İpf-b17 Optimallaşdırma üsulları



Yüklə 448,42 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix03.05.2023
ölçüsü448,42 Kb.
#106612
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
AU Riy ve inf kaf fenlerin tesviri

İPF-B13, İPF-B14
Alqoritmik dillər I, II - 8 kredit (90 saat) 
Kursda iştirak edən tələbələrə alqoritmik dillərin təsnifatı, müxtəlif 
proqramlaşdırma üslubları mövzuları tədris olunur. Tələbələrin müasir proqram 
layihələri hazırlaya bilmək, əsasən Object Pascal-Delphi və C, C++, C# dillərinin 
dərinliklərini və bu instrumental proqram təminatı vasitələrindən istifadə etməklə 
müasir proqram məhsulları yaratmaq bacarıqlarına yiyələnmələrinə xüsusi diqqət 
yetirilir.
Kursun sonunda tələbələr alqoritmik dillərin proqramlaşdırma üslublarına görə 
təhlili, alqoritmik dillərin sintaksisi, semantikası, proqramların strukturu, 
translyasiya üsulları, Object Pascal-Delpi, C, C++, C# dilləri, bu dillərin imkanları 
bağlı nəzəri biliklər və praktiki bacarıqlara sahib olur, müxtəlif proqram layihələri-
proqram məhsullarının yaradılmasını, müsabiqə və olimpiyada məsələlərinin 
həllini öyrənmiş olurlar.
İPF-B15
Dövrələr nəzəriyyəsi - 5 kredit (60 saat)
Fənn müxtəlif elektrik dövrələri, orada baş verən fiziki hadisələrin tədqiqi, bir 
qidalandırıcı mənbəyi olan sabit cərəyan dövrələrinin hesablanması, dəyişən və 
sabit cərəyan alınması, elektrik ikiqütblüləri və dörtqütblüləri, elektrik süzgəcləri, 
rezonans hadisələri, maqnit rabitəli dövrələrinin öyrənilməsi mövzularını təqdim 
edir. Burada əsas məqsəd elektrotexniki bilik verməkdən ibarətdir. Kursu başa 
vuran tələbələr sabit və dəyişən cərəyan dövrələrində baş verən prosesləri müstəqil 
araşdırmağı bacarmalı, elektrik ölçü cihazlarının, elektrik maşınlarının, 
yarımkeçirici cihaz və qurğuların quruluşunu, iş prinsiplərini və əsas 
xüsusiyyətlərini bilməlidirlər.
İPF-B22
Əməyin mühafizəsi - 3 kredit (45 saat)
Fənn Əmək qanunvericiliyinin, əməyin gigiyenasının və istehsalat sanitariyasının, 
təhlükəsizlik texnikasının və yanğından mühafizə tədbirlərinin əsas müddəalarını 
təqdim edir. Burada həmçinin istehsalatda işçilər üçün sağlam və təhlükəsiz əmək 
şəraitinin yaradılmasının təşkili, əmək şəraitinin yüngülləşdirilməsi, peşə 
xəstəliklərinin, istehsalat zədələnmələrinin ləğvi üçün tədbirlər öyrədilir. Kursu 
başa vuran tələbələr əmək mühafizəsi işləri haqqında tam məlumatlı olmaqla 


yanaşı, əməyin mühafizəsi üzrə normativ hüquqi aktlardan istifadə edərək, 
sənədləşmənin düzgün aparılması qaydalarını mənimsəmiş olacaqlar.

Yüklə 448,42 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin