71
30%-ə enmişdir. Eyni zamanda texniki sistemin yaradılması və istismarının
bütün
həyat dövrü ərzində onun kompüter müşahidəsi aparılır.
Son illərdə bir sıra funksiyaların maşınqayırmadan ayrılıb xidmət sahəsinə
keçməsi müşahidə olunur. Bunlardan aşağıdakıları göstərmək olar: kompüterlərin,
idarəetmə və avtomatlaşdırma texnikasının proqlaşdırılması
və xidməti; mürəkkəb
istehsal və lokal rabitə sistemlərinin layihələndirilməsi;
lizinq xidmətlərinin
göstərilməsi, məsləhət xidmətləri və s. Məsələn, sənayenin maşın və avadanlıqlara
kapital qoyuluşlarının 20%-nin lizinqin üzərinə düşməsi ilə tez-tez rastlaşmaq olur.
İnkişaf etmiş ölkələrin hökumətləri maşınqayırma istehsalının inkişafının dövlət
tənzimlənməsi siyasətini həyata keçirir. Sahənin dövlət tənzimlənməsi iki əsas
istiqamət üzrə həyata keçirilir. İnnovasiya prosesinin stimullaşdırılması xətti ilə və
milli şirkətlər üçün daxili və xarici bazarlarda rəqabət şəraitinin asanlaşdırılması
məqsədi ilə müxtəlif tədbirlərin görülməsi yolu ilə.
İnnovasiya prosesinin stimullaşdırılması özündə ixrac istehsallarında
vergilərin
tutulmasında ghəmiyyətli güzəştlərin verilməsi, ixraca yönəlmiş istehsalların inkişafı
üçün imtiyazlı kreditlərin verilməsi, xarici alıcılara verilən maliyyə və əmtəə
kreditlərin dövlət sığortasının təmin edilməsini cəmləşdirir. Sonradan təqdim olunan
və bazar faiz dərəcələri arasındakı fərq dövlət büdcəsindən ödənilir.
Orta müddətli perspektivdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı
müəyyən qədər xarici iqtisadi əlaqələrin inkişafından asılı olacaq. Bu onunla izah
olunur ki, Azərbaycanın daxili bazarı “ dardır” və effektivi ixtisaslaşdırılmış
maşınqayırma istehsalların inkişafı üçün iqtisadi artımın mənbələrini mümkün qədər
çox əmtəə və xidmətlərin xarici bazarlara irəlilədilməsində atarmaq lazım olacaq.
Beləliklə, Azərbaycan özünün iqtisadiyyatının
dünya iqtisadi sisteminə
inteqrasiyasını dərinləşdirmək, xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin metod və
forma və mexanizmlərini təkmilləşdirmək, yüksək texnoloji tutumlu elmitutumlu və
izafi dəyəri olan məhsulların istehsalını artırmaq və rəqabət qabliyyətini artırmaq
məcburiyyəti qarşısındadır. Bu
isə öz növbəsində , ölkənin qloballaşma prosesində
sadəcə olaraq iştirakını tələö etmir, həm də dünya birliyinin müasir ticarətdə istifadə
72
etdiyi prinsip, norma və qaydalar əsasında səmərəli xarici tisarət siyasətinin həyata
keçirilməsi mexanizminin formalaşdırılmasını (ÜTT) qaydalardır ki, onlar dünya
ticarətinin liberallaşdırılması və qloballaşdırılması və onunla bağlı
olan iqtisadi
glaqələr
sisteminin
və
üzvlər arasında müvafiq hüquqi münasibətlərin
tənzimlənməsinin ideya və prinsiplərinin həyata keçirilməsinin əsas alətdir.
Nəticə etibarı ilə tədqirə layiq haldır ki, maşın sənayesi təkcə kapital və böyük
şəhərləri əhatə etməz. Bu sənaye sahəsiregionlarda da inkişaf etməyə başlamışdır.
Şamaxıda, Naxçıvanda yeni texnologiyaların tətbiqinə əsaslanan maddi-texniki
bazanın yaradılması sayəsində müasir avtomobillərin təzyiqi getdikcə artır.
Naxçıvanda "Lifan"
avtomobilləri, Mingəçevir və Zəyəmdə (Şəmkir rayonu) kənd
təsərrüfatı maşınları buraxılır. Digər markalı maşınların buraxılışı ilə bağlı layihələrin
həyata keçirilməsi planlaşdırılır. Bu da Bakı ilə birlikdə regionlardayaşayan insanların
işlə təmin edilməsi, sosial vəziyyətlərinin yaxşılaşması baxımından mühüməhəmiyyət
daşıyır.
Azerbaycan "Respublikasında maşınqayırma sənayesinin İnkişaf Proqramı" na
uyğun olaraq son illərdə bu sahəyə dövlət dəstəyi daha da gücləndirilmişdir. Sənəddə
nəzərdə tutulan tədbirlər maşın sahənin hərtərəfli inkişaf etdirilməsi məqsədini daşıyır.
Proqramda respublikada neft-mədən və neft-kimya sənayesi üçün avadanlıq,
maşın və mexanizmlərin istehsalının genişləndirilməsi, keyfiyyətini artırmaq, bu
məhsul ixrac potensialının artırılması, həmçinin Gəncə və Bakı avtomobil zavodlarının
bazasında ilk növbədə daxili tələbatı ödəmək üçün müasir yük maşınlarının və kiçik
avtobusların yığma istehsalatlarının yaradılması nəzərdə tutulur.