Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Kimyəvi kəşfiyyat cihazları



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə74/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   70   71   72   73   74   75   76   77   ...   97
Mülki müdafiə-converted

Kimyəvi kəşfiyyat cihazları. Havada, ərazidə, texnikanın və başqa obyektlərin 
səthlərindəki, zəhərləyici maddələri (ZM) adətən kimyəvi kəşfiyyat cihazları və qaz 
siqnalizatoru vasitəsilə, yaxud nümunə götürüb onları kimya laboratoriyasında 
analizdən keçirməklə aşkar edirlər. Müasir zəhərləyici maddələri hiss orqanları 
vasitəsilə aşkar etmək çox çətindir. Çünki onların bir çoxunun nə iyi, nə rəngi, nədə 
qıcıqlandırıcı xassələri yoxdur, başlıcası isə, bir sıra ZM-nin zəhərliliyi o dərəcədə 
yüksəkdir ki, onların iyinə və qıcıqlandırıcı təsirlərinə görə aşkar edilməsi cəhdi, 
ciddi zəhərlənmələrlə nəticələnə bilər.
Zəhərləyici maddələri çöl şəraitində təyin etmək üçün ən çox kimyəvi metoddan 
istifadə edilir. Bu üsul zəhərləyici maddə ilə ona müvafiq seçilmiş digər bir xüsusi 
maddənin qarşılıqlı təsiri sayəsində müəyyən bir rəngə malik birləşmə yaranması 
hadisəsinə əsaslanır. Belə rəngin meydana çıxması burada məhz həmin ZM-in 
olduğuna dəlalət edir. Bu rəngin çalarını kağıza çəkilmiş rəng etalonları ilə müqayisə 
edərək, ZM konsentrasiyası və ya havanın zəhərlənmə dərəcəsi barədə qənaətə 
gəlmək mümkündür. 
İstifadə etmək rahat olsun deyə, kimyəvi kəşfiyyat cihazlarında işlədilən 
reaktivləri məsaməli maddəyə yaxır, yaxud şüşə ampula yığırlar. Reaktiv yaxılmış 
məsaməli maddəni və müvafiq miqdar ampulları şüşə borucuğa yerləşdirir və ətraf 
mühitin təsirindən qorumaq üçün borucuğun hər iki ucunu lehimləyirlər. Belə 
borucuqlar indikator borucuğu adlanır. 
İndikator borucuğunu işlədərkən onun uclarını kəsir, daxilindəki ampulu 
sındırmaqla zəhərli havanı xüsusi nasosla sorub borucuqdan keçirirlər. Bu zaman 
havanın tərkibindəki ZM buxarları reaktivlə reaksiyaya qoşularaq məsaməli 
maddənin rəngini müvafiq surətdə dəyişir. Bu rəngə və onun tündlüyünə görə ZM-in 
növü və havadakı konsentrasiyası təxmini təyin edilir. 
Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının qoşun kimyəvi kəşfiyyat 
cihazı (VPXR), yarımavtomat kimyəvi kəşfiyyat cihazı (PPXR), QSA-12 və QSP-11 
avtomat qaz siqnalizatorları və s. növləri olur. 



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin