İpf-b17 Optimallaşdırma üsulları



Yüklə 448,42 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix03.05.2023
ölçüsü448,42 Kb.
#106612
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
AU Riy ve inf kaf fenlerin tesviri

 


İPF-B14
Funksional analiz – 4 kredit (60 saat)
Bu fənn XX əsrin əvvəllərində yaranmış və sərbəst inkişaf etmişdir. Fənnin 
yaranma tarixi qısa olsa da, bu müddət ərzində sürətlə inkişaf etməsi bir tərəfdən 
klassik analiz vasitəsi ilə həll olunmayan bir çox mühüm məsələlərin həllinə şərait 
yaratmış, digər tərəfdən isə riyazi analizin klassik nəzəriyyəsinin ümumiləşməsi, 
yəni daha mücərrəd şəkildə tətbiq olunması ilə nəticələnmişdir. Müasir riyazi 
fizika tənliklərinin variasiya üsulu ilə həllinin araşdırılması və bir çox tətbiqi 
məsələlərin həlli funksional analizdə diferensial və inteqral hesabının inkişafına 
səbəb olmuşdur. Funksional analizin müasir nəticələrinin müxtəlif məsələlərə 
tətbiqi bu fənnin mühüm rolunu təsdiq edir.
Fənnin tədrisi prosesində xətti fəza, metrik fəza, normallaşmış fəza, Evklid fəzası, 
xətti funksional və operator anlayışları, Fredholm və Volterra tipli inteqral 
tənliklər, sıxılmış inikas prinsipi və onun tətbiqləri mövzuları öyrədilir.
İPF-B13
Diferensial həndəsə və topologiya - 5 kredit (75 saat) 
Fənn vektor, kovektor və tenzorların koordinatlarının çevirmə düsturları, ümumi 
topologiyanın elementləri, fəza və müstəvi xətlərinin diferensial həndəsəsinin 
elementləri, diferensiallanan səthlərin kvadratik formaları, daxili həndəsə 
məsələləri ilə bağlı mövzuları əhatə edir. Kursun sonunda tələbə tenzor metodunun 
mahiyyətini başa düşür, həndəsə məsələlərinin həllində diferensial və inteqral 
hesabının metodlarının tətbiq olunması vərdişlərinə yiyələnir.
İPF-B07
Analitik həndəsə - 5 kredit (75 saat) 
Fənn müstəvi üzərində və fəzada koordinat sistemləri, vektorların hasilləri, müstəvi 
üzərində və fəzada düz xətlər, ikitərtibli xətlər, fəzada müstəvilər və ikitərtibli 
xətlərlə bağlı mövzuları əhatə edir. Kursun sonunda tələbə koordinat metodunun 
mahiyyətini dərk edir, həndəsə məsələlərinin həllində bu metoddan və eləcə də 
vektorların tətbiqindən düzgün istifadə etməyi bacarır.

Yüklə 448,42 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin