Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix04.05.2023
ölçüsü1,16 Mb.
#107627
1   2   3   4   5   6   7   8   9   ...   23
24 Diabetes

 
Protokolun məqsədləri: 
► 
Müasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə ŞD-nin 
diaqnostika və müalicəsinin təkmilləşdirilməsi 
► 
ŞD ilə xəstələnmə və ölüm hallarının azaldılması 
► 
Fəsadlaşmalar ehtimalını müəyyən etmək üçün ŞD-nin gedişinin 
qiymətləndirilməsi 
► 
ŞD-li xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması 
ÜMUMİ MÜDDƏALAR 
Şəkərli diabet tip 2 (ŞD2) – insulinin təsirinin və ya insulin 
sekresiyasının defekti nəticəsində zülal, piy və karbohidrat 
mübadiləsi pozğunluğu ilə müşayiət olunan və xroniki 
hiperqlikemiya ilə xarakterizə edilən polietioloji metabolik 
pozğunluqdur. Şəkərli diabetin orqanizmə mənfi təsiri müxtəlif 
orqanların disfunksiyası, çatışmazlığı və gecikmiş (xroniki) fəsadları 
şəklində təzahür edir. 
Şəkərli diabet – kəskin və xroniki ağırlaşmaların əmələgəlmə 
riskinin qarşısını almaq üçün daimi müalicə və xəstələrə 
özünənəzarəti öyrətməyi tələb edən bir xəstəlikdir. Şəkərli diabetin 
müalicəsi tək qlikemiyaya deyil, həmçinin onun ağırlaşmalarına 
gətirib çıxara biləcək digər faktorlara nəzarət tələb edir. 
Prediabet dedikdə, acqarına qlikemiyanın pozulması və 
qlükozaya qarşı tolerantlığın pozulması nəzərdə tutulur. Qeyd edilən 
hər iki hal geri dönən vəziyyətdir, belə ki, karbohidrat mübadiləsini 
tam normallaşdırmaq mümkündür. Eyni zamanda hər iki hal ürək-
damar sistemi xəstəliklərinin və ürək-damar xəstəliklərindən ölümün 
əsas risk faktoru hesab olunur (B)
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


8
Epidemiologiya 
ŞD-nin epidemiologiyası kifayət qədər öyrənilməmişdir. Dünya 
əhalisinin 2-3%-i ŞD-dən əziyyət çəkir. ÜST-nin məlumatlarına görə 
1985-ci ildə dünyada ŞD olan 60 mln insan qeydiyyata alınmışdır. 
Beynəlxalq Diabet Federasiyasının 2008-ci il üçün olan 
məlumatlarına görə ŞD-dən əziyyət çəkən insanların sayı 246 mln-
dur. ŞD2 şəkərli diabetin ən geniş yayılmış formasıdır. ŞD2 bütün 
şəkərli diabet hallarının 90-95%-ini təşkil edir.
ŞD2-nin əhali arasında çox rast gəlinməsi ÜST tərəfindən bu 
xəstəliyin epidemiya kimi qəbul edilməsinə səbəb olmuşdur. Əhali 
arasında bu xəstəlik qeydə alınandan 2-3 dəfə çoxdur.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin