278
Milli ədəbiyyat
185
illiyi
QONÇABƏYİM
1827
2012
Qönçəbəyim təqribən 1827-ci ildə
Naxçıvanda anadan olub. “Naxçıvanın
sonuncu xan”ı olan Ehsan xanın qızı-
dır.
1837-ci ildə Naxçıvanda açılmış
rus məktəbinə daxil olmuş, rus və fars
dillərini öyrənmiş, Şərq ədəbiyyatına
maraq göstərmişdir. “Qönçeyi-ülfət”
ədəbi məclisinin iştirakçılarından
olmuşdur. “Bəyim” təxəllüsü ilə li-
rik şeirlər yazmışdır. “Şahzadə İb-
rahim” dastanına daxil edilən və
Bəyimin dilindən deyilən şeirlərin
bir qisminin ona aidliyi ehtimal olu-
nur. Ehsan xanla tanış olan gürcü
şairi N.Barataşvili Naxçıvanda ikən
onunla görüşmüş (1845), yaradıcılığı
ilə maraqlanmış, ona şeir həsr etmiş
(“Qoncabəyimin nəğməsi”), bir şeirini
gürcü əlifbası ilə köçürərək, tərcümə
olunmaq üçün Tiflisə göndərmişdi.
O, həmin şeirin məclislərdə oxunması
üçün xanəndə Səttara və şəkili Cəfərə
verilməsini məsləhət görmüşdü.
İ.K.Yenikolopovun yazdığına görə,
Barataşvilinin ondan tərcümə etdiyi
bir şeiri xanəndə Səttar gürcü dilində
ifa edirmiş.
Ə d ə b i y y a t
Qönçəbəyim [Mətn]/ Azərbaycan qadını ensiklopediya-
sı .- Bakı, 2002.- 104 s.
İ n t e r n e t d ə
www.gender-az.org
Şairə
279
Milli ədəbiyyat
200
illiyi
SEYİD ƏBÜLQASIM NƏBATİ
1812-1873
2012
Seyid
Əbülqasım
Möhtərəm
oğlu Nəbati 1812-ci ildə Cənubi
Azərbaycanda anadan olmuşdu.
Azərbaycan ədəbiyyatının zəngin
bədii ənənələri zəminində yetişən
Nəbati lirik şairdir. Nəbati Azərbaycan
və fars dillərində yazmışdır. Ruhani
təhsili almış Nəbati həm əruz, həm də
heca vəznində əsərlər yazmışdı. Onun
şeirlərində nikbin əhval-ruhiyyə,
bədiilik, dil sadəliyi, gözəl lirika var-
dir.
Ə.Nəbati güclü şairlik təbiətinə ma-
lik olmaqla bərabər, zəngin bilik sahi-
bi, gözəl natiq imiş. O, əsərlərində Şi-
mali Azərbaycan ərazisini - Əsgəranı,
Ağdamı, Lənkəranı, Salyanı gəzib
dolandığını yazmışdı. Şairin yaradı-
cılığının əsas xüsusiyyətləri dərin li-
rika, yüksək zövq, nikbin ruh, həyata
çağırış, gözələ yüksək və səmimi
münasibət, dil və üslub səlisliyidir.
Nəbatini məşhurlaşdıran onun qoşma-
ları, təcnis və gəraylıları, eyni zamanda
aşıq şeirləri olmuşdur. Şairin “Gözlər,
nə gözlər”, “Bu göz kimi göz”, “Pəri”
rədifli qoşmaları poeziyanın ən
gözəl nümunələrindəndir. Nəbatinin
məhəbbət mövzusuna həsr olunan
qəzəllərinin böyuk əksəriyyəti nisbətən
sadə dildə yazılmış, həqiqi sevgi xüsu-
si gözəlliklə tərənnüm edilmişdir. Şa-
irin qəzəllərinin böyük əksəriyyətinin
məzmunu və ruhu onun qoşmaları ilə
həmahəngdir. Nəbatinin “Yenə gözüm
düşdü bir mah camala” ilə başlanan
qoşma, gəraylı, təcnislərində gözəl,
ahəngdar bir üslub vardır.
Nəbatinin “Ləngəm”, “Nadir” və
digər şeirlərində sufilik meylləri öz
əksini tapmışdır.
Şairin yaradıcılığı yüksək bədii
sənətkarlıqla seçilir. Əsərlərində qoşa
qafiyədən, əruzdan məharətlə istifadə
etmiş, şeirlərini sadə xalq dilində yaz-
mışdır. Ə.Nəbatinin təxminən 400-ə
yaxın Azərbaycanca və farsca şeirləri
ilk dəfə 1845-ci ildə Təbrizdə daş
basmaxanasında nəşr olunmuşdur.
Nəbatinin əsərləri 1935, 1958, 1968-
ci ildə Bakıda, 1960-cı ildə Moskvada
nəşr olunmuşdur. M.Arif, F.Qasımzadə,
F.Köçərli şairin həyat və yaradıcılığı-
na aid əsərlər, məqalələr yazmış, çap
etdirmişlər. XIX əsr Azərbaycan poe-
ziyasının inkişafında Ə.Nəbatinin ya-
radıcılığının böyük əhəmiyyəti vardır.
Ə.Nəbatinin əsərləri Azərbaycan Res-
publikasının Prezidentinin 12 yanvar
2004-cü il tarixli Sərəncamı ilə latın
əlifbası ilə çap olunmuşdur.
Şair 1873-cü ildə vəfat etmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Seyid Əbülqasım Nəbati.-
Bakı : Şərq-Qərb, 2004.-
216 s.
Sənsiz, ey gül [Mətn]:
[seçilmiş şeirlər] / Seyid
Əbülqasım Nəbati.- Bakı:
Gənclik, 1997.- 104 s.
Divani-Nəbati [Mətn] /
Seyid Əbülqasım Nəbati.-
Təbriz, 1991.- 139 s.
Osmanoğlu, M. Nəbatinin
ömür yolu [Mətn]
/M.Osmanoğlu //Elm və
həyat.- 1986.- № 7.- S.8.
Набати Сеид Абулькасум.
Теджницы; Гошма
[Текст] : [cтихи] //
Литературный
Азербайджан.- 1991.- №
6.- С.4-5.
Şair
280
Milli ədəbiyyat
125
illiyi
SEYİD HÜSEYN
1887-1938
2012
Hüseyn Mir Kazım oğlu Sadıqzadə
1887-ci ildə Bakı şəhərində dənizçi
ailə-sində doğulmuşdur.
Seyid Hüseynin atası, Xəzər
dənizində gəmi kapitanı olan Mir Ka-
zım vaxtsız vəfat etdiyindən dörd ya-
şında oğlu qoca atasının himayəsində
qalmışdır. ibtidai təhsilə mədrəsədə
başlasa da babası onu çıxarıb yenicə
açılan rus-tatar məktəbinə vermişdi.
İbtidai təhsili bitirdikdən sonra baba-
sının ölümü yazıçının vəziyyətini ağır-
laşdırmışdı.
O, “ Kaspi” və “ Tazə həyat” qəzeti
mətbəəsində mürəttib, sonra korrektor
işləmişdir. Bu dövrdə onda yaradıcılı-
ğa güclü meyl oyanmışdır. Ədəbi ya-
radıcılığa 1907- ci ildə “ Ata və oğul”
hekayəsi ilə başlamış, “ Gilan qızı”,
“Şirinnaz”, “Kor kişinin arvadı”, “ Bir
küçənin tarixi” və s. əsərlərində qadın
azadlığını təbliğ etmiş, yeniliklərlə
köhnəliyin mübarizəsini əks etdirmiş-
dir.
1908-ci ildə tənqidi məqalələrlə
çıxış etmiş, Oktyabr sosialist inqila-
bından sonra geniş ictimai-pedaqoji
fəaliyyətə başlamışdır. Texnikum, ib-
tidai və orta məktəblərdə Azərbaycan
dili və ədəbiyyatının tədrisi ilə yanaşı,
“ Kommunist” qəzeti, “Şərq qadını”
jurnalı redaksiyalarında və Azərbaycan
Dövlət Nəşriyyatında işləmişdir. 1927-
ci ildən hekayələrini müntəzəm çap et-
dirmişdir.
Onun hekayələri toplu halda “
Yeni həyat yollarında” ( 1928), “ İki
həyat arasında” ( 1934) kitablarında
nəşr olunmuşdur. Həyatının son on
ilində ( 1927- 1937) yeni hekayələrlə
yanaşı, gənc yazıçılara kömək
məqsədi, məsləhət və tövsiyələr təriqi
ilə ədəbiyyat mövzusunda tənqidi
məqalələr yazmışdır.
Bu dövrdə o, ədəbiyyat dərnəyinə
rəhbərlik etmişdir. “Bəhlul” və “
Kəlniyyət jurnallarının naşirlərindən
biri olmuş, “İqbal” qəzetinin (1913-
1914) baş redaktoru işləmişdir.
Repressiyanın
qurbanlarından
olan nasir, tənqidçi Seyid Hüseyn
cəza tədbirləri dövründə (1937) həbs
edilmiş, 1938-ci ilin yanvarında
güllələnmişdir.
Ə d ə b i y y a t
Seçilmiş əsərləri [Mətn] /
Seyid Hüseyn.- Bakı : Şərq-
Qərb, 2006.- 328 s.
Gilan qızı [Mətn] /Seyid
Hüseyn.- Bakı: Azərnəşr,
1993.- 350 s.
Seyid Hüseyn [Mətn] //Cəlil
Məmmədquluzadə ensik-
lopediyası.- Bakı, 2008.-
S.256.
Seyid Hüseyn [Mətn] //XX
əsr Azərbaycan yazıçıları:
(ensiklopedik məlumat kita-
bı) .- Bak, 2004.- S.180.
Девушка из Гиляна [Текст]
/Сеид Гусейн .- Баку:
Азернешр, 1984.- 184 с.
История одной улицы
[Текст] /Сеид Гусейн
.- Баку: Гянджлик, 1979.-
122 с.
Yazıçı
281
Milli ədəbiyyat
120
illiyi
XƏLİL İBRAHİM
1892-1938
Xəlil İbrahim oğlu İbrahimov (Xəlil
İbrahim) 1892-ci ildə Şuşada sənətkar
ailəsində anadan olmuşdur. 1907-ci ildə
atası vəfat etmiş, xalça toxuyan ana-
sının himayəsində qalmışdır. Şuşada
Azərbaycan-rus məktəbində, Şuşa və
Bakı realnı məktəblərində oxumuşdur.
1909-1910-cu illərdə təqaüd almadığın-
dan təhsili yarımçıq qalmış, 1911-ci ildən
Sarıcalıda Qasım bəy Zakirin nəvələrinə
evdə dərs demişdir. 1913-cü ildə “Səda”
qəzetində dərc olunmuş “Kənd həyatından
lövhələr” adlı ilk oçerkini də orada yaz-
mışdır.
1912-1913-cü illərdə Bakıda “Nəşri-
maarif” Cəmiyyətinin Əmircandakı
məktəbində müəllim işləmişdir. 1913-
1915-ci illərdə “Səda”, 1915-1918-ci
illərdə “Açıq söz”, 1916-1917-ci illərdə
“Doğru söz”, 1912-1915-ci illərdə “İq-
bal”, 1915-ci ildə “Yeni iqbal”, 1914-
1920-ci illərdə “Bəsirət”, 1918-1920-ci
illərdə “Azərbaycan” qəzetlərində, 1914-
1917-ci illərdə “Tuti”, 1917-ci ildə “Qar-
daş köməyi” jurnallarında ictimai-siyasi
mövzuda publisistik məqalələri və bədii
yazıları dərc edilmişdir.
Birinci Dünya müharibəsi illərində
beynəlxalq məsələlərə, müharibənin
dəhşətlərinə həsr olunmuş “Dəhşətli yan-
ğın qarşısında”, “Avropa müharibəsi nə
qədər baha ilə bitəcəkdir”, “Alban inqi-
labı”, “Kənd həyatından səhnələr” və bir
sıra ictimai-siyasi, publisistik məqalələrlə
çıxış etmişdir.
X.İbrahim 1919-cu ildə yaradılmış
Jurnalistlər və Ədiblər İttifaqının sədrinin
müavini olmuşdur.
O, Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra bədii-publisistik
fəaliyyətini davam etdirmiş, “Kommu-
nist”, “Ədəbiyat”, “Kəndçi” qəzetlərində,
“Maarif və mədəniyyət” jurnalında yazı-
ları dərc edilmişdir.
Xəlil İbrahim “Müsavat” partiyası-
nın üzvü, onun Şuşa şəhər özəyinin ka-
tibi olmuşdur. O, 1920-1930-cu illərdə
gizli fəaliyyət göstərən “Müsavat”ın
sıralarında Azərbaycanın müstəqilliyi
uğrunda mübarizəsini davam etdirmiş,
Məmmədəmin Rəsulzadənin yaxın silah-
daşı və məsləhətçilərindən olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan və respublikada kommu-
nist rejimi qurulduqdan sonra Xəlil İb-
rahim müxtəlif vəzifələrdə çalışmaqla
Azərbaycan xalqının inkişafı ilə bağlı
müxtəlif problemlər haqqında məqalələrlə
qəzetlərdə çıxış etmişdir.
Xəlil İbrahim AXC-nin və Müsavat
partiyasının qabaqcıl xadimlərindən ol-
duğu üçün 1923-cü ildə kommunist rejimi
tərəfindən həbs olunur, bir qədər sonra gü-
nahı sübut olunmadığından azad olunur.
Xəlil İbrahimin tərcüməçi kimi
Azərbaycan ədəbiyyatı qarşısında xid-
mətləri böyükdür. O, Şekspirin, Şille-
rin, A.Tolstoyun və bir sıra başqa Qərbi
Avropa və rus yazıçılarının əsərlərini
Azərbaycan dilinə tərcümə etmişdir.
Bütün bu illər ərzində Xəlil İbrahim
“ÇK”-nın nəzarətində olmuş, 1937-ci
ilin noyabr ayında “xalq düşməni” kimi
həbs olunmuş, 4 ay sonra Azərbaycan
SSR Xalq Daxili İşlər Komissarlığının
1938-ci il 11 mart tarixli qərarına əsasən
güllələnmişdir. Stalinin ölümündən sonra
Xəlil İbrahim bəraət almışdır.
Ə d ə b i y y a t
İbrahim, X. Daşdan keçən
istiqlal [Mətn] /X.İbrahim .-
Bakı : Yazıçı, 1993.- 140 s.
İbrahimova, S. Atam Xəlil
İbrahimi aparan gecə
ailəmizdə hər şey sona çatdı
[Mətn] /S.İbrahimova //
Azərbaycan.- 2009.- 15
sentyabr.- S.7.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.google.az
Yazıçı
282
Milli ədəbiyyat
85
illiyi
İSGƏNDƏR COŞQUN
1927-1996
2012
İsgəndər
Məhəmməd
oğlu
Hümmətov 1927-ci ildə Göyçay
şəhərində fəhlə ailəsində doğulub.
Rayonda orta təhsil aldıqdan sonra
Bakıda M.A.Əliyev adına Teatr İnsti-
tutunun Teatrşünaslıq fakültəsinə da-
xil olub. 1952-ci ildə isə Moskvada
M.Qorki adına Ədəbiyyat İnstitutunun
poeziya şöbəsinə qəbul olub, 1955-ci
ildə oranı bitirib.
Bir müddət Azərbaycan Mədəniyyət
Nazirliyində redaktor vəzifəsində çalı-
şıb. İ.Coşqun 1962-ci ildən M.Qorki
adına Azərbaycan Dövlət Gənc Tama-
şaçılar Teatrında Ədəbi hissə müdiri
işləyib.
“Mavzoleydə” adlı ilk mətbu əsəri
“Ədəbiyyat və incəsənət” qəzetində
çapdan çıxıb. S.Vurğunun “Komsomol
poeması” əsasında yazdığı pyesinə
görə Respublika Lenin Komsomolu
mükafatı laureatı fəxri adına layiq gö-
rülüb.
Müxtəlif illərdə “Gəmidə söh-
bət”, “Qığılcımlar”, “Mən atamı dü-
şünərkən”, “Nəğmə dolu ürək” və
s. adlı kitabları çap olunub. “Bakı
Komissarları” pyesi 1986-cı ildə ta-
maşaya qoyulub. Tamaşaya görə
ona Azərbaycan Ali Soveti Rəyasət
Heyətinin fəxri fərmanı verilib.
Dramaturq, naşir, 1954-cü ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü
olan İsgəndər Coşqun 1996-cı il de-
kabr ayının 10-da vəfat edib.
Ə d ə b i y y a t
Ana laylası [Mətn] /İsgəndər Coşqun .- Bakı : Gənclik, 1983.- 172
s.
Ömür yolu [Mətn] /İsgəndər Coşqun .- Bakı : Yazıçı, 1987.- 130 s.
Səmədli, Ə. İsgəndər Coşqunla bağlı xatirələrim [Mətn]
/Ə.Səmədli //Qobustan.- 2004.- №2(126).- S.52-52.
Uzaq ulduzlar [Mətn] /İsgəndər Coşqun .- Bakı : Yazıçı, 1978.-
206 s.
Yazıçı
283
Xarici ədəbiyyat
75
illiyi
ƏBDÜLLƏTİF BƏNDƏROĞLU
1937-2008
2012
Əbdüllətif Bəndəroğlu 1937-ci
ildə Kərkük vilayətinin Tuz Xurmati
qəzasında anadan olmuşdur. Uzun illər
boyu İraq Yazıçılar birliyinin idarə
heyətinin üzvü, Türkman yazıçılarının
rəhbəri olmuş Bəndəroğlunun ərəb və
türkman dillərində 35 kitabı çap olu-
nub.
O, Azərbaycan Yazıçılar Birliyinin
üzvü (1994), Bakı Dövlət Universi-
tetinin fəxri doktorudur. Sərbəst və
heca vəznlərində şeirlər yazan şai-
rin Azərbaycanda “Qərənfil” (1977),
“Göylər unutmuşdu yağacağını”
(1991), “Yolun sonunadək” (2001)
şeirlər kitabı, professor Qəzənfər
Paşayevlə birgə “Azərbaycan folk-
lor antologiyası” (İraq-türkman cildi)
(1999) çap olunub.
Bağdadda Azərbaycanla bağlı
ərəb ölkələrində “Azərbaycan şeiri”
(1971), “Çağdaş Azərbaycan şeirindən
seçmələr” (1974), “Azərbaycan şair-
ləri” (1987), Bəxtiyar Vahabzadə
“Seçilmiş əsərləri” (1989), Nəbi
Xəzrinin “Seçilmiş əsərləri” (1989),
“Azərbaycan hekayələri” (1991), Ka-
mil Vəli Nərimanoğlunun “Xalqın
sözü” (1991), Elçinin “On ildən sonra
hekayələr” (1996), Qəzənfər Paşaye-
vin “Altı il Dəclə-Fərat sahillərində”
(1996) və s. kitabları çap etdirib.
Azərbaycanda yaradıcılığı diplom
işləri və dissertasiyalar səviyyəsində
geniş
araşdırılan
Ə.Bəndəroğlu
2001-ci ildə Milli Elmlər Akade-
miyasının Nizami Gəncəvi adına
Azərbaycan Ədəbiyyatı Muzeyində
açılan “Azərbaycan-İraq ədəbiyyatı və
Mədəniyyəti”ni əks etdirən daimi eks-
pozisiyada geniş yer alıb.
Şair 2008-ci ildə vəfat edib.
Ə d ə b i y y a t
Çağdaş İraq şeirindən seçmələr [Mətn] /tərt. ed.
Q. Paşayev, Ə.Bəndəroğlu.- Bakı : Elm, 2001.-
108 s.
Göylər unutmuşdu yağacağını [Mətn]: [şeirlər
və poemalar] /Əbdüllətif Bəndəroğlu.- Bakı :
Yazıçı.- 127 s.
Qərənfil [Mətn] /Əbdüllətif Bəndəroğlu.- Bakı :
Gənclik, 1977.- 141 s.
İraq yazıçısı
284
Tarixdə bu gün
1912
HACI ƏJDƏRBƏY MƏSCİDİ
(GÖY MƏSCİD )
2012
Ötən əsrin əvvəllərində neft və
milyonlar səltənətinə çevrilmiş Bakı
şəhəri sürətlə inkişaf edirdi. Bu dövrdə
cəmiyyətin sosial-iqtisadi həyatında mü-
hüm rol oynayan məscid və mədrəsələrin
də sayı artmaqda idi.
Əjdər bəy məscidi (Göy məscid) XIX
əsrin əvvəllərində “İttifaq” məscidinin
yerində inşa edilmişdi. 1906-ci ildə Əjdər
bəy Aşurbəyzadə məscidin yerini 30 ki-
loqram qızıla satın almışdı.
Tarixi sənədlərdən məlum olur ki,
məscidin inşası 1912-ci ildə başa çatmış-
dır. Məscid mülki mühəndis Zivərbəy
Əhmədbəyovun layihəsi əsasında tikil-
mişdir. Günbəzi göy rəngdə olduğuna görə
ona xalq arasında “Göy məscid” də deyilir.
Bakının digər məscidlərindən fərqli olaraq
bu məsciddə bütün islam məzhəblərinin
nümayəndələri ibadət edirlər. Burada bü-
tün dini mərasim və bayramlar mütəşəkkil
surətdə keçirilir.
Hacı Əjdərbəy məscidinin içərisində
və eləcə də bir çox yerində Qurandan
ayələr həkk olunmuşdur. Məscidin inter-
yeri çox nəfis şəkildə işlənib və nəbati
ornamentlərlə bəzədilmişdir. Azərbay-
canda şura höküməti qurulandan 1943-
cü ilə qədər məscid bağlı olmuşdur.
Uzun müddət məscid at saxlamaq üçün
istifadə olunmuşdur. Lakin 1943-cü ildə
İ.V.Stalin Tehran konfransına gedərkən
M.C.Bağırova təcili olaraq həmin məscidi
boşaltdırıb camaatın istifadəsinə verməyi
tapşırmışdır. Çünki bir vaxtlar, Stalin
Bakıda yaşayarkən təqiblərdən qaçıb bu
məsciddə gizlənmiş, canını xilas etmişdir.
Məscidin 1944-cü ildə Təzə Pir
məscidi ilə yanaşı fəaliyyəti bərpa olun-
muşdur. Hal-hazırda məscidə Hacı
Səlimxan Ağalı oğlu rəhbərlik edir. Qaf-
qaz Müsəlmanları Ruhani İdarəsinin sədri
Hacı Allahşükür Paşazadənin köməkliyi
və Hacı Səlimxanın dəstəyi ilə məsciddə
yenidənqurma işləri görülmüşdür.
Ötən əsrin əvvəllərində, 1912-1913-
cü illərdə tanınmış xeyriyyəçi Hacı
Əjdərbəy Aşurbəyov tərəfindən Bakı
şəhərində tikilib istifadəyə verilmiş
məscid Azərbaycanda mötəbər dini ibadət
mərkəzlərindən biridir. Bu müqəddəs
məbəd müsəlmanların birliyinin rəmzi
kimi əvvəllər “İttifaq” məscidi adı ilə ta-
nınmışdır.
Sonradan Əjdərbəy məscidi adlandı-
rılan və Bakının memarlıq incilərindən
sayılan bu tarixi-mədəni abidənin
əsaslı təmirinin, bərpasının və aparılan
yenidənqurma işlərinin tamamlanmasını
təmin etmək məqsədi ilə 25 may 2010-cu
ildə Bakı şəhərində yerləşən “Əjdərbəy
məscidinin bərpası ilə əlaqədar tədbirlər
haqqında” Azərbaycan Respublikası Pre-
zidenti sərəncam vermişdir.
Bu məscidin fondundan hər ay onlarla
imkansız ailəyə yardım göstərilir. Əjdər
bəyin qız nəvəsi Əsli xanıma da yardım
etmək unudulmur.
Məscidin nəzdində dini təhsil də verilir.
Burada ərəb və ingilis dilləri öyrədilməklə
yanaşı, Quranın oxunması da öyrədilir.
Məscidin qapısının üstündə Merac
ayəsi kitabəyə salınmışdır. Digər kitabədə
isə məscidi inşa etdirənin adı həkk olun-
muşdur: “Ər vağirul şərif Hacı Əjdər bəy
ibn İbrahimbəy ibn mərhum Musabəy
Aşurzadə (1275-1345)”. Hacı Əjdər bəy
İbrahimbəyov məscidin girişində dəfn
edilib.
Ə d ə b i y y a t
Azərbaycan incəsənəti
[Mətn] : Təsviri sənət,
dekorativ tətbiqi sənət,
memarlıq: [Göy məscid]
.- Bakı: Litterpress nəşriyyat
evi, 2010.- S.104.
Hacı Əjdərbəy məscidi
[Mətn] //Azərbaycan
Respublikası məscidlərinin
ensiklopediyası.- Bakı,
2001.- S.54.
Həsənoğlu, H. Azərbaycanın
dini-tarixi abidələri,
ziyarətgahları, seyidləri,
övliyaları [Mətn] / Həşim
Həsənoğlu; red. Hacı Vasim
Məmmədəliyev.- Bakı :
Nasir, 2005.- 584 s.
285
Tarixdə bu gün
100
illiyi
AZƏRBAYCAN DÖVLƏT SİRKİ
1912
2012
Azərbaycanda qədim zamanlardan
çövkən, atsürmə yarışları, güləş və s.
oyunlar, eləcə də meydan tamaşaları
(kəndirbazlıq) mövcud olmuşdur. Xalq
şənlikləri və bayramlarda təşkil olunan,
eləcə də ayin və mərasimlərlə bağlı ta-
maşalarda, dərvişlərin göstərdikləri ov-
sunlarda, məzhəkəçilərin oynadığı sati-
rik səhnəciklərdə sirk sənətinin bir çox
elementlərinə rast gəlinir.
Azərbaycanda ilk stasionar sirk-
heyvanxana XIX əsrin 90-cı illərində
açılmışdır. Bakıda birinci sirk 1912-ci ildə
açılmış, 1914-cü ildə kinoteatr avadanlığı
ilə təchiz edilmişdir. 1916-cı ildə dağıdıl-
mış sirk binasının yerində Birja (indiki
Ü.Hacıbəyov) küçəsində yeni sirk binası
inşa edilmişdi. 1924-cü ilin dekabrında
yanğın nəticəsində bina dağılmış, onun
yerində yeni sirk binası tikilmişdir.
Azərbaycanda Sovet hakimiyyəti qu-
rulduqdan sonra 1920-ci ildə pərakəndə
fəaliyyət göstərən sirk artistləri vahid
qrupda birləşmişlər. 1938-ci ildə Mikayıl
Cəbrayılov respublikada ilk dəfə olaraq
“Sirk səhnədə” estrada proqramını hazır-
lamışdır.
1939-1945-ci illərdə Azərbaycan
sirk artistləri ordu hissələrində, neft
mədənlərində, fabrik və zavodlarda, hərbi
xəstəxanalarda çıxışlar etmişlər.
1945-ci ildə Azərbaycan sirk kollek-
tivi yaradılmışdı. Kollektivin özəyini
Bakı sirkinin filialı, Azərbaycan Dövlət
Estradasının artistləri, bədii özfəaliyyət
kollektivləri və dərnəklərinin iştirakçıları
təşkil etmişlər. Azərbaycan sirk kollektivi-
nin ilk proqramı SSRİ Xalq artisti Üzeyir
Hacıbəyov, Azərbaycanın Xalq artistləri
Soltan Dadaşov (rejissor), Səid Rüstəmov
(bəstəkar), Əminə Dilbazi (baletmeyster),
Azərbaycan Xalq rəssamı Sergey Mitro-
fanoviç Yefimenko və başqalarının iştira-
kı ilə yaradılmışdır. “Azərbaycan toyu”
adlanan bu proqram 1946-cı ildə Bakıda
və Moskvada, sonra isə keçmiş SSRİ-nin
başqa şəhərlərində göstərilmiş və 1951-ci
ilədək repertuardan düşməmişdir.
1950-ci illərin əvvəllərində M.Cəbra
yılov sirk proqramını yeniləşdirmişdir.
Milli rəqslər yeni quruluşda hazırlanmış,
ona yeni musiqi tərtibatı və bədii tərtibat
verilmişdir.
1987-ci ildə “Azərbaycan işıqları” adlı
tamaşası ilə yeni Azərbaycan sirk kollek-
tivi yaradılmışdı.
Azərbaycan sirk ustaları müxtəlif
proqramlarla xarici ölkələrin bir sıra
şəhərlərində çıxışlar edirdilər. Görkəmli
sirk ustası Xosrov Abdullayev dünyanın
48 ölkəsində qastrollarda olmuş, onun çı-
xışları xarici ölkə tamaşaçıları tərəfindən
rəğbətlə qarşılanmışdır. 1967-ci il de-
kabr ayının 27-də Bakı sirkinin yeni bi-
nasının təntənəli açılışı olmuşdur. Burada
müxtəlif vaxtlarda görkəmli sirk ustaları
Emil Teodoroviç Kio, İqor Emilyeviç
Kio, V.Filatov, Vladimir və Yuri Durovlar,
İrina Buqrimova, V.Doveyko və b. çıxış
etmişlər. Azərbaycan sirkində Azərbaycan
Respublikasının Xalq artisti, ekvilibrist və
heyvan təlimçisi Tofiq Axundov, əməkdar
artistlərdən musiqi ekssentriki Ə.Əsgərov,
illüziyaçı L.Abdullayeva, həmçinin “Qa-
rışıq ekzotik heyvanlar qrupu” attrak-
sionunun rəhbəri Cəmilə Şirvani, hava
gimnastları R.Nəzirov və F.Nəzirov, hava
gimnastı və heyvan təlimçisi İ.İsrafilov
A.Rzayevin rəhbərliyi ilə aktyorlar qrupu
və b. fəaliyyət göstərmişlər.
Dostları ilə paylaş: |