Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


III. BÖLMƏ: Fövqəladə hadisələr rejimində qəza-xilasetmə və digər təxirə



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə22/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   18   19   20   21   22   23   24   25   ...   97
Mülki müdafiə-converted

 
III. BÖLMƏ: Fövqəladə hadisələr rejimində qəza-xilasetmə və digər təxirə 
salınmaz işlərin təşkili. 
Bu bölmədə əks olunur: 
– fövqəladə hadisə baş vermiş ərazilərdə ümumi və xüsusi kəşfiyyatın aparılması, 
kimyəvi zəhərlənmə və radioaktiv çirklənmənin, tikili və kommunikasiya 
şəbəkələrinin dağılma dərəcəsinin müəyyən edilməsi, dəyən ziyan və itkilərin 
miqdarının dəqiqləşdirilməsi; 
– mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin 
təşkil edilməsi və həyata keçirilməsi; 
– fövqəladə hadisə baş vermiş ərazidən əhalinin çıxarılması, köçürülməsi və onların 
müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi;
– xəsarət alanlara ilk tibbi yardım göstərilməsi və onların müalicə ocaqlarına 
göndərilməsinin təşkili; 
– bitki və heyvanların xilas edilməsi üçün tədbirlərin görülməsi (aidiyyatı üzrə); 
– xəsarət ocaqlarında sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin həyata 
keçirilməsi; 
– işçilərin zəruri ərzaq ehtiyatı ilə təmin edilməsi; 
– nəqliyyat təminatı; 
– meteoroloji təminat. 
 
 
 
IV BÖLMƏ: Fövqəladə hadisələr zamanı idarəetmənin təşkili. 
Bu bölmədə əks olunur: 
– əsas, ehtiyat və yardımçı idarəetmə məntəqələrinin yerləri, tərkibi, mühafizə 
tədbirləri və əməliyyat qruplarının məntəqədə fəaliyyət qaydaları; 
– idarəetmə məntəqələrinin rabitə, xəbərdarlıq və informasiya vasitələri ilə təchiz 
olunması və onlardan istifadə etmə qaydaları; 
– fövqəladə hadisələrin gözlənilməsi və ya baş verməsi barədə rəhbər heyətin eləcə 
də işçilərin xəbərdar edilməsi qaydaları; 
– mülki müdafiə qüvvə və vasitələrinin “gündəlik fəaliyyət” , “yüksək hazırlıq” və 
“fövqəladə hadisə” rejimlərində idarə edilmə qaydaları; 
– mülki müdafiə qüvvələri ilə rabitənin təşkili və idarəetmə pozulduqda onun bərpa 
edilməsi üzrə tədbirlər. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin