ŞD2-nin DİAQNOSTİKASI
1. Klinik simptomatika
Şəkərli diabetli xəstələrin əsas şikayətləri ağızda quruluq,
susuzluq (polidipsiya), tez-tez və çoxlu sidik ifrazı (poliuriya), gecə
sidik ifrazı, arıqlama, zəiflik və s. ola bilər.
Eyni zamanda bir çox
xəstələrdə heç bir şikayət olmaya da bilər.
2. ŞD2-nin və prediabetin laborator diaqnostikası
ŞD2-nin diaqnostikası məqsədilə AQQ təyin edilir və ya 2 saatlıq
OQTT aparılır
(A). Diabetin diaqnostikasında AQQ ilə müqayisədə
75 qr. qlükoza vasitəsilə aparılan OQTT-nin
daha həssas və spesifik
olmasına baxmayaraq, onun praktikada yerinə yetirilməsi çətin ola bilər.
OQTT nəticələrinə əsasən şəkərli diabet və prediabetin
diaqnostik meyarları cədvəl 1-də göstərilmişdir
(D).
Dostları ilə paylaş: