98
əsasını uşağın daxili səbəblərdən törəyən , öz-özünə əmələ gələn maraq və tələbatları
təşkil edir. Uşaqlar yaradıcılıqlarını özləri planlaşdırmalı, müəllim isə onlara yalnız
köməkçi olmalıdır (Dyu və Kilpatrik).
Amerikada yeni pedaqoji nəzəriyəni inkişaf etdirən pedaqoqlardan biri də Jon Dyuidir
(1859-1952). O, Amerikada orijinal pedaqogikanın banisi sayılır. Tərbiyənin fəlsəfəsini
yaratmaqla o, nəinki Amerikada, ümumiyyətlə, Avropada pedaqoji yaradıcılığın inkişafına
böyük təsir göstərir. Dyui pedaqogika,
psixologiya, məntiq, etika və qneseologiyaya dair
sanballı əsərlərin də müəllifidir.
Dyuiyə görə, tərbiyə irsiyyətlə əsaslanmalı, uşağın marağını və əməli təcrübəsini çıxış
nöqtəsi kimi götürməlidir. Hər şey günəş ətrafında hərəkət etdiyi kimi, bütün pedaqoji
proses də uşağın ətrafında inkişaf edir. O, tərbiyə prosesində uşağın təbii inkişafını nəzərə
almağı təklif edirdi. Dyuinin fikrincə
məktəb mütəşəkkil mühitdir, həyatın özüdür. O,
məktəblə həyat arasındakı sərhəddi tamam silirdi.Dyuinin fikrincə məntiqli, sabit dərs
cədvəli, sinif otaqları olmamalıdır. Şagirdlərə yalnız həyatda tətbiqi mümkün olan bilik və
bacaqrıqlar öyrədilməlidir.
K.Marks və F.Engels şəxsiyyətin hərtərəfli və harmonik inikşafı haqqında.
Karl Marks (1919-1883) və Fridrix Engelsin (1820-1885) ideyaları almaniyada XIX əsrin 40-
cı illərinin II yarısında yayılmağa başlamışdır. Onlar yeni fəlsəfi təlim – sinfi mübarizə və
yeni cəmiyyətin yaradıcıları kimi proletariatın ümumdünya tarixi rolukonsepsiy asını
irəli
sürmüşdür.
Hər şeyə sinfi mübarizə nöqteyi-nəzərindən yanaşan K.Marks və F.Engels XIX əsrin sosial
utopik ideyalarına yeni prizmadan baxmağa başlayaraq şəxsiyyətin formalaşmasında və
ümumiyyətlə, insanın inkişafında tərbiyənin roluna dair öz baxışlarını əsaslandırırlar.
Marksistlər insan şəxsiyyətinin təşəkkülü və onun inkişafında t ərbiyənin rolu məsələsini
prinsip etibarı ilə yeni bir şəkildə həll etdilər.maarifçilərin və sosial utopistlərin «insan
tərbiynəin, mühitin, şəraitin məhsuludur» - tezisini inkar etdilər. Onların fikrincə, şəraitin və
insan qabiliyyətlərinin dəyişməsinin üst-üstə düşməsi yalnız inqilabi praktika kimi düzgün
şəkildə başa düşülməlidir.
Onlar deyirdilər ki, tərbiyəni müəyyən dövrdə hakim olan ictimai
münasibətlər şərtləndirir, tərbiyə cəmiyyətin maddi həyat şəraitindən asılıdır. Onlar tərbiynəin
ictiimai münasibətinə daha çox diqqət yetirdiklərindən, t
ərbiyəni əbədi və dəyişməz
kateqoriya hesab edənləri əsassız olaraq tənqid edirdilər.
K. Marks bəşəriyyətin gələcəyinin bütünlüklə gənc fəhlə nəslinin tərbiyəsindən asılı
olduğunu bildirərək, onların inqilabi nəzəriyyə ilə silahlandırılmasına böyük əhəmiyyət
verirdi. Tərbiyənin ümuminsani vəzifələrinə, mütləq dəyərlərinə
əhəmiyyət vperməyən
k.Marks və F.Engels tərbiyənin sinfi xarakterini irəli sürdülər, ona sinfi hökmranlığın
möhkəmlənməsi kimi baxdılar. Proletariat qarşısında tərbiyəni hakim sinfin əlindən almaq
vəzifəsini qoydular.
99
K.Marks və F.Engels XIX əsrin sosiald utopistlərinin şəxsiyyətin harmonik inkişafı, fərdi
qabiliyyətlərinin hərtərəfli inkişafı aşkara çıarılması ilə bağlı humanist ideyalarını inkar
etmirdilər. Sadəcə onlar bu insani vəzifəni həyata keçirmək üçün
inqilabi sinfi mübarizənin
əsas vasitə hesab edirdilər. Onlar deyirdilər ki, zor (inqilab) təkcə hakim sinfi devirmə aləti
deyil, həm də köhnə eybəcərlikləri atmaq və yeni cəmiyyət qurmaq üçün lazımdır.
K.Marks və F.Engels şəxsiyyətin hərtərəfli inkişafında tərbiyəni əsas vasitə sayırdılar. Bu da
onların elmə münasibətlərindən irəli gəlirdi. Həmin dövrdə elm məhsuldar qüvvəyə
çevrilməkdə idi. Ona gbrə də məktəb həyata hazırladığı yeniyetmələrə zəruri bilik və bacarıq
verməli idi. Onlar real biliklərin öyrənilməsini vacib hesab edirdilər. F.engels deyirdi ki, yeni
dünyagörüşü məhz real elmdə özünün təsdiqini tapmalıdır.
Dostları ilə paylaş: