11
Diabetin diaqnostikası üçün HbA1c-nin təyini hal-hazırda tövsiyə
olunmur
(D).
3. ŞD2 olan xəstələrin İlkin qiymətləndirilməsi
Tam tibbi qiymətləndirmə zamanı diabetin təsnifatı aparılmalı,
diabetik fəsadların olub-olmaması müəyyənləşdirilməli, öncəki
müalicə nəzərdən keçirilməli və diabet diaqnozu qoyulan xəstələrdə
qlikemiyaya nəzarətin olmasına fikir verilməlidir. Toplanan
məlumatlar müalicə planının tərtib edilməsində və xəstənin davamlı
aparılmasında yardımçı olacaqdır. Hər bir
xəstəyə onun vəziyyətini
xarakterizə edən laborator müayinələr aparılmalıdır.
Diabetin tam qiymətləndirilməsinin komponentləri.
Xəstəlik tarixi
►
Diabetin başlanma yaşı və xüsusiyyətləri (məs., DKA,
asimptomatik laborator tapıntılar)
►
Qida rejimi, qidalanma statusu, uşaqlıq və yetişkənlik dövrünün
çəki, boy artımı və inkişaf tarixi
►
Diabet
üzrə maariflənmə tarixi
►
Öncə aparılmış müalicənin və onun nəticəsinin xülasəsi (HbA1c
qeydləri)
►
Dərman preparatlarını, qidalanma rejimini və fiziki aktivliyi,
həmçinin qlükozanın monitorinqinin nəticələrini və pasiyentin bu
məlumatdan istifadə etmə bacarığını əks etdirən diabetin hal-
hazırkı müalicə planı
►
DKA-nın tezliyi, ağırlığı və səbəbi
►
Hipoqlikemiya epizodları
►
Hipoqlikemiyanın başa düşülməməsi (vaxtında müəyyən
edilməməsi)
►
Hər hansı bir ağır hipoqlikemiya:
tezliyi və səbəbi
►
Diabetik fəsadların tarixi
►
Mikrovaskulyar fəsadlar: retinopatiya, nefropatiya, neyropatiya
(sensor – buraya pəncədə olan dəyişikliklər aiddir və avtonom –
buraya seksual disfunksiya və qastroparez aiddir)
►
Makrovaskulyar fəsadlar: ÜXX,
serebrovaskulyar xəstəlik, PAX
►
Başqa psixoloji problemlər, diş xəstəlikləri
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
12
Fiziki müayinə
►
Boy, çəki, BKİ
►
Qan təzyiqinin ölçülməsi, ehtiyac olduqda ortostatik vəziyyəti
dəyişməklə
►
Göz dibinin müayinəsi
►
QV palpasiyası
►
Dəri müayinəsi (acanthosis nigricans və insulin inyeksiyası
yerlərini təyin etmək üçün)
►
Pəncənin hərtərəfli müayinəsi:
9 Baxış
9
Arteria dorsalis pedis və
arteria tibialis posterior-da pulsasiyanın
yoxlanılması
9 Diz qapağı və Axill reflekslərinin olması/ olmaması
9 Proprioseptiv, vibrasiya və monofilament hissiyyatlarının təyin edilməsi
110>220>200>126>110>
Dostları ilə paylaş: