16
Siyasi xadim
185
Tarix.Din
70
illiyi
ŞƏMİSTAN NƏZİRLİ
1942
AVQUST
Şəmistan Əmiraslan oğlu Nəzirli
1942-ci il avqust ayının 12-də Qərbi
Azərbaycanın Lori nahiyəsinin Yuxarı
Körpülü kəndində anadan olmuşdur.
Burada kənd məktəbinin 8-ci sinfini
bitirdikdən sonra o, ailəsi ilə birlikdə
Azərbaycana köçmüşdür. Dəvəçidə
orta məktəbi bitirdikdən sonra 5 saylı
Bakı texniki-peşə məktəbinə daxil ol-
muşdur.
1962-1965-ci illərdə sovet ordu-
su sıralarında xidməti borcunu yerinə
yetirdikdən sonra 1967-1972-ci illərdə
ADU-nun (indiki BDU-nun) Jurnalis-
tika fakültəsində təhsilini davam etdir-
mişdir.
Ədəbi fəaliyyətə 1958-ci ildə “So-
vet Ermənistanı” qəzetində çıxan kiçik
bir məqaləsilə başlamışdır. Lakin 60-cı
illərdən dövri mətbuatda oçerk, hekayə
və publisist məqalələri ilə müntəzəm
çıxış edir. Səməd Vurğun dünyası
və azərbaycanlı sərkərdələrin tale-
yi onun ədəbi-publisist fəaliyyətinin
əsas mövzusudur. Onun tərtib etdiyi
general-leytenant Əliağa Şıxlinski-
nin “Xatirələrim” kitabı 1984-cü ildə
Azərbaycan dilində kütləvi tirajla bu-
raxılmışdır.
Şəmistan Nəzirli əmək fəaliyyətinə
Azərbaycan Pedaqoji İnstitutunun
“Gənc leninçi” qəzetinin redaksiyasın-
da ədəbi işçi kimi başlamışdır. 1973-
1990-cı illərdə Azərbaycan Dövlət Te-
leviziya və Radio Verilişləri şirkətində
hərbi vətənpərvərlik redaksiyasında
redaktor, şöbə müdiri, Azərbaycan
Dövlət Ensiklopediyasında “Xatirə”
redaksiyasının şöbə müdiri (1991-
1992), Respublika Müdafiə Nazirliyi-
nin Hərbi-Elmi Tədqiqatlar və Tarix
İdarəetmə şöbəsinin müdiri (1992-
1996), Dövlət Radio və Televiziya
Verilişləri şirkətində “Hərbi proqram-
lar və salnamə” baş redaksiyasının baş
redaktoru (1996-1998) vəzifələrində
işləmişdir.
Hazırda Azərbaycan Respublika-
sı Müdafiə Nazirliyində Hərbi Elmi
Mərkəzin Hərb Tarixi şöbəsinin baş
elmi işçisidir.
Şəmistan Nəzirli Xalq şairi Səməd
Vurğun haqqında silsilə əsərlərinə görə
Jurnalistlər İttifaqının “Səməd Vur-
ğun” fəxri xatirə diplomuna (1996),
“Qacarlar” əsərinə görə İran dostluq
cəmiyyətinin birinci dərəcəli mükafa-
tına (1955), Hərbi vətənpərvərlik möv-
zusunda tarixi publisistik əsərlərinə
görə “General Həzi Aslanov” və Qa-
zax xeyriyyə cəmiyyətinin təsis etdiyi
“General Əliağa Şıxlinski” mükafatı-
na (1995) layiq görülmüşdür.
Ə d ə b i y y a t
General Yadigarov qar-
daşları [Mətn] /Şəmistan
Nəzirli .- Bakı : Şirvannəşr,
2004.- 87 s.
Vurğun keçib bu yerlərdən
[Mətn] /Şəmistan Nəzirli.-
Bakı : Gənclik, 1978.- 120 s.
Bayramov, Ə. Hərb tarixi-
mizin yorulmaz tədqiqatçısı
[Mətn] /Ə.Bayramov //
Azərbaycan.- 2007.- 26
avqust.- S.5.
Şəmistan Nəzirli [Mətn] //
XX əsr Azərbaycan yazıçı-
ları: ensiklopedik məlumat
kitabı.- Bakı : Nurlar, 2004.-
S. 840.
12
Publisist
186
Tarix.Din
90
illiyi
ƏLÖVSƏT QULİYEV
1922-1969
AVQUST
Əlövsət Nəcəfqulu oğlu Quliyev
1922-ci il avqust ayının 23-də Salyan
rayonunun Qızılağac kəndində anadan
olmuşdur.
1930-cu ildə Əlövsət Quliyev kənd
məktəbini vaxtından əvvəl bitirir. Elə
həmin il Salyan Pedaqoji məktəbinin
hazırlıq kursuna daxil olur. O, 1939-
cu ildə pedaqoji məktəbi bitirdikdən
sonra ADU-nun (indiki BDU-nun) Ta-
rix fakültəsinə daxil olmuş və 1944-cü
ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Azərbbaycan tarixi kafedrası-
nın tövsiyyəsi ilə həmin kafedrada
müəllim kimi saxlanılmış, eyni zaman-
da Azərbaycan tarixi üzrə universitetin
aspiranturasına daxil olmuşdur.
1945-ci ilin dekabrında Respubli-
ka Ali məktəb və elmi idarə işçilərinin
Həmkarlar ittifaqına sədr seçilmiş və
1950-ci ilin iyul ayınadək fasiləsiz
olaraq bu vəzifədə çalışmışdır.
ADU-nun Azərbaycan tarixi, SSRİ
tarixi kafedralarında müəllim, baş
müəllim, dosent, 1948, 1950-1952-ci
illərdə isə yenə orada Tarix fakültəsinin
dekanı vəzifəsində çalışmışdır.
1952-ci ildə Tarix və Fəlsəfə İnsti-
tutunun direktoru kimi Az. SSR EA-
na işə göndərilir.
1958-1965-ci illərdə baş elmi işçi,
1965-1967-ci illərdə Azərbaycan
SSR Elmlər Akademiyasının Tarix
İnstitutunun direktoru vəzifələrində
işləmişdir.
Alim Azərbaycan tarixini uzun
müddət tədqiq etmişdir. 1961-ci ildə
“Azərbaycan XIX əsrin II yarısında
XX əsrin əvvəllərində” mövzusun-
da doktorluq dissertasiyasını müdafiə
edib.
1962-ci ildə alimə “Azərbaycan ta-
rixi” ixtisası üzrə professor elmi adı
verilir.
1968-ci ildə isə Elmlər Akademi-
yasının müxbir üzvü seçilib. Onun
əsərləri başlıca olaraq Azərbaycanın
sosial-iqtisadi tarixinə, Bakı pro-
letariatının inqilabi mübarizəsinin
tədqiqinə həsr olunmuşdur. Bu gün
də tarixin bir sıra problemlərinin
araşdırılmasında tutarlı mənbə sayı-
lan “Azərbaycan tarixi (1958-1963)”,
Dünya xalqları seriyasından “Qafqaz
xalqları” (1962), SSRİ tarixi (1966-
1968), “Rusiya neft sənayesində inhi-
sarçı kapital (1984-1914)” (1961), iki
cildlik “Azərbaycanda fəhlə hərəkatı
(1910-1914)” (1967) və s. əsərlərin
müəllifindən,
redaksiya
heyəti
üzvlərindən və redaktorlarından biri
olmuşdur.
Əlövsət Quliyev elmdə və icti-
mai həyatdakı fəaliyyətinə görə or-
den və medallarla təltif olunmuşdur.
1969-ci ildə 47 yaşında kəskin leykoz
xəstəliyindən vəfat emiş və Fəxri Xi-
yabanda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Axundova, E. Əlövsət
Quliyev [Mətn]: O, tarix
yazırdı / E.Axundova,
H.Hüseynzadə.- Bakı:
Azərnəşr, 2003.- 348 s.
Cavadov, S. Tarixdə iz
qoyan alimi unutsaq unu-
dularıq [Mətn] /S.Cavadov
//Azərbaycan.- 2009.- 12
dekabr.-S. 15.
Kərimov, M. Görkəmli
tarixçi alim və elm fədaisi
Əlövsət Quliyev – 80 [Mətn]
/M.Kərimov //Azərbaycan.-
2002.- 12 noyabr.- S.3.
Maqsudov, F. Böyük
tədqiqatçı alim [Mətn] /F.
Maqsudov //Azərbaycan.-
1997.- 23 avqust.- S. 3.
23
Tarixçi
187
Tarix.Din
70
illiyi
VASİM MƏMMƏDƏLİYEV
1942
AVQUST
Vasim Məmmədəli oğlu Məm-
mədəliyev 1942-ci il avqust ayının
27-də Bakı şəhərində anadan olmuş-
dur. Azərbaycan Dövlət Universi-
tetinin (indiki BDU) Şərqşünaslıq
fakültəsini (1964) və aspiranturasını
(Tiflisə ezam olunmaqla, 1967) bitir-
mişdir. 1968-ci ildən BDU-nun Ərəb
filologiyası kafedrasında müəllim, do-
sent (1979-1991, institutun humanitar
fakültələr üzrə prorektoru (1991-1992)
vəzifələrində çalışmışdır.
1991-ci ildən Ərəb filologiyası ka-
fedrasının müdiri, 1993-cü ildən, eyni
zamanda, İlahiyyat fakültəsinin deka-
nıdır. Azərbaycan Respublikası Təhsil
Nazirliyi Şərqşünaslıq üzrə elmi-
metodik şürasının sədri (1983-1997),
“Bakı Universiteti Xəbərləri” jurnalı-
nın redaktoru olmuşdur (1992-1997).
1997-ci ildən Qafqaz Müsəlmanları
İdarəsi Elmi-dini şürasının sədridir.
Vasim Məmmədəliyev ərəb filo-
logiyası və islamşünaslıq sahəsində
görkəmli mütəxəssisdir. İlk dəfə ola-
raq ərəb qrammatika məktəblərinin
təşəkkül və inkişaf mərhələlərinə,
nəzəri əsaslarına, feil kateqoriya-
larına, onların Azərbaycan və ərəb
dillərində müqayisəli-filoloji təhlilinə,
ərəb ədəbiyyatına dair sanballı
tədqiqatların, o cümlədən 10-dan çox
monoqrafiya, dərslik və kitabın, 250-
dən çox elmi məqalənin müəllifidir.
Akademik Ziya Bünyadovla birlikdə
“Qurani-Kərim”i ilk dəfə müasir
Azərbaycan dilinə çevirmiş, onun ilk
nəşrinə (1991) geniş ön söz yazmışdır.
Cəlil Məmmədquluzadənin “Saqqallı
uşaq” hekayələr toplusunu və digər
əsərləri ərəb dilinə tərcümə etmişdir.
Əsərləri Misir, İraq, Suriya, Səudiyyə
Ərəbistanı, Mərakeş kimi ərəb
ölkələrininin dillərinə tərcümə edilmiş,
Türkiyədə, İranda, Pakistanda, Rusiya-
da, Gürcüstanda da nəşr olunmuşdur.
Misir, İran, İraq, Türkiyə, Səudiyyə
Ərəbistanı, ABŞ, Rusiya, Polşa, İndo-
neziya və s. ölkələrdə beynəlxalq elmi
məclislərdə məruzələr etmişdir. Elmi
kadrların hazırlanmasında da Vasim
Məmməmdəliyevin böyük xidmətləri
var.
Şərqşünas, dilçi, ilahiyyatçı, filolo-
giya elmləri doktoru (1974), profes-
sor (1979), Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü (2001),
Azərbaycan Respublikasının Əməkdar
elm xadimi (1992), İraq Elmlər Aka-
demiyasının müxbir üzvü (1989), İs-
lam Konftansı Təşkilatının Müsəlman
Hüququ Akademiyasının həqiqi üzvü
(1994), Suriyanın Ərəb Filologiyası və
İslam Elmləri Akademiyasının həqiqi
üzvüdür (1995).
Ə d ə b i y y a t
Azərbaycan dilinin ərəb
qrafikası ilə ifadəsi [Mətn]
/Vasim Məmmədəliyev .-
Rabbat, 2000.
Ərəb dilçiliyi [Mətn] /Vasim
Məmmədəliyev .- Bakı :
Maarif, 1985.- 288 s.
Ərəb ədəbi dilində feilin
zaman şəxs və şəkil kate-
qoriyaları [Mətn] /Vasim
Məmmədəliyev .- Bakı ,
1992.
Kufə qrammatika
məktəbi [Mətn] /Vasim
Məmmədəliyev.- Bakı ,
1988.
Əzizov, E. Mənalı ömrün an-
ları [Mətn] /E.Əzizov.- Bakı
: BDU nəşr.- 2002.- 78 s
27
Akademik
188
Teatr.Kino.Estrada.Sirk
65
illiyi
AZƏRPAŞA NEMƏTOV
1947
AVQUST
Azərpaşa Nemət oğlu Nemətov 1947-
ci il avqust ayının 13-də anadan olmuşdur.
O, Gənc Tamaşaçılar Teatrında fəaliyyət
göstərmiş, yüzdən artıq tamaşaya quruluş
vermiş, ad-san qazanmış rejissor Zəfər
Nemətovun ailəsində dünyaya göz açıb.
Azərpaşa Nemətovun uşaq çağların-
dan musiqiyə güclü duyumu, marağı olub.
Valideynləri onu Bülbül adına orta musiqi
məktəbinə aparıblar. Sonra Azərbaycan
Dövlət Konservatoriyasında, dünya
şöhrətli bəstəkar Qara Qarayevin sinfində
təhsil alıb. Tələbəlik illərində mahnı-
lar da bəstələyib, amma gözlənilmədən
qənaətini dəyişib.
1965-ci ildə Teatr İnstitutunun Rejissor-
luq fakültəsinə daxil olub. Məşhur rejissor
Mehdi Məmmədovun kursunu bitirərək iki
il sonra onun yanında assistent-müəllim
işləyib. Diplom işi “Qardaşım klarnet ça-
lır”” (A.Aleksin, Robert Rojdestvenski və
Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrı-
nın rus bölməsində göstərilib.
1972-ci ildə GTT-də əvvəl rejissor as-
sistenti, sonra quruluşçu rejissor işləyib.
1974-1977-ci illərdə Sankt-Peterburq te-
atrında, 1977-ci ildə Bakıya qayıdaraq
GTT-də rejissor və baş rejissor (1983-
1990) işləyib.
1990-cı il aprel ayının 20-dən Azər-
baycan Dövlət Akademik Milli Dram Te-
atrının quruluşçu rejissorudur.
1991 və 1996-cı illərdə isə Teatr
Xadimləri İttifaqı İdarə Heyətinin sədri
seçilib.
Andrey Popov adına SSRİ Ümumittifaq
müsabiqəsinin laureatıdır (1985). Onun
tamaşaları İstanbulda, Aşqabadda, Mosk-
vada keçirilmiş festival və müsabiqələrdə
uğur qazanıb. Rejissor Akademik Milli
Dram Teatrında “Biganələr oteli” (1984)
(Rüstəm İbrahimbəyov), “Tufandan
əvvəl” (1987) (Arif Süleymanov), “Ah,
Paris, Paris!..” (1997) (Elçin), “Mənim
sevimli dəlim” (1998) (Elçin), “Diaqnoz
D” (1999) (Elçin), “Mənim ərim dəlidir”
(1999) (Elçin), “Hamlet” (2002) (Uilyam
Şekspir) kimi əsərləri tamaşaya qoymuş-
dur.
O, bir çox festivalların, müsabiqələrin
laureatıdır. Elə həmin ildə YUNESKO-
nun tərkibində Beynəlxalq Teatr İnstitu-
tunun müxbir üzvü seçilmişdir. Azərpaşa
Nemətov Azərbaycan rejissorları arasında
yeganə şəxsdir ki, Popov adına mükafata
layiq görülmüşdür. A.Nemətov 1987-ci
ildə Əməkdar incəsənət xadimi, 2002-ci
ildə Xalq Artisti fəxri adlarına layiq gö-
rülmüşdür.
Ə d ə b i y y a t
Azərpaşa Nemətov [Mətn]
//Həbiboğlu, V. Azərbaycan
Milli Ensiklopediyası.-
Bakı,2003.- S.578-580.
Şöhrət və yaxud işgüzar
adam [Mətn] //Mədəniyyət
dünyası.- №1.- 2008.- S.
112-115.
13
Rejissor
189
Musiqi.Opera.Balet
55
illiyi
ALİM QASIMOV
1957
AVQUST
Alim Həmzə oğlu Qasımov 1957-ci il
avqust ayının 14-də Şamaxı rayonu Nabur
kəndində anadan olmuşdur.
Alim Qasımov musiqi təhsilini 1978-
80-ci illərdə A.Zeynallı adına Bakı Mu-
siqi məktəbində xanəndə Ağaxan Ab-
dullayevin muğam sinfində almışdır.
O, eyni zamanda Seyid Şuşinski, Hacı-
baba Hüseynov və Azərbaycanın digər
görkəmli xanəndələrinin muğam ifaçılığı
ənənələrini mənimsəyərək özünəməxsus
dəst-xəttini yarada bilmişdir. Tarzən
Bəhram Mansurovla birgə çıxışları da
onun üçün əsl sənət məktəbi olmuşdur.
1983-1989-cu illərdə M.Əliyev adına
Azərbaycan Dövlət İncəsənət İnstitutunda
(indiki ADMİU) təhsil almışdı.
1989-2001-ci illərdə Avropada 10 dis-
ki buraxılıb.
Geniş diapozona malik, səsinə və ifa
manerasına görə bir çox xanəndələrdən
fərqlənən Alim Qasımov Cabbar Qar-
yağdıoğlu adına Xanəndələrin I Respub-
lika müsabiqəsinin (1986) ilk qalibidir.
Xanəndə həmçinin bir çox beynəlxalq mu-
siqi festivallarının iştirakçısı və qalibi ol-
muş, dünyanın nüfuzlu musiqi təşkilatları
tərəfindən bir sıra medallarla və fəxri ad-
larla təltif olunmuşdur.
Alim Qasımovun səhnə fəaliyyətində
ən dəyərli uğurlardan biri onun 1989-cu
ildə Opera və Balet Teatrının səhnəsindəki
çıxışı ilə bağlıdır. Həmin il o, dahi Üzeyir
Hacıbəylinin “Leyli və Məcnun” opera-
sında Məcnun rolunu məharətlə ifa edir.
1990-cı ildə böyük qəzəlxan Əliağa Va-
hid haqqında çəkilən filmdə xanəndə rolu
Alim Qasımova həvalə olunur. 1997-ci
ildə sənətkar Avropa Türk İslam Birliyi
mükafatına layiq görülür. 1998-ci ildə
Almaniyada kompakt disk buraxılır və
sənətkar bu ölkədə beynəlxalq folklor
festivalında iştirak edir. Alim Qasımovun
dünyanın müxtəlif ölkələrində qazandı-
ğı bu uğurların ən yüksək mərhələsi ona
1999-cu ildə YUNESKO Musiqi Şurası-
nın ali mükafatının təqdim olunmasıdır.
Xanəndə, Xalq artisti (1993), “Şöhrət or-
deni” (2007) ilə təltif olunmuşdur.
Muğam sənətini böyük məharətlə
təbliğ edən Alim Qasımov həm də gözəl
müəllimdir. Azərbaycan Milli Konser-
vatoriyasında muğam sinfində gənc
xanəndələr nəslinin yetişməsində xidməti
olan xanəndənin həm tələbəsi, həm də qızı
Fərqanə xanımı xüsusi qeyd etmək olar.
Ə d ə b i y y a t
Sayılov, Ə. Alim de-
yil, aləmdi bu [Mətn]
/Ə.Sayılov.- Bakı , 2002.-
160 s.
Təhmirazqızı, S. Alimin
muğam aləmi [Mətn]
/S.Təhmirazqızı //
Mədəniyyət.- 2010.- 27
avqust.- S. 7.
Натаван, Ф. Алим [Текст]
.- Баку, 2007.- 112 с.
Имя Алима Касумова
вкючено в список
номинантов конкурса “50
великих голосов” [Текст]
//Эхо.- 2009.- 27 ноября.-
С. 12.
Алим Касумов [Текст]
//Каспий.- 2008.- 12
августа.- С.8.
14
Xanəndə
190
Musiqi.Opera.Balet
70
illiyi
MÜSLÜM MAQOMAYEV
1942-2008
AVQUST
Müslüm Məhəmməd oğlu Maqo-
mayev 1942-ci il avqust ayının 17-
də Bakıda anadan olmuşdur. O,
bəstəkar M.Maqomayevin nəvəsidir.
M.Maqomayev Azərbaycan Dövlət
Konservatoriyasını bitirmişdir.
1963-cü ildən Azərbaycan Opera
və Balet Teatrının solistidir.
1964-1965-ci illərdə Milanın “La
Skala” teatrında təcrübə keçmişdir.
Milanın opera səhnəsində ifa etdiyi
Fiqaro (“Sevilya bərbəri”, C. Rossi-
ni) ona geniş şöhrət qazandırmışdır.
Müğənninin repertuarında həmçinin
“Koroğlu” (Ü. Hacıbəyov), “Şah İs-
mayıl” (M. Maqomayev), “Toska” (C.
Puççini), “Aleko” (S. Raxmaninov) və
s. operalardan ariyalar mühüm yer tu-
tur.
Gözəl və yumşaq tembrli gur
səsə malik olan Maqomayevin ifası
təsirliliyi, ruh yüksəkliyi və ifadəliliyi
ilə seçilir. Haqqında “Oxuyur Müs-
lüm Maqomayev” (1971) adlı film
çəkilmişdir.
Bir çox Sovet bəstəkarlarının, o
cümlədən A.Paxmutova, P.Bülbüloğlu,
T.Xrennikov və başqalarının mahnıla-
rının populyarlaşmasında Maqomaye-
vin xidmətləri böyükdür. Onun reper-
tuarında italyan mahnıları da geniş yer
tutur.
Dünya şöhrətli Azərbaycan müğən-
nisi M.Maqomayev 1969-cu ildə So-
pot və Kannda keçirilən Beynəlxalq
mahnı müsabiqələrinin laureatıdır.
Eyni zamanda o, estrada mahnılarının
müəllifi kimi də tanınmışdır.
Bəstəkar-müğənni dünyanın bir
çox ölkələrində konsert proqramla-
rı ilə müvəffəqiyyətlə çıxış etmiş-
dir. M.Maqomayev 10-cu çağırış
Azərbaycan SSR Ali Sovetinin depu-
tatı olmuşdur. “Xalqlar dostluğu” və
“Qırmızı Əmək Bayrağı” ordenləri
ilə təltif edilmişdir. Onun iştirakı ilə
“Nizami” adlı bədii film çəkilmişdir.
İllərlə dinləyicilərin sevgisini qoru-
mağı bacarmış Müslüm Maqomayev
SSRİ Qırmızı Əmək Bayrağı və Xalq-
lar Dostluğu ordenləri ilə təltif edil-
miş, SSRİ-nin Xalq artisti adına layiq
görülmüşdür.
Ümummilli liderimiz Heydər
Əliyevin 2002-ci il 17 avqust tarixli
sərəncamı ilə o, anadan olmasının 60
illiyi münasibətilə “İstiqlal” ordeni,
Rusiya Prezidenti Vladimir Putinin
fərmanına əsasən “Şərəf” ordeni ilə
təltif olunmuşdur.
Müslüm Maqomayev 25 oktyabr
2008-ci ildə vəfat edib, Bakıdakı bi-
rinci Fəxri Xiyabanda dəfn olunub.
Ə d ə b i y y a t
Əliyev, H. Görkəmli
müğənni və bəstəkar
M.Maqomayevin 60 illiyi
münasibətilə keçirilən rəsmi
qəbulda : Azərbaycan Pre-
zidenti Heydər Əliyevin nitqi
[Mətn]//Azərbaycan.- 2002.-
10 sentyabr.-S.6.
Müslüm Maqomayevin
“İstiqlal” ordeni ilə təltif
edilməsi haqqında :
Azəbaycan Respublikası
Prezidentinin Sərəncamı
[Mətn]//Azərbaycan.- 2002.-
18 avqust.-S.1.
Nə demişdir doğma ölkəm
[Mətn] //Mədəni-maarif.-
2002.- № 8.-9.- S.8-14.
Великий Ланца [Текст]
.- Москва: Музыка,1993.-
208 с.
Любовь моя – мелодия
[Текст] .- Москва:
Вагриус, 1999.- 316 с.
17
Müğənni
191
Musiqi.Opera.Balet
100
illiyi
NİYAZİ
1912-1984
AVQUST
Niyazi Zülfüqar oğlu Tağızadə-
Hacıbəyov 1912-ci il avqust ayının 20-də
Tiflisdə dünyaya göz açmışdır.
Orta təhsilini başa vuran Niyazi 1926-
cı ildə Moskvada Qnesinlər adına Musiqi
texnikumuna daxil olur. 1931-ci ildə bu
texnikumu bitirdikdən sonra o Azərbaycan
Dövlət Kovservatoriyasının aspirantura-
sında oxumuşdur. Niyazinin musiqiçi kimi
formalaşmasında Üzeyir Hacıbəylinin,
P.B.Ryazanovun, A.M.Rudolfun, M.F.Qne
sin və başqalarının böyük rolu olmuşdur.
Niyazi Azərbaycan Dövlət Simfonik
Orkestrinin təşkilində fəal iştirak etmiş,
1938-ci ildən fasilələrlə orkestrin bədii
rəhbəri və baş direktoru olmuşdur. O, Ope-
ra və Balet Teatrının dirijoru (1937-1948),
(1951-1952) direktoru, bədii rəhbəri və baş
dirijoru (1958-1959); (1961-1965), 1961-
ci ildə Leninqrad Opera və Balet Teatrının
baş direktoru, 1979-cu ildə isə Azərbaycan
Dövlət Filarmoniyasının direktoru olmuş-
dur. Niyazinin repertuarında Qərbi Avro-
pa, rus və digər xarici ölkə bəsrəkarlarının
əsərləri mühüm yer tutur. Azərbaycan ifa-
çılıq sənətinin inkişafında, milli musiqinin
təbliğində Niyazinin xidmətləri böyük-
dür. Azərbaycan musiqisində ilk simfonik
əsərlərin müəlliflərindən olan Niyazi milli
simfoniyamızın təşəkkülü və inkişafında
əhəmiyyətli rol oynamışdır. Onun “Rast”
simfonik muğamı (1949) güclü emosional
təsiri, zəngin melodiyası, xüsusilə har-
monik dilinin əlvanlığı və ifadəliliyi ilə
fərqlənir. Nizaminin “Xosrov və Şirin”
poemasının motivləri əsasında yazdığı
eyni adlı operası musiqi dramaturgiyası-
nın çoxplanlı olması, psixoloji gərginliyi,
xor səhnələri və orkestr epizodlarının
ifadəliliyi ilə fərqlənir. R. Taqorun “Çit-
raqonda” fəlsəfi dramı üzrə yazdığı “Çit-
ra” baletində hind xalq musiqisinin ritm
və intonasiyasından, orkestrovkada hind
musiqi alətlərinin səslənməsini xatırla-
dan tembr çalarlarından istifadə edilmiş-
dir. Bundan başqa “Zaqatala süitası”,
“Konsert valsı” əsərlərinin, “Vətən haq-
qında mahnı”, “Arzu”, “Dağlar qızı”,
“Ləzgi həngi” dram tamaşalarını yazmış,
“Kəklik”, “Qaragilə”, “Xumar oldum”,
“Küçələrə su səpmişəm” və s. xalq mah-
nılarını sinif orkestri üçün işləmiş, 1935-
ci ildə”Rast “ və “Şur” muğamlarını nota
köçürmüşdür.
Azərbaycan bəstəkarlarının bir çox
əsərlərinin ilk ifaçısı olmuşdur. Opera
və Balet Teatrında tamaşaya hazırladığı
“Nərgiz” (Müslüm Maqomayev), “Vətən”
(Qara Qarayev və Cövdət Hacıyev), “Se-
vil” (Fikrət Əmirov), və s. əsərlər xüsusi
maraqla qarşılanmışdır.
Maestro musiqi sahəsindəki xidmət
lərinə görə bir sıra fəxri adlar almış və
medallarla təltif olunmuşdur. Belə ki,
1946-cı ildə SSRİ Dirijorlarının Ümum
ittifaq baxışının laureatı, 1951-ci ildə
SSRİ Dövlət Mükafatı laureatı, 1952-ci
ildə Üzeyir Hacıbəyov adına Azərbaycan
SSR Dövlət Mükafatı laureatı, 1982-ci
ildə Sosialist Əməyi Qəhrəmanı, 1974-cü
ildə Beynəlxalq Nehru mükafatına layiq
görülmüşdür.
Niyazi Azərbaycan SSR Ali Soveti-
nin deputatı olmuş, 2 dəfə Lenin ordeni,
Oktyabr inqilabı, Qırmızı Əmək bayrağı,
“Şərəf nişanı” ordenləri, xarici ölkələrin
orden və medalları ilə təltif edilmişdir.
1984-cü ilavqust ayının 2-də Bakı
şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: |