Zəhərlənmənin zəif hallarında bu hisslər tez keçib gedir, ağır hallarında isə
bu hisslər get - gedə artır, göz bəbəklərinin genişlənməsi, fikrin çaşqınlığı,
qıcolma və iflic baş verir.
İlk yardım: zəhərlənmiş şəxsə ilk növbədə əleyhqaz geydirmək
lazımdır. Ona antidot verilir və ya amilnitrit ampulunu sındırıb şlem-
maskanın içərisinə yeridirlər və zəhərlənmə zonasından çıxarırlar.
Təmiz
havada əleyhqazı çıxarıb, geyimin yaxasını açıb zərərçəkənə süni tənəffüs
vermək lazımdır.
Antidot olmadıqda venadaxili 40 – 60 sm³ 1 % - li metilen abısı
məhlulu 25-30 saniyə ərzində yeridilir. Həmin iynə ilə (venada olan) 50
sm³ 30% - li tiosulfat məhlulu yeridilir. Bu əməliyyat 30 -40 saniyə
ərzində aparılır.
Dostları ilə paylaş: