96
MÜHAZİRƏ 10
XIX ƏSRİN II YARISI VƏ XX ƏSRDƏ QƏRBİ AVROPA VƏ AMERİKADA
MƏKTƏB VƏ PEDAQOJİ FİKİR
PLAN:
1. XIX əsrin sonu XX əsrin əvvəllərində Qərbi Avropa və Amerikada pedaqoji cərəyanlar
2. G.Kerşenşteyner, V.A.Lay və C.Dyuinin
pedaqoji nəzəriyyələri
Ədəbiyyat:
Ə.Seyidov Pedaqogika tarixi. B., 1968
F.Rüstəmov Ən yeni dövrün pedaqogika tarixi.B., 2005
F.Rüstəmov Pedaqogika tarixi. B., 2006
XX əsrin I yarısında Qərbi Avropa və ABŞ-da pedaqogikanın inkişafında 2 əsas cərəyan
mövcud idi:
1)
Köhnə paradiqmalara əsaslanan ənənəvi pedaqogika;
2) İslahatçı pedaqogika
Ənənəvi
pedaqogikaya sosial pedaqogika,
dini pedaqogika, praqmatizm pedaqogikası və
marksizm pedaqogikası aid idi.
Sosial pedaqogikanın nümayəndələri (E.Dürkheym, V.Daltey, P.Natora, B.Rassel və b.)
ictimai-tarixi bilikləri pedaqogika elminin və təcrübəsinin əsas mənbəyi hesab edirdilər.
Dini pedaqogikanın nümayədələri arasında
neotomizm cərəyanının təmsilçiləri (F.Ferster,
J.Mariten, M.Adler) xüsusi yer tutur.
Neotomistlərin nəzəri prinsiplərinin əsasında din
dururdu. Onların fikrincə, insan və onun ictimai həyat tərzi Allah tərəfindən yaradılmışdır
və dini görüşlər gerçək elmi biliklərdən irəlidir. Ona görə də tərbiyənin məqsədi uşaqlara
İsus Xristosa oxşamağı təlqin etməkdir. Neotomistlər tərbiyəni yola bənzədirdilər və qeyd
edirdilər ki, bu yolda hərəkət ilahi tərəfindən əvvəlcədən müəyyənləşdirilir və
bu hərəkəti
təbiyə və təlim üsulları ilə sürətləndirmək olar.