Мцщазиря №1 (2 саат)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə54/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   46   47   48   49   50   51   52   53   54
muhazire

Türkiyədə təhsil 
Məktəbəqədər təhsil 
M
əktəbəqədər təhsil pilləsində 3-5 yaşlı uşaqların könüllü təhsili nəzərdə tutulur. Məktəbəqədər 
t
əhsil müəssisələrinin fəaliyyəti 3 formada həyata keçirilir-müstəqil, qız peşə liseylərinə bağlı sınaq 
sinifl
əri və ya digər təhsil müəssisələrinin nəzdindəki bağçalar kimi. Məktəbəqədər təhsilin məqsədi 
u
şaqların fiziki, zehni, psixoloji inkişafını, ibtidai təhsilə hazırlanmasını, müvafiq vərdişlər 
qazanmas
ını, türk dilində səlis danışmasını və onlar üçün müştərək təlim-tərbiyə mühiti 
yarad
ılmasını təmin etməkdir. 
İbtidai təhsil 
Türkiy
ədə ibtidai təhsil icbaridir və dövlət məktəblərində pulsuzdur. İbtidai təhsil pilləsi 6-14 yaş 
aras
ındakı uşaqları əhatə edir. İbtidai təhsilin məqsədi uşaqların yaxşı bir vətəndaş kimi 
yeti
şməsini təmin etmək, onların zəruri məlumat, qabiliyyət, davranış, vərdiş qazanmasına, milli 
ruhda formala
şmalarına yardımçı olmaqdır. Şagirdlərin maraq, bacarıq və qabiliyyət istiqamətlərinə 
uy
ğun inkişafı, onların həyata və növbəti təhsil pilləsinə hazırlanması da ibtidai təhsilin başlıca 
v
əzifələrindəndir. Səkkizillik ibtidai təhsilin sonunda şagirdlərə müvafiq diplom verilir. 
Orta 
təhsil 
Türkiy
ədə orta təhsil dördillikdir. Orta təhsil ümumi, peşə və texniki orta təhsil müəssisələrini əhatə 
edir. Orta t
əhsilin məqsədi şagirdlərə ortaq mədəni dəyərlər aşılamaq, fərd və cəmiyyət 
m
əsələlərini anlatmaq, onları ölkənin sosial-iqtisadi və mədəni inkişafına layiqli töhfələr verə 
bil
əcək vətəndaş kimi yetişdirmək, şagirdləri həm ali təhsilə, həm peşəyə, həm də müstəqil həyata 
haz
ırlamaqdır. Orta təhsil müxtəlif proqramlara uyğun tədrisə əsaslanır. Şagirdlər istək və 
qabiliyy
ətləri müqabilində bu proqramlardan birini seçərək ümumi liseylərdə, fənn liseylərində, 
sosial elml
ər liseylərində, idman liseylərində, incəsənət liseylərində və çoxproqramlı liseylərdə 
t
əhsil ala bilərlər. 
Ali 
təhsil 
Ali t
əhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli 
müt
əxəssislər kimi yetişməsini təmin edir. Türkiyənin ali təhsil müəssisələri sırasına universitetlər, 
institutlar, konservatoriyalar, pe
şə ali məktəbləri daxildir. Türkiyədə 104 dövlət, 62 vəqf universiteti 
v
ə 7 peşə ali məktəbi fəaliyyət göstərir. 
Türkiy
ə ali təhsilinin məqsəd və vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun 
olaraq m
üəyyən edilib: 
• 
Tələbələri maraq, istedad və qabiliyyətləri müqabilində dövlətin elm və təhsil siyasətinə, əmək 
qabiliyyəti ehtiyaclarına görə yetişdirmək; 
• 
Müxtəlif istiqamətlərdə elmi inkişafa nail olmaq; 
• 
Ölkənin ümumi inkişafı naminə dərin elmi araşdırmalar aparmaq; 
• 
Hökumət və qeyri-hökumət təşkilatları ilə işbirliyi şəraitində tədris və araşdırma mövzularının 
nəticələrini cəmiyyətə təqdim etmək; 
• 
Elmi araşdırmaların nəticələrinə həsr olunmuş, elm və texnikanın inkişafını təmin edən nəşrləri 
təqdim etmək; 
• 
Türkiyə cəmiyyətinin ümumi səviyyəsini yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi məlumatları 
xalqa çatdırmaq və əyani təhsil xidmətləri göstərmək.
[34]
 
 
 

Document Outline

  • Ali məktəblərin növləri
  • Amerikada bütün ali məktəblərə kollec deyirlər, hətta kollec olmayan məktəblərə belə.
  • Ali məktəblərə qəbul
    • Təhsilin əsas xüsusiyyətləri
    • Məktəbəqədər təhsil
    • İbtidai təhsil
    • Orta təhsil
    • Ali təhsil

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin