Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə29/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   25   26   27   28   29   30   31   32   ...   97
Mülki müdafiə-converted

Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları. 
§6. Mülki Müdafiə siqnalları və əhalinin davranış qaydaları. 
 
İdarəetmənin mahiyyəti, təşkili və vəzifələri.
 
Fövqəladə hadisələr zamanı mülki müdafiə tədbirlərinin vaxtında və 
müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən başlıca şərtlərdən biri – Mülki 
Müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. İdarəetmənin mahiyyəti – Mülki 
Müdafiə rəhbərliyinin və qərargahlarının özlərinə tabe olan qüvvələrə fasiləsiz 
rəhbərlik etməsindən və onların fəaliyyətini qarşıda duran vəzifələrin icrasına 
vaxtında yönəltməkdən ibarətdir. 
Mülki Müdafiə – Mülki Müdafiə rəhbərinin qərarına əsasən idarə edilir. Qərar 
qəbul etmək mürəkkəb və məsuliyyətli işdir, həmçinin Mülki Müdafiə rəhbərinin əsas 
vəzifəsidir. Mülki Müdafiə rəhbərinin qərarı yerinə yetiriləcək vəzifələrin əsas 
məqsədini, mahiyyətini və icra üsullarını müəyyən edən ana xətt rolunu oynayır.
İdarəetmə fəaliyyətinə qoyulan əsas tələblər aşağıdakılardır: 
- İdarəetmə qətiyyətli olmalıdır. Bu rəhbərlərin inamla qərar qəbul etmək 
bacarığından və bu qərarın icrasına inadla nail olmaqdan ibarətdir. Bu tələb, 
sərəncam vermə funksiyasını yerinə yetirərkən Mülki Müdafiə rəhbərinə verilən 
təkbaşına qərar qəbul etmək hüququndan irəli gəlir. Bu o deməkdir ki, hər bir qərar, 
təsdiq edilib icra üçün sərəncam verilənədək müzakirə oluna bilər. Əmr və ya 
sərəncam imzalandıqdan sonra mübahisəsiz, dəqiq və vaxtında həyata keçirilməlidir. 
İdarəetmənin qətiyyətli olması-qəbul edilmiş qərarların icrasına ciddi nəzarəti, 
tabelikdəki heyətə yüksək tələbkarlıq göstərilməsini, icraçının boyun qaçırmaq üçün 
subyektiv, yaxud obyektiv bəhanələr axtarmasına yol verməməsini nəzərdə tutur. 
- İdarəetmə çevik olmalıdır. Bu vəziyyətin qısa zaman kəsiyində dəyişməsinin 
operativ surətdə nəzərə alınması deməkdir. Mülki Müdafiə rəhbəri şəraitin dəyişməsi 
ilə əlaqədar öz qərarını vaxtında dəqiqləşdirməyə, yaxud yeni qərar qəbul etməyə və 
icraçılara əlavə tapşırıqlar verməyə hər an hazır olmalıdır. Buna nail olmaq üçün 
başlıca şərt – yaranmış real vəziyyəti bilmək, onu dərhal qiymətləndirməyi və 
müvafiq qərar qəbul etməyi bacarmaqdır. 
- İdarəetmə fasiləsiz və dayanıqlı olmalıdır. Yəni idarəetmə sistemi hər cür 
fövqəladə hallarda tabelikdəki qüvvələrin fəaliyyətinə fasiləsiz rəhbərlik etməyə 
imkan verməlidir. Buna, idarəetmə məntəqələrini və rabitə qovşaqlarını əvvəlcədən 
yaratmaqla, onların xidmətçi heyətlərini işə hazırlamaqla, habelə bütünlükdə 
idarəetmə sisteminin davamlı olmasını təmin edən bir sıra tədbirlər görməklə nail 
olmaq mümkündür. İdarəetmə prosesində fasilə yaranması, yaxud onun pozulması, 
adətən uğursuzluqla nəticələnir. 
- İdarəetmə prosesində məxfilik rejiminə ciddi riayət edilməlidir. Yəni 
operativ sənədləri işləyərkən və rabitə vasitələrindən istifadə edərkən təhlükəsizlik 
rejim və qaydaları mütləq gözlənilməlidir. 
İdarəetmə sistemi fəaliyyətə daim hazır vəziyyətdə saxlanmalıdır. İdarəetmə 
sisteminin fəaliyyətə hazırlıq dərəcəsi, Mülki Müdafiə qüvvələrinin hazırlıq 


dərəcəsindən bir səviyyə yüksək olmalıdır. Bu, lazım gəldikdə Mülki Müdafiə 
qüvvələrinə rəhbərliyi dərhal təşkil etməyə imkan verir.

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin