Yardımçı idarəetmə məntəqəsi bütün tədbirlərə əsas
idarəetmə məntəqəsindən
rəhbərlik etmək mümkün olmayan hallarda, məsələn, biri digərindən uzaq sahələrdə
eyni zamanda xilasetmə işləri aparılarkən müəyyən müddət üçün yaradılır. Yardımçı
idarəetmə məntəqəsinin konkret vəzifələri və işçi heyəti müvafiq MM rəhbəri
tərəfindən təyin edilir.
Ölkəyə düşmən basqını təhlükəsi yaranan dövrdə idarəetmə məntəqələrində
vəzifəli şəxslərin fasiləsiz növbətçiliyi təşkil edilir. Oradakı rabitə-xəbərdarlıq
vasitələri
iş vəziyyətinə gətirilir, məntəqə kəşfiyyat nəzarət cihazları və digər
avadanlıqlarla təchiz olunur, onun qorunması təşkil edilir, yaxınlığında radiasiya və
kimya müşahidə məntəqələri qurulur, işçi və xidmətçi
heyətlərin vəzifələri
dəqiqləşdirilir.
Mülki Müdafiə tədbirlərinin təşkili və yerinə yetirilməsi üzrə Mülki Müdafiə
rəhbəri və qərargahının fəaliyyət qaydası, əsasən, yaranmış şəraitdən, qarşıya qoyulan
konkret vəzifələrdən və icra üçün verilən müddətdən asılı olur.
Mülki Müdafiə rəhbərinin idarəetmə üzrə iş ardıcıllığı aşağıdakı
mərhələlərdən ibarətdir:
1. Alınmış tapşırığın aydınlaşdırılması.
Mülki Müdafiə rəhbəri yuxarı rəisdən tapşırığı alarkən, özü üçün tam
aydınlaşdırmalıdır:
- qarşıda duran işlərin məqsədini və yuxarı rəisin niyyətini;
- bu işlərin icrasında tabeliyindəki qüvvələrin yeri və rolunu;
- icra ediləcək işlərin həcmini.
Mülki Müdafiə rəisi tapşırığı aydınlaşdırıb, dəstələri fəaliyyətə hazırlamaq
məqsədilə dərhal görülməli
tədbirləri müəyyənləşdirməli, tabelikdəkilərə bu barədə
ilkin sərəncam verməli və qərar qəbul etmək üçün lazımi məlumatları toplamağı
qərargaha və xidmət rəislərinə (mütəxəssislərə) tapşırmalıdır.
Dostları ilə paylaş: