Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə36/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   32   33   34   35   36   37   38   39   ...   43

Ə d ə b i y y a t
Esmira, F. Ömər Eldarov: 
Məni xalqıma tanıtdıran 
Natəvanın heykəli, şöhrət 
zirvəsinə çatdıran Heydər 
Əliyev abidə-ansamblı 
olub [Mətn] : [Heykəltəraş 
Ö. Eldarovla müsahibə] 
/F.Esmira //Respublika.- 
2005.- 12 may.- S.3. 
Алиев Гейдар. Скульптеру 
Омару Элдарову [Текст] 
: /поздравление в связи с 
70-летием/ //Бакинский 
рабочий.- 1997.- 23 
декабря.- С.1.
Эльдаров Омар. 
Президент 
Азербайджанской 
Республики (Гейдар Алиев 
1993 г. Указ Президента 
Азербайджанской 
Республики о награждении 
О.Т.Эльдарова орденом 
независимости) [Текст] 
//Бакинский рабочий.- 
1997.- 23 декабря.- С.1.
Скульптор –романтик 
Омар Эльдаров: о том, 
как создавался, памятник 
Натаван [Текст] //
Каспий.-2007.-5 мая.-с.1.
21
Heykəltəraş

270
Bu bölmədə Siz 2012-ci ildə 
• 
qeyd olunacaq, lakin “ayı, 
günü” bilinməyən yubileylər 
haqqında məlumat əldə 
edəcəksiniz
ƏLA
VƏLƏR
Mirzə Fətəli Axundzadə komediyalarının türk səhnəsində görsənməsi əgər bir böyük 
tarixdirsə, buna iki şey bais olubdur: biri budur ki, Mirzənin komediyaları ümumiyyətlə 
xeyli dəyərli əsərlərdir; elə bir əsərlərdir ki, onlarla nəinki bizim yox mənziləsində 
olan səhnəmiz fəxr edə bilərdi, bəlkə bir belə pyeslər sair mütəmməddin millətlərin 
səhnələrini zinətləndirməyə qabil ola bilərdilər. Biri də budur ki, Mirzə Fətəlinin ko-
mediyalarında Şərq qadını ilk dəfə səhnəyə çıxıbdır, orada danışıbdır, gülübdür, ağla-
yıbdır və o orada birinci dəfə kişilər içində izhari-vücud eləyibdir.
C.Məmmədquluzadə
200 il
1812-1878
M.F.Axundzadə

271
Milli ədəbiyyat
Azərbaycan şairi Qətran Təbrizi Əbu Mənsurun (1012-1088) аnаdаn 
оlmаsının 1000 illiyi
Azərbaycan şairi Vaqif Molla Pənahın (1717-1797) аnаdаn оlmаsının 295 
illiyi
XIX əsr görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin (1792-1852) аnаdаn 
оlmаsının 220 illiyi
Azərbaycan şairəsi Qonçabəyimin (təq.1827-?-) аnаdаn оlmаsının 185 illiyi
Azərbaycan şairi Nəbati Seyid Əbdülqasım Möhtərəm oğlunun (1812-1873) 
аnаdаn оlmаsının 200 illiyi
Azərbaycanın Əməkdar incəsənət xadimi Babayev Əbdülhüseyn Mikayıl 
oğlunun (1877-1961) аnаdаn оlmаsının 135 illiyi
Azərbaycan yazıçısı Sadıqzadə Hüseyn Mirkazım oğlunun (Seyid Hüseyn) 
(1887-01.08.1938) аnаdаn оlmаsının 125 illiyi
Tərcüməçi, publisist İbrahimov Xəlil İbrahim oğlunun (1892-1938) аnаdаn 
оlmаsının 120 illiyi
Şair, ədəbiyyatşünas Əlizadə Hümmət Əli oğlunun (1907-1941) аnаdаn 
оlmаsının 105 illiyi
Dramaturq Hümmətov İsgəndər Məhəmməd oğlunun (İsgəndər Coşqun) 
(1927-10.12.1996) аnаdаn оlmаsının 85 illiyi
Xarici ədəbiyyat
İraq şair və tədqiqatçısı, ədəbiyyatşünas Bəndəroğlu Əbdüllətifin (1937-
07.02.2008) аnаdаn оlmаsının 75 illiyi
Tarixdə bu gün
Bizans memarlığının görkəmli abidəsi, Ayasofiya – Müqəddəs Sofiya 
Məbədinin (532-537) yaranmasının 1480 illiyi
Araz çayı üzərində Xudafərin körpüsü salınmışdır (1027)
Ağa Məhəmməd şah Qacarın Şimali Azərbaycana yürüşləri başlanmışdı 
(1742-1797)
Ağa Məhəmməd şah Qacarın Şuşaya ikinci hücumu və qalanın təslim 
olması (1797)
Bakıda konka nəqliyyatı işə düşmüşdür (1887)
Bakıda ilk rus-Azərbaycan məktəbinin əsası qoyulmuşdur (1887)
Qarabağ xanlığı ləğv edilmişdir (1822)
Mirzə Camal Cavanşir “Qarabağ tarixi” əsərini yazmışdır (1847)
İlk dəfə alman coğrafiyaşünası Ferdinand fon Rixthofen tərəfindən Böyük 
2012
Əlavələr

272
ipək yolu termini işlədilmişdir (1877)
M.Ə. Rəsulzadə tərəfindən “Müsəlman gənclik təşkilatı” yaradılmasının 
(1902) 110 illiyi
“Leyli və Məcnun” operasının (1907) yazılmasının 105 illiyi
“Səadət” xeyriyyə cəmiyyətinin açılmasının (1907)  105 illiyi
Tanınmış xeyriyyəçi Hacı Əjdərbəy Aşurbəyov tərəfindən Bakı şəhərində 
Hacı Əjdərbəy məscidi (Göy məscid) tikilib istifadəyə verilmişdir (1912)
Azərbaycan Dövlət Sirkinin açılmasının (1912) 100 illiyi
Bakı-Tiflis arasında birbaşa teleqraf xətti çəkilmişdir (1912)
Azərbaycan Prokurorluğunun yaranmasının (1922) 90 illiyi
Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının yaranması 
və Azərbaycan SSR-in ona daxil olması (22.12.1922)
Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində olmaqla 
Muxtar Respublika elan edilmişdir (1922)
Azərbaycan Rəssamlar İttifaqının yaranmasının (1932) 80 illiyi
BDU-nun Kitаbхаnаçılıq fаkültəsinin yаrаdılmаsının (1947) 65 illiyi
Badamlı Mineral Sular Zavodu fəaliyyətə başlayıb (1947)
İçərişəhərin qala divarlarının bərpa edilməsi (1952-1957)
Televiziya və Radio verilişlərinin həftəlik proqramı çap olunmağa 
başlamışdır (aprel 1957)
Bakı-Krasnovodsk Bərə Yolunun açılmasının (1962) 50 illiyi
Nəriman Nərimanovun Xatirə Muzeyinin yaradılmasının (1977) 45 illiyi
Xankənddə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın 
Ermənistana birləşdirilməsi məqsədi güdən bədnam erməni seperatçıları baş 
qaldırmışdır (11.1987)
Azərbaycan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə 
qoşulmuşdur (1992) 
 Siyasət. Hərbi iş
Sacilər dövlətinin başçısı Yusif İbn Əbu Sac Divdadın (912-927) аnаdаn 
оlmаsının 1100 illiyi
Azərbaycan sərkərdəsi, dövlət xadimi, səyyah Oruc bəy Bayatın (1567-
1605) аnаdаn оlmаsının 445 illiyi
Qacarlar sülaləsinin banisi, İran şahı Ağa Məhəmməd şah Qacarın (1742-
1797) anadan olmasının 270 illiyi
Azərbaycanın Xalq qəhrəmanı Məmmədov Məmməd Əli oğlunun (1887-
18.09.1919) (Qatır Məmmədin) аnаdаn оlmаsının 125 illiyi
Böyük Vətən müharibəsi Qəhrəmanı, həkim Rüstəmbəyova Aliyə Fətulla 
qızının (1907-1942) аnаdаn оlmаsının 105 illiyi 
Dövlət xadimi və alim Aydınbəyov Salam Müqtədir oğlunun (1912-1967) 
аnаdаn оlmаsının 100 illiyi
Dövlət xadimi, jurnalist Seyidzadə Bağır Qasım oğlunun (1912-1968) 
аnаdаn оlmаsının 100 illiyi
Sоvеt İttifаqı Qəhrəmаnı Məmmədоv Qаfur Nəsir oğlunun (1922-
19.10.1942) аnаdаn оlmаsının 90 illiyi

273
Dövlət xadimi Namazəliyev Qurban Hüseyn oğlunun (1947-20.11.1991) 
аnаdаn оlmаsının 65 illiyi
Tarix.Din
Ərəb tarixçisi Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Vaqidinin (747-823) 
аnаdаn оlmаsının 1265 illiyi
Coğrafiya. Geologiya
Azərbaycanın Əməkdar elm xadimi, geodezisti Əliyev Məmmədqasım 
Hüseyn oğlunun (1882-20.07.1967) аnаdаn оlmаsının 130 illiyi
Geologiya-minerologiya elmləri doktoru, professor Ağayev Vahid Bəhram 
oğlunun (1937) аnаdаn оlmаsının 75 illiyi
Geologiya-minerologiya elmləri doktoru, professor Babayev Nəriman 
İbadulla oğlunun (1937) аnаdаn оlmаsının 75 illiyi
Musiqi. Opera. Balet
Azərbaycan xanəndəsi Fərzəliyev Məşədi Məmmədin (1872-1962) аnаdаn 
оlmаsının 140 illiyi
Azərbaycanın Əməkdar incəsənət xadimi, tarzən Mənsurov Mənsur (Mirzə 
Mənsur) Məşədi Məlik oğlunun (1887-30.06.1967) аnаdаn оlmаsının 125 
illiyi
Əməkdar incəsənət xadimi, tarzən Məşədibəyov Ağası Abutalıb oğlunun 
(1912-1984) аnаdаn оlmаsının 100 illiyi
Teatr. Kino.Estrada.Sirk
Azərbaycanın Əməkdar artisti, aktyor Kazımovski Mirmahmud Mirələkbər 
oğlunun (1882-01.12.1940) аnаdаn оlmаsının 130 illiyi
Teatr tənqidçisi, teatrşünas Hacınski Cəmo Süleyman oğlunun (Cəmo bəy 
Hacınski) (1887-1942) аnаdаn оlmаsının 125 illiyi
Azərbaycanın Əməkdar artisti, aktrisa Məmmədova Əzizə Əbdülbaği 
qızının (1892-14.08.1961) аnаdаn оlmаsının 120 illiyi
Azərbaycanın Əməkdar artisti, aktrisa Lizina Nataliya Davıdovnanın 
(İsmayılova) (1892-1957) аnаdаn оlmаsının 120 illiyi
Azərbaycanın Əməkdar artisti, aktyor Məmmədov Əhməd Musa oğlunun 
(1897-1953) аnаdаn оlmаsının 115 illiyi
Azərbaycanın Əməkdar artisti, SSRİ Dövlət Mükafatı laureatı, aktrisa 
Kələntərli Münəvvər Səməd qızının (1912-05.02.1963) аnаdаn оlmаsının 
100 illiyi
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Əbubəkroğlu 
Naxçıvaninin (XII əsrin 20-ci illəri – XII əsrin sonu) аnаdаn оlmаsının 800 
illiyi
Azərbaycan rəssamı Nəzərli Nəcəfqulu Cavad oğlunun (Nəcəf Rasim) 

274
(1882-1929) аnаdаn оlmаsının 130 illiyi 
Azərbaycan heykəltəraşı Quliyev İbrahim Hilal oğlunun (1902-1041) 
аnаdаn оlmаsının 110 illiyi
Folklor
Aşıq-şair Talıb Ələsgər oğlunun (Aşıq Talıb) (1877-21.05.1979) аnаdаn 
оlmаsının 135 illiyi
Mədəniyyət. Elm. Maarif
Azərbaycanın ilk maarifpərvər qadınlarından biri Əfəndizadə Şəfiqə 
Məhəmmədəmin qızının (1882-29.07.1959) аnаdаn оlmаsının 130 illiyi
Azərbaycan milyonçusu Ağa Musa Nağıyevin (Musa Nağıyev) (1842-1919) 
