Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


qurtardı» siqnalı elan edilməlidir. «Hamının diqqətinə



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə36/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   32   33   34   35   36   37   38   39   ...   97
Mülki müdafiə-converted

qurtardı» siqnalı elan edilməlidir.
«Hamının diqqətinə!» siqnalı verildikdə dərhal radio və ya televizorlar işə 
salınır, qonşular və iş yoldaşları xəbərdar edilir və növbəti siqnalın verilməsini 
gözləyirlər. «Hava həyəcanı» siqnalı radio vasitəsilə vıyıltılı səs şəklində, 
müəssisələrin və lokomotivlərin seyrək fitləri, həmçinin, elektrik və əl sirenaları 
vasitəsilə verilir. Bu zaman hər bir şəxs olduğu yerdə (evdə və ya işdə) elektrik 
xəttini və cihazlarını şəbəkədən ayırmalı, qazı bağlamalı, şəxsi sənədlərini, zəruri 
ərzaq və su ehtiyatlarını, fərdi mühafizə vasitələrini götürüb yaxınlıqdakı sığınacağa 
getməlidir.
«Hava həyəcanı qurtardı» siqnalı (radiotranslyasiya şəbəkəsi ilə sözlərlə verilir) 
verildikdə əhali sığınacaqları tərk edir və hər kəs öz vəzifələrini yerinə yetirirlər. 
«Kimya həyəcanı» siqnalı yerli radio-televiziya verilişləri şirkəti və ya səs verən 
əşyalara vurmaqla verildikdə dərhal əleyhqaz və dərini mühafizə vasitələrini geymək 
və sığınacaqlara getmək lazımdır. Xüsusi göstəriş (siqnal) verildikdən sonra 
sığınacaqları tərk etmək olar. Sığınacaqda olmayan digər vətəndaşlar fərdi mühafizə 
vasitələrindən istifadə edərək zəhərlənmiş ərazini, mülki müdafiə postlarının 
göstərişinə əməl etməklə dərhal tərk etməlidirlər. 
«Radiasiya təhlükəsi» siqnalı radio-televiziya verilişləri şirkəti və ya səs verən 
əşyalara vurmaqla verildikdə dərhal əleyhqaz və dərini mühafizə vasitələrini geyməli 
və əvvəlcədən hazırlanmış ərzaq ehtiyatlarını götürüb sığınacaqlara, radiasiya 
əleyhinə daldalanacaqlara və ya evin zirzəmisinə getməlidirlər. Xüsusi göstəriş 
(siqnal) verildikdən sonra sığınacaqları tərk etmək olar.
Daim təhlükə potensiallı obyektlərdə isə, lokal (məhəlli) xəbərdarlıq sistemi də 
yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir struktura birləşdirilmiş 
xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsəd – fövqəladə hallar yarandığı barədə 
həmin obyektin işçilərini, habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma 
zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini 
vaxtında xəbərdar etməkdir. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin