Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix04.05.2023
ölçüsü1,16 Mb.
#107627
1   2   3   4   5   6   7   8   9   ...   23
24 Diabetes

Skrininq 
► 
Artıq çəki və ya piylənməsi (BKİ > 25 kq/m
2
) olan böyüklər və bir və 
ya daha çox risk faktorları olan şəxslər prediabet və ŞD2-yə görə 
yoxlanmalıdırlar. Risk faktorları olmayan şəxslərdə isə testləşdirmə 45 
yaşdan başlamalıdır. (B)  
► 
Hiperlipidemiya (ASLX>130) və hipertenziyası (qan təzyiqi >140/90 
mmHg) olan hər bir xəstəyə yaşından asılı olmayaraq ŞD2-yə görə 
skrininq aparılması tövsiyə olunur. 
► 
Testlərin nəticəsi normal olduqda, təkrar testlər ən azı 3 illik zaman 
çərçivəsində aparılmalıdır. (D) 
► 
Prediabetin və ya diabetin testləşdirilməsi üçün AQQ testi və ya 2 
saatlıq OQTT (75 qr. qlükozadan sonra), yaxud hər ikisini aparmaq 
olar. (B) 
► 
AQP olan xəstələrdə diabet riskini daha dəqiq müəyyən etmək üçün 
OQTT aparılması tövsiyə edilir. (D)
► 
Prediabet olan xəstələrdə ÜDX-nin risk faktorlarını aşkarlamaq və 
mümkündürsə, müalicə etmək lazımdır. (B) 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


ŞD2-nin DİAQNOSTİKASI 
1. Klinik simptomatika 
Şəkərli diabetli xəstələrin əsas şikayətləri ağızda quruluq, 
susuzluq (polidipsiya), tez-tez və çoxlu sidik ifrazı (poliuriya), gecə 
sidik ifrazı, arıqlama, zəiflik və s. ola bilər. Eyni zamanda bir çox 
xəstələrdə heç bir şikayət olmaya da bilər. 
2. ŞD2-nin və prediabetin laborator diaqnostikası 
ŞD2-nin diaqnostikası məqsədilə AQQ təyin edilir və ya 2 saatlıq 
OQTT aparılır (A). Diabetin diaqnostikasında AQQ ilə müqayisədə 
75 qr. qlükoza vasitəsilə aparılan OQTT-nin daha həssas və spesifik 
olmasına baxmayaraq, onun praktikada yerinə yetirilməsi çətin ola bilər.
OQTT nəticələrinə əsasən şəkərli diabet və prediabetin 
diaqnostik meyarları cədvəl 1-də göstərilmişdir (D).

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin