Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti həyata keçirirlər.
Mülki Müdafiə təbliğatının məqsədləri aşağıdakılardır: 1. Mülki müdafiə sistemi və onun rolu barədə əhali arasında düzgün təsəvvürün yaradılması. Ölkənin hər bir vətəndaşı bilməlidir ki, canının və malının
mühafizəsi ona konstitusiya ilə verilmiş əsas sosial hüquqlardan biridir və buna
dövlət tərəfindən təminat verilir. Dövlətin bütün orqanları mühafizə tədbirlərində fəal
iştirak etməklə yanaşı, bunun üçün qanun qarşısında məsuliyyət daşıyırlar.
2. Əhalinin Mülki Müdafiə sahəsində aldığı biliklərin möhkəmləndirilməsi. Mülki Müdafiə biliklərinin təbliği, hərbi vətənpərvərlik tərbiyəsinin ayrılmaz tərkib
hissəsi olduğu üçün bunlar kompleks halda təbliğ edildikdə, əhali
Mülki Müdafiə
biliklərinə daha yaxşı yiyələnir, düşmənin müasir qırğın silahlarını və onlardan
mühafizə üsullarını öyrənə bilir. Buna görə də təbliğat işi elə təşkil edilməlidir ki,
Mülki Müdafiə biliklərinin öyrənilməsi, hərbi vətənpərvərlik tərbiyəsinin təbliği ilə
üzvi surətdə vəhdət təşkil etsin.
3. Mülki Müdafiə tədbirlərinin zəruriliyində, onun xilasedici imkanlarına əhalidə möhkəm inamın yaradılması. Əhali bilməlidir ki,
Mülki Müdafiə
mütəxəssisləri tərəfindən müəyyən olunmuş qaydalara dəqiq əməl etməklə, ən
mürəkkəb şəraitdə belə itkiləri minimuma endirmək mümkündür.
4. Əhali arasında siyasi sayıqlığın artırılması. İstənilən şəraitdə belə yüksək
mütəşəkkilliyin göstərilməsi, təxribatlara və panikaya qarşı sayıq olmağın
vacibliyinin hər bir insanın şüuruna çatdırılması.
5. Fövqəladə hadisələrə əhalinin mənəvi-psixoloji cəhətdən hazırlanması. Mənəvi-psixoloji tərbiyə dedikdə: qorxu hissinə qalib gəlmə bacarığı, təhlükə
zonasında müəyyən olunmuş normalara riayət etmək, mütəşəkkillik göstərmək,
təmkinli, cəsarətli, fədakar, iradəli və sədaqətli olmaq, insanlar arasında ünsiyyətin
möhkəmləndirilməsi, mehribançılığın yaradılması, mənəvi ruhun yüksəldilməsi,
qarşılıqlı köməkliyin təşkili və digər müsbət cəhətlərin tərbiyə olunması nəzərdə
tutulur.