28
29
30
31
®
Haqqında onlarla məqalələr, poemalar, dram əsərləri, mo-
noqrafiyalar yazılmışdır. Azərbaycanın bir çox şəhərlərində küçə,
məktəb və mədəniyyət ocaqlarına onun adı verilmişdir. Tiflisdə qəbri
üstündə abidəsi qoyulmuş, ev muzeyi açılmışdır. Bakı kinostudiyasın-
da haqqında “Səbuhi” (1941), Azərbaycanfilm”in istehsalı olan M. F.
Axundov (1962) kinooçerk, “Mirzə Fətəli Axundov” (1972), “Mirzə
Fətəli Axundov” (1982), sənədli filmləri, “Sabahın elçisi. Mirzə Fətəli
Axundzadə”, (2010) “Sübhün səfiri”, (2011 çəkilir) adlı bədii filmlər
çəkilmişdir. Əsərləri dəfələrlə səhnəyə qoyulmuş, filmə çəkilmişdir.
Bеynəlxalq Ahıllar Günü (01.10.1992)
•
Xocavənd rayonunun işğalının 20-ci
•
ildönümü (02.10.1992)
Beynəlxalq Müəllimlər Günü (05.10.1966)
•
Milli Televiziya və Radio Şurası yaradılmışdır
•
(05.10.2002)
Dövlət Müstəqilliyi Günü (18.10.1991)
•
Yeni Azərbaycan Partiyası (YAP) yaradılmışdır
•
(21.10.1992)
Zəngilan rayonunun işğalı günü (30.10.
•
1993)
1 oktyabr
Gün çıxır 06:47
Gün batır 19:24
31 oktyabr
Gün çıxır 06:38
Gün batır 17:40
24 sentyabr-
23 oktyabr
Tərəzi bürcü
Nişanı havadır.
Veneranın
himayəsindədir.
Günəşin Tərəzi
bürcündən keçdiyi
dövrdə? doğulanlar
yumşaq xasiyyətli,
parlaq zəkalı
olurlar.
200 il
1812-1878
M.F.Axundzadə
208
Milli Ədəbiyyat
Şair Baxışov Hafiz Həbib oğlunun (Hafiz Baxış) (15.10.1932-04.09.1989)
аnаdаn оlmаsının 80 illiyi
Xalq şairi, Əməkdar incəsənət xadimi Xəlilov Xəlil Rza oğlunun (Xəlil Rza
Ulutürk) (21.10.1932-22.06.1994) аnаdаn оlmаsının 80 illiyi
Şair Rasizadə Hüseyn Abdulla oğlunun (Hüseyn Cavid) (24.10.1882-
5.12.1941) аnаdаn оlmаsının 130 illiyi
Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Quluzadə Mirzəağa
Yüzbaşı oğlunun (25.10.1907) аnаdаn оlmаsının 105 illiyi
Əməkdar mədəniyyət işçisi Əfəndiyev Adil Ələddin oğlunun (29.10.1907-
08.02.1973) аnаdаn оlmаsının 105 illiyi
Xarici ədəbiyyat
Fransız yazıçısı Araqon Luinin (03.10.1897-24.12.1982) аnаdаn оlmаsının
115 illiyi
İspan yazıçısı Servantes Saavedra Migel denin (09.10.1547-23.04.1616)
аnаdаn оlmаsının 465 illiyi
Tarixdə bu gün
Prоkurоrluq İşçiləri Günü (01.10.1998)
Bеynəlxalq Ahıllar Günü (01.10.1992)
Xocavənd rayonunun işğalının 20-ci ildönümü (02.10.1992)
Beynəlxalq Müəllimlər Günü (05.10.1966)
Milli Televiziya və Radio Şurası yaradılmışdır (05.10.2002)
Ümumdünya Poçt Günü (09.10.1970)
Bakı şəhərində “Azadlıq” meydanında Azərbaycan Milli Ordusunun ilk
hərbi paradı keçirilib (09.10.1992)
Dövlət Müstəqilliyi Günü (18.10.1991)
Yeni Azərbaycan Partiyası (YAP) yaradılmışdır (21.10.1992)
Birləşmiş Millətlər Təşkilatı Günü (24.10.1945)
Qurban bayramı (27-28.10)
Zəngilan rayonunun işğalı günü (30.10. 1993)
Аzərbаycаn Rеspublikаsının Prеzidеnti İlhаm Hеydər оğlu Əliyеvin
аndiçmə günü (31.10.2003)
2012
OKTYABR
209
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Allahverdiyev Namiq Müslüm oğlunun
(05.10.1967-09.07.1992) аnаdаn оlmаsının 45 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əsədov Rəfael Əvəz oğlunun (27.10.1952-
12.11.1992) аnаdаn оlmаsının 60 illiyi
Siyasət. Hərbi iş
Dövlət xadimi Qayıbov İsmət İsmayıl oğlunun (08.10.1942-20.11.1991)
аnаdаn оlmаsının 70 illiyi
Türkiyə Respublikasının 8-ci Prezidenti Turqut Özalın (Halil Turgut Özal)
(13.10.1927-17.04.1993) anadan olmasının 85 illiyi
Görkəmli hərbi хаdim, аrtillеriyа gеnеrаlı Mеhmаndаrоv Səmədbəy
Sadıqbəy oğlunun (16.10.1857-12.02.1931) аnаdаn оlmаsının 155 illiyi
İctimai xadim, 1-ci dərəcəli müşavir-diplomat Abutalıbov Ramiz Abutalıb
oğlunun (27.10.1937) аnаdаn оlmаsının 75 illiyi
Riyaziyyat. Fizika.Astranomiya
Riyaziyyatçı, professor Əhmədov Qoşqar Teymur oğlunun (24.10.1917-
13.02.1975) аnаdаn оlmаsının 95 illiyi
Kimya. Biologiya. Tibb
Azərbaycanın Əməkdar elm xadimi, oftalmoloq Musabəyova Umnisə
Süleyman qızının (09.10.1902-15.11.1974) аnаdаn оlmаsının 110 illiyi
Musiqi. Opera. Balet
Хаlq аrtisti, müğənni Ələkbərоvа Şövkət Feyzulla qızının (20.10.1922-
07.02.1993) аnаdаn оlmаsının 90 illiyi
Xalq artisti, opera müğənnisi Ağalarov İdris Fərhad oğlunun (20.10.1917-
04.05.1975) аnаdаn оlmаsının 95 illiyi
İtalyan skripkaçısı, bəstəkar Paqanini Nikkolonun (27.10.1782-27.05.1840)
аnаdаn оlmаsının 230 illiyi
Xalq artisti, dirijor Abdullayev Rauf Cahanbaxış oğlunun (29.10.1937)
аnаdаn оlmаsının 75 illiyi
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
Əməkdar incəsənət xadimi, heykəltəraş Abdullayeva Həyat Həmdulla
qızının (14.10.1912) аnаdаn оlmаsının 100 illiyi
Хаlq rəssаmı, Əməkdаr incəsənət хаdimi Əfqаnlı Bədurə Məlikağa qızının
(25.10.1912-06.05.2002) аnаdаn оlmаsının 100 illiyi
Rus rəssamı Veraşşaqin Vasili Vasilyeviçin (26.10.1842-13.04.1904) аnаdаn
оlmаsının 170 illiyi
Holland boyakarı Vermer van Delft Yanın (31.10.1632-15.12.1675) аnаdаn
оlmаsının 380 illiyi
210
Milli ədəbiyyat
80
illiyi
HAFİZ BAXIŞ
1932-1989
OKTY
ABR
Hafiz Həbib oğlu Baxışov 1932-ci
il oktyabr ayının 15-də Zəngəzur ma-
halı Qafan bölgəsinin yuxarı Kirətağ
kəndində müəllim ailəsində ana-
dan olmuşdur. Orta məktəbi Qafan
bölgəsinin Şəhərcir kəndində bitirmiş-
dir (1950). Sonra Azərbaycan Dövlət
Teatr İnstitutunun Teatr və kino akt-
yorluğu fakültəsinidə təhsil almışdır.
Sumqayıt şəhərində tərbiyəçi, Pio-
nerlər evinin və Mədəniyyət sarayının
direktoru vəzifəsində, Azərbaycan
Dövlət Radio və Televiziya Verilişləri
Komitəsində rejissor köməkçisi, rejis-
sor vəzifələrini tutmuşdur.
İlk qələm təcrübələri, “Sosialist
Sumqayıtı” qəzetində dərc olunmuş-
dur. “Samur-Dəvəçi kanalına” adlı ilk
şeiri də həmin qəzetin 1957-ci il 9 fev-
ral tarixli sayında dərc olunmuşdur.
Hafiz Baxış lirik şair idi, nəğməkar
yazar kimi tanınmışdır. Ələkbər Ta-
ğıyev, Cahangir Cahangirov, Emin
Sabitoğlu, Cavanşir Quliyev və b.
onlarla populyar mahnıları şair Ha-
fiz Baxışın nəğmə mətnləri əsasında
bəstələnmişdir. Onun bu günə qədər
dörd poeziya toplusu işıq üzü görmüş-
dür: “Azərbaycan oğluyam” (1980),
“Sona bülbüllər” (1983), “Eşqimi
sönməyə qoymaram” (1989), “Dağlar
üçün darıxmışam” (2001).
O, mənfur ermənilərin Bərgüşad
dağlarını, Yuxarı Girətağ kəndini zəbt
etdikdən sonra bu dərdə dözmədi. Ha-
fiz Baxış 1989-cu ildə sentyabrın 4-də
ürək tutmasından qəflətən vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Bu torpağa bağlıyam [Mətn]: (nəğmələr, şeirlər və poemalar) /
Hafiz Baxış.- Bakı: İqtisad Universiteti, 2002.- 218 s.
Hafiz Baxış [Mətn] //Əhmə dov. T. XX əsr Azərbaycan yazıçıla-
rı /T.Əhmədov.- Bakı, Nəşriyyat-poliqrafiya mərkəzi, 2004.- S.
349-350.
Musağolu, C. Bircə haqsızlığa dözümdən başqa!.. [Mətn] : Ha-
fiz Baxış-65 /C.Musağolu, R.Təhməzoğlu //Yeni Azərbaycan.-
1997.- 15 noyabr.- S.3.
15
Şair
211
Milli ədəbiyyat
80
illiyi
XƏLİL RZA
1932-1994
OKTY
ABR
Xəlil Rza oğlu Xəlilov 1932-ci il
oktyabr ayının 21-də Salyan rayonunun
Pirəbbə kəndində dünyaya gəlmişdir.
İlk mətbu şeiri “Kitab” 1948-ci
ildə “Azərbaycan pioneri” qəzetində
dərc olunmuşdur. 1949-cu ildə Xəlil
Azərbaycan Dövlət Universitetinin Filo-
logiya fakültəsinin jurnalistika şöbəsinə
daxil olmuşdur.
1954-cü ildə Azərbaycan Dövlət
Universitetini bitirən Xəlil Rza əmək
fəaliyyətinə “Azərbaycan qadını” jurna-
lı redaksiyasında başlamışdır. O, burada
ədəbi işçi vəzifəsində çalışdığı iki ildə
(1955-1957) dövri mətbuatda çap etdirdi-
yi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin
diqqətini cəlb etmişdir. 1957-ci ildə ilk
şeirlər toplusu – “Bahar gəlir” kitabı nəşr
olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqı
tərəfindən 1957-ci ilin avqust ayında Xəlil
Rza Moskvaya, M.Qorki adına Dünya
Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik
Ali ədəbiyyat kurslarına göndərilmişdir.
1959-cu ildə Xəlil Rza Bakıya qayıt-
dıqdan sonra Azərbaycan Dövlət Pedaqo-
ji İnstitutunun aspiranturasında təhsilini
davam etdirmişdir. O, 1963-cü ildə
“Müharibədən sonrakı Azərbaycan sovet
ədəbiyyatında poema janrı (1945-1950)”
mövzusunda yazdığı dissertasiyanı uğurla
müdafiə etmiş, fılologiya elmləri namizədi
elmi dərəcəsinə layiq görülmüşdür.
O, Azərbaycan Elmlər Akademiyası-
nın Nizami adına Ədəbiyyat İnstitutuna
dəvət olunmuş və burada bütün qüvvəsini
elmi-tədqiqat işinə və bədii yaradıcı-
lığa həsr etmişdir. 1985-ci ildə “Maq-
sud Şeyxzadənin bədii yaradıcılığı” və
“Azərbaycan-özbək ədəbi əlaqələrinin ak-
tual problemləri” mövzusunda doktorluq
dissertasiyası müdafiə etmiş, 1986-cı ildə
Azərbaycan ədəbiyyatnın inkişafındakı
xidmətlərinə görə ona Əməkdar incəsənət
xadimi fəxri adı verilmişdir. 40 illik ədəbi-
bədii yaradıcılığı dövründə öz əsərlərini
“Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”,“Xəlil
Odsevər”, “Xəlil Rza” təxəllüsləri ilə çap
etdirmişdi. “Xəlil Rza Ulutürk” təxəllüsü
isə şairin keçdiyi mübarizə yolunun,
ədəbi-mənəvi axtarışlarının məntiqi
nəticəsi idi. 80-ci illərin axırlarında xalq
azadlıq hərəkatı genişləndiyi zaman
Xəlil Rzanın gur səsi Azərbaycanın bü-
tün regionlarında eşidilmişdi. O, bütün
varlığı ilə xalq hərəkatına qoşulmuş, hər
yerdə rus şovinist siyasətini, Dağlıq Qa-
rabağ torpağına təcavüz edən erməni
daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa
etmişdir. Xəlil Rza “şübhəli şəxs” kimi
təqib olunmuş, 1990-cı il yanvarın 26-da
SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları
tərəfindən həbs edilərək Moskvaya – Le-
fortovo həbsxanasına göndərilmişdir.
1990-cı il oktyabrın 9-da Moskvadan
Bakıya gətirilən Xəlil Rza, bir ay davam
edən məhkəmə prosesindən sonra azad-
lığa buraxılmışdı. 1991-ci il mayın 6-da
şair “Türk milləti mükafatı laureatı” fəxri
adına layiq görülmüşdür. Bir ildən sonra,
1992-ci ildə ona Azərbaycan Respublika-
sının Xalq şairi fəxri adı verilmişdir.
1994-cü il iyunun 22-də Xəlil Rza
Ulutürk vəfat etmiş, Fəxri Xiyabanda
dəfn olunmuşdur.
Azərbaycan xalqının milli mübarizə
sində xüsusi xidmətlərinə görə Xalq şairi
Xəlil Rza Ulutürk (ölümündən sonra) “İs-
tiqlal” ordeni ilə təltif edilmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Xəlil Rza Ulutürk; toplayan,
tərt. ed. F.Ulutürk; red. Z.
Şahsevənli.-Bakı: Gənclik,
2001.-621 s.
Seçilmiş əsərləri [Mətn]: 2
cilddə /X.R.Ulutürk; tərt.ed.
F. Ulutürk; ön sözün müəl.
B.Nəbiyev .- Bakı : Şərq-
Qərb , 2005.- C.I .- 296 s.;
Bakı: Şərq-Qərb, 2005.-C. II
c .- 248 s.
21
Şair
212
Milli ədəbiyyat
130
illiyi
HÜSEYN CAVİD
1882-1941
OKTY
ABR
Hüseyn Molla Abdulla oğlu Rasizadə
1882-ci il oktyabr ayının 24-də Naxçı-
vanın Şahtaxtı kəndində dünyaya göz
açdı. İlk təhsilini mollaxanada alan, 5
il ərzində ilahiyyatı, fars, ərəb dillərini
öyrənən Hüseyn, 14 yaşında ikən XIX
yüzilliyin görkəmli maarifçilərindən olan
Məhəmmədtağı Sidqinin təşkil etdiyi
“Məktəbi-tərbiyə”yə daxil olur. 1898-ci
ildə isə burada təhsilini başa vurduqdan
sonra Təbrizə gedərək oradakı “Talibiyyə”
mədrəsəsində oxuyur. Yaradıcılığa erkən
başlayan Hüseyn ilk şeirlərini “Gülçin”,
“Arif”, “Salik” təxəllüsü ilə qələmə alır.
Cavid İstanbul Universitetinin Ədə
biyyat şöbəsini bitirmiş (1909), Naxçı-
vanda, sonra isə Gəncə və Tiflisdə, 1915-
ci ildən isə Bakıda müəllimlik etmişdir.
Hüseyn Cavid klassik Azərbaycan
ədəbiyyatının ən yaxşı ənənələrini inki-
şaf etdirən sənətkarlardandır. O, XX əsr
Azərbaycan mütərəqqi romantizminin
banilərindən biri olmuşdur. Hüseyn Cavid
sənəti janr və forma cəhətdən zəngindir.
O, lirik şeirlərin, lirik-epik, epik poe-
maların, Azərbaycan ədəbiyyatında ilk
mənzum faciə və dramların müəllifidir.
“Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-
cü ildə çap olunmuşdur.
Onun fəlsəfi və tarixi faciələri, ailə-
məişət dramları üslub, yazı ədası, forma
yeniliyi baxımından Azərbaycan drama-
turgiyasında yeni bir mərhələ yaratdığı
kimi, milli teatr mədəniyyətinin inkişafına
da qüvvətli təsir göstərmiş, “Cavid teatrı”
kimi səciyyələndirilmişdir. Azərbaycan
ədəbiyyatında ilk mənzum faciə olan
“Şeyx Sənan” (1914) əsərində xalqları
bir-birinə qovuşdurmaq üçün ümumbəşəri
din ideyasını ortaya atmışdır.
Yaradıcılığında mühüm yer tutan
“İblis” (1918) mənzum faciəsində döv-
rün bütün mürtəce qüvvələri - “insan in-
sana qurddur” fəlsəfəsinin tərəfdarları,
“iyirminci əsrin mədəni vəhşiləri” olan
dairələri İblis surətində ümumiləşdirilmiş,
işğalçı müharibələrə lənət yağdırmışdır.
20-30-cu
illərdə
Hüseyn
Ca-
vid bir sıra tarixi dramlar yazmışdır.
“Peyğəmbər” (1922) və “Topal Tey-
mur” (1925) əsərlərindən sonra yazdığı
“Səyavuş” (1933), “Xəyyam” (1935) ta-
rixi dramları Hüseyn Cavidin tarixə, tarixi
şəxsiyyətlərə baxışında ciddi dönüş oldu.
Cənubi Azərbaycandakı soydaşlarımızın
“şahənşahlıq” üsuli-idarəsi əsarəti altında
əzab çəkməsi, ən adi insan hüquqların-
dan məhrum edilməsi də vətənpərvər şair
kimi Hüseyn Cavidi düşündürürdü (“Telli
saz” dramı, 1930; “Kor Neyzən” poeması,
1930).
1937-ci ilin repressiyalar dalğası baş-
layanda Cavid ilk həbs olunanlar sırasında
idi. O, Sibir buzlaqlarına sürgün edilmiş
və 1941-ci il dekabr ayının 5-də İrkutsk
vilayətində vəfat etmişdir.
Şairin xatirəsi xalqımız tərəfindən
həmişə əziz tutulub. Hüseyn Cavidin
100 illik yubileyilə əlaqədar 1982-ci
ildə ümummilli lider Heydər Əliyevin
təşşəbbüsü və himayəsi ilə cənazəsinin
qalıqları İrkutskdan Naxçıvana gətirildi
və ev-muzeyinin yaxınlığında dəfn
edildi. 1996-cı ildə Naxçıvanda böyük
Azərbaycan şairi və dramaturqu Hü-
seyn Cavidin qəbri üzərində möhtəşəm
memarlıq-xatirə kompleksi “Hüseyn Ca-
vid məqbərəsi” ucaldıldı.
Ə d ə b i y y a t
Cavid, H. Əsərləri [Mətn]:
5 cilddə /H. Cavid; tərt. ed.
T. Cavid; red. T. Kərimli .-
Bakı : Lider , 2005.
Axundov, B. Əzablı yolların
fədakar yolçusu [Mətn]
/B.Axundov //Xalq qəzeti.-
2009.- 4 iyun.- S.5.
Əliyev, H. Yaxın keçmişdən
uzaq gələcəyə [Mətn]
/H.Əliyev //Mədəniyyət.-
2009.-10 iyun.-S.7.
Əliyev, K. Hüseyn Cavid
[Mətn]: həyatı və yaradıcı-
lığı /K.Əliyev.- Bakı: Elm,
2008.- 322 s.
Hüseyn Cavid taleyi və
sənəti [Mətn] : (məqalələr).-
Bakı: Nurlan, 2007.- 140 s.
Джафаров Мамед
Джафар [Текст]: [
о Гусейн Джавиде] :
Гусейн Джавид-поет
и драматург /Мамед
Джафар Джафаров.-
Баку: Язычы, 1982.- С.21.
24
Şair
213
Tarixdə bu gün
1992
XOCAVƏNDİN İŞĞALININ
20-Cİ İLDÖNÜMÜ
OKTY
ABR
Ərazisi – 1,46 min kv.km
Əhalinin sayı – 41,8 min nəfər
İşğal tarixi - 02.10.1992-ci il
Xocavənd rayonu 1992-ci il oktyabr ayının 2-də
Ermənistan Respublikası tərəfindən işğal olunub.
Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd
meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən
daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə
məhv edilib.
Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan
ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı
təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”in
əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-
becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır,
ərazilər mütəmadi yandırılaraq fauna və flora tamamən
məhv edilir, içlik materialına yararlı ağaclar qırılaraq
Ermənistana aparılır və digər ölkələrə satılır.
Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında,
dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıqdır. Hün-
dürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs
dağı) qədərdir.
Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan
Xocavənd rayonunun ümumi sahəsi 145647 hektardır.
Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir:
Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin,
Tuğ, Haxulu, Salaketin, Günəşli, Xətai. Dağ yamac-
larına səpələnmiş beş-on Qarabağ obası. Məşhur Tuğ
kəndi...
Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin
ərazisi təbii sərvətlərlə - tikinti materialları və fayda-
lı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə
zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
verilən məlumata görə, Xocavənd rayonunun Qırmı-
zıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25
m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çi-
narları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun
Qarakənd kəndində “Qırmızı kitab”a düşən, üçüncü
dövrün relikt növü olan, orta diametri 24 sm, hündür-
lüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə
edilirdi.
Azərbaycanı qədim yaşayış məskəni kimi dünya-
da tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900
metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng
daşları oksfordkimeric dövrünə aid olan Azıx mağara-
sı Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin
1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun
Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən
850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng
daşları oksfordkimeric dövrünə aid olan Tağlar ma-
ğarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malik-
dir. Xocavənd ərazisində istifadəyə yararlı yeraltı su
ehtiyatlarını qiymətləndirmək məqsədilə bir vaxtlar
kompleks hidrogeoloji tədqiqatlar aparılıb. Nəticədə 9
perspektiv sahə seçilib və həmin sahələr üzrə IV dövr,
Təbaşir və Yura sulu komplekslərinin 83 min kubmetr/
gün həcmində yeraltı su ehtiyatları aşkarlanıb. Bundan
başqa bulaq axımı moduluna əsasən 7,34 min kubmetr/
gün həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə,
rayonun ərazisində istifadəyə yararlı yeraltı sular 90,34
min kubmetr/gün təşkil edir.
İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə
ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər
silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən
və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd
ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında
bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin
Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol
tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə
əkilən ağaclar da kəsilib.
Ermənilər beynəlxalq konvensiyaların tələblərinə
məhəl qoymadan ümumdünya əhəmiyyətli təbiət və ta-
rixi abidələrimizi məhv etməkdə davam edirlər.
2
214
Tarixdə bu gün
BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ
1996
OKTY
ABR
5 oktyabr - Bu tarixin qeyd edilməsinə dair qərarı
ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO ve-
rib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun
artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul
edilib. İndi dünyanın 100-dən çox ölkəsində okt-
yabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.
Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü
kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bay-
ramlarını keçirirlər.
Məhz Azərbaycan müstəqillik əldə etdikdən
sonra da bu peşə bayramı hər il oktyabr ayının birin-
ci bazar günündə ölkə ictimaiyyəti tərəfindən qeyd
olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və
tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.
Hər kəs özünün ibtidai məktəbdə, birinci
sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu
xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və
qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxu-
mağı öyrədən müəllim tutur.
Müəllimlik dünyada ən çətin, eyni zamanda ən
şərəfli və ən ğözəl peşədir.
Bu gözəl və şərəfli işin dəyərini bilən
əcdadlarımız həmişə müəllimə hörmətlə yanaş-
mışlar.
Müəllimlər şagirdlərin dərin və hər tərəfli bi-
lik almaları, yaşadıqları dövrün problemlərindən
baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını
sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan
daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə
dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək
müəllimlərin üzərinə düşən ağır yükdür.
Müəllim əməyinin nəticəsində cəmiyyət for-
malaşır, savadlı, bilikli, geniş dünyagörüşlü,
nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insan-
lar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda
dövlətimizin müstəqilliyinin möhkəmlənməsində
fəal iştirak edən insanlar məhz müəllim əməyinin
yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun me-
marlarıdır. Hər birimizin layiqli vətəndaş kimi
yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri
olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə
müəllim əməyini yüksək qiymətləndirmiş,
müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz
müəllimlərini minnətdarlıqla xatırlayar, onların
xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər
Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə
həmişə müəllimə hörmət və ehtiramla yanaşmış,
onların maddi vəziyyətinin, rifah halının yax-
şılaşdırılması qayğısına qalmışdır. O, deyirdi:
“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir
zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu
sevməyi, hamının rifahı namınə vicdanla işləməyi
müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.
Dostları ilə paylaş: |