93
Russo azad tərbiyə tərəfdarı idi. O, uşağın təbiətəmüvafiq təbii tərbiyəsini irəli sürmüşdür.
Bu o deməkdir ki, tərbiyə uşağın təbiətini və yaş xüsusiyyətlərini nəzərə almalıdır.
Russo
yazırdı: “Təbiət tələb edir ki, uşaqlar böyük olmazdan əvvəl, uşaq olmalıdırlar”. Russo deyirdi
ki, uşaqlar tərbiyəni üç mənbədən: təbiət, əşya və insanlardan alır. Təbiət vasitəsi ilə tərbiyə
insanın qabiliyyətlərini, hiss orqanlarını inkişaf etdirmək deməkdir. Əşya və hadisələrlə
tərbiyə uşaq şəxsiyyətinə onu əhatə edən mühitlə təsir etmək deməkdir. Məsələn, uşaq əlini
oda vurur, əli yanır. Ona görə də ikinci dəfə əlini bir daha oda
vurmur və buradan da təbii
olaraq əşyalar vasitəsilə uşaq tərbiyə olunur.İnsanlarla tərbiyə uşaq şəxsiyyətinə müəyyən
məqsədlə edilən pedaqoji təsirlərdir. Russoya görə, alınan bilik və vərdişlər insanlar tərəfindən
verilən tərbiyəyə daxildir. Bu üç təsir eyni istiqamətdə, vəhdətdə həyata keçirilirsə, tərbiyə
düzgün gedər, qarşıya qoyulmuş məqsədə nail olmaq olar. Tərbiyədə ən böyük səhv həddindən
artöq tələsməkdir. Russo deyirdi ki, onun tərbiyə etdiyi Emil nə hakim, nə əsgər, nə keşiş, nə
də həkim olacaq, o hər şeydən əvvəl insan olacaqdır.
J.J.Russo uşağın təsrübəsini həddindən artıq yüksək qiymətləndirirdi. Ona görə də deyirdi ki,
uşaq hər şeyi öz təcrübəsi ilə öyrənməlidir. Təbiətin verdiyi tərbiyə bizdən asılı deyildir.
Russonun təbii tərbiyə nəzəriyyəsi onu azad tərbiyəyə gətirib çıxarırdı. Russo azadlığı, uşaqları
tərbiyə edənlərin özbaşınalığından, mənasız, yersiz və həddindən artıq müdaxiləsindən
çəkinmək kimi düşülürdü. O, deyirdi ki, yerimək istəyən zaman uşağı yerində durmağa və ya
yerində durmaq istərkən yeriməyə məcbur etmək lazım deyildir. Tərbiyənin vəzifələrinə Russo
xoşbəxtliyi, həm də ləyaqəti inkişaf etdirməyi, arzuları məhdudlaşdırmağı, qüvvələri inkişaf
etdirməyi daxil edirdi. Belə tərbiyə olunan şəxsiyyət ləyaqətli, xoşbəxt, rəhmdil olmaqla sözün
əsl mənasında insan kimi yetişirşJ.J.Russonun
fikrincə, xoşbəxtliyə yol arzular bolluğunu
məhdudlaşdırmaqdan və qüvvələr nisbətini tam tarazlamaqdan ibarətdir. Russonun fikrincə,
kamil tərbiyə olunanın təbiətinə tamamilə cavab verməlidir. Tərbiəy zamanı heç bir zor, təzyiq
işlədilməməlidir.
J.J.Russonun təbii hüquq nəzəriyyəsi silkləri rədd etdiyi kimi,
təbii din nəzəriyyəsi də
insanların, ayrı-ayrı dinlərə bölünməsini inkar edir. O, Allahın varlığını dərk və qəbul edirdi.
Əsl din Russoya görə, ürək dinidir. O, deyirdi ki, uşaq dünyanın hikmətli quruluşu haqqında
düşünərkən onun yaradıcısı haqqında da düşünəcəkdir. O deyirdi ki, dünyanın əsasında onu
idarə edən ali ağıl və ali iradə durur, onların qarşısında bütün adətlər, dualar,
qaydalar və
ruhaniliyin hamısı yalandır. “Millətin problemlərini həll edə biləcək ən yaxşı qanunları kəşf
etmək üşün kamil bil ağıl lazımdır ki, o, insanın bütün istəklərini, həvəslərini, meyllərini
görsün, amma bunlar ona heç bir təsir etməsin. Təbiəti kamil şəkildə tanısın, lakin təbiətdən
asılı olmasın. Onun səadəti bizimlə bağlı olmasın, amma bizim xoşbəxtliyə çatmağımıza
kömək etməyə hazır olsun”. J.J.Russonun axtardığı bu kamil ağıl Allahdır ki,
o da bizim
xoşbəxtliyə çatmağımız üçün öz məktəbini yaratmışdır. Buradan da Russo təbii din
nəzəriyyəsini irəli sürürdü. Tərbiyədə uşağın yaş xüsusiyyətlərini nəzərə almaq tələbinə
müvafiq olaraq Russo insanın inkişaf dövrlərini müəyyənləşdirməyə nail olmuşdur. O, “Emil
və ya tərbiəy haqqında” adlı pedaqoji əsərində Emilin inkişafını dörd dövrə bölür. Əsər özü
beş hissədən ibarətdir. Dörd hissəsi Emilin tərbiyəsinin dörd dövründən, beşinci hissə isə qadın
tərbiyəsindən, yəni Sofiyanın tərbiyəsindən bəhs edir. Russo uşağın yaş dövrlərini aşağıdakı
kimi müəyyənləşdirmişdir:
Dostları ilə paylaş: