Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Mülki Müdafiə təbliğatının forma, metod və vasitələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə28/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   24   25   26   27   28   29   30   31   ...   97
Mülki müdafiə-converted

 
Mülki Müdafiə təbliğatının forma, metod və vasitələri 
Mülki Müdafiə biliklərinin təbliğində əsasən təbliğatın 3 formasından:
− şifahi; 
− mətbuat; 


− əyani formasından istifadə olunur. 
Şifahi təbliğat kütləvi izahat işlərində müvəffəqiyyətlə sınaqdan çıxmış ən təsirli 
formadır. Şifahi təbliğatın üstünlüyü ondadır ki, bu zaman təbliğatçı dinləyicilərlə 
üzbəüz durur və canlı dialoq yaranır. Belə şəraitdə adamları başa salmaq daha asan 
olur, mövzu yaxşı qavranılır, aydın olmayan məsələləri sual-cavab yolu ilə 
aydınlaşdırmaq mümkün olur.
Bu işə həmçinin “Könüllü Hərbi Vətənpərvərlik Texniki- İdman”, “Bilik” və 
“Qızıl Aypara” cəmiyyətlərində çalışan təcrübəli alimlər və mütəxəssislər cəlb 
olunmalıdırlar. 
Mətbuatın və başqa kütləvi informasiya vasitələrinin rolu 
Mülki Müdafiə 
biliklərinin təbliğində, yayılmasında və öyrənilməsində böyükdür. Respublikadakı 
hərbi-siyasi vəziyyəti nəzərə alaraq, 
Mülki Müdafiə təbliğatını gücləndirmək üçün 
dövri mətbuatın bütün imkanlarından səmərəli istifadə olunmalıdır. Ərazisində hərbi 
əməliyyatlar aparılan rayonlarda və ona qonşu olan ərazilərdə bu xüsusilə vacibdir. 
Əyani təşviqat da 
Mülki Müdafiə biliklərinin təbliğində geniş istifadə edilən 
formalardan biridir. Bura, 
Mülki Müdafiə tədbirləri üzrə çəkilmiş sənədli filmlər
videoçarxlar, hazırlanmış sərgilər və s. aiddir. Stasionar və səyyar sərgilərdə nümayiş 
etdirilən fərdi mühafizə vasitələri və 
Mülki Müdafiə sistemində istifadə olunan 
texniki avadanlıqlar, mühafizə qurğularının maketləri və s. insanlarda mühafizə 
sistemi barədə tam təsəvvür yaradır. 
Mülki Müdafiə biliklərinin təbliğində mühafizə 
məsələlərinə dair çəkilmiş tam və qısametrajlı elmi-kütləvi və sənədli filmlər, kino-
jurnallar, habelə tədris filmləri əhalinin MM biliklərinə yiyələnməsində əvəzsiz rol 
oynayır.
Mülki Müdafiə biliklərinin təbliğində əyaniliyin ən mükəmməl nümunəsi isə 
Mülki Müdafiə üzrə vaxtaşırı keçirilən təlim və məşqlərdir. İdarə və müəssisələrdə, 
tədris ocaqlarında, eləcə də rayonlarda və şəhərlərdə keçirilən 
Mülki Müdafiə 
təlimləri bütünlükdə mühafizə tədbirlərinə bir növ baxışdır və belə tədbirlərdə çoxlu 
sayda insan iştirak etdir. Təbii ki, təlim iştirakçıları 
Mülki Müdafiə tədbirlərinin necə 
həyata keçirilməsinin bilavasitə iştirakçısı olduqları üçün təlim suallarını daha yaxşı 
qavrayır və müəyyən təcrübə qazanırlar. 
Deyilənləri yekunlaşdıraraq belə bir qənaətə gəlməliyik ki, Mülki Müdafiə 
təbliğatının başlıca vəzifəsi əhalini təbii fəlakət, texnogen qəzalar və kütləvi qırğın 
silahlarının təhlükəsindən qorumaq sahəsində Mülki Müdafiə tərəfindən işlənib 
hazırlanan tədbirlərin təbliğindən və insanlarda ona möhkəm inam yaratmaqdan 
ibarətdir.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin