İPF-B11, İPF-B12
Fizika I, II - 7 kredit (90 saat)
Fizika I fənni Mexanika, Molekulyar fizika və Elektrik bəhslərini əhatə edir.
Kursun sonunda tələbələr dinamikaya, rəqslərə, xüsusi nisbilik nəzəriyyəsinin
elementlərinə, qazların və mayelərin mexanikasına, molekulyar kinetik
nəzəriyyəyə, termodinamikanın qanunlarına, daxili enerji, eleketrostatik sahə və
sabit elektrik cərəyanının əsas qanunlarına dair biliklərə malik olacaqlar.
Fizika II fənni Optika, Atom və Nüvə fizikası bəhslərini əhatə edir. Kursun
sonunda tələbələr maqnit və elektromaqnit sahələrinin xarakteritikalarına , dalğa və
kvant optikasına, kvant mexanikasının elementlərinə, bərk cismin elementləri,
statistik fizika, atom fizikası, nüvə fizikası, elementar hissəciklər fizikasına dair
məlumatlı olacaqlar.
İPF-B14, İPF-B15
Diferensial tənliklər I, II - 8 kredit (90 saat)
Kursda iştirak edən tələbələrə diferensial tənliklər və sistemlər üçün Koşi
məsələsinin həllinin varlığı və yeganəliyi, bəzi diferensial tənliklərin həllinin
tapılması üsulları, həllərin xassələri öyrədilir. Kurs həm də diferensial tənliklərin
analitik həlləri üsulunun, həllin varlığı və yeganəliyi məsələlərinin öyrənilməsinə
həsr olunur. Xüsusi, ümumi və məxsusi həllər anlayışları verilib, məxsusi həllərin
tapılması üçün üsullar, birtərtibli diferesial tənliklərin həll üsulları göstərilir, sonra
isə onlar üçün qoyulmuş başlanğıc və sərhəd məsələləri öyrənilir. Burada həmçinin
yüksək tərtibli tənliklərin həll metodları da verilir.
İPF-B21
Diferensial və inteqral tənliklərin təqribi həll üsulları
6 kredit (90 saat)
Tələbələrin diferensial və inteqral tənliklərin həlli üsullarını öyrənməsi mühüm
əhəmiyyət kəsb edir. Diferensial tənliklərin dəqiq həllini çox vaxt tapmaq mümkün
olmur (xüsusən qeyri-xətti diferensial tənliklərin), ona görə də nəzəriyyə və
praktikada lazım olan tənlikləri həll etmək üçün təqribi həll üsullarından çox geniş
istifadə olunur. Fənnin əhatə dairəsini məhz müxtəlif təqribi üsulların öyrənilməsi
təşkil edir.
Qeyd edilməlidir ki, həllərin adi qayda ilə tapılması çox zəhmət tələb edir,
yaxınlaşmanın dəqiqliyi kifayət etmir və kompüterdən istifadə zərurəti yaranır. Bu
səbəbdən diferensial və inteqral tənliklərin təqribi həllərini tapmaq üçün
kompüterlərin tətbiqi məqsədəuyğun sayılır.
Kursda iştirak edən tələbələr diferensial və inteqral tənliklərin təqribi və ədədi həll
üsullarının tətbiq olunmasını öyrənəcək, həmin üsulların alqoritminin proqramını
kompüterdə realizasiya etmək vərdişlərinə yiyələnəcəklər.
|