Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Mülki Müdafiənin idarəetmə sistemi



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə30/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   26   27   28   29   30   31   32   33   ...   97
Mülki müdafiə-converted

Mülki Müdafiənin idarəetmə sistemi – idarəetmə orqanlarından, idarəetmə 
məntəqələrindən, rabitə və xəbərdarlıq vasitələrindən ibarətdir.
Mülki Müdafiənin idarəetmə orqanlarına Mülki Müdafiə qərargahları, 
xidmətləri və köçürmə orqanları aiddir. 
İdarəetmə orqanının əsas vəzifəsi – hər cür şəraitdə idarəetmə işini, yəni Mülki 
Müdafiə rəhbərinin qərar və göstərişlərinin həyata keçirilməsini fasiləsiz və 
qətiyyətlə təşkil etməkdir. 
Mülki Müdafiə rəhbəri özünə tabe olan qüvvələri adətən idarəetmə məntəqəsindən 
idarə edir.
İdarəetmə məntəqəsi (İM) – mülki müdafiəni hərbi vəziyyətə keçirərkən və ya 
fövqəladə hadisələr dövründə idarəedici heyətin yerləşməsi və işləməsi üçün nəzərdə 
tutulmuş, xüsusi avadanlıqla, texniki rabitə və xəbərdarlıq vasitələri ilə təchiz edilmiş 
otaqlardan (stasionar İM ), yaxud nəqliyyat vasitələrindən (səyyar İM ) ibarətdir. 
İdarəetmə məntəqələri orada yerləşən heyətin fövqəladə hallarda fasiləsiz işini, 
normal həyat fəaliyyətini (qidalanma, növbə ilə dincəlmə və s.) və etibarlı 
müdafiəsini təmin etməlidir. 
Səyyar idarəetmə məntəqəsi adətən aşağıdakı otaqlardan ibarət olur: 
- Mülki Müdafiə rəhbərinin iş otağı; 
- operatorlar yerləşən operativ iş otağı; 
- xidmət rəislərinin (mütəxəssislərin) iş otağı; 
- rabitəçilər qrupu yerləşən rabitə qovşağı; 
- növbələrlə dincəlmə yeri (otağı); 
- İM heyəti üçün fərdi mühafizə vasitələri, ərzaq və su ehtiyatları saxlanılan yer; 
- sanitariya qovşağı. 
Səyyar idarəetmə məntəqəsi rabitə vasitələri ilə təchiz olunmuş nəqliyyat 
vasitələrində düzəldilir. Səyyar idarəetmə məntəqəsi stasionar idarəetmə məntəqəsi 
olmayan zədələnmə ocaqlarında və MM qüvvələrinin yürüş marşrutlarında bilavasitə 
hərəkət zamanı operativ idarəetmə üçün təşkil edilir. Səyyar İM-nə Mülki Müdafiə 
rəhbəri və ya onun müavini başçılıq edir. Bu zaman Mülki Müdafiə qərargahının rəisi 
stasionar idarəetmə məntəqəsində qalaraq digər tədbirlərin icrasını təşkil edir. 
Təyinatına görə İM-nin əsas, ehtiyat və yardımçı növləri ola bilər. İdarəetmə 
məntəqələrinin yerləri və sayı hökumətin qərarı ilə müəyyən edilir, müvafiq 
nazirliklərin, yaxud icra hakimiyyəti orqanlarının vəsaiti hesabına tikilir, 
avadanlaşdırılır və qorunub saxlanılır.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin