M. V. Lomonosovun fəaliyyəti və pedaqoji görüşləri.
Lomonosov (1711-1766) rus xalqının ən görkəmli maarifpərvəri və vətən elminin
korifeylərindən biri olmuşdur. O, elmlərin və insan biliklərinin bütün sahələrinə toxunmuşdur.
Rus maarifi inkişafının tam bir dövrü onun adı ilə bağlıdır. A. S. Puşkin deyirdi ki, Lomonosov
Rusiyada universitet təşkil etməklə özü də canlı bir universitet idi. O universal bir zəka kimi
bütün elm sahələrinə toxunmuşdur. Alim Vavilov Lomonosovun fəaliyyətini bir
akademiyasının fəaliyyətinə bənzətmişdir. O, 1711-ci ildə balıqçı ailəsində anadan olmuşdur.
O atasının yanında dəniz şəraitinə öyrəşmiş, 19 yaşında Moskvaya gəlmiş, ictimai mənşəyini
gizlədərək məktəbə daxil olmuşdur. Maddi çətinliyə baxmayaraq inadla oxumuş və məktəbi
uğurla bitirmişdir. O, 1736-cı ildə elmə həvəskar gənc kimi xaticə göndərilmişdi. Orada
kimyanı, fizikanı, riyaziyyatı, mexanikanı öyrınmiş, dağ-mədən işləri ilə tanış olmuşdur. 1741-
ci ildə Peterburqa qayıtmış, Elmlər Akademiyasında elmi işçi vəzifəsini tutmuşdur. 1745-ci
ildə kimya üzrə professor təyin edilməklə akademiyaya üzv seçilmişdir. 1757-ci ildən
akademiya yanındakı gimnaziyaya və universitetə rəhbərlik etməyə başlamışdır. 1765-ci ildə
aprelin 1-də vəfat etmişdir.
Lomonosovun elmi-maarifpərvər fəaliyyəti Engelsin dediyi kimi “böyük rus xalqının
yüksəlməsi” dövrünə təsadüf edir. Lomonosova qədər rus elmi böyük təhlükə altında idi. Arici
mütəxəssislər hər şeyi öz təsirləri altına almağa çalışırdı.
Lomonosov fəlsəfi görüşü etibarı ilə materislist olmuşdur. Maddi aləm birinci, insan
şüurundan asılı olmayaraq mövcuddur. Maddi aləmdəki cisim və hadisələr bir-birilə qarşılıqlı
əlaqədardır.
Lomonosov insan idrakının qüvvət və qüdrətinə böyük inam bəsləyirdi. Marksa qədərki
bütün mütəfəkkirlər kimi Lomonosov ictimai həyatı idealistcəsinə idarə edirdi. O, xalqın və
dövlətin inkişafında ideyaların rolunu yüksəldirdi. Guya tarixi xalq kütlələri deyil, görkəmli
şəxsiyyətlər yaradır. Lomonosov I Pyotru həddən artıq idealizə edirdi. O deyirdi ki, əgər Allaha
bənzər bir adamı axtarmaq istəsəm, I Pyotrdan başqa heç kəsi tapa bilmərəm. Lakin o
şəxsiyyəti xalqa qarşı qoymamışdı.
Vavilov göstərir ki, “əgər dönüb geriyə baxsaq, bizim elmdə müvəffəqiyyətimizin güşə
daşı hələ keçmişdə Lomonosov tərəfindən qoyulduğu aydın olacaqdır”.
119
Lomonosov hər cür mövhumata qarşı mübarizə aparmışdır. O dini və kilsəni elmin,
tərəqqinin düşməni hesab etmişdir. O, təhsil və tərbiyəni xalqa xidmət etmək kimi
vətənpərvərlik ideyasına tabe etmişdir. O, dünyəvi təhsili irəli sürmüşdür.
Lomonosov müəllimin nitq mədəniyyətinə ciddi tələbkarlıqla yanaşmışdır. Onun
fikrincə danışıq nə yeksənək, insanı yatıran, nə insan beynini deşən qışqırıq kimi olmamalıdır.
Lazım olduqda səsi ya yüksəltməli, ya da əlçatmalı, ona müvafiq hərəkətlər, mimikalar və s.
göstərilməlidir.
Lomonosov təlimdə əyani vəsaitlərin tətbiqinə və laborator məşğələlərə geniş yer
verməyi irəli sürürdü. O ana dilinə xüsusi əhəmiyyət vermiş, öz mühazirələrini ana dilində
oxumuşdur. Bu o zaman üçün böyük novatorluq idi. O zamankı mühafizəkarlıq rus dilini elmi
məlumat vermək üçün qeyri-müvafiq və ləyaqətsiz dil hesab edirdi. Mədəni adamlar rus dilini
nökərlər dili hesab edirdilər. Odur ki, Lomonosov akademik olduqdan sonra mühazirələrini
ana dilində oxuya bilmişdir. Lomonosov müxtəlif elmlər sahəsində “Ritorikadan qısa
rəhbərlik”, “Həqiqi fiziki kimyanın kursu”, “Rus qrammatikası” kimi dərs kitabları yazmışdır.
Akademiyanın təşkilindən keçən 20 il ərzində (1725-1745) onun tərkibinə bir nəfər də
olsunrus alimi daxil olmamışdı.
Akademiya 1757-ci ildə universitet və gimnaziyaya rəhbərlik işini Lomonosova tapşırdı.
Onun birinci təşəbbüsü akademiyanı orada kök salmış xaricilərin, mürtəcelərin bataqlığından
təmizləmək, həqiqi milli kadrların yaranması üçün zəmin hazırlamaq olmuşdur. Lomonosov
burada yeni qaydalar tətbiq etmişdir. Müəllimlrə maaş işlədikləri saat hesabına verilməli idi.
O deyirdi ki, vətən oğulları öz vətənlərinin faydası üçün təkcə müharibədə qəhrəmanlıq
göstərməklə qalmayıb, həm də elmdə qəhrəmanlıq göstərsinlər.
Lomonosov başa düşürdü ki, yalnız elmin və maarifin genişlənməsi sayəsindəölkənin
qarşısında duran böyük vəzifələri həll etmək mümkündür. O gimnaziyaya və universitetə
təhkimçilikdən azad olmuş kəndli uşaqlarını da qəbul etməyi irəli sürürdü.
Lomonosov yüksək milli iftixar hissi ilə rus dilini tərənnüm etmişdir. “Rus
qrammatikası” adlı əsərinin girişində göstərirdi ki, bir çox dillərin hökmdarı olan rus dili
hökmran olduğu torpağın genişliyi ilə deyil, həm də özünün genişliyi vəzənginliyi etibarı ilə
bütün Avropadakı dillərdən böyükdür. Roma imperatoru U. Karl deyirdi ki, ispan dilində
Allahla, fransız dilində dostlarla, alman dilində düşmənlə, italyan dilində qadınla danışmaq
120
olar. Əgər o rus dilinə bələd olsaydı, bu dildə onların hamısı ilə danışmağın mümkün
olduğunu əlavə edirdi.
Moskva Universitetinin təşkili üçün 1754-cü ildə qraf Şüvalovun sədrliyi ilə xüsusi komissiya
yaradıldı. Layihənin hazırlanması bu komissiyaya tapşırıldı. Əslində layihəni Lomonosov
hazırladı. O, universiteti və gimnaziyanı həm zadəganlar və meşşanlar, həm də kəndlilər üçün
lazım bilirdi. 1755-ci ildəyanvarın 12-də Moskvada açıldı. Universitet hüquq, fəlsəfə və tibb
fakültələrindən ibarət idi. Burada ilahiyyat fakultəsi yox idi. Bu isə ona dünyəvi xarakter verir
və onu Avropada olan bütün universitetlərdən fərqləndirirdi. Moskva Universitetində 1760-cı
ildən sonra tədris rus dilində aparılırdı. 1779-cu ildə universitet yanında dvoryaş uşaqlarına
məxsus əyanlar pansionu yaranmışdır. Həmin pansion XIX əsrin I yarısına qədər davam
etmişdir. Əyanlar pansionu rus mədəniyyətinə Jukovski, Turgenyev, Lermontov və b. kimi
ədəbiyyat nümayəndələrinivermişdir. Dekabristlərin çoxu öz təhsilini burada almışdır.
Moskva Universitetinin təsiri ilə Moskvada 17 məktəb açılmışdır. Universitet yanında
“Tipoqrafiya şirkəti” cəmiyyəti yaradılmışdı. Universitet elmi kadrlar hazırlamaq sahəsində də
az iş görməmişdir. Alimlər ayrı-ayrı elmlərin təlim metodikası sahəsinə dair bir sıra əsərlər
yazmışdır.
II Yekaterina Moskva Universitetinin fəaliyyətinə mənfi münasibət bıəsləmişdir. O,
hakimiyyətinin ilk dövründən Lomonosovu universitetdən uzaqlaşdırmağa çalışırdı. Lakin bu
çətin şəraitdə belə Moskva Universiteti fəaliyyətini dayandırmadı. Rusiyanın mədəni həyatına
öz güclü təsirini göstərməkdə davam etmişdir. Ona görə də
Yertsen
Moskva Universitetini rus
mədəniyyətinin Sevastopolu adlandırmışdı.
|