87
(IX-XII sinif). Liseylərin məzunları imtahan verdikdən sonra
ali məktəblərə daxil olmaq
hüququna malik idilər.
Orta ümumtəhsil məktəblərinin strukturu belə idi:
I mərhələ 4 il - ibtidai məktəb;
II mərhələ 4 il – 8 illik
ümumtəhsil məktəb;
III mərhələ 4 il – orta ümumtəhsil məktəb və ya lisey
Beləliklə 4+4+4.
Çexiyanın təhsil sistemi
Çexiyada ilk şəhər məktəbləri XII əsrdən yaranmağa başlayır. Təhsilin inkişafında Karlovo
universitetinin rektoru Yan Qusun böyük əməyi olmuşdur.
Ilk dəfə olaraq hər bir cəhətdən əsaslandırılmış pedaqoji nəzəriyyə Y.A.Komenskinin
nəzəriyyəsi olmuşdur (1592-1670). Bu zamanlar əsas dərs vəsaiti Yan İqnatiy Felbiqerin
alman dilindən tərcümə olunmuş «Методная книга» adlı kitabı idi.
Çünki o dövrdə
Komenskinin kitabları çox az tanınırdı.
1774-ci ildən Çexiyada 6 yaşından 12 yaşına qədər olan uşaqlar üçün icbari təhsil yeridilir,
1869-cu ildən 8 illik icbari təhsil 6 yaşından 14 yaşına qədər uşaqları əhatə edir.
XX əsrin 60-cı illərindən Çexiyanın təhsil sistemində yaslilər (3 yaşa qədər) və ana məktəbləri
(3 yaşdan 6 yaşa qədər), 9 illik icbari ümumtəhsil məktəbi (6-15 yaş) və orta məktəbdən (15-
17 yaş) ibarət idi.
Beləliklə, Çexiyanın ümumtəhsil məktəbinin strukturu 5+4+3 – dən
ibarətdir.
Bundan əlavə yüksəkixtisaslı fəhlələr hazırlayan peşə məktəbləri mövcuddur.
Məktəb meəllimləri 3 illik pedaqoji institularda və 5 illik universitetlərdə təhsil alırlar.
Dostları ilə paylaş: