Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Torpaq sürüşməsi və uçqunlar



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə13/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   9   10   11   12   13   14   15   16   ...   97
Mülki müdafiə-converted

Torpaq sürüşməsi və uçqunlar. Torpaq sahələrinin üzərindəki tikililərlə 
birlikdə yamacın sürüşməsi, Qafqaz dağ silsiləsinin şimal-şərq və cənub 
yamaclarında, xüsusən də, İsmayıllı (Girdmançay hövzəsində), Ağsu (Ataçay 
hövzəsi), Şamaxı (Qozluçay , Pirsaatçay ətraflarında) və Xızı rayonlarında daha tez-
tez baş verir. Belə hallar həmçinin Şabran, Zaqatala, Qusar, Oğuz rayonlarında da 
müşahidə edilir. Talış dağları zonasında, o cümlədən Yardımlı çökəkliyində də güclü 
sürüşmələrə rast gəlinir. Sürüşmə və uçqun halları Qobustan ərazisinin dağlıq 
hissəsini, Qaradağ və şərqi Abşeronun təpəlik ərazilərini də əhatə edir. Bir çox 
hallarda geniş sürüşmələrə sel və zəlzələlər də səbəb olur. 
Məsələn, 1986-cı ildə İsmayıllı rayonunda sürüşmə məhz zəlzələ nəticəsində baş 
vermişdir. 
Daşqınlar və subasmalar. Respublikanın ərazisində fəaliyyətdə olan əsas 4 su 
qovşağı (Şəmkir, Mingəçevir, Araz, Sərsəng) və 6 su hövzəsinin (Arpaçay, 
Akstafaçay, Vayxır, Ceyranbatan, Yuxarı Xanbulaq, Xaçınçay) bəndləri, zəlzələ 
nəticəsində yaxud digər səbəblərdən yarılarsa, böyük ərazilərdə fəlakətli daşqın və ya 
subasma zonaları yarana bilər. Belə bir hadisə baş verərsə, respublika tabelikli 
şəhərlərin, rayon mərkəzlərinin, yaşayış məntəqələrinin əraziləri, dəmir yolu xətləri, 
avtomobil yolları, körpülər, rabitə və elektrik xətləri müxtəlif dərəcədə dağılar və ya 
su altında qala bilər.
Qeyd olunan su qovşağı və su hövzələrinin törədə biləcəyi fəlakətli subasma 
zonalarının ümumi sahəsi 20.000 kv.km təşkil edir ki, nəticə etibarı ilə, orada 1 
milyondan çox əhali evsiz-eşiksiz qalar, xalq təsərrüfatına isə külli miqdarda ziyan 
dəyər. 
Respublika ərazisinin böyük bir hissəsi şimal sərhədlərindən başlayaraq Bakı, 
Sumqayıt kimi iri şəhərlər də daxil olmaqla cənub sərhədlərinədək (800 km), Xəzər 
dənizi sahilində yerləşir. 
Son illər dəniz səviyyəsinin 1,5 m-dən çox qalxması nəticəsində, Xəzər ətrafı 
zonalarda, xüsusən Abşeron yarımadasında və Lənkəran-Astara bölgəsində bir çox 
müəssisələrin və yaşayış məntəqələrinin suyun altında qalmaq təhlükəsi yaranmışdır. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin