8
Gürcü yazıçısı
238
Xarici ədəbiyyat
125
illiyi
MARŞAK SAMUİL
YAKOVLEVİÇ
1887- 1964
NOY
ABR
Marşak Samuil Yakovleviç 1887-
ci il noyabr ayının 22-də Voronej
şəhərində anadan olmuşdur. Uşaq
yaşlarından şeir yazmağa başlamışdır.
1902-ci ildə V.V.Stasov onu M.Qorki
ilə tanış etmişdir. 1904-1906-cı
illərdə Marşak Yaltada M.Qorkinin
mənzilində yaşamışdır. Əsərləri 1907-
ci ildən çap olunmuşdur.
1912-1914-cü illərdə London Uni-
versitetinin İncəsənət fakültəsində
mühazirələr dinləmişdir. Marşak so-
vet uşaq ədəbiyyatının yaradıcıların-
dandır. Balacalar üçün yazdığı şeir,
poema, nağıl, tapmaca, povest və
pyeslərində mühüm ictimai məzmunlu
mətləblərdən uşaq dilinə və psixolo-
giyasına uyğun canlı, şən, maraqlı və
anlaşıqlı bir tərzdə bəhs edilir.
Böyük Vətən müharibəsi dövründə
və sonrakı illərdə antifaşist plakat və
karikaturalar, satirik mətnlər yazmış-
dır.
Marşak S. lirik şair kimi də tanın-
mışdır. Onun 1962-ci ildə “Seçilmiş
lirika” və lirik epiqramlar toplusu dərc
olunmuşdur. 1960-cı ildə “Həyatın as-
tanasında” adlı avtobioqrafik povesti,
1962-ci ildə isə “sözlə tərbiyə” adlı
məqalə və qeydlər toplusu nəşr edil-
mişdir.
V.Şekspirin sonetlərini, R. Berns,
U. Bleyk, U.Vorsvort, R. Kiplinq və b.
mahnı və balladalarını, eləcə də sovet
xalqları şairlərinin əsərlərini tərcümə
etmişdir.
Əsərləri SSRİ xalqları dillərinə, o
cümlədən Azərbaycan dilinə bir çox
xarici dilə tərcümə olunmuşdur.
Rus sovet şairi Marşak tərcüməçi,
Lenin mükafatı lauratı (1963), SSRİ
Dövlət mükafatı laureatı (1942, 1946,
1949, 1951) adlarına layiq görülmüş-
dür. İki dəfə Lenin ordeni, və başqa
orden və medallarla təltif edilmişdir.
Marşak Samuel Yakovleviç 1964-
cü il iyul ayının 4-də Moskvada vəfat
etmişdir.
Ə d ə b i y y a t
Həzin nağıllar [Mətn] /
Samuil Marşak.- Bakı,
1987.- 52 s.
Собрание сочинений
[Mətn] / Самуил Яковлевич
Маршак.- Москва, 1990.-
525 с.
Жизнь и творчество
Самуила Яковлевича
[Mətn] .- Москва, 1975.-
495 с.
22
Rus şairi
239
45
illiyi
Tarixdə bu gün
BАKI MЕTRОPОLİTЕNİ
1967
NOY
ABR
XX əsr 30-cu illərin əvvəllərində Bakı
təkcə Qafqazın deyil, həm də bütün keçmiş
SSRİ-nin əhalisi çox olan sənaye, mədəni
və elmi mərkəzlərindən birinə çevrilmiş-
di. Buna görə də Moskva və Leninqrad
şəhərlərində metropoliten tikintisindən
sonra, 1932-ci ildə Bakı şəhərinin inki-
şafının Baş Planının ilkin variantların-
da metropolitenin tikintisi qərara alın-
dı. Bununla da yerüstü nəqliyyatın işini
yüngülləşdirmək və şəhərin dar-darısqal
küçələrini nəqliyyatdan təmizləmək müm-
kün olacaqdı.
1949-cu ildə metropolitenin tikinti ba-
zasının yaradılması başlanır, 1954-ci ildə
isə birinci xəttin texniki layihəsi təsdiq
olunur və metropolitenin 12,1 km-lik
xəttinin inşası başlanır. Baş yolun xətləri
dəniz sahilindən 500-700 m aralı keçərək
buxtaya paralel surətdə uzanıb gedirdi.
1966-cı ildə tərkibində hərəkət,
hərəkət qatarları, yol və tunel qurğuları,
sanitariya texnikası və elektromexanika,
işarəvermə və rabitə, material-texniki
təminat xidmətləri kimi 6 xidməti olan
Bakı Metropoliteni İdarəsi yaradılır.
1967-ci il noyabrın 6-da Bakı şəhərində
metropolitenin 5 stansiyası - Bakı Soveti,
26 Bakı Komissarı, 28 Aprel, Gənclik və
Nəriman Nərimanov stansiyaları və 9,2
km-lik yeraltı xətləri olan Ι növbəsi is-
tismara verilir, həmin stansiyalardan 4-ü
böyük dərinlikdə idi ki, bunlardan da bi-
risi Qara şəhər adlanan ərazidə yerləşən
“Xətai” stansiyası idi.
28 May stansiyasına keçid kimi tikil-
miş Cəfər Cabbarlı stansiyası 1993-cü
ildə istismara verilmişdir.
2002-ci ildə istismara verilən Həzi As-
lanov adına stansiyanın başa çatdırılması
üçün Avropa Birliyi 4.1 milyon avro ayır-
mışdır.
2006-cı ildən etibarən köhnə jeton
ödəmə sisteminin əvəzinə yeni RFİD kart-
lar tətbiq edilməyə başlanmışdır. 2007-ci
ildə tam olaraq bu kartlara keçilmişdir.
2008-ci il oktyabrın 9-da Nəsimi stan-
siyası, 2009-cu ildə isə dekabrın 30-da
Azadlıq prospekti, 29 iyun 2011-ci ildə
Dərnəgül stansiyası istifadəyə verilmiş-
dir.
Gələcəkdə Bakı metropoliteni xət-
lərinin uzunluğu qoşaxətli hesabdan 52
kilometrə, stansiyaların sayı isə 32-yə çat-
dırılması planlaşdırılır.
Ümumiyyətlə 1967-ci ildə istifadəyə
verilmiş Bakı Metropoliteninin hazırda
22 stansiyası və 1 deposu var. Bakı met-
ropoliteninin 20 illik inkişaf proqramı
çərçivəsində daha 40 yeni stansiyanın in-
şası planlaşdırılır.
28 oktyabr 1995-ci ildə “Ulduz” və
“Nərimanov” stansiyaları arasındakı
tuneldə qatarın alışması nəticəsində 300
adam həlak olub, 400 nəfər isə xəsarət alıb.
Bu qəza “Ginnesin Rekordlar Kitabı”na
ən dəhşətli metro qəzası kimi düşüb.
Prezident Heydər Əliyevin göstərişi ilə
ölkədə 3 gün matəm elan edilib. Beləliklə
ilk dəfə 1967-ci ildə “Ginnesin Rekordlar
Kitabı”na Şərqdə ilk metro kimi düşən
Bakı metropoliteni, bu dəfə faciənin
böyüklüyünə görə tarixə düşdü. Birinci
göstərici dəyişməyən rekordlar siyahısı-
na daxildir. Üçüncü rekord da müstəqillik
dövrünə təsadüf edir. Bakı Metrosu bu
dəfə dünyada ən ucuz dəmiryol nəqliyyatı
şəbəkəsi kimi böyük bir “uğura” imza atıb
və təqribən 15 ilə yaxın müddətdə “keçici
bayrağı” heç kimə verməyib.
Ə d ə b i y y a t
Əhmədov, T. Bakı metropo-
liteni ulu öndərimizin diqqət
və qayğısı sayəsində indiki
səviyyəyə çatmışdır [Mətn]
/T.Əhmədov //Respublika . -
2008.- 27 aprel.- S.3.
Əhmədov, T. Heydər Əliyev
və Bakı metropoliteni
[Mətn]: Bakı metropoliteni-
nin 35 illiyinə həsr olunur
/tərt. ed. T.Əhmədov;
red.: Zülfüqar Şahsevənli,
Təranə Dadaşova .- Bakı :
Azərbaycan , 2003.
İ n t e r n e t d ə
www.metro.gov.az
az.wikipedia.org
www.dejure.az
6
240
Milli Qəhrəmanlar
50
illiyi
OQTAY GÜLƏLİYEV
1962-1992
NOY
ABR
Oqtay Güləli oğlu Güləliyev 1962-
ci il noyabr ayının 10-da Laçın rayo-
nunun Xaçınyalı kəndində anadan
olmuşdur. 1982-ci ildə orta məktəbi
bitirmiş və hərbi xidmətə çağırılmış-
dır.
O, 1984-cü ildə Poltava Koope-
rativ İnstitutunun Bakı filialına daxil
olmuşdur. 1989-cu ildə institutun İq-
tisadiyyat fakültəsini fərqlənmə dip-
lomu ilə bitirərək, Laçın rayon Daxili
İşlər şöbəsində pasport bölməsində
baş inspektor, sonra isə polis rotasının
komandiri təyin olunmuşdur. Məlum
“Daşaltı əməliyyatı” zamanı onun
rotası mühasirəyə düşmüşdür. O, 80
nəfər əsgərimizi təhlükəsiz zonaya
çıxarmağa nail olmuşdur. Pircahan
kəndi yaxınlığında yaralanan Oqtay
qospitalda müalicə olunduqdan sonra
yenidən cəbhəyə qayıtmışdır.
1992-ci il sentyabrın 19-da Oqtay
Güləliyev Laçın dəhlizini götürmək
üçün əməliyyat planını hazırlayır.
Əvvəlcə Hocaz kəndini, sonra isə
Nərgiz yüksəkliyini ələ keçirmək
planı hazırlayaraq, rotası ilə birlikdə
düşmənin canlı və hərbi texniki
qüvvəsini məhv etmişdir. Sus və Qı-
zılca kəndlərindən keçib yenidən
Hocaz kəndinə dönərkən mühasirəyə
düşmüşdür. Oqtay Güləliyev yoldaş-
larını çətin vəziyyətdən xilas edərək,
onları təhlükəsiz yerə keçirsə də, özü
qəhrəmancasına həlak olmuşdur. Bakı
şəhərindəki Şəhidlər Xiyabanında dəfn
edilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 11 may 1993-cü il tarixli 599 say-
lı Fərmanı ilə Güləliyev Oqtay Güləli
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Laçın şəhərində və Piçənis kəndində
adına məktəb var.
Ə d ə b i y y a t
Əsgərov, V. Güləliyev
Oqtay Güləli oğlu [Mətn] //
Əsgərov, V. Azərbaycanın
Milli Qəhrəmanları.-Bakı,
2005.- S.76-77.
Həsənoğlu , V. Laçının Laçın
oğlu [Mətn] /V.Həsənoğlu
//Xalq qəzeti.- 1994.- 12
aprel.- S.2.
Kürdoğlu, H. Sən ki, millətin
qəhrəmanısan [Mətn]: (şeir)
//Kürdoğlu, H. Hər şəhid bir
qəhrəmandır.-Bakı,1999.-
S.53.
Seyidzadə , M. Güləliyev
Oqtay Güləli oğlu [Mətn] //
Seyidzadə, Mirbəşir. Milli
Qəhrəmanlar zirvəsi.- Bakı,
2010.- S.79.
10
Milli Qəhrəman
241
Milli Qəhrəmanlar
40
illiyi
MEHMAN SAYADOV
1972- 1992
NOY
ABR
Mehman Qəzənfər oğlu Sayadov
1972-ci il noyabr ayının 21-də Qərbi
Azərbaycanın Vardenis rayonunun
Günəş kəndində anadan olmuşdur.
Yeddinci sinfə qədər doğma kəndində
oxumuş, erməni millətçilərinin 1988-
ci ildə azərbaycanlıları deportasiya
etdikləri zaman ailəsi ilə birlikdə Sa-
mux rayonuna gəlmişdir.
Sovet ordusu sıralarına çağırılan
M.Sayadov 6 ay Sverdlovskidə xidmət
etdikdən sonra vətənə qayıtmışdır.
1992-ci ildə “Azərbaycan bayra-
ğı” könüllü batalyonuna üzv yazıla-
raq cəbhəyə yollanmış, Şuşa şəhərinin
bir sıra kəndlərinin müdafiəsində
qəhrəmanlıq nümayiş etdirmişdir.
1992-ci il mayın 9-da Nəbilər kəndinin
müdafiəsi zamanı qəhrəmancasına
həlak olmuşdur. Cansız bədəni döyüş
meydanında qalmış və onun ətrafında
onlarla düşmən meyiti səpələnmişdi.
Bu, onun əsl qəhrəmanlığından xəbər
verirdi.
Azərbaycan Respublikası Pre-
zidentinin 7 iyun 1992-ci il tarixli
833 saylı Fərmanı ilə Sayadov Meh-
man Qəzənfər oğlu ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri
adına layiq görülmüşdür.
Bütün cəhdlərə baxmayaraq qəh-
rəmanımızın cəsədini döyüş meyda-
nından çıxarmaq mümkün olmamış-
dır.
Ə d ə b i y y a t
Ənsər, B. Günəşlinin qəhrəman oğlu [Mətn]: [həyatı, təhsili və döyüş
şücaəti haqqında] //Ənsər, B. Ağrıdağlı qəhrəmanlar.- Bakı, 2004.-
S.24-26.
Əsgərov, V. Sayadov Mehman Qəzənfər oğlu [Mətn] // Əsgərov, V.
Azərbaycanın Milli Qəhrəmanları.- Bakı, 2005.- S.195.
Seyidzadə, M. Sayadov Mehman Qəzənfər oğlu [Mətn] //Seyidzadə,
Mirbəşir. Milli qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.197.
21
Milli Qəhrəman
242
Mühəndis işi.Texnika
95
illiyi
KƏRİM KƏRİMОV
1917-2003
NOY
ABR
Kərim Abbas оğlu Kərimоv
1917-ci il nоyabr ayının 14-də Bakı
şəhərində anadan оlmuşdur. О, 1942-
ci ildə Azərbaycan Sənayе İnstitutu-
nu bitirdikdən sоnra SSRİ Artillеriya
Akadеmiyasında ali təhsilini davam
еtdirmişdir.
1941-1945-ci illər müharibəsindən
sоnra K.Kərimоv SSRİ Müdafiə
Nazirliyi aparatında 20 il xidmət
еtmiş, оrada böyük mühəndislikdən
Kоsmik Vasitələr idarəsinin rəisi
vəzifəsinə kimi yüksəlmişdir. 1966-cı
ildə isə Kоsmik Uçuşlar üzrə Dövlət
Kоmissiyasının sədri vəzifəsinə təyin
оlunmuşdur.
Bütün ömrünü kоsmik rakеt
tеxnikasının inkişaf еtdirilməsinə həsr
еdən Kərim Kərimоvun fəaliyyəti XX
əsrdə kоsmоsun fəth оlunması tarixi-
nin ayrılmaz hissəsini təşkil еdir.
25 il ərzində Kоsmik Uçuşlar
üzrə Dövlət Kоmissiyasına başçı-
lıq еtmiş K.Kərimоvun adı kеçmiş
SSRİ-də
kоsmоsun
öyrənilməsi
sahəsində bir çоx nadir еlmi-tеxniki
layihələrin həyata kеçirilməsi ilə
sıx bağlı оlmuşdur. K.Kərimоv hələ
1946-cı ildən ballistik rakеtlərin
radiоölçmə sistеmlərinin yaradılması
istiqamətində işlər aparmışdır. Оnun
еlmi tеxniki araşdırmaları nəticəsində
rakеtlərin daxili paramеtrlərinə nəzarət
еdən “Dоn” radiоölçmə sistеmi ya-
radılmış və kоsmik rakеtlərdə tətbiq
оlunmuşdur.
Kеçən əsrin 50-ci illərində kоsmоsa
uçuşların
intеnsivləşdirilməsində,
süni pеyklərin yaradılmasında, Günəş
sistеmi planеtlərinin və Ayın avtоmat
qurğular və insan tərəfindən öyrənilməsi
işinin təşkil еdilməsində bir alim və
mütəxəssis kimi Kərim Kərimоvun
böyük xidmətləri оlmuşdur. Kоsmik
fəzanın tədqiq еdilməsi məqsədilə güc-
lü “Sоyuz” rakеtdaşıyıcılarının yara-
dılması, “Sоlyut” оrbital stansiyasının
qurulması bilavasitə оnun rəhbərliyi
altında həyata kеçirilmişdir. Məhz bu
layihənin davamı kimi kоsmik fəzada
çоx mоdullu “Mir” оrbital stansiyası
yaradılmışdır.
K.Kərimоvun kоsmik rakеt tеx-
nikasının inkişaf еtdirilməsi sahəsində
göstərdiyi misilsiz xidmətləri yüksək
qiymətləndirilmişdir. О, Sоsialist
Əməyi Qəhrəmanı, “Lеnin” və Dövlət
Mükafatları laurеatı adlarına layiq gö-
rülmüş, bir çоx оrdеn və mеdallarla
təltif
оlunmuşdur.
K.Kərimоv
Azərbaycan Rеspublikasının ali
mükafatı “Şöhrət” оrdеni ilə təltif
еdilmişdir.
Görkəmli hərbi xadim, alim
K.Kərimоv 2003-cü il mart ayının 29-
da Mоskva şəhərində vəfat еtmiş və
оrada dəfn оlunmuşdur.
Ə d ə b i y y a t
Еyniyеv, M. Kadr arxasın-
dan еşidilən səs [Mətn]:
[Kоsmik Uçuşlar üzrə
Dövlət Kоmissiyasının sədri
Kərim Kərimоv haqqında]
//Xalq qəzеti.- 2004.- 11
aprel.- S. 5.
Nikоlski, A. Kоsmik səfərlər
xеyir-duaçısı gеnеral Kərim
Kərimоv [Mətn].- Bakı:
Gənclik, 1991.- 47 s.
Дорога в космос [Текст].-
Баку: Азербайджан, 1995.-
352 с.
Нуриев, Ф. Встреча
с прославленным
соотечественником
[Текст]: [с генерал-
майором Керимом
Керимовым,
азербайджанцев,
проживаюших в Москве]
/Ф.Нуриев //Бакинский
рабочий.- 1998.- 9
октября.- С.4.
14
Hərbi xadim
243
Musiqi.Opera.Balet
75
illiyi
EMİN SABİTOĞLU
1937-2000
NOY
ABR
Emin Sabit Rəhman oğlu Mahmu-
dov 1937-ci il noyabr ayının 2-də Bakı
şəhərində doğulmuşdur.
Emin Sabitoğlu Bakı Konservatori-
yasında böyük Qara Qarayevin sinfində
təhsil alıb. Təhsilini bitirdikdən iki il
sonra elə Q.Qarayevin tövsiyəsi ilə o,
Moskva konservatoriyasına professor
Y.Şaporinin sinfinə daxil olub.
Emin Sabitoğlu orta nəsil
Azərbaycan bəstəkarları arasında ən
istedadlılarından biri olub. Yaradıcılı-
ğında əsas yeri mahnı janrı tutub. Onun
Xəyyam Mirzəzadə ilə birgə yazdı-
ğı “Azərbaycanın rəngləri” simfonik
kantatası xüsusi qeyd olunmalıdır. Bu
əsər hələ 1961-ci ildə Dövlət Simfonik
Orkestri tərəfindən ifa olunmuşdur.
Bundan əlavə Emin Sabitoğlunun yaz-
dığı “Dərələr”, “Bakı sabahın xeyir”,
“Gilavar”, “Çay”, “Kəpənək”və s.
mahnılarının da çox böyük populyar-
lıq qazandığını qeyd etmək lazımdır.
Bəstəkar eyni zamanda Azərbaycan
filmləri, dram tamaşaları və musiqili
komediyaların, simfonik əsərlərin və
s. müəllifidir. Emin Sabitoğlu iki ope-
retta yazıb, onlardan “Hicran” ope-
rettası bəstəkarın atası Sabit Rəhman
tərəfindən yazılmışdır. E.Sabitoğlunun
digər operettası “Nəğməli Könül”də
kifayət qədər populiyar idi. Bu operet-
ta Azərbaycanla yanaşı Özbəkistanda
da səhnəyə qoyulmuşdur.
Ümumilikdə E. Sabitoğlu 20-yə
yaxın bədii və sənədli filmlərə musiqi
yazıb. On iki pyes, o cümlədən Anarın
“Şəhərin yay günləri”nə yazılan musi-
qinin müəllifi də E. Sabitoğludur.
Emin Sabitoğlu müxtəlif dövrlərdə
“Azərbaycanfilm” kinostudiyasında
baş musiqi redaktoru vəzifəsində ça-
lışıb. Bundan başqa Filarmoniyanın
bədii rəhbəri olub. Bakı konservatori-
yasının professoru olan Emin muəllim
beş il Türkiyədə, İstanbul Texniki
Universitetinin nəzdindəki konserva-
toriyada çalışıb.
Fəaliyyəti dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. O, Azərbay-
canın Əməkdar incəsənət xadimi,
Azərbaycanın Xalq artisti, Respublika
Dövlət Mükafatı laureatı adlarınıa la-
yiq görülüb.
Görkəmli bəstəkar 2000-ci ildə
vəfat etmişdir.
Ə d ə b i y y a t
Emin Sabitoğlu xatirələrdə
[Mətn] //Pəncərə.- 2007.-
№6.- S 24-32.
Xəlifzadə, C. Ürəklərdə
yaşayan bəstəkar [Mətn]
/С.Xəlifzadə //Azərbaycan.-
2007.- 27 oktyabr.- S. 7.
2
Bəstəkar
244
Musiqi.Opera.Balet
95
illiyi
TOFİQ QULİYEV
1917-2000
NOY
ABR
Tofiq Əkbər oğlu Quliyev 1917-ci
il noyabr ayının 7-də Bakı şəhərində
anadan olmuşdur.
1954-1958-ci illərdə Azərbaycan
Dövlət Konservatoriyasında orkestr
sinfinə rəhbərlik etmişdir. 1958-1959-
ci Azərbaycan Dövlət Filarmoniyası-
nın bədii rəhbəri, 1961-1964-cü illərdə
direktoru olmuşdur.
Tofiq Quliyevin musiqi dili sadə,
aydın və milli koloritlidir. Bakı konser-
vatoriyasında eyni vaxtda iki fakültədə
fortepiano və bəstəkarlıq üzrə təhsil
alan bəstəkarın bu bacarığı nadir hal
kimi qiymətləndirilirdi. Bəstəkar erkən
yaşlarında saz musiqisinə də həvəs
göstərmişdir. Quliyevin yaradıcılığın-
da lirik mahnılar (“Sənə də qalmaz”,
“İlk bahar”, “Sevgilim”, “Sən mənim,
mən sənin”, “Axşam görüşlərinə”,
“Bəxtəvər oldum”və s.) əsas yer tutur.
Bəstəkar müasir estrada və saz musiqi-
sinin əsasını qoyanlardan biri olmaqla
yanaşı, həm də pianoçu, dirijor, bir çox
simfonik əsərlərin, kantataların, forte-
piano musiqilərinin müəllifi olub.
Tofiq Quliyevin yaradıcılığının bö-
yük bir hissəsi Azərbaycan kinosunun
inkişafı ilə bağlı olub, bir sıra yadda-
qalan filmlərə musiqi bəstələyib. O,
kinofilmlərə, dram əsərlərinə 50-dən
artıq musiqi, 3 simfonik əsəri, 4 musi-
qili komediya yazıb. “Bəxtiyar”, “Gö-
rüş”, “Ögey ana”, “Telefonçu qız”,
“Nəsimi” və s. filmlərdə bəstəkarın
musiqiləri səslənib. Hərdən elə olurdu
ki, film və tamaşalar unudulsa da, orada
səslənən mahnılar müstəqil sürətdə öz
həyatları ilə yaşayırdılar. Mahnılarının
sayı isə müxtəlif hesablamalara görə
yüzlərlədir. “Sənə də qalmaz”, “Bakı”,
“Üzüyümün qaşı firuzədəndir”, “Ala-
göz Zibeydə” və s. bir-birindən gözəl
mahnılar məhz Tofiq Quliyevin iste-
dadının məhsuludur. Quliyev valslar,
fortepiano üçün prelüd və variasiya-
lar, bir sıra Azərbaycan xalq mahnı və
rəqslərini, həmçinin ərəb, hind, bolqar
mahnılarını işləmiş, “Rast” və “Zabul”
muğamlarını tarzən Mansur Mansuro-
vun ifasından nota salmış və bunlar
muğamın ilk not nəşrləri kimi musiqi
tarixinə daxil olmuşdur.
Azərbaycan SSR Ali Sovetinin
(6-cı çağırış) deputatı olmuşdur.
Tofiq
Quliyevin
fəaliyyəti
dövlətimiz
tərəfindən
yüksək
qiymətləndirilib. Bəstəkar Azərbaycan
SSR Əməkdar incəsənət xadimi, Xalq
artisti fəxri adı ilə yanaşı 2 Qırmızı
Əmək Bayrağı ordeni və ulu öndərimiz
Heyhər Əliyev tərəfindən “Şöhrət or-
deni” ilə də mükafatlandırılmışdır.
T.Quliyev 2000-ci il oktyabrın 4-də
Bakı şəhərində vəfat etmişdir.
Hal-hazırda Bakı şəhərinin Səbail
rayonu 12 saylı musiqi məktəbi Tofiq
Quliyevin adını daşıyır.
Ə d ə b i y y a t
Süleymanlı, B.
Əbədiyaşarlar [Mətn]
/B.Süleymanlı.- Bakı , 2010.
Şərif, A. XX əsr
Azərbaycanın yaradıcı
nəsilləri [Mətn] /A.Şərif.-
Bakı , 2007.- 120 s.
Tofiqqızı, S. Nəğməli ömür
[Mətn] /S. Tofiqqızı //Musiqi
dünyası.- № 1-2.- 2010.- S.
106-108.
Кафаров, Н. Вечное
живые мелодии Тофика
Кулиева [Текст]
/Н.Кафаров //Баку.- 2002.-
8-14 декабря.- С.3.
Мамедова, И. Бессмертие
музыки [Текст]
/И.Мамедова //Каспий.-
2007.- 5 июня.- С.8.
7
Bəstəkar
245
Musiqi.Opera.Balet
85
illiyi
XUMAR ZÜLFÜQAROVA
1927
NOY
ABR
Xumar Rza qızı Zülfüqarova
1927-ci il noyabr ayının 15-də Bakı
şəhərində anadan olmuşdur. O, 1945-
ci ildə Bakı Xoreoqrafiya məktəbini
bitirmişdir. Azərbaycan Opera və
Balet Teatrının solisti (1945-1966),
Azərbaycan Dövlət Mahnı və Rəqs An-
samblının (1966-1971) baletmeysteri,
Azərbaycan Dövlət Filarmoniyasının,
Azərbaycan Dövlət Rəqs Ansamblının
baş baletmeysteri (1971-1978) olmuş-
dur. 1978-ci ildən Azərbaycan Konsert
Qastrol Birliyinin baletmeysteridir.
Xarakterik rəqslərin ifaçısı olan Zül-
füqarova bir sıra opera və baletlərdə
– “Koroğlu” (Ü.Hacıbəyli), “Yeddi
gözəl” (Q.Qarayev) və s. çıxış etmiş-
dir. Bir sıra filmlərdə rəqs səhnələrinə
çəkilmişdir. 1950-ci ildən Bakı Xore-
oqrafiya məktəbində dərs deyir.
Zülfüqarovanın
fəaliyyəti
dövlətimiz
tərəfindən
yüksək
qiymətləndirilib. O, 1979-cu ildə
Azərbaycan SSR Xalq artisti adına la-
yiq görülüb.
2009-cu ildə Azərbaycan Respub-
likası Prezidentinin sərəncamı ilə
Azərbaycanda xoreoqrafiya sənətinin
inkişafındakı xidmətlərinə görə Xu-
mar Zülfüqarova “Şöhrət” ordeni ilə
təltif olunmuşdur.
Dostları ilə paylaş: |