Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


İstehsal və sosial təyinatlı obyektlərin rəhbər heyətinin hazırlanması



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə24/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   20   21   22   23   24   25   26   27   ...   97
Mülki müdafiə-converted

İstehsal və sosial təyinatlı obyektlərin rəhbər heyətinin hazırlanması. 


Rəhbər heyətin hazırlığı bilavasitə təsərrüfat obyektlərində, ərazi və sahə Mülki 
Müdafiə orqanları tərəfindən keçirilən tədris-metodik toplanışlarda, kadrların 
ixtisasartırma üzrə təhsil müəssisələrində və mülki müdafiə kurslarında yerinə 
yetirilir. Rəhbər heyətin hazırlığı qüvvədə olan proqramlara müvafiq həyata keçirilir. 
Onlar həmçinin tədris ili ərzində 3-5 gün istehsalatdan ayrılmaqla keçirilən 
məşğələlərdə, məşqlərdə və toplanışlarda hazırlanır, yeni vəzifəyə təyin olunandan 
sonra isə hər 5 ildən bir MM kurslarında hazırlıq keçirlər. 
Obyektlərin rəhbər heyəti və mütəxəssisləri yenidən hazırlanarkən tədris 
proqramına «Fövqəladə hallarda obyektin idarə olunması və onun sabit işinin təmin 
edilməsi» kursu, ictimai və humanitar tədris müəssisələrində isə «Mülki Müdafiə» 
kursu daxil edilir. 
Məşğələlər bu kursun öyrədilməsi üçün planlaşdırılmış saatlarda, həm digər 
fənlər ilə kompleks halında, həm də kafedraların tapşırıqlarına əsasən müstəqil 
hazırlıq saatlarında keçirilir. Mülki Müdafiə kursunun öyrədilməsi – proqram 
həcmində yoxlama işi (referat) yazmaqla başa çatdırılır.
 İşçilərə Mülki Müdafiə biliklərinin öyrədilməsi. 
İdarə, müəssisə, təşkilat və digər obyektlərdə işləyən, lakin Mülki Müdafiə 
qüvvələrinin, xidmətlərinin heyətinə cəlb olunmayan əhaliyə Mülki Müdafiə bilikləri 
iş yerində, istehsalatdan ayrılmadan öyrədilir. Bu əhali qrupu üçün hazırlığın 
aşağıdakı növləri müəyyən edilmişdir. 
– Mülki Müdafiə məsələlərini müstəqil surətdə öyrənmək və hər ay sex, şöbə 
və digər bölmə rəhbərlərinin keçirdiyi Mülki Müdafiə məşqlərində iştirak 
etməklə; 
tədris qrupunun tərkibində, xüsusi hazırlanmış qrup rəhbərlərinin yaxud 
bilavasitə öz rəhbərinin başçılığı ilə müntəzəm məşğələ keçməklə. 
Obyektin ştatlı Mülki Müdafiə işçiləri, məşğələ rəhbərləri və ya təlimatçılarla tədris 
ilinin əvvəlində 1-2 günlük metodik toplanış keçirirlər. Ştatlı Mülki Müdafiə işçiləri 
olmayan obyektlərdə belə toplanışlar regional şöbələrdə, şəhər, rayon icra 
orqanlarının nəzdindəki Mülki Müdafiə kurslarında təşkil edilir. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin