Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə64/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   60   61   62   63   64   65   66   67   ...   97
Mülki müdafiə-converted

Xüsusi kəşfiyyat radiasiya, kimya, mühəndis, yanğın, tibbi və bioloji kəşfiyyat 
növlərinə bölünür.
Xüsusi kəşfiyyatin aparılması üçün kimyəvi kəşfiyyat dozoru (KKD), radiasiya 
və kimyəvi müşahidə postu (RKMP), mühəndis kəşfiyyat dozoru (MKD), yanğından 
mühafizə, tibbi, bioloji (bakterioloji) və digər MM xidmətlərinin kəşfiyyat orqanları 
cəlb oluna bilər. Yuxarı komandirin qərarı ilə yaranmış vəziyyət barədə məlumatların 
dəqiqləşdirilməsi üçün qərargahın zabit heyətindən də kəşfiyyat dozoru yaradıla bilər. 
Xüsusi kəşfiyyatin qarşısında duran vəzifələr müşahidə aparılması, ətraf mühitə 
dozimetrik və kimyəvi nəzarətin təşkili, nümunələrin götürülməsi, analizin aparılması 
və digər üsullarla həyata keçirilir. 


Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yerüstü kəşfiyyat
havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən edilmişdir.
Yerüstü kəşfiyyat – ən dəqiq, daha dolğun kəşfiyyat növü sayılır və bütün MM 
qərargahları tərəfindən təşkil edilir. 
Havadan kəşfiyyat – zədələnmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında 
ümumi vəziyyəti tez aşkar etmək üçün təyyarə və ya helikopterlərdən aparılır. 
Dənizdən (çaydan) kəşfiyyat – sahillərdə, limanlarda, oradakı qurğularda 
vəziyyəti öyrənmək məqsədilə aparılır, yüksək sürətli gəmilər və ya katerlər vasitəsi 
ilə icra edilir. 
 
FH zamanı MM kəşfiyyatının əsas vəzifələri 
 
MM sistemində aparılan kəşfiyyatda məqsəd güclü istehsalat qəzasından, təbii 
fəlakətdən və ya düşmən basqınından sonra yaranmış vəziyyət barədə dəqiq 
məlumatlar toplamaqdır. Bu məlumatlar MM rəhbərinə əhalinin mühafizəsini və 
xilasetmə işlərini təşkil etmək barədə düzgün qərar qəbul etmək üçün lazımdır. 
Sülh dövründə MM kəşfiyyatının əsas vəzifələri: 
− ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının 
radioaktiv, kimyəvi və bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə 
laboratoriya nəzarəti aparmaq
− yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizodik vəziyyətə 
müntəzəm nəzarət etmək; 
− güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda yaranan 
vəziyyəti aşkar etməkdir. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin