Мцщазиря №1 (2 саат)


Təhsilin əsas xüsusiyyətləri



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə37/54
tarix29.04.2023
ölçüsü1,07 Mb.
#104879
1   ...   33   34   35   36   37   38   39   40   ...   54
muhazire

Təhsilin əsas xüsusiyyətləri 
Böyük universitetlərdə məktəbli, adətən, hər hansı bir fakültəyə sənəd verir, amma çox vaxt ümumiyyətlə universitetin 
özünə sənəd verilir. Hətda bəzi hallarda fakultədən fakultəyə keçmək və "qərara almamış" statusunu da almaq olar. Amma 
bu zaman bəzi fakultələrə girmək imkanı demək olar ki bağlanır. 


86 
Hər dinlənilən kursa görə tələbənin həftə ərzində kurs üzərində işlədiyi vaxta uyğun olaraq müəyyən miqdarda kredit, xal 
verilir. 
Tələbə nə qədər universitetin və seçdiyi ixtisasların tələblərinə uyğun işləsə, o qədər onun sinifləri sərbəst seçmək imkanı 
olar. Tələblər konkret ("vektor analizi") və ya ümumi ("humanitar elmlərin doqquz krediti") ola bilər və diplom alana qədər 
istənilən vaxt yerinə yetirilə bilər. 
Amerika universitetlərində qiymətlər semestrlərə və rüblərə görə çıxarıla bilər. Onlar əsasən semestrlər, rüblərarası 
(midterms) və ilin sonunda (finals) verilən imtahanlardan asılıdır. Həmçinin ev tapşırıqları, layihələr, prezentasiyalar, 
referatlar və s. də hesaba alına bilər. 
 
SLAVYAN ÖLKƏLƏRINDƏ TƏHSIL SISTEMI 
Bolqarıstanın təhsil sistemi. 
Bolqarıstanın ilk məktəbləri IX əsrin sonunda kilsə və monastırlar yanında yaranıb. Ilk Bolqar 
əlifbası görkəmli alim, ictimai xadim Petr Beron tərəfindən 1824-cü ildə nəşr olunub və 
“Рыбный букварь” adı ilə tanınıb. 
XIX əsrin ortalarında Bolqarıstanda 2 orta məktəb: Qabrovo gimnaziyası və Plovdiv yeparxal 
məktəbi fəaliyyət göstərirdi.
1947-ci ildə Bolqarıstan Xalq Respublikasının Konstitusiyasında 7 yaşından 15 yaşına kimi
uşaqların icbari pulsuz təhsili, təhsil sisteminin vahidliyi və demokratik xarakteri, məktəblərin 
kilsədən ayrılması haqqında qanun da öz əksini tapdı. 1948-ci ildə “Xalq Maarifi haqqında 
qanun” qəbul olundu. Bu qanunda orta ümumtəhsil məktəblərinin strukturu 4+3+4 kimi təyin 
olundu. Ibtidai məktəb I-IV sinif, progimnaziya V-VII sinif, gimnaziya VIII-XI sinif kimi 
müəqqən olundu. 
Bolqarıstanda politexnik ümumtəhsil məktəbləri də fəaliyyət göstərirdi. Onun strukturuna 8 
illik məktəb (7-16 yaş) və 3 illik politexnik gimnaziya daxil idi.
Bolqarıstanın müasir təhsil sisteminə məktəbəqədər tərbiyə müəssisələri, orta politüxnik 
məktəb, məktəbdənkənar tərbiyə müəssisələri və peşə təhsili verən müəssisələr daxildir. 
Ümumtəhsil məktəbin strukturu 4+4+4. Ibtidai məktəb I-IV sinif, əsas məktəb V-VIII sinif və 
IX-XII tam orta təhsil verən politexnik məktəb. 
Bolqarıstanda ilk ali məktəb 1888-bi ildə Sofiyada açılmışdır. 1904-cüildə o universitet 
stayusu almışdır. Hal-hazırda Boılqarıstanda 40-a yaxın ali məktəb fəaliyyət göstərir. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin