İPF-B09, İPF-B10
Cəbr və ədədlər nəzəriyyəsi I, II - 15 kredit (195 saat)
Ədədlər nəzəriyyəsi riyaziyyatın tam ədədləri, onların xassələrini öyrənən klassik
sahəsidir. Ədədlər nəzəriyyəsi cəbr ilə elə qaynayıb – qarışıb ki,
onu cəbrdən
ayırmaq çətindir. Çox vaxt ədədlər nəzəriyyəsi cəbr fənninin tərkib hissəsi kimi
öyrənilir. Beləliklə, kursda iştirak edən tələbələr müxtəlif təbiətli çoxluqlarda təyin
edilən cəbri əməl və onların xassələrini öyrənməklə müəyyən vərdiş və bacarıqlara
malik olurlar. Onlar həmçinin kompleks ədədlər meydanı, determinant və matrislər
cəbri, XCTS-nin həll üsulları, çoxhədli və onun köklərinin axtarılması, kvadratik
formalar,
xətti fəza və xətti operator, məxsusi ədəd və məxsusi vektor və s.
bölmələri ilə bağlı məlumatlı olurlar.
Dostları ilə paylaş: