8
Epidemiologiya
ŞD-nin epidemiologiyası kifayət qədər öyrənilməmişdir. Dünya
əhalisinin 2-3%-i ŞD-dən əziyyət çəkir. ÜST-nin məlumatlarına görə
1985-ci ildə dünyada ŞD olan 60 mln insan qeydiyyata alınmışdır.
Beynəlxalq Diabet Federasiyasının 2008-ci
il üçün olan
məlumatlarına görə ŞD-dən əziyyət çəkən insanların sayı 246 mln-
dur. ŞD2 şəkərli diabetin ən geniş yayılmış formasıdır. ŞD2 bütün
şəkərli diabet hallarının 90-95%-ini təşkil edir.
ŞD2-nin əhali arasında çox rast gəlinməsi ÜST tərəfindən bu
xəstəliyin epidemiya kimi qəbul edilməsinə səbəb olmuşdur.
Əhali
arasında bu xəstəlik qeydə alınandan 2-3 dəfə çoxdur.
Dostları ilə paylaş: