Təbii fəlakətlərdən ən dəhşətlisi
zəlzələdir.
Zəlzələ – yeraltı təkanlar, yerin üst qatının titrəməsi, nəticədə yer qabığında və
ya, yerüstu süxurların laylarında yarıqların əmələ gəlməsi və böyük məsafələrə
ötürülən elastiki titrəyişlərdir.
Zəlzələnin aşağıdakı növləri mövcuddur:
• Tektonik zəlzələlər;
• Vulkanik zəlzələlər;
• Sualtı zəlzələlər;
• Uçqun və bəndlərin yarılması nəticəsində yaranan törəmə zəlzələlər;
• Metioritin yerə düşməsi və ya planetimizin digər kosmik obyektlərlə
toqquşması nəticəsində baş verən zəlzələlər.
Zəlzələ ocağının yerin altındakı mərkəzi -
hipomərkəz (hipo-dərin deməkdir),
yerin səthindəki proyeksiyası isə -
epimərkəz (epi-dayaz deməkdir) adlanır.
Zəlzələ zamanı epimərkəzin ətrafında ən güclü təkanlar hiss edilən sahəyə –
episentral sahə deyilir.
Zəlzələnin yaratdığı zəlzələ ocağından və ya epimərkəzdən yerin səthi üzrə hər
tərəfə yayılan titrəyişlər
elastiki (seysmik) dalğalar adlanır.
Zəlzələnin gücünü və xarakteristikasını səciyyələndirən əsas parametrlər –
zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin
intensivliyidir.
Maqnituda – zəlzələnin törətdiyi elastik dalğaların enerjisini xarakterizə edən,
0-dan 8,5 - dək hədd çərçivəsində dəyişən enerjiyə mütanasib olan şərti kəmiyyətdir.
Zəlzələnin maqnitudasını ölçmək üçün, Rixter şkalasından istifadə edilir ki, bu
şkalada hər bir vahid, özündən əvvəlki vahidə nisbətən, titrəyiş enerjisinin yüz qat
artığına müvafiqdir.
Dostları ilə paylaş: