən
müdafiəsi üzrə tədbirləri müəyyənləşdirir, planlaşdırır və həyata keçirilməsinə
nəzarət edirlər.
Dostları ilə paylaş: