Rabitə – idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir.
Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil.
Mülki Müdafiənin rabitə sistemi mövcud olan bütün rabitə qüvvə və
vasitələrinin, o cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid təşkilati-texniki
birliyinə deyilir. Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio və məftilli
rabitə qovşaqlarından və stansiyalarından eləcə də Mülki Müdafiə qərargahlarının
tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal
vasitələrindən istifadə
edilməklə yaradılır.
Rabitə-yuxarı təşkilatın rəhbəri, tabelikdəki qüvvələr və qonşular, həmçinin
qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil edilir.
Rabitə sistemi, daim hazır vəziyyətdə saxlanmalı, məlumatların etibarlı, fasiləsiz,
dəqiq və tez çatdırılmasına imkan verməlidir.
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını
əvvəlcədən
yaratmaq, bütün rabitə vasitələrindən kompleks halında istifadə etmək, eləcə də rabitə
vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır.
Rabitə xidmətini icra etmək üçün obyektlərdə, eləcə də Mülki Müdafiə
qüvvələrində rabitə qrupları və manqaları yaradılır. Onların
təşkilati strukturu, şəxsi
heyətinin sayı və
avadanlıqla təchizat normaları yuxarı rəhbərlər tərəfindən müəyyən
edilir.
Naqilli rabitə əsas rabitə növüdür və yüksək keyfiyyətli rabitəni təmin edir.
(danışığın əlverişli qaydada aparılmasını, informasiyanın tez və dəqiq verilməsini və
s.)
Naqilli rabitədən – rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin)
rəhbərliyi ilə
obyektin sığınacaqları, müşahidə postu, iş yerlərindəki sex və şöbə rəisləri və
obyektin Mülki Müdafiə xidmətləri ilə əlaqə saxlamaq üçün istifadə edilir.
Səhra şəraitində P-193M
səhra telefon kommutatorundan, TA-57 telefon
aparatından
və PK-274 (PK-275) markalı səhra kabelindən istifadə etməklə məftilli
rabitədən istifadə olunur.
Radiorabitədən –
obyektdə, adətən Mülki Müdafiə rəhbərinin radioşəbəkəsi
təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur. Obyekt Mülki
Müdafiə rəhbərlərinin radiostansiyası isə şəhər (rayon)
rəhbərinin radioşəbəkəsinə
daxil edilir. Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında
xilasetmə işləri aparılarkən istifadə olunur.
Radiorabitə istənilən mürəkkəb şəraitdə idarəetməni təmin edir. Radiorabitə
vasitələri qısa müddət ərzində böyük məsafədə rabitə təşkil etməyə və bir neçə
abonentə eyni vaxtda informasiya verməyə imkan verir. Bunlardan ultraqısadalğalı R-
105M, R-108M, R-109M və başqa radiostansiyaları göstərmək olar.
Dostları ilə paylaş: