Ə d ə b i y y a t
Esmira, F. Ömər Eldarov:
Məni xalqıma tanıtdıran
Natəvanın heykəli, şöhrət
zirvəsinə çatdıran Heydər
Əliyev abidə-ansamblı
olub [Mətn] : [Heykəltəraş
Ö. Eldarovla müsahibə]
/F.Esmira //Respublika.-
2005.- 12 may.- S.3.
Алиев Гейдар. Скульптеру
Омару Элдарову [Текст]
: /поздравление в связи с
70-летием/ //Бакинский
рабочий.- 1997.- 23
декабря.- С.1.
Эльдаров Омар.
Президент
Азербайджанской
Республики (Гейдар Алиев
1993 г. Указ Президента
Азербайджанской
Республики о награждении
О.Т.Эльдарова орденом
независимости) [Текст]
//Бакинский рабочий.-
1997.- 23 декабря.- С.1.
Скульптор –романтик
Омар Эльдаров: о том,
как создавался, памятник
Натаван [Текст] //
Каспий.-2007.-5 мая.-с.1.
21
Heykəltəraş
270
Bu bölmədə Siz 2012-ci ildə
•
qeyd olunacaq, lakin “ayı,
günü” bilinməyən yubileylər
haqqında məlumat əldə
edəcəksiniz
ƏLA
VƏLƏR
Mirzə Fətəli Axundzadə komediyalarının türk səhnəsində görsənməsi əgər bir böyük
tarixdirsə, buna iki şey bais olubdur: biri budur ki, Mirzənin komediyaları ümumiyyətlə
xeyli dəyərli əsərlərdir; elə bir əsərlərdir ki, onlarla nəinki bizim yox mənziləsində
olan səhnəmiz fəxr edə bilərdi, bəlkə bir belə pyeslər sair mütəmməddin millətlərin
səhnələrini zinətləndirməyə qabil ola bilərdilər. Biri də budur ki, Mirzə Fətəlinin ko-
mediyalarında Şərq qadını ilk dəfə səhnəyə çıxıbdır, orada danışıbdır, gülübdür, ağla-
yıbdır və o orada birinci dəfə kişilər içində izhari-vücud eləyibdir.
C.Məmmədquluzadə
200 il
1812-1878
M.F.Axundzadə
271
Milli ədəbiyyat
Azərbaycan şairi Qətran Təbrizi Əbu Mənsurun (1012-1088) аnаdаn
оlmаsının 1000 illiyi
Azərbaycan şairi Vaqif Molla Pənahın (1717-1797) аnаdаn оlmаsının 295
illiyi
XIX əsr görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin (1792-1852) аnаdаn
оlmаsının 220 illiyi
Azərbaycan şairəsi Qonçabəyimin (təq.1827-?-) аnаdаn оlmаsının 185 illiyi
Azərbaycan şairi Nəbati Seyid Əbdülqasım Möhtərəm oğlunun (1812-1873)
аnаdаn оlmаsının 200 illiyi
Azərbaycanın Əməkdar incəsənət xadimi Babayev Əbdülhüseyn Mikayıl
oğlunun (1877-1961) аnаdаn оlmаsının 135 illiyi
Azərbaycan yazıçısı Sadıqzadə Hüseyn Mirkazım oğlunun (Seyid Hüseyn)
(1887-01.08.1938) аnаdаn оlmаsının 125 illiyi
Tərcüməçi, publisist İbrahimov Xəlil İbrahim oğlunun (1892-1938) аnаdаn
оlmаsının 120 illiyi
Şair, ədəbiyyatşünas Əlizadə Hümmət Əli oğlunun (1907-1941) аnаdаn
оlmаsının 105 illiyi
Dramaturq Hümmətov İsgəndər Məhəmməd oğlunun (İsgəndər Coşqun)
(1927-10.12.1996) аnаdаn оlmаsının 85 illiyi
Xarici ədəbiyyat
İraq şair və tədqiqatçısı, ədəbiyyatşünas Bəndəroğlu Əbdüllətifin (1937-
07.02.2008) аnаdаn оlmаsının 75 illiyi
Tarixdə bu gün
Bizans memarlığının görkəmli abidəsi, Ayasofiya – Müqəddəs Sofiya
Məbədinin (532-537) yaranmasının 1480 illiyi
Araz çayı üzərində Xudafərin körpüsü salınmışdır (1027)
Ağa Məhəmməd şah Qacarın Şimali Azərbaycana yürüşləri başlanmışdı
(1742-1797)
Ağa Məhəmməd şah Qacarın Şuşaya ikinci hücumu və qalanın təslim
olması (1797)
Bakıda konka nəqliyyatı işə düşmüşdür (1887)
Bakıda ilk rus-Azərbaycan məktəbinin əsası qoyulmuşdur (1887)
Qarabağ xanlığı ləğv edilmişdir (1822)
Mirzə Camal Cavanşir “Qarabağ tarixi” əsərini yazmışdır (1847)
İlk dəfə alman coğrafiyaşünası Ferdinand fon Rixthofen tərəfindən Böyük
2012
Əlavələr
272
ipək yolu termini işlədilmişdir (1877)
M.Ə. Rəsulzadə tərəfindən “Müsəlman gənclik təşkilatı” yaradılmasının
(1902) 110 illiyi
“Leyli və Məcnun” operasının (1907) yazılmasının 105 illiyi
“Səadət” xeyriyyə cəmiyyətinin açılmasının (1907) 105 illiyi
Tanınmış xeyriyyəçi Hacı Əjdərbəy Aşurbəyov tərəfindən Bakı şəhərində
Hacı Əjdərbəy məscidi (Göy məscid) tikilib istifadəyə verilmişdir (1912)
Azərbaycan Dövlət Sirkinin açılmasının (1912) 100 illiyi
Bakı-Tiflis arasında birbaşa teleqraf xətti çəkilmişdir (1912)
Azərbaycan Prokurorluğunun yaranmasının (1922) 90 illiyi
Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının yaranması
və Azərbaycan SSR-in ona daxil olması (22.12.1922)
Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində olmaqla
Muxtar Respublika elan edilmişdir (1922)
Azərbaycan Rəssamlar İttifaqının yaranmasının (1932) 80 illiyi
BDU-nun Kitаbхаnаçılıq fаkültəsinin yаrаdılmаsının (1947) 65 illiyi
Badamlı Mineral Sular Zavodu fəaliyyətə başlayıb (1947)
İçərişəhərin qala divarlarının bərpa edilməsi (1952-1957)
Televiziya və Radio verilişlərinin həftəlik proqramı çap olunmağa
başlamışdır (aprel 1957)
Bakı-Krasnovodsk Bərə Yolunun açılmasının (1962) 50 illiyi
Nəriman Nərimanovun Xatirə Muzeyinin yaradılmasının (1977) 45 illiyi
Xankənddə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi məqsədi güdən bədnam erməni seperatçıları baş
qaldırmışdır (11.1987)
Azərbaycan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə
qoşulmuşdur (1992)
Siyasət. Hərbi iş
Sacilər dövlətinin başçısı Yusif İbn Əbu Sac Divdadın (912-927) аnаdаn
оlmаsının 1100 illiyi
Azərbaycan sərkərdəsi, dövlət xadimi, səyyah Oruc bəy Bayatın (1567-
1605) аnаdаn оlmаsının 445 illiyi
Qacarlar sülaləsinin banisi, İran şahı Ağa Məhəmməd şah Qacarın (1742-
1797) anadan olmasının 270 illiyi
Azərbaycanın Xalq qəhrəmanı Məmmədov Məmməd Əli oğlunun (1887-
18.09.1919) (Qatır Məmmədin) аnаdаn оlmаsının 125 illiyi
Böyük Vətən müharibəsi Qəhrəmanı, həkim Rüstəmbəyova Aliyə Fətulla
qızının (1907-1942) аnаdаn оlmаsının 105 illiyi
Dövlət xadimi və alim Aydınbəyov Salam Müqtədir oğlunun (1912-1967)
аnаdаn оlmаsının 100 illiyi
Dövlət xadimi, jurnalist Seyidzadə Bağır Qasım oğlunun (1912-1968)
аnаdаn оlmаsının 100 illiyi
Sоvеt İttifаqı Qəhrəmаnı Məmmədоv Qаfur Nəsir oğlunun (1922-
19.10.1942) аnаdаn оlmаsının 90 illiyi
273
Dövlət xadimi Namazəliyev Qurban Hüseyn oğlunun (1947-20.11.1991)
аnаdаn оlmаsının 65 illiyi
Tarix.Din
Ərəb tarixçisi Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Vaqidinin (747-823)
аnаdаn оlmаsının 1265 illiyi
Coğrafiya. Geologiya
Azərbaycanın Əməkdar elm xadimi, geodezisti Əliyev Məmmədqasım
Hüseyn oğlunun (1882-20.07.1967) аnаdаn оlmаsının 130 illiyi
Geologiya-minerologiya elmləri doktoru, professor Ağayev Vahid Bəhram
oğlunun (1937) аnаdаn оlmаsının 75 illiyi
Geologiya-minerologiya elmləri doktoru, professor Babayev Nəriman
İbadulla oğlunun (1937) аnаdаn оlmаsının 75 illiyi
Musiqi. Opera. Balet
Azərbaycan xanəndəsi Fərzəliyev Məşədi Məmmədin (1872-1962) аnаdаn
оlmаsının 140 illiyi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tarzən Mənsurov Mənsur (Mirzə
Mənsur) Məşədi Məlik oğlunun (1887-30.06.1967) аnаdаn оlmаsının 125
illiyi
Əməkdar incəsənət xadimi, tarzən Məşədibəyov Ağası Abutalıb oğlunun
(1912-1984) аnаdаn оlmаsının 100 illiyi
Teatr. Kino.Estrada.Sirk
Azərbaycanın Əməkdar artisti, aktyor Kazımovski Mirmahmud Mirələkbər
oğlunun (1882-01.12.1940) аnаdаn оlmаsının 130 illiyi
Teatr tənqidçisi, teatrşünas Hacınski Cəmo Süleyman oğlunun (Cəmo bəy
Hacınski) (1887-1942) аnаdаn оlmаsının 125 illiyi
Azərbaycanın Əməkdar artisti, aktrisa Məmmədova Əzizə Əbdülbaği
qızının (1892-14.08.1961) аnаdаn оlmаsının 120 illiyi
Azərbaycanın Əməkdar artisti, aktrisa Lizina Nataliya Davıdovnanın
(İsmayılova) (1892-1957) аnаdаn оlmаsının 120 illiyi
Azərbaycanın Əməkdar artisti, aktyor Məmmədov Əhməd Musa oğlunun
(1897-1953) аnаdаn оlmаsının 115 illiyi
Azərbaycanın Əməkdar artisti, SSRİ Dövlət Mükafatı laureatı, aktrisa
Kələntərli Münəvvər Səməd qızının (1912-05.02.1963) аnаdаn оlmаsının
100 illiyi
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Əbubəkroğlu
Naxçıvaninin (XII əsrin 20-ci illəri – XII əsrin sonu) аnаdаn оlmаsının 800
illiyi
Azərbaycan rəssamı Nəzərli Nəcəfqulu Cavad oğlunun (Nəcəf Rasim)
274
(1882-1929) аnаdаn оlmаsının 130 illiyi
Azərbaycan heykəltəraşı Quliyev İbrahim Hilal oğlunun (1902-1041)
аnаdаn оlmаsının 110 illiyi
Folklor
Aşıq-şair Talıb Ələsgər oğlunun (Aşıq Talıb) (1877-21.05.1979) аnаdаn
оlmаsının 135 illiyi
Mədəniyyət. Elm. Maarif
Azərbaycanın ilk maarifpərvər qadınlarından biri Əfəndizadə Şəfiqə
Məhəmmədəmin qızının (1882-29.07.1959) аnаdаn оlmаsının 130 illiyi
Azərbaycan milyonçusu Ağa Musa Nağıyevin (Musa Nağıyev) (1842-1919)
anadan olmasının 170 illiyi
Neft
Neftçi, SSRİ-nin Əməkdar mühəndisi, Dövlət Mükafatı laureatı Əliyev
Məmmədəli Dostəli oğlunun (1912-1965) аnаdаn оlmаsının 100 illiyi
Kitabxana işi. Kitabxanaşünaslıq
Cəlilabad rayon Mərkəzi kitabxanasının yaranmasının (1922) 90 illiyi
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının
yaranmasının (1922) 90 illiyi
Nəsimi rayon X.R.Ulutürk adına kütləvi kitabxananın yaranmasının (1927)
85 illiyi
O.Sarıvəlli adına Əmircan qəsəbə kütləvi kitabxanasının (1932) 80 illiyi
Gədəbəy rayon Mərkəzi Kitabxanasının yaranmasının (1932) 80 illiyi
Quba rayon Mərkəzi kitabxanasının yaranmasının (1932) 80 illiyi
Şəmkir rayon Mərkəzi kitabxanasının yaranmasının (1932) 80 illiyi
Bilgəh qəsəbə kütləvi kitabxanasının yaranmasının (1937) 75 illiyi
Culfa rayon Mərkəzi kitabxanasının yaranmasının (1937) 75 illiyi
Şüvəlan qəsəbə kütləvi kitabxanasının yaradılmasının (1947) 65 illiyi
İmişli rayon Mərkəzi kitabxanasının yaranmasının (1947) 65 illiyi
İsmayıllı rayon Mərkəzi kitabxanasının yaranmasının (1947) 65 illiyi
Abşeron rayon Mərkəzi kitabxanasının (1952) 60 illiyi
Yasamal rayonu Q.Musabəyov adına kütləvi kitabxananın (1957) 55 illiyi
Xanlar rayon Mərkəzi Kitabxanasının yaranmasının (1962) 50 illiyi
Bərdə rayon Mərkəzi kitabxanasının yaranmasının (1967) 45 illiyi
Sahil qəsəbə kütləvi kitabxanasının yaranmasının (1977) 35 illiyi
Şuşa rayon MKS-nin yaranmasının (1977) 35 illiyi
Şərur rayon MKS-nin yaranmasının (1977) 35 illiyi
Daşkəsən rayon MKS-nin (1982) 30 illiyi
Ələt qəsəbə uşaq kitabxanasının yaranmasının (1987) 25 illiyi
Samux rayon MKS-nin yaranmasının (1992) 20 illiyi
Siyəzən rayon MKS-nin yaranmasının (1992) 20 illiyi
275
Milli ədəbiyyat
1000
illiyi
QƏTRAN TƏBRİZİ
1012-1088
2012
Qətran Təbrizi 1012-ci ildə Təbriz ya-
xınlığındakı Şadi-abad kəndində anadan
olmuşdur. Şairin tam adı Əbu Mənsur
Qətran Cili Azərbaycanidir. İlk təhsilini
Şadi-abadda almış, sonra Təbrizdə oxu-
muşdur.
Qətran Təbrizinin zamanında Şədda
dilər dövlətinin paytaxtı olan Gəncə çox
inkişaf etmiş bir şəhər idi və Şərqin bir
çox ölkələrindən alimlər, şairlər, memar-
lar, sənətkarlar Gəncəyə axışırdı. Qətran
da təhsilini başa vurduqdan sonra buraya
gəlir. O, tezliklə Gəncədə Şəddadilərin sa-
rayına dəvət olunur və az bir vaxtda böyük
nüfuz qazanır. Həmin dövrdə ölkənin ba-
şında Əbdülhəsən Ləşkəri dururdu və təbii
ki, Qətran da bir çox şerlərini ona və onunla
əlaqədar baş vermiş hadisələrə həsr edir. Bu
şerlərdən çıxış edərək, Qətranın Gəncədə
yaşadığı dövrü müəyyənləşdirmək müm-
kündür. Misal üçün, bir şerində Qətran
Rəvvadilər dövlətinin başçısı Əbu Man-
sur Vəhsudanın Əbdülhəsən Ləşkərinin
qonağı kimi Gəncəyə gəlişindən danışır.
Qətran yaradıcılığını araşdıran alimlərin
fikrincə, bu görüş 1035-1040-cı illər ara-
sında baş verə bilərdi. 1042-ci ildə isə
şair artıq Təbrizdə şəhərin yarısını yerlə
yeksan etmiş dəhşətli zəlzələnin şahidi
olmuşdu. Deməli, Qətran Təbrizə bu təbii
fəlakətdən əvvəl qayıtmışdı. Lakin bir çox
tədqiqatçılar Qətranın Gəncəyə zəlzələdən
sonra gəldiyini göstərirlər. Görünür, şai-
rin yenidən Gəncəyə dönüşünü də istisna
etmək olmaz. 1046-cı ildə Qətran Təbrizdə
böyük İran şairi və filosofu Nasir Xosrov-
la görüşür. Nasir Xosrov özünün məşhur
“Səfərnamə” əsərində Qətran adlı gözəl
bir şairlə görüşdüyünü qeyd edir.
Qətran bir müddət Naxçıvanda, yerli
hakimlərin saraylarında yaşadıqdan son-
ra vətəni Təbrizə dönür. Qətran Təbrizi
hələ sağlığında ikən istedadlı şair, müd-
rik filosof və alim kimi bir çox ölkələrdə
şöhrət qazanır. Özünün yazdığına görə,
onu Xorasanda və İraqda yaxşı tanıyır və
sevirdilər.
Qətran “Tövsnamə”, “Quşnamə”, “Va-
miq və Əzra” adlı əsərlərin, habelə əsasən
qəsidələrdən ibarət iri həcmli divanın
müəllifidir.
XII əsrdə yaşamış Orta Asiya şairi
Rəşid Vətvat yazır ki, o ömrü boyu bircə
həqiqi şair tanımışdır - həkim (müdrik)
Qətran Təbrizini.
Qətran poeziya ilə gənc yaşlarından
məşğul olmağa başlamış və bu sahədə
böyük yaradıcılıq uğurları qazanmış-
dı. Şeir yaradıcılığında əsas yeri döv-
rün müxtəlif hökmdarlarını tərif edən
qəsidələr tutur. Bu əsərlər müasir oxucu
və tədqiqatçılar üçün qəsidələrdə mədh
olunan qəhrəmanların saraylarında baş
verən tarixi hadisələri öyrənmək və an-
lamaq baxımından çox qiymətlidir. Mi-
sal üçün, Qətran Təbrizinin şeirlərində
oğuzların Azərbaycana bir neçə yürüşü
öz əksini tapmışdır ki, həmin məlumatlar
indi bizim üçün böyük əhəmiyyət daşıyır.
Orta əsr mənbələrinə əsaslanan
Azərbaycan tədqiqatçıları qeyd edirlər
ki, Qətran Təbrizi fars leksikoqrafiyası
tarixində fars dilinin ilk izahlı lüğətinin
yaradıcısı olmuşdur. Qətran 1088-ci
ildə Təbrizdə dünyasını dəyişmiş və
Surxab məhəlləsindəki məşhur Şairlər
məqbərəsində dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Divan [Mətn] /Qətran
Təbrizi .- Bakı: EA-nın
nəşri, 1967.- 440 s.
Süleymanlı, Ş. Azərbaycan
ədəbiyyatı [Mətn]: ən qədim
dövrlərdən 1920-ci ilədək
S.Süleymanlı.- Bakı, 2008.-
414 s.
Şair
276
Şair
Milli ədəbiyyat
295
illiyi
MOLLA PƏNAH VAQİF
1717-1797
2012
Molla Pənah Vaqif 1717-ci ildə Qazax
mahalının Qıraq Salahlı kəndində anadan
olmuşdur. O, klassik Azərbaycan realist
poeziyasının ən qüdrətli nümayəndəsidir.
Şairin əsl adı Pənah, təxəllüsü Vaqifdir.
Uzun müddət müəllimlik etdiyinə və sa-
vadlı olduğuna görə “Molla” ləqəbini qa-
zanmışdır.
O, fars və ərəb dillərində yaxşı danış-
mış, astronomiya, riyaziyyat, musiqi və
poetika üzrə geniş biliyə malik olmuşdur.
O, Qazaxda tanınmış alim və pedaqoq
Şəfi əfəndinin yanında oxumuşdu. Bəzi
salnaməçilər belə hesab edirlər ki, sonrakı
təhsilini Gəncədə və yaxud Təbrizdə alıb.
Orası da məlumdur ki, Vaqif təhsilini başa
vurduqdan sonra əvvəlcə Qazaxda, sonra
isə Qarabağda məscid nəzdində fəaliyyət
göstərən mədrəsədə dərs demiş və elə bu-
rada da Molla Pənah adını almışdır. Bu
zaman onun alimliyi haqqında xəbərlər
Molla Pənahın vətəninin hüdudlarından
çox-çox uzaqlara yayılır. Hətta xalq ara-
sında belə bir məsəl də yaranır: “Hər oxu-
yan Molla Pənah olmaz”.
O, 1759-cu ildə Qazaxın Gürcüstanla
sərhəd kəndlərində qarışıqlıq olduğu üçün
ailəsi ilə birlikdə əvvəlcə Tərtərbasara,
sonra isə Pənahabada (Şuşa) köçmüşdür.
Müəllimliklə məşğul olan Vaqif ağlı, sa-
vadı və hazırcavablığı ilə Qarabağ xanı
İbrahim xanın diqqətini cəlb etmiş və
saraya dəvət olunmuşdur. O, sarayda
əvvəlcə eşikağası, yəni daxili işlər na-
ziri daha sonra baş vəzir kimi fəaliyyət
göstərib. Özünün yüksək savadı və elmi
biliyi ilə o, burada da hamının rəğbətini
qazanmışdır. Birinci vəzir olduqdan sonra
xanlığın xarici siyasətinə rəhbərlik etmiş-
dir. Ağa Məhəmməd şah Qacarın 1795-ci
ildə Şuşa üzərinə hücumu zamanı Vaqif
qalanın müdafiəsində böyük fəaliyyət
göstərmişdir. Buna görə də 1797-ci ildə
Qacarın Qarabağa ikinci yürüşü zamanı
Şuşanı tutmuş və Vaqifi zindana saldır-
mışdır. Lakin Qacar öldürülür və Vaqif
həbsdən azad edilir. Bu zaman hakimiyyət
İbrahim xanın qardaşı oğlu Məhəmməd
bəy Cavanşirin əlinə keçir. Lakin az sonra
Məhəmməd bəyin əmri ilə Vaqif və oğlu
Əli ağa Şuşada öldürülür.
1856-cı ildə Teymurxanşurada Vaqifin
ilk kitabı çap olunmuşdu. Daha sonralar
Mirzə Fətəli Axundov çox zəngin bir ma-
terial toplayaraq, məşhur şərqşünas Adolf
Berjeyə vermişdir. Berje isə bunları 1867-
ci ildə Leypsiq şəhərində nəşr etdirmişdir..
Eyni zamanda Vaqifin irsi ilə Azərbaycan
poeziyası nümunələrindən iri bir anto-
logiya tərtib etmiş Zaqafqaziya müftisi
Hüseyn Əfəndi Qayıbov olmuşdur. İnqi-
labdan sonrakı dövrdə Vaqifin əsərlərinin
toplanması və nəşri sahəsində Salman
Mümtazın böyük xidmətləri olmuşdur.
Vaqif şərq poeziyasının bütün klassik
formalarından istifadə etmişdir. O, qəzəl,
təcnis, müxəmməs, müstəzad, müəşşərə,
müşairə, məsnəvi və mərsiyələr yazmış-
dır. Ancaq onun yaradıcılığının böyük
bir qismi, aşıq poeziyasından götürülmüş
qoşma növündə yazılmış şeirlər təşkil et-
mişdir. Həmin şeirlərin dili xalqın canlı
danışığına çox yaxındır. Vaqif ərəb və fars
mənşəli sözlərdən bacardıqca az istifadə
etmişdir. Vaqifin şeirlərinin çoxu qoşma
janrındadır. Qoşmaların əsas mövzusu saf
və real məhəbbəti tərənnüm etməkdədir.
Ə d ə b i y y a t
Əsərləri [Mətn] / Molla
Pənah Vaqif; tərt. ed. və ön
sözün müəl. H.Araslı .- Bakı
: Şərq-Qərb, 2004. - 264 s.
Durnalar [Mətn] : Bayram
oldu; Sevgilim, Ləblərin
yaquta bənzər; Kür qıra-
ğının əcəb seyrangahı var
//Azərbaycan.- 2006.- №
2.- S.3-4.
Cəmil, A. Vaqifdən başlanan
yol [Mətn] / Adil Cəmil;
elmi red. K.Hüseynoğlu .-
Bakı : Vektor , 2006.- 84 s.
Kazımlı, K. Həmişə təravətli
poeziya [Mətn] / Kazım Ka-
zımlı // Yeni Mədəni-maarif
.- № 6.- 2008.- S.76.
Şairlər vətəni bizim
tərəflər... [Mətn]: poezi-
ya antologiyası /tərt.: S.
Əhmədli, B. Vüsal; red.: F.
Ləman, R. Kamal .- Bakı :
MBM , 2010.- 746 s.
277
Milli ədəbiyyat
220
illiyi
MİRZƏ ŞƏFİ VAZEH
1792-1852
2012
Mirzə Şəfi Kərbəlayı Sadıq oğlu Vazeh
1792-ci ildə Gəncədə, bənna ailəsində ana-
dan olmuşdur. Mirzə Şəfi o vaxt Gəncədə
yaşayan qabaqcıl fikirli Hacı Abdullanın
himayəsində Gəncə mədrəsəsində təhsilini
davam etdirmişdir.
Gəncə mədrəsə müdərrisləri gənc
Şəfinin fikirlərində dini etiqada dair
dəyişikliyi görüb ona dərs verməkdən
imtina etmişlər. Mirzə Şəfi Gəncə
mədrəsəsindən yarımçıq çıxdığı zaman
ərəb və fars dillərini yaxşı bilmişdir. O,
şəxsi mütaliə yolu ilə Şərqin məşhur
alim, mütəfəkkir və şairlərinin əsərlərini
öyrənmişdir.
1826-cı ildə Rus-İran müharibəsi za-
manı gənc Mirzə Şəfi Vazeh İrana qaç-
mışdır.
Bir müddət sonra, yəni XIX əsrin 30-
cu illərində Gəncədə Şah Abbas məscidi
yanındakı mədrəsədə uşaqlara nəstəliq
xətti ilə yazıb oxumağı öyrədən Mirzə
Şəfi artıq xalq arasında bir şair kimi də
tanınmışdır.
1840-cı ildə Mirzə Şəfi Gəncəni tərk
edib, Tiflisə köçmüş və həmin ilin noyab-
rında keçmiş tələbəsi M.F.Axundovun
köməyi ilə Tiflis qəza məktəbinə
Azərbaycan və fars dilləri müəllimi
vəzifəsinə təyin olunmuşdur.
1844-cü ildə Mirzə Şəfi tərəfindən
Tiflisdə “Divani-Hikmət” adlı məclis təşkil
olunmuşdu. Burada iştirak edənlərin çoxu
Mirzə Şəfinin yaxın dostları və şagirdləri
idi. Məclisdə yaxşı şeir yazmaq yarışı və
ədəbi fəlsəfi mübahisələr də gedirdi.
1852-ci ildə o, Tiflis gimnaziyası-
nın Şərq dilləri müəllimi İ.Qriqoryevlə
birlikdə Azərbaycan dilində ilk dərs
vəsaitini tərtib etmişdir. “Kitabi-türki”
adlanan həmin vəsaitdən gimnaziya və
qəza məktəblərində Azərbaycan dili-
ni öyrənmək üçün uzun müddət istifadə
olunmuşdur.
Əsərlərində gözəlliyi tərənnüm edən
şair onları ayrı-ayrı məcmuələrdə çap
etdirmişdir. Sonra isə əlyazmalarını
bir yerə toplayaraq alman dostu Frid-
rix Bodenştedtə hədiyyə vermişdir.
F.Bodenştedt həmin şeirləri almanca-
ya çevirərək 1850-ci ildə başqa Şərq
şairlərinin əsərləri ilə birlikdə “Şərqdə
min bir gün” adlı topluda çap etdirmişdir.
1851-ci ildə “Mirzə Şəfinin sərgiləri” adlı
kitabında nəşr etdirmişdir.
Mirzə Şəfi Vazehin şeirlərinin Avropa-
da şöhrət qazandığını görən F.Bodenştedt
1875-ci ildə özünü onların müəllifi elan
etmişdir. O, bildirirdi ki, “Mirzə Şəfi”
onun təxəllüsüdür, əslində isə bu adda in-
san yoxdur.
Vazehin əsərlərini öz adına çıxarmış
F.Bodenştedtin cinayətinin üstü uzun
illər açılmamışdır. Alman şərqşünasları
ilə yaradılan əməkdaşlıq F.Bodenştedt
məsələlərinə son qoymağa imkan vermiş-
dir.
Mirzə Şəfi Vazeh 1852-ci ildə Tiflisdə
vəfat etmiş və orada dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Nəğmələr [Mətn] /Mirzə Şəfi
Vazeh.- Bakı: Yazıçı, 1987.-
61 s.
Bodenştedt, F. Mirzə Şəfi
haqqında xatirələr [Mətn]:
[Şərqdə min bir gün kitabın-
dan] /F.Bodenştendt; alman
dilindən tərc. edəni və ön
söz A.Bayramov.- Bakı:
Yazıçı, 1987.- 117 s.
Əhmədov, S. Mirzə Şəfi
Vazeh [Mətn] //Əhmədov,
S. Azərbaycan tarixindən
yüz şəxsiyyət.- Bakı, 2006.-
268 s.
Əsgərli, Z. Mirzə Şəfi Vazeh
[Mətn] / Z.Ş.Əsgərli.- Bakı:
Nurlan, 2010.- 91 s.
Mümtaz, S. Mirzə Şəfi Vazeh
[Mətn] / Salman Mümtaz.-
Bakı, 2010.- 101 s.
Yadigar, F. Mirzə Şəfi Vazeh
və Bodenştedt: yozmalar və
faktlar [Mətn] / F.Yadigar.-
Bakı: Təhsil, 2010.- 155 s.
Şair
|