anadan olmasının 170 illiyi
Neft
Neftçi, SSRİ-nin Əməkdar mühəndisi, Dövlət Mükafatı laureatı Əliyev 
Məmmədəli Dostəli oğlunun (1912-1965) аnаdаn оlmаsının 100 illiyi
 Kitabxana işi. Kitabxanaşünaslıq
Cəlilabad rayon Mərkəzi kitabxanasının yaranmasının (1922) 90 illiyi
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 
yaranmasının (1922) 90 illiyi
Nəsimi rayon X.R.Ulutürk adına kütləvi kitabxananın yaranmasının (1927) 
85 illiyi
O.Sarıvəlli adına Əmircan qəsəbə kütləvi kitabxanasının (1932) 80 illiyi
Gədəbəy rayon Mərkəzi Kitabxanasının yaranmasının (1932) 80 illiyi
Quba rayon Mərkəzi kitabxanasının yaranmasının (1932) 80 illiyi
Şəmkir rayon Mərkəzi kitabxanasının yaranmasının (1932) 80 illiyi
Bilgəh qəsəbə kütləvi kitabxanasının yaranmasının (1937) 75 illiyi
Culfa rayon Mərkəzi kitabxanasının yaranmasının (1937) 75 illiyi
Şüvəlan qəsəbə kütləvi kitabxanasının yaradılmasının (1947) 65 illiyi
İmişli rayon Mərkəzi kitabxanasının yaranmasının (1947) 65 illiyi 
İsmayıllı rayon Mərkəzi kitabxanasının yaranmasının (1947) 65 illiyi
Abşeron rayon Mərkəzi kitabxanasının (1952) 60 illiyi
Yasamal rayonu Q.Musabəyov adına kütləvi kitabxananın (1957) 55 illiyi
Xanlar rayon Mərkəzi Kitabxanasının yaranmasının (1962) 50 illiyi
Bərdə rayon Mərkəzi kitabxanasının yaranmasının (1967) 45 illiyi
Sahil qəsəbə kütləvi kitabxanasının yaranmasının (1977) 35 illiyi
Şuşa rayon MKS-nin yaranmasının (1977) 35 illiyi
Şərur rayon MKS-nin yaranmasının (1977) 35 illiyi 
Daşkəsən rayon MKS-nin (1982) 30 illiyi
Ələt qəsəbə uşaq kitabxanasının yaranmasının (1987) 25 illiyi
Samux rayon MKS-nin yaranmasının (1992) 20 illiyi
Siyəzən rayon MKS-nin yaranmasının (1992) 20 illiyi

275
Milli ədəbiyyat 
1000 
illiyi
QƏTRAN TƏBRİZİ  
1012-1088
2012
Qətran Təbrizi 1012-ci ildə Təbriz ya-
xınlığındakı  Şadi-abad  kəndində  anadan 
olmuşdur.  Şairin  tam  adı  Əbu  Mənsur 
Qətran  Cili  Azərbaycanidir.  İlk  təhsilini 
Şadi-abadda  almış,  sonra  Təbrizdə  oxu-
muşdur.
Qətran  Təbrizinin  zamanında  Şədda 
dilər dövlətinin paytaxtı olan Gəncə çox 
inkişaf  etmiş  bir  şəhər  idi  və  Şərqin  bir 
çox ölkələrindən alimlər, şairlər, memar-
lar,  sənətkarlar  Gəncəyə  axışırdı.  Qətran 
da təhsilini başa vurduqdan sonra buraya 
gəlir. O, tezliklə Gəncədə Şəddadilərin sa-
rayına dəvət olunur və az bir vaxtda böyük 
nüfuz qazanır. Həmin dövrdə ölkənin ba-
şında Əbdülhəsən Ləşkəri dururdu və təbii 
ki, Qətran da bir çox şerlərini ona və onunla 
əlaqədar baş vermiş hadisələrə həsr edir. Bu 
şerlərdən çıxış edərək, Qətranın Gəncədə 
yaşadığı dövrü müəyyənləşdirmək müm-
kündür.  Misal  üçün,  bir  şerində  Qətran 
Rəvvadilər  dövlətinin  başçısı  Əbu  Man-
sur  Vəhsudanın  Əbdülhəsən  Ləşkərinin 
qonağı  kimi  Gəncəyə  gəlişindən  danışır. 
Qətran  yaradıcılığını  araşdıran  alimlərin 
fikrincə, bu görüş 1035-1040-cı illər ara-
sında  baş  verə  bilərdi.  1042-ci  ildə  isə 
şair  artıq  Təbrizdə  şəhərin  yarısını  yerlə 
yeksan  etmiş  dəhşətli  zəlzələnin  şahidi 
olmuşdu. Deməli, Qətran Təbrizə bu təbii 
fəlakətdən əvvəl qayıtmışdı. Lakin bir çox 
tədqiqatçılar Qətranın Gəncəyə zəlzələdən 
sonra  gəldiyini  göstərirlər.  Görünür,  şai-
rin yenidən Gəncəyə dönüşünü də istisna 
etmək olmaz. 1046-cı ildə Qətran Təbrizdə 
böyük İran şairi və filosofu Nasir Xosrov-
la görüşür. Nasir Xosrov özünün məşhur 
“Səfərnamə”  əsərində  Qətran  adlı  gözəl 
bir şairlə görüşdüyünü qeyd edir.
Qətran  bir  müddət  Naxçıvanda,  yerli 
hakimlərin  saraylarında  yaşadıqdan  son-
ra  vətəni  Təbrizə  dönür.  Qətran  Təbrizi 
hələ  sağlığında  ikən  istedadlı  şair,  müd-
rik filosof və alim kimi bir çox ölkələrdə 
şöhrət  qazanır.  Özünün  yazdığına  görə, 
onu Xorasanda və İraqda yaxşı tanıyır və 
sevirdilər.
Qətran “Tövsnamə”, “Quşnamə”, “Va-
miq və Əzra” adlı əsərlərin, habelə əsasən 
qəsidələrdən  ibarət  iri  həcmli  divanın 
müəllifidir.
XII  əsrdə  yaşamış  Orta  Asiya  şairi 
Rəşid Vətvat yazır ki, o ömrü boyu bircə 
həqiqi  şair  tanımışdır  -  həkim  (müdrik) 
Qətran Təbrizini.
Qətran  poeziya  ilə  gənc  yaşlarından 
məşğul  olmağa  başlamış  və  bu  sahədə 
böyük  yaradıcılıq  uğurları  qazanmış-
dı.  Şeir  yaradıcılığında  əsas  yeri  döv-
rün  müxtəlif  hökmdarlarını  tərif  edən 
qəsidələr  tutur.  Bu  əsərlər  müasir  oxucu 
və  tədqiqatçılar  üçün  qəsidələrdə  mədh 
olunan  qəhrəmanların  saraylarında  baş 
verən  tarixi  hadisələri  öyrənmək  və  an-
lamaq  baxımından  çox  qiymətlidir.  Mi-
sal  üçün,  Qətran  Təbrizinin  şeirlərində 
oğuzların  Azərbaycana  bir  neçə  yürüşü 
öz əksini tapmışdır ki, həmin məlumatlar 
indi bizim üçün böyük əhəmiyyət daşıyır.
Orta  əsr  mənbələrinə  əsaslanan 
Azərbaycan  tədqiqatçıları  qeyd  edirlər 
ki,  Qətran  Təbrizi  fars  leksikoqrafiyası 
tarixində  fars  dilinin  ilk  izahlı  lüğətinin 
yaradıcısı  olmuşdur.  Qətran  1088-ci 
ildə  Təbrizdə  dünyasını  dəyişmiş  və 
Surxab  məhəlləsindəki  məşhur  Şairlər 
məqbərəsində dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Divan [Mətn] /Qətran 
Təbrizi .- Bakı: EA-nın 
nəşri, 1967.- 440 s.
Süleymanlı, Ş. Azərbaycan 
ədəbiyyatı [Mətn]: ən qədim 
dövrlərdən 1920-ci ilədək 
S.Süleymanlı.- Bakı, 2008.- 
414 s.
Şair

276
Şair
Milli ədəbiyyat 
295 
illiyi
MOLLA PƏNAH VAQİF 
1717-1797
2012
Molla Pənah Vaqif 1717-ci ildə Qazax 
mahalının Qıraq Salahlı kəndində anadan 
olmuşdur.  O,  klassik  Azərbaycan  realist 
poeziyasının ən qüdrətli nümayəndəsidir. 
Şairin  əsl  adı  Pənah,  təxəllüsü  Vaqifdir. 
Uzun müddət müəllimlik etdiyinə və sa-
vadlı olduğuna görə “Molla” ləqəbini qa-
zanmışdır. 
O, fars və ərəb dillərində yaxşı danış-
mış,  astronomiya,  riyaziyyat,  musiqi  və 
poetika üzrə geniş biliyə malik olmuşdur. 
O,  Qazaxda  tanınmış  alim  və  pedaqoq 
Şəfi  əfəndinin  yanında  oxumuşdu.  Bəzi 
salnaməçilər belə hesab edirlər ki, sonrakı 
təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. 
Orası da məlumdur ki, Vaqif təhsilini başa 
vurduqdan sonra əvvəlcə Qazaxda, sonra 
isə Qarabağda məscid nəzdində fəaliyyət 
göstərən mədrəsədə dərs demiş və elə bu-
rada  da  Molla  Pənah  adını  almışdır.  Bu 
zaman  onun  alimliyi  haqqında  xəbərlər 
Molla  Pənahın  vətəninin  hüdudlarından 
çox-çox uzaqlara yayılır. Hətta xalq ara-
sında belə bir məsəl də yaranır: “Hər oxu-
yan Molla Pənah olmaz”.
O, 1759-cu ildə Qazaxın Gürcüstanla 
sərhəd kəndlərində qarışıqlıq olduğu üçün 
ailəsi  ilə  birlikdə  əvvəlcə  Tərtərbasara, 
sonra isə Pənahabada (Şuşa) köçmüşdür. 
Müəllimliklə məşğul olan Vaqif ağlı, sa-
vadı  və  hazırcavablığı  ilə  Qarabağ  xanı 
İbrahim  xanın  diqqətini  cəlb  etmiş  və 
saraya  dəvət  olunmuşdur.  O,  sarayda 
əvvəlcə  eşikağası,  yəni  daxili  işlər  na-
ziri  daha  sonra  baş  vəzir  kimi  fəaliyyət 
göstərib.  Özünün  yüksək  savadı  və  elmi 
biliyi  ilə  o,  burada  da  hamının  rəğbətini 
qazanmışdır. Birinci vəzir olduqdan sonra 
xanlığın xarici siyasətinə rəhbərlik etmiş-
dir. Ağa Məhəmməd şah Qacarın 1795-ci 
ildə  Şuşa  üzərinə  hücumu  zamanı  Vaqif 
qalanın  müdafiəsində  böyük  fəaliyyət 
göstərmişdir.  Buna  görə  də  1797-ci  ildə 
Qacarın  Qarabağa  ikinci  yürüşü  zamanı 
Şuşanı  tutmuş  və  Vaqifi  zindana  saldır-
mışdır.  Lakin  Qacar  öldürülür  və  Vaqif 
həbsdən azad edilir. Bu zaman hakimiyyət 
İbrahim  xanın  qardaşı  oğlu  Məhəmməd 
bəy Cavanşirin əlinə keçir. Lakin az sonra 
Məhəmməd bəyin əmri ilə Vaqif və oğlu 
Əli ağa Şuşada öldürülür.
1856-cı ildə Teymurxanşurada Vaqifin 
ilk  kitabı  çap  olunmuşdu.  Daha  sonralar 
Mirzə Fətəli Axundov çox zəngin bir ma-
terial toplayaraq, məşhur şərqşünas Adolf 
Berjeyə vermişdir. Berje isə bunları 1867-
ci ildə Leypsiq şəhərində nəşr etdirmişdir.. 
Eyni zamanda Vaqifin irsi ilə Azərbaycan 
poeziyası  nümunələrindən  iri  bir  anto-
logiya  tərtib  etmiş  Zaqafqaziya  müftisi 
Hüseyn Əfəndi Qayıbov olmuşdur. İnqi-
labdan sonrakı dövrdə Vaqifin əsərlərinin 
toplanması  və  nəşri  sahəsində  Salman 
Mümtazın böyük xidmətləri olmuşdur.
Vaqif şərq poeziyasının bütün klassik 
formalarından istifadə etmişdir. O, qəzəl, 
təcnis,  müxəmməs,  müstəzad,  müəşşərə, 
müşairə,  məsnəvi  və  mərsiyələr  yazmış-
dır.  Ancaq  onun  yaradıcılığının  böyük 
bir qismi, aşıq poeziyasından götürülmüş 
qoşma növündə yazılmış şeirlər təşkil et-
mişdir.  Həmin  şeirlərin  dili  xalqın  canlı 
danışığına çox yaxındır. Vaqif ərəb və fars 
mənşəli  sözlərdən  bacardıqca  az  istifadə 
etmişdir.  Vaqifin  şeirlərinin  çoxu  qoşma 
janrındadır. Qoşmaların əsas mövzusu saf 
və real məhəbbəti tərənnüm etməkdədir.
Ə d ə b i y y a t
Əsərləri [Mətn] / Molla 
Pənah Vaqif; tərt. ed. və ön 
sözün müəl. H.Araslı .- Bakı 
: Şərq-Qərb, 2004. - 264 s.
Durnalar [Mətn] : Bayram 
oldu; Sevgilim, Ləblərin 
yaquta bənzər; Kür qıra-
ğının əcəb seyrangahı var 
//Azərbaycan.- 2006.- № 
2.- S.3-4.
Cəmil, A. Vaqifdən başlanan 
yol [Mətn] / Adil Cəmil; 
elmi red. K.Hüseynoğlu .- 
Bakı : Vektor , 2006.- 84 s.
Kazımlı, K. Həmişə təravətli 
poeziya [Mətn] / Kazım Ka-
zımlı // Yeni Mədəni-maarif 
.- № 6.- 2008.- S.76.
Şairlər vətəni bizim 
tərəflər... [Mətn]: poezi-
ya antologiyası /tərt.: S. 
Əhmədli, B. Vüsal; red.: F. 
Ləman, R. Kamal .- Bakı : 
MBM , 2010.- 746 s.

277
Milli ədəbiyyat 
220 
illiyi
MİRZƏ ŞƏFİ VAZEH 
1792-1852
2012
Mirzə Şəfi Kərbəlayı Sadıq oğlu Vazeh 
1792-ci ildə Gəncədə, bənna ailəsində ana-
dan olmuşdur. Mirzə Şəfi o vaxt Gəncədə 
yaşayan  qabaqcıl  fikirli  Hacı Abdullanın 
himayəsində Gəncə mədrəsəsində təhsilini 
davam etdirmişdir.
Gəncə  mədrəsə  müdərrisləri  gənc 
Şəfinin  fikirlərində  dini  etiqada  dair 
dəyişikliyi  görüb  ona  dərs  verməkdən 
imtina  etmişlər.  Mirzə  Şəfi  Gəncə 
mədrəsəsindən  yarımçıq  çıxdığı  zaman 
ərəb  və  fars  dillərini  yaxşı  bilmişdir.  O, 
şəxsi  mütaliə  yolu  ilə  Şərqin  məşhur 
alim,  mütəfəkkir  və  şairlərinin  əsərlərini 
öyrənmişdir.
1826-cı  ildə  Rus-İran  müharibəsi  za-
manı  gənc  Mirzə  Şəfi  Vazeh  İrana  qaç-
mışdır.
Bir müddət sonra, yəni XIX əsrin 30-
cu illərində Gəncədə Şah Abbas məscidi 
yanındakı  mədrəsədə  uşaqlara  nəstəliq 
xətti  ilə  yazıb  oxumağı  öyrədən  Mirzə 
Şəfi  artıq  xalq  arasında  bir  şair  kimi  də 
tanınmışdır.
1840-cı  ildə  Mirzə  Şəfi  Gəncəni  tərk 
edib, Tiflisə köçmüş və həmin ilin noyab-
rında  keçmiş  tələbəsi  M.F.Axundovun 
köməyi  ilə  Tiflis  qəza  məktəbinə 
Azərbaycan  və  fars  dilləri  müəllimi 
vəzifəsinə təyin olunmuşdur.
1844-cü  ildə  Mirzə  Şəfi  tərəfindən 
Tiflisdə “Divani-Hikmət” adlı məclis təşkil 
olunmuşdu. Burada iştirak edənlərin çoxu 
Mirzə Şəfinin yaxın dostları və şagirdləri 
idi. Məclisdə yaxşı şeir yazmaq yarışı və 
ədəbi fəlsəfi mübahisələr də gedirdi.
1852-ci  ildə  o,  Tiflis  gimnaziyası-
nın  Şərq  dilləri  müəllimi  İ.Qriqoryevlə 
birlikdə  Azərbaycan  dilində  ilk  dərs 
vəsaitini  tərtib  etmişdir.  “Kitabi-türki” 
adlanan  həmin  vəsaitdən  gimnaziya  və 
qəza  məktəblərində  Azərbaycan  dili-
ni  öyrənmək  üçün  uzun  müddət  istifadə 
olunmuşdur.
Əsərlərində  gözəlliyi  tərənnüm  edən 
şair  onları  ayrı-ayrı  məcmuələrdə  çap 
etdirmişdir.  Sonra  isə  əlyazmalarını 
bir  yerə  toplayaraq    alman  dostu  Frid-
rix  Bodenştedtə  hədiyyə  vermişdir. 
F.Bodenştedt  həmin  şeirləri  almanca-
ya  çevirərək  1850-ci  ildə  başqa  Şərq 
şairlərinin  əsərləri  ilə  birlikdə  “Şərqdə 
min bir gün” adlı topluda çap etdirmişdir. 
1851-ci ildə “Mirzə Şəfinin sərgiləri” adlı 
kitabında nəşr etdirmişdir.
Mirzə Şəfi Vazehin şeirlərinin Avropa-
da şöhrət qazandığını görən F.Bodenştedt 
1875-ci  ildə  özünü  onların  müəllifi  elan 
etmişdir.  O,  bildirirdi  ki,  “Mirzə  Şəfi” 
onun təxəllüsüdür, əslində isə bu adda in-
san yoxdur.
Vazehin  əsərlərini  öz  adına  çıxarmış 
F.Bodenştedtin  cinayətinin  üstü  uzun 
illər  açılmamışdır.  Alman  şərqşünasları 
ilə  yaradılan  əməkdaşlıq  F.Bodenştedt 
məsələlərinə son qoymağa imkan vermiş-
dir. 
Mirzə Şəfi Vazeh 1852-ci ildə Tiflisdə 
vəfat etmiş və orada dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Nəğmələr [Mətn] /Mirzə Şəfi 
Vazeh.- Bakı: Yazıçı, 1987.- 
61 s.
Bodenştedt, F. Mirzə Şəfi 
haqqında xatirələr [Mətn]: 
[Şərqdə min bir gün kitabın-
dan] /F.Bodenştendt; alman 
dilindən tərc. edəni və ön 
söz A.Bayramov.- Bakı: 
Yazıçı, 1987.- 117 s.
Əhmədov, S. Mirzə Şəfi 
Vazeh [Mətn] //Əhmədov, 
S. Azərbaycan tarixindən 
yüz şəxsiyyət.- Bakı, 2006.- 
268 s. 
Əsgərli, Z. Mirzə Şəfi Vazeh 
[Mətn] / Z.Ş.Əsgərli.- Bakı: 
Nurlan, 2010.- 91 s.
Mümtaz, S. Mirzə Şəfi Vazeh 
[Mətn] / Salman Mümtaz.- 
Bakı, 2010.- 101 s.
Yadigar, F. Mirzə Şəfi Vazeh 
və Bodenştedt: yozmalar və 
faktlar [Mətn] / F.Yadigar.- 
Bakı: Təhsil, 2010.- 155 s. 
Şair

Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin