− əyani formasından istifadə olunur.
Şifahi təbliğat kütləvi izahat işlərində müvəffəqiyyətlə sınaqdan çıxmış ən təsirli
formadır. Şifahi təbliğatın üstünlüyü ondadır ki, bu zaman təbliğatçı dinləyicilərlə
üzbəüz durur və canlı dialoq yaranır. Belə şəraitdə adamları başa salmaq daha asan
olur, mövzu yaxşı qavranılır, aydın olmayan məsələləri sual-cavab yolu ilə
aydınlaşdırmaq mümkün olur.
Bu işə həmçinin “Könüllü Hərbi Vətənpərvərlik Texniki- İdman”, “Bilik” və
“Qızıl Aypara” cəmiyyətlərində çalışan təcrübəli alimlər
və mütəxəssislər cəlb
olunmalıdırlar.
Mətbuatın və başqa
kütləvi informasiya vasitələrinin rolu
Mülki
Müdafiə
biliklərinin təbliğində, yayılmasında və öyrənilməsində böyükdür. Respublikadakı
hərbi-siyasi vəziyyəti nəzərə alaraq,
Mülki Müdafiə təbliğatını
gücləndirmək üçün
dövri mətbuatın bütün imkanlarından səmərəli istifadə olunmalıdır. Ərazisində hərbi
əməliyyatlar aparılan rayonlarda və ona qonşu olan ərazilərdə bu xüsusilə vacibdir.
Əyani təşviqat da
Mülki Müdafiə biliklərinin təbliğində geniş istifadə edilən
formalardan biridir. Bura,
Mülki Müdafiə tədbirləri
üzrə çəkilmiş sənədli filmlər,
videoçarxlar, hazırlanmış sərgilər və s. aiddir. Stasionar və səyyar sərgilərdə nümayiş
etdirilən fərdi mühafizə vasitələri və
Mülki Müdafiə sistemində istifadə olunan
texniki avadanlıqlar, mühafizə qurğularının maketləri və s.
insanlarda mühafizə
sistemi barədə tam təsəvvür yaradır.
Mülki Müdafiə biliklərinin təbliğində mühafizə
məsələlərinə dair çəkilmiş tam və qısametrajlı elmi-kütləvi və sənədli filmlər, kino-
jurnallar, habelə tədris filmləri əhalinin MM biliklərinə yiyələnməsində əvəzsiz rol
oynayır.
Mülki Müdafiə biliklərinin təbliğində əyaniliyin ən mükəmməl nümunəsi isə
Mülki Müdafiə üzrə vaxtaşırı keçirilən təlim və məşqlərdir. İdarə və müəssisələrdə,
tədris ocaqlarında, eləcə də rayonlarda
və şəhərlərdə keçirilən
Mülki Müdafiə
təlimləri bütünlükdə mühafizə tədbirlərinə bir növ baxışdır və belə tədbirlərdə çoxlu
sayda insan iştirak etdir. Təbii ki, təlim iştirakçıları
Mülki Müdafiə tədbirlərinin necə
həyata keçirilməsinin bilavasitə iştirakçısı olduqları üçün təlim suallarını daha yaxşı
qavrayır və müəyyən təcrübə qazanırlar.
Deyilənləri yekunlaşdıraraq belə bir qənaətə gəlməliyik ki, Mülki Müdafiə
təbliğatının başlıca vəzifəsi əhalini təbii fəlakət, texnogen qəzalar və kütləvi qırğın
silahlarının təhlükəsindən qorumaq sahəsində Mülki Müdafiə tərəfindən işlənib
hazırlanan tədbirlərin təbliğindən və insanlarda
ona möhkəm inam yaratmaqdan
ibarətdir.