9
idi. Təхminən b.e.ə. III minillikdən başlayaraq infоrmasiyanın ötürülməsinin əsas üsulları
kimi nitq və piktоqrafik (piktоs – şəkil, qrafо – yazı deməkdir) yazı qismən miхi və herоqlif
yazıları ilə əvəz оlundu. Yazının yaranması və inkişafı məktəbin
genezisinin ən mühüm amili
oldu. Yazı sistemi Şumer mixi yazıları, Misir və Cin heroqliflərinin simasında daha da
mürəkkəbləşdiyindən xüsusi təlim tələb edirdi. Əqli əməyin fiziki əməkdən ayrılması prо-
sesində yeni peşə – müəllimlik meydana gəldi.
İlk tədris müəssisələrinin yaranması üçün bəşəriyyət din xadimlərinə borcludur. Din
təlim-tərbiyə,
xeyirxah fikir, xeyirxah danışıq və xeyirxah əməl ideyasının daşıyıcısı idi.
Qədim Şərq sivilizasiyasında təlim və tərbiyənin əsas mərkəzi ailə və kilsə idi. Ailə cəmiyyəti
kifayət qədər oxumağı və yazmağı bacaran adamlarla təmin edə bilmədiyindən din xadimləri
məktəbləri yaratdılar. Tərbiyə tədricən mütəşəkkil xarakter daşımağa başladı.
Dünyanın ən qədim mədəniyyətlərindən biri olan Şumer-akkad mədəniyyəti müasir İraq
ərazisində yerləşən Dəclə və Fərat çaylarının arasındakı vadidə, yunanların Mesopotamiya
adlandırdıqları yerdə yaranmışdır. Şumer-akkad mədəniyyəti qədim Şərq mədəniyyətinin bir
nümunəsidir.
B.e.ə. III minillikdən əvvəl yaranan və b.e. yüzüncü ilinə
qədər bir-birini əvəz edən
dövlətlər (Şumer, Akkad, Babil, Assuriya və b.) kifayət qədər sabit və davamlı mədəniyyətə
malik idilər. Amerika alimi Samuel Kramer qədim mənbələrə əsaslanaraq qəti hökm verir ki,
tarix Şumerdən başlanır. İlk yazı növləri piktoqrafiya və heroqlif qədim şərqlilərə
məxsusdur.Amma onun bu hökmünü bu gün qəbul etməyənlər də vardır. Bu gün Azərbaycanın
qədim və tarixi
yerlərindən olan Qobustanda, Gəmiqayada, Azıx mağarasında
və digər
yerlərdə ən qədim yazı nümunələrinə mixi və piktoqrafik işarələrə rast gəlinməkdədir.
Şumerlərdə təhsilin başlıca ocağı məktəb idi. Məktəblər təhsil verməklə yanaşı, həm də
dəftərxana funksiyasını yerinə yetirirdilər. Qədim yazılı abidələr Şumer şəhəri Urukun
xarabalıqları arasında aşkar edilmişdir. Orada üzləri şəkilli yazı ilə örtülmüş mindən çox gil
kitabələr (lövhəciklər) mövcuddur. B.e.ə. III minilliyin ortalarında Şumerdə artıq
məktəb
təhsili mövcud idi.
Şumer məktəblərində təlimin əsas məqsədi sənət öyrətməkdən ibarət idi. Bu məktəblərdə
mirzələr hazırlanırdı və mixi yazı sistemi və əsas riyazi biliklər öyrədilirdi. Şumerdə təlim
ümumi və icbari xarakter daşımırdı və bu məktəblərdə ancaq oğlanlar təhsil alırdılar. Şumer
məktəbləri aşağıdakı qaydada təşkil olunmuşdu: məktəb (edubba) “kitabələr evi” adlanırdı.
10
Məktəbə “kitabələr evinin” atası – müəllim başcılıq edirdi. Müəllimin köməkçisi “böyük
qardaş” adlanırdı.
Təlim iki əsas proqram əsasında həyata keçirilirdi. Birinci proqramda elm və texnikaya,
ikincidə isə ədəbiyyata, yaradıcılıq qabiliyyətinin inkişafına xüsusi fikir verilirdi. “Kitabələr
evi” tədricən təkamülə məruz qaldı və onlar mədəni-maarif mərkəzlərinə çevrildilər. Şəhərin
daha yaxşı yerlərində zikkuratlar adlanan bilik evi kompleksləri yaradılırdı. Bu dövrdə
tanınmış ailələrin qızları üçün də edubbalar (məktəblər) yaradıldı. Tapılmış
gil lövhəciklər
üzərində yazılmış hekayələrdə 4 min il əvvəl tərbiyə haqqında deyilmiş qiymətli fikirlər vardır.
Bu hekayələri S.Kramer pedaqogika tarixində ilk nadir sənəd hesab etmişdir.
Şərq xalqlarını ictimai-pedaqoji və fəlsəfi fikrinin inkişafında dünya ədəbiyyatının ilk şah
əsəri sayılan “Bilqamıs” dastanı mühüm yer tutur. Dastan b.e.ə III minillikdə qədim Şumer
dilində şifahi şəkildə yaranmış, II minillikdə akkad dilində gil lövhələrə köçürülmüşdür.
Dastan Şumerlərin qayda-qanunları, danışıq mədəniyyəti,
ata-anaya, ağsaqqallara, dosta
hörmət, əxlaq normaları haqqında dolğun təsəvvür yaradır. Dastan qəhrəmanı Bilqamıs ən
gözəl insani keyfiyyətləri özündə birləşdirmişdir.
Dostları ilə paylaş